Məhkəmə qərarları › İş №3(060)-3374/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3374/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3374/2025 29.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 32412135 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 32412135 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan “TOYOTA RAV4” markalı **-FA-*** dövlət nömrə nişanlı avtomaşınla xx.xx.2025-ci ildə saat 16:00 radələrində, Sumqayıt şəhəri, 20 Yanvar küçəsində hərəkətdə olarkən (Yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə) qaydalarının pozulması əsası ilə Azərbaycan Respublikası İXM-nin 330.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə xx.xx.2025-ci il tarixli EQ32412135 nömrəli nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Həmin vaxt o, heç bir Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən və ya Yol Patrul Xidmətinin təyin olunmuş stasionar postunda hər hansı bir yolpatrul xidmətinin əməkdaşı onun idarə etdiyi **-FA-*** dövlət qeydiyyat nişanlı “TOYOTA RAV4” markalı avtomobilini saxlayıb protokol yazmamışdır. Onun idarə etdiyi avtomobilin şəklini Sumqayıt şəhəri, 20 Yanvar küçəsində quraşdırılan nəzarət kamerası (TŞK) vasitəsi ilə hərəkətdə olan zaman yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə Yol-patrul xidmətinin əməkdaşı tərəfindən yollara nəzarət olunan kameraların monitoru vasitəsi ilə monitora pauza verib bort-kompüterlə foto şəkilini çəkərək BDYPİ-nin mərkəzi informasiya sisteminin bazasına yerləşdirərək sürücünün ünvana göndərilir. Belə olan təqdirdə barəsində hansı əsasla İXM-nin 330.0.2 maddəsi ilə inzibati tənbeh vermə haqqında tədbir görülmüşdür. Barəsində Azərbaycan Respublikasının İXM-nin 330.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə xx.xx.2025-ci il tarixli EQ32412135 nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və həmin qərarla o, 50 manat inzibati qaydada cərimə olunmuşdur. Digər tərəfdən, xx.xx.2025-ci il tarixli EQ32412135 nömrəli elektron qərar qəbul etmiş DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polkovnik-leytenant Elvin Abduləlizadənin həmin qərarı qəbul edərkən inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatları qərarda öz əksini tapmamış və həmin DYPİ-nin Yol patrul xidməti əməkdaşının xidmət etdiyi ərazi üzrə dislokasiya cədvəli, daha sonra xidməti marşrutu və xidməti ərazisi kmi hallar araşdırılmalıdır. Belə olan halda hansı əsasla ona cərimə yazılması hansı məqsədlə qanuna uyğundur? xx.xx.2025-ci il tarixli EQ32412135 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz olaraq çıxarılmışdır. Belə olan halda yol-patrul xidmətnin əməkdaşı monitordan bort-kompüterlə şəkil çəkib sürücüyə cərimə yazması hansı məqsədlə qanuna uyğundur. Eyni zamanda monitordan şəkil çəkilməsində isdifadə olunan bort-komputer hansı YPX-nin əməkdaşına təhkim olunub və həmin vaxt bort-kompüterdən hansı YPX-nın əməkdaşı istifadə edib bu da məlum deyildir. xx.xx.2025-ci il tarixli, EQ seriyalı 32412135 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında qərardan şikayət verən şəxs X2 şikayətə uyğun izahat vermiş, eyni zamanda bildirmişdir ki, ona il ərzində yerli-yersiz həddindən çox cərimə yazılmış, o da hazırki inzibati cərimə tətbiq edilməsi barədə qərardan şikayət vermək məcburiyyətində qalmışdır. O, yolayrıcını keçərkən piyadaya heç bir maneə törətməmişdir. Həmçinin, “Yol hərəkəti haqqında” Qanunda da göstərilmişdir ki, xüsusi qurğular vasitəsilə çəkiliş aparılmalı və videoçəkiliş təqdim edilməlidir. Lakin, həmin görüntülər təhlükəsizlik kameraları vasitəsilə çəkilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq qərardan şikayət vermiş şəxs və qərarından şikayət verilmiş orqan məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatına və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ seriyalı 32412135 nömrəli qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 18:57-də Sumqayıt şəhəri, Bakı küçəsində “TOYOTA RAV-4 HİBRİD MİNİK” markalı **-FA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsi nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 330.0.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Qərara əlavə edilmiş fotoşəkillərə baxış keçirilmiş və fotoşəkillərdə “TOYOTA RAV-4 HİBRİD MİNİK” markalı **-FA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolayrıcında piyada keçidinin üzərində hərəkətdə olan piyadaya yol verməyərək hərəkət etməsi müşahidə edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 32412135 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. 330.0.2-ci maddəsinə əsasən yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə əlli manat məbləğində cərimə edilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 32412135 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 32412135 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar