Məhkəmə qərarları › İş №3(060)-3964/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3964/2021

30.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3964/2021 30.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İrad Allahverdi qızının katibliyi Vəsatət vermi şəxs X1 iştirakı ilə, X1 barəsində olan inzibati xəta haqqında qərardan şikayət vermə müddətinin bərpası barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DYP-nin 18.06.2013-cü il tarixli, AYP 959304 saylı inzibati xəta haqqında protokol üzrə 18.06.2013-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X2 həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 155.2.4-cü maddəsi ilə təqsirli bilinərək 150 AZN məbləğində cərimə edilmişdir. X2 qeyd olunan qərardan şikayət verilməsi müddətinin bərpası barədə ərizə və şikayət ərizəsilə 27.12.2021-ci ildə məhkəməyə müraciət etmişdir. X2 ərizəni onunla əsaslandırmışdır ki, tərtib olunmuş bu qərardan ona bildiriş və ya xəbərdarlıq gəlmədiyi, onun da xəbəri olmadığı üçün şikayət vermə müddətini ötürmüşdür. Qeyd edilənlərə əsasən DYP tərəfindən tərtib edilmiş 18.06.2013-cü il tarixli qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət verilməsi müddətinin bərpası barədə ərizəyə baxılması ilə əlaqədar məhkəmə iclası 30.12.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında vəsatət vermi şəxs X2 şikayət müddətinin bərpası barədə ərizəsini müdafiə edərək müddətin bərpa edilməsini xahiş etdi. Məhkəmə vəsatəti və müddətin buraxılmasının dəlillərini, eləcə də, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası DYP-nin 18.06.2013-cü il tarixli qərarından şikayət verilməsi müddətinin bərpası barədə vəsatət təmin edilməməlidir. Belə ki, verilmiş şikayətdən, ərizədən və qərarın surətindən görünür ki, qərar 2013cü ildə qəbul olunmuşdur, lakin X2 şikayət ərizəsini 27.12.2021-ci il tarixdə məhkəməyə vermişdir. Qərarın qəbulundan 8 ildən çox vaxt keçmişdir və bu müdətdə X1 həmin qərardan məlumatı olmaması inandırıcı deyildir, bununla bağlı mötəbər sübutlar da təqdim edilməmişdir. Belə sübutların olmaması müddətin bərpasını mümkünsüz edir, çünki 8 ildən sonra belə sübutlar olmadan, yalnız vəsatət vermiş şəxsin göstərdiklərinə əsaslanıb buraxılmış müddət bərpa edilsə bu ədalət mühakiməsinin səmərələliyini azaldar. Ona görə də, şikayət verilməsi ilə bağlı ötürülmüş müddətin üzürlü olmasına dair məhkəməyə heç bir sənəd təqdim edilmədiyindən məhkəmə ərizənin rədd olunması nəticəsinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 118, 130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DYP-nin 18.06.2013-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi müddətinin bərpası barədə ərizəsi rədd edilsin. Qərardan 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar