Məhkəmə qərarları › İş №3(060)-931/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-931/2024

14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-931/2024 14.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Qərarından şikayət verilmiş şəxs Qubadlı RPŞ DYPB-nin rəisi, polis mayoru X2 iştirakı ilə, X8 oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7 və 327.2-ci maddələri ilə Qubadlı rayon X9 X10 tərəfindən qəbul edilmiş “X7 haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı X4 Cəlil oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X8 oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7 və 327.2-ci maddələrinə əsasən qəbul edilmiş Qubadlı rayon X9 X10 tərəfindən qəbul edilmiş “X7 haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə təxminən 22:30 radələrində Sumqayıt şəhər Yeni Bülvar küçəsində Qubadlı Rayon YPX-nin əməkdaşları onun idarə etdiyi **-TV-*** dövlət qeydiyat nişanı olan avtomobili saxlamış və onun guya avtoxuliqanlıq hərəkətlər etdiyini İTŞ-nin kamerasında saxlanmağını göstəriş verdiklərini bildirmişlər. O, heç bir qayda pozmadığını və etdiyi hər hansısa qayda pozuntusu üzrə görüntü göstərməklərini tələb etsə də, onlar buna baxmayaraq onun avtomobilini duracağa aparmışlar. xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə şikayət edərək, Qubalı rayon YPX-nin əmkdaşlarının idarə etdiyi **-TV-*** qeydiyat nömrə nişanı olan Mersedes markalı avtomobilimi heç bir qayda pozuntusu etmədiyi halda qanunsuz saxlayaraq cərimə meydançasına apardıqlarını bildirmişdir. xx.xx.2024-cü il tarixdə Qubadlı YPX-nin rəhbərliyi onu dəvət etmiş və şikayətinin səbəbin soruşmuşdur. Onda onların ona qarşı etdiyi qanusuz hərəkətlərini və avtomobilimi qeyri qanunu müvəqqəti duracağa apardıqlarını bildirmişdir. Qubadlı rayon YPX-nin əməkdaşı onları cəzalandıracağını bildirirərək, ona dedi ki, sənə 102 xidmətinə şikayət etdiyin üçün yüngül protokol yazıb özümüz ödəyəcəyik və sonra avtomobilinin duracaqdan buraxılması üçün arayış təqdim etmişdir. xx.xx.2024-cü il tarixdə asanpay vasitəsi ilə ona 80 manat 3 bal olan cərimə olan mesaj gəlmiş və o dərhal Qubadlı rayon YPX-i şöbəsinə yaxınlaşıb qanunsuz xəbəri olmadan yazılan protokol halda soruşmuşdur. Ona bildirmişlər ki, narahat olma üzrlü say, cərimə artıq oldu, yaxın günlərdə ödənəcək, amma 3 bal ya gərək 1 il gözləyəsən, ya da bir yolu var, məhkəməyə müraciət edilə, qərar ləğv edilsin. O, onların onu aldatdıqlarını başa düşmüş, X7 Haqqında Qərarın surətini məhkəməyə təqdim etmək üçün tələb etmiş və evə getmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, onun idarə etdiyi avtomobili xx.xx.2024-cü il tarixdə qanusuz saxlayaraq müvəqqəti duracağa aparıblar, iki gün qanunsuz duracaqda saxlayıblar, xx.xx.2024-cü il tarixdə şikayət etdiyinə görə dəvət ediblər, protokol yazıblar və qanusuz olaraq qərar qəbul ediblər. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarı ilə barəsində olan X7 Haqqında Qərar ləğv edilmiş və yenidən araşdırılması üçün Qubadlı DYPŞ-nə göndərilmişdir. Bundan narazı qalan Qubadlı DYPŞ-i apellyasiya şikayəti vermişdir. Lakin onların şikayəti əsassız olduğu üçün təmin edilməmiş və Sumqayıt şəhər Məhkəməsinin Qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Qubadlı DYPŞ-nin rəisi yenidən qausuz olaraq ona xəbəri olmadan eyni qaydada barəsində 3 bal 80 manat X7 Haqda Qərar qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq Qubadlı Rayon Yol Patrul Xidmətinin rəisi polis mayoru X3 tərəfindən barəsində qanunsuz və əsassız çıxarılan X7 Haqqında Qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən şəxs Qubadlı RPŞ DYPB-nin rəisi, polis mayoru X3 bildirdi ki, sürücü yanvar ayının 30-da Sumqayıt şəhəri, Yeni Bulvar ərazisində svetoforun qadağanedici işığında hərəkət etmiş, Qubadlı YPX inspektoru tərəfindən saxlanılmış, saxlanılan zaman müəyyən edilmişdir ki, sürücünün sürücülük vəsiqəsinin 17 balı vardır və qayda pozuntusu əlavə 3 bal nəzərdə tutduğundan, artıq 20 bal topladığı üçün sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırılaraq duracağa yerləşdirilmiş, iki gün sonra sürücü Qubadlı RPŞ Dövlət X10nə yaxınlaşmış, sürücü barəsində X7 haqqında qərar qəbul edilmiş, həmin qərardan sürücü tərəfindən məhkəməyə şikayət verilmiş, Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə həmin qərar ləğv edilərək yenidən baxılması üçün Qubadlı RPŞ DYPB-nə göndərilmişdir. O da həmin qərarı ləğv olunması üçün Baş X11 İdarəsinə göndərmişdir. Aprel ayının əvvəllərində sürücünü bölməyə dəvət etmiş, sürücü gəlmiş, lakin izahat verməkdən imtina etmişdir. Əvvəlki qərar ləğv olunduğundan maddə tövsif olunmuş, sürücünün hazırda portalda barəsində olan X7 haqqında qərar İXM-nin 327.2-ci maddəsi ilə 3 balla olan 80 manat cərimə qərarıdır. Yəni, yalnız qayda pozuntusuna görə tənbeh tətbiq edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərardan şikayət vermiş şəxs X8 oğlu məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı X7 haqqında qərardan görünür ki, X8 oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7 və 327.2ci maddələri ilə inzibati xəta törətdiyinə görə barəsində 80 (səksən) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Qubadlı RPŞ DYPB tərəfindən məhkəməyə təqdim edilmiş diskdən görünür ki, “Mercedes Benz C240 minik” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil yol hərəkətinin nizama salınmasında istifadə olunan svetoforun qadağanedici işarəsinə tabe olmayaraq sağa dönmə əməliyyatı etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir.” “Yol hərəkəti haqqında” Qanununun 36-ci maddəsinin İ hissəsinin 2-ci bəndinə əsasən “yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar.” Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də xx.xx.2024-cü il tarixdə “Mercedes Benz C240 minik” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 oğlu Sumqayıt şəhəri, Yeni Bulvar küçəsində svetoforun siqnallarının tələbinə riayət etməyərək sağa dönmə əməliyyatı edərək yol hərəkəti qaydalarını pozmuşdur. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Qubadlı rayon X9 X10 tərəfindən qəbul edilmiş “X7 haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və X8 oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X8 oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Qubadlı rayon X9 X10 tərəfindən qəbul edilmiş “X7 haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X8 oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Qubadlı rayon X9 X10 tərəfindən X8 oğlu barəsində qəbul edilmiş “X7 haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar