Məhkəmə qərarları › İş №3(060)-531/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-531/2021

22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-531/2021 22.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Könül Nəcəfquliyevanın iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati xəta haqqında MN ******* saylı 29 yanvar 2021-ci il tarixli protokoluna baxaraq müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə Şəxs QSC barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən İXM-nin 266.1-ci maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında MN ******* saylı 29 yanvar 2021-ci il tarixli protokolu daxil olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs QSC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin etibarnamə üzrə nümayəndəsi Könül Nəcəfquliyeva bildirdi ki, 27.01.2021-ci il tarixdə Şəxs QSC-nin ünvan 1 ünvanında fəaliyyət göstərən SOCAR Polymer zavodunun qarşısında Xəzər dənizi sahilinə qazıntıdan çıxan tullantıları töküb-basdırması müəyyən olunmuşdur. Buna görə də Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-nin 266.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, hüquqi şəxs barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 28.01.2021-ci il tarixli, 68910 nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında fəaliyyət göstərən SOCAR Polymer zavodunun qarşısında Xəzər dənizi sahilindən təxminən 100-150 m məsafədə **-İZ-***, **-HF-***, **-İV-***, **-İV-***və **-İV-*** dövlət nömrə nişanlı Howo markalı özüboşaldan avtomaşınların tərkibi məlum olmayan müxtəlif qarışıq tullantıları əraziyə boşaldılması və üstünün basdırılması müşahidə olunmuş, araşdırma zamanı məlum olmuşdur ki, SOCAR Polymer zavodu ilə Şəxs QSC arasında müqavilə bağlanmış, zavodun ərazisində qazıntı işləri ilə məşğul olan vaxtı qazıntıdan axan tullantıları Şəxs QSC QTSC-nin iş icraçısı X1 iştirakı ilə heç bir icazə olmadan sözügedən ərazidə boşaldılıb üstü basdırılmışdır. İş materiallarında olan Şəxs QTSC-nin iş icraçısı X1 27.01.2021-ci il tarixli izahatından görünür ki, ikitərəfli bağlanmış müqavilə əsasında SOCAR Polymerin ərazisində yol çəkilməsi məqsədilə qazıntı işləri aparırlar. Qazıntıdan çıxan qarışıq torpağı SOCAR Polymerin dənizə tərəf hissəsində dəniz qırağında boş yerlərə töküb ekskavator vasitəsi ilə düzənləyirlər. Dənizin mühafizə zolağına qarışıq torpağın tökülməməsi barədə məlumatı olmamış, bu səbəbdən həmin işlər üçün göstəriş vermişdir. Əməkdaşlar oraya gəldikdən sonra işləri dayandırmış, ekskavator və maşınları ərzidən kənarlaşdırmışdır. İş materiallarında olan İnternet Vergi İdarəsi sistemindən çıxarışdan görünür ki, Şəxs QSC (VÖEN **********) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər baş İdarəsində uçotdadır. Məhkəmə iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu səbəbdən də Şəxs QSC həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, İnzibati xətalar Məcəlləsinin 266.1-ci maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görəfiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Beləliklə də aparılmış araşdırma zamanı Şəxs QSC tərəfindən İXM-nin 266.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirildiyindən Şəxs QSC həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq, qərar verdim: Şəxs QSC (VÖEN **********, AZ1053, Bakı şəhəri, Binəqədi rayonu, Mədən 3-cü (Binəqədi qəsəbəsi) ünvanında qeydiyyatda olan və ünvan 5ət göstərən) Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətdilməsində təqsirli bilinərək 8500 (səkkiz min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın İcrası Bakı şəhər Binəqədi rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar