Məhkəmə qərarları › İş №3(061)-1198/2024

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-1198/2024

25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-1198/2024 25.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və müdafiəçisi Gəncə 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1971-ci ildə Tərtər rayonu Qaynaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, Tərtər rayonu Qaynaq kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş və daxil olmuş 15 oktyabr 2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tərtər Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İXM-in 398-ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 16:16-da imzibati xəta haqqında icraatın başlanması haqqında qərardad üzrə toplanmış xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar və alınmış izahatlar əsasında İXM-in 398-ci maddəsinin tələbləri pozulmaqla 3356 manat gəlir əldə etdiyi müəyyən edilmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ona görə də 15 oktyabr 2024-cü il tarixdə Şəxs barəsində MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəl məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin vəkalətli nümayəndəsi X8 göstərmişdir ki, inzibati xəta haqqında protokol tərəfimdən tərtib edilmişdir. Ona görə ki, Goranboy Rayon Məhkəməsinin xüsusi qərardadı əsasında materiallar Respublika Baş Prokurorluğuna göndərilmiş, ordan da aidiyyəti üzrə Dövlət Vergi Xidməti yanında Vegi Cinayətlərinin araşdırması baş idarəsində araşdırma aparılmışdır. Aparılmış araşdırma nəticəsində Şəxs əməlində cinayət tərkibi olmadığından, iş üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda məbləğlə bağlı yəni qanunuz sahibkarlıq fəaliyyəti ilə bağlı əldə edilmiş 3356 manat məbləğində gəlir əldə edilməsinə görə və həmin məbləğin inzibati xəta tərkibi yaratdığı üçün baxılması üçün aidiyyəti üzrə materiallar 11 saylı Ərazi vergilər baş idarəsinə daxil olmuşdur. Şəxs barəsində inzibati xəta haqqında icraat başlanılaraq tərəf dəvət olunmuş, nəticəsinə dair xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə protkol tərtib olunaraq aidiyyəti üzrə baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 398-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməjini xahiş etmişdir. İnzibati Xəta törətmiş şəxs Şəxs vəkili Vəkil məhkəmə iclasında göstərmişdir ki, məhkəmə iclasında verdiyi izahatında Şahid 1000 manat verdiyini göstərmişdir. Amma Goranboy Rayon Məhkəməsi onun Şəxs 10000 manat pul borclu olması ilə barədə qətnamə qəbul etmişdir. Şahid 1 il müddətinə kartını Şəxs verdiyini bildirmişdir. Bunu onun müdafiə etdiyi şəxs inkar etmişdir. Eləcə də Şəxs onun kartından nə qədər pul çıxarmışdır, onu göstərməmişdir. Hansı ki, prokurorluqda demişdir ki, 4500 manat pul çıxarmışdır. 4500 manat ödəmişdirsə nəyə görə Goranboy Rayon Məhkəməsində deməmişdir. Əgər bunu bildirmiş olsaydı, məhkəmə həmin məbləği 10000 manatdan çıxıb qalan məbləği qət etmiş olardı. Bundan başqa əgər Şahid 1000 manat vermişdirsə, bu məbləğə görə 4500 manat faiz ödəniş etmək olmazdı. Bu da bir yanlışlıqdır. Hazırda da hesab edirlər ki, şəxsin barəsində tərtib olunmuş inzibati protokol qanunsuzdur. Ona görə ki, onlar bu gündə sübut edə bilməmişlər ki, həqəqətən onun müdafiə etdiyi şəxs Şəxs gəlir əldə etmişdir. Əgər gəlir əldə etməsi sübut olunmursa, bununla bağlı faktlar təqdim etmişlər, hətta məhkəmə qərarını təqdim etmişlər, hesab edirlər ki, belə fakt mövcud olmadığından inzibati protokol əsassızdır, ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan EQ-1093VK-10164/24 saylı elektron vəkil orderindən görünür ki, Şəxs Gəncə Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil ilə müqavilə bağlayaraq hüquqlarını müdafiə etməyi ona həvalə etmişdir. İş materiallarinda olan Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-417/2024 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, məhkəmə iclasında izahat vermiş cavabdeh Şahid göstərmişdir ki, iddiaçı Şəxs 1000 manat pul götürmüş, həmin pulu Şəxs faizlə vermişdir. İş materiallarında olan ərizə ilə bağlı bildirmişdir ki, atası xəstə olduğu üçün məcbur olub o qəbzi yazmışdır. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarinda olan Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)- 400/2024 nömrəli qərardadının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Şəxs cavabdeh X4 qarşı pul tələbinə dair 2(045)-400/2024 saylı mülki işin məhkəmə baxışı zamanı cinayət əlamətlərinin (qanunsuz sahibkarlıq ilə bağlı) olub-olmamasının araşdırılması və müvafiq tədbirlər görülməsi üçün Goranboy Rayon Prokurorluğuna xəbər verilməsi qərara alınmışdır. İş materiallarinda olan Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)- 417/2024 nömrəli qərardadının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Şəxs cavabdeh Şahid qarşı pul tələbinə dair 2(045)-417/2024 saylı mülki işin məhkəmə baxışı zamanı cinayət əlamətlərinin (qanunsuz sahibkarlıq ilə bağlı) olub-olmamasının araşdırılması və müvafiq tədbirlər görülməsi üçün Goranboy Rayon Prokurorluğuna xəbər verilməsi qərara alınmışdır. İş materiallarinda olan Goranboy Rayon X1 alınmış xx.xx.2024-cü il tarixli izahatın təsdiq olunmuş surətindən görünür ki, Tərxan Namzabəyli ümumilkdə Şəxs 1800 manat pulu, onun yaşadığı Qaynaq kəndində götürmüş və ona aylıq 360 manat olmaqla 3 ay pul ödəmişdir. İş materiallarinda olan Goranboy Rayon Prokurorluğunda Şahid alınmış xx.xx.2024-cü il tarixli izahatın təsdiq olunmuş surətindən görünür ki, Şahid ümumilkdə Şəxs 1000 manat pulu, onun evində götürmüş və ona 1 il ərzində təxminən 1200 manat qaytarmışdır. Pulu Şəxs özü kartdan çıxardıb götürmüşdür. İş materiallarinda olan Goranboy Rayon Prokurorluğunda Şəxs alınmış xx.xx.2024-cü il tarixli izahatın təsdiq olunmuş surətindən görünür ki, Şahid ümumilkdə 10000 manat borc pul verdiyini, eləcə də Şahid əmək haqqı kartının onda olmadığını bildirmişdir. İş materiallarinda olan Goranboy Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış müterial sənədlərindən, həmçinin Goranboy Rayon Məhkəməsindən daxil olmuş xüsusui qırardadlardan görünür ki, Şəxs əməlində CM-in 192-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsinə zərurət yarandığından və həmin səlahiyyət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin səlahiyyətinə aid olduğundan material aidiyyəti üzrə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarinda olan 16 iyul 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən daxil olmuş **********292600 nömrəli 28 iyun 2024-cü il tarixli daxili sənədin icrası ilə əlaqədar olaraq fiziki şəxs Şəxs (VOEN ********** əməllərində cinayət əlamətlərinin (qanunsuz sahibkarlıq ilə bağlı) olub-olmamasının araşdırılması və müvafiq tədbirlər görülməsi üçün əlavə edilmiş materiallar, AVİS və Hesabat Axtarış informasoya sisteminin məlumatları əsasında araşdırmalar aparılarkən Şəxs əməllərində cinayət əlamətlərinin (qanunsuz sahibkarlıq ilə bağlı) olub-olmamasının araşdırılması və müvafiq tədbirlər görülməsi barədə Goranboy Rayon Məhkəməsinin qərardadları Goranboy Rayon Prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunda toplanmış 92C-24 nömrəli materialın araşdırmanın aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində davam etdirilməsi üçün təqdim etmişdir. Araşdırma zamanı X5, Şahid, X6 təqdim etdikləri izahatlarında, Şəxs faiz ödəmək şərti ilə pul krediti götürdüklərini qeyd etmişlər. Fiziki şəxs Şəxs vergi ödəyicisi kimi xx.xx.2016-cı il tarixdən 11 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır, təsərrüfat subyektləri yoxdur. Fiziki şəxsin hüquqi və faktiki ünvanı ünvan 1a qeyr-qanuni olaraq pul kreditinin verilməsi fəaliyyəti ilə məşğul olmuşdur. X5 və X6 izahatlarında, Şəxs faiz ödəmək şərti ilə pul krediti götürdüklərini qeyd etmişlər. İşdə olan alınmış izahata əsasən X5 1800 manat pul götürmüş və həmin məbləğdən 1080 manat ödəmişdir. İşdə olan alınmış izahata əsasən X6 1500 manat pul götürmüş və həmin məbləğdən 800 manat ödəmişdir. Yuxarıda qeyd edilən hər iki şəxsin izahatında aldıqları pul məbləği geri məbləği geri ödədikləri pul məbləğindən az olduğu üçün fiziki şəxs Şəxs qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində gəlir əldə etməsi müəyyən edilməmişdir. İşdə olan alınmış izahatla əsasən Şahid 1000 manat pul götürmüş və həmin məbləğə görə 4356 manat pul ödəmişdir. Şəxs qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində 3356 manat (4356-1000=3356 manat) gəlir əldə etmişdir. Bu gəlirlər verilmiş kreditlərə görə əldə olunmuş faizlərdən ibarətdir. Fiziki şəxs Şəxs kreditlərin verilməsi fəaliyyəti ilə məşğul olmaqla banklara və ya bank olmayan kredit təşkilatlarına aid olan fəaliyyətlə məşğul olmuşdur. “Banklar haqqında” xx.xx.2014-cü il tarixli qanunun 6-18-ci madələrində, “Bank olmayan kredit təqşkilatları haqqında” xx.xx.2019-cu il tarixli Qanunun 1-14-cü madələrinə əsasən belə fəaliyyət növü üçün lisenziya tələb olunur. Nəticədə faiz gəlirləri üzrə 3356 manat gəlir hesablanmışdır. Araşdırmanın nəticəsi olaraq vergi ödəyicisi üzrə 3356 manat qanunsuz gəlir əldə edilməsi barədə rəy verilmişdir. İş materiallarinda olan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın təsdiq edilmiş surətindən görünür ki, Şəxs (VOEN **********) qanunsuz sahibkarlıq fəaliyyəti yəni, ayrı-ayrı şəxslərə pul krediti verməsi barədə Goranboy Rayon Məhkəməsinin xx.xx.2014-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli qərardadları əsasında Goranboy Rayon Prokurorluğunda toplanmış material araşdırmanın davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. Fərdi sahibkar Şəxs əməlinə obyektiv hüquqi qiymət verilməsindən ötrü onun fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə, hansı miqdarda ziyan vurması, habelə hansı miqdarda gəlir əldə etməsinin müəyyən edilməsi üçün toplanmış material aidiyyəti üzrə 11 saylı Ərazi Vergilən Baş İdarəsinə göndərilmişdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli **********735300 nömrəli mütəxəssis rəyinə əsasən, fiziki şəxs Şəxs ayrı-ayrı şəxslərə pul krediti verməsi nəticəsində 3356 manat məbləğində qanunsuz gəlir əldə etdiyi müəyyən olunmuşdur. Toplanmış materiallar aidiyyəti üzrə baxılıb, prosessual qərar qəbul edilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat Şöbəsinə göndərilmişdir. Araşdırma ilə X5, Şahid, X3 14 sentyabr 2021-ci il tarixdən 15 noyabr 2022-ci il tarixədək olan dövrdə Şəxs pul kreditə götürdükləri və ona faiz ödədikləri müəyyən edilmişdir. Beləliklə də, Şəxs xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) olmadan, pul krediti verməsi nəticəsində az miqdar təşkil edən, 3356 manat məbləğində qanunsuz gəlir əldə etməsi tam sübuta yetirilmişdir. Fiziki şəxs Şəxs 3356 manat məbləğində qanunsuz gəlir əldə etməsinə hüquqi qiymət verərəkən belə nəticəyə gəlmişdir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləəsinin 192-ci maddəsində nəzərdə tutulan cinayətlərin tərkibini yaratmır. Odur ki, Şəxs xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) olmadan, pul krediti verməsi nəticəsində 3356 manat məbləğində qanunsuz gəlir əldə etməsi faktına dair toplanmış materialda Azərbaycan Respublikası İXM-in 398-ci madəsinin tərkibi olduğundan, onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsinun təmin olunması göstərilmişdir. Yuxarıda göstərilənlərə əsasən fərdi sahibkar Şəxs 3356 manat məbləğində qanunsuz gəlir əldə etməsi barədə toplanmış material üzrə cinayət işinin başlanması, əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Xüsusi razılıq (lisenziya) təıəb olunduğu halda, belə razılıq (lisenziya) almadan, pul kreditə verilməsi nəticəsində az miqdarda gəlir əldə etdiyindən, fərdi sahibkar Şəxs Azərbaycan Respublikası İXM-in 398-ci madəsinə əsasən məsuliyyətə cəlb üdilməsinin təmin olunması üçün qərarın surəti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş (seriya DVX:№ **********918800 saylı) inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına dair qərardadın təsdiq olunmuş surətindən görünür ki, Şəxs hərəkətlərində dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla pul krediti verməsi nəticəsində az miqdarda təşkil edən 3356 manat məbləğində qanunsuz gəlirin əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləəsinin 192-ci maddəsində nəzərdə tutulan cinayətlərin tərkibini yaratmadığına görə Azərbaycan Respublikası İXM-in 398-ci madəsinin tərkib əlamətlərinin olmasını əsas götürməklə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli materiallarla birlikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə göndərilmiş və qərar xx.xx.2024-cü il tarixdə Baş İdarəyə daxil olmuşdur. Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 398-ci madəsinin tərkib əlamətləri olmasını əsas götürməklə inzibati xətalar haqqında icraatın başlanılması, inzibati xətalar haqqında işə baxılmasının xx.xx.2024-cü il tarixdə, saat 10-00-da 11 saylı Ərazi Vergilər Baş İdarəsinin inzibati binasında təyin edilməsi, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində çağırılması qərara alınmışdır. İş materiallarinda olan 15 oktyabr 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixdə saat 16:16-da imzibati xəta haqqında icraatın başlanması haqqında qərardad üzrə toplanmış xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar və alınmış izahatlar əsasında İXM-in 398-ci maddəsinin tələbləri pozulmaqla 3356 manat gəlir əldə etdiyi müəyyən edilmişdir. Şəxs izahat verməkdən imtina etmiş, şifahi olaraq göstərilən şəxslərə faizlə deyil, borc pul verdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasına, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslarina bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspert rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Şəxs və vəkili, müdafiəçisinin Şəxs əməlində İXM-in 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əalmətlərinin olmaması, onun Şahid münasibətdə 3356 manat gəlir əldə etməsinin sübut olunmamasını göstərmələri, iş materialları sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə həmin vəsatətlərin əsaslı olmadığını inzibati xəta törətmiş şəxsin özünümüdafiə xarakteri daşıması kimi qiymətləbirmişdir. Məhkəmə iclasında tam sübut olunmuşdur ki, Şəxs araşdırılan dövrdə müxtəlif vətəndaşlara qeyri-qanuni olaraq pul kreditinin verilməsi fəaliyyəti ilə məşğul olmuş, onun qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində gəlir əldə etməsi müəyyən edilməmişdir. Məhkəmə iclasında elan olunmuş Goranboy Rayon Prokurorluğunda Şahid alınmış xx.xx.2024-cü il tarixli izahatında, Şahid ümumilkdə Şəxs 1000 manat pulu, onun evində götürdüyünü və ona 1 il ərzində təxminən ona ödədiyi məbləğin 1200 manat olmasını göstərir, aparılmış dəqiq araşdırmalar nəticəsində həmin məbləğin 3656 manat olması aşkar edilmişdir. Bundan başqa məhkəmədə elan olunmuş Goranboy Rayon Prokurorluğunda Şəxs alınmış xx.xx.2024-cü il tarixli izahatında, Şəxs Şahid ümumilkdə 10000 manat borc pul verdiyini, eləcə də Şahid əmək haqqı kartının onda olmadığını, göstərsə də məhkəmə iclasında həmin əmək haqqı kartının hazırda da onda olduğunu təsdiqləmişdir. İşdə olan alınmış izahatla əsasən Şahid 1000 manat pul götürmüş və həmin məbləğə görə 4356 manat pul ödəmişdir. Şəxs qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində 3356 manat (4356- 1000=3356 manat) gəlir əldə etmişdir. Bu gəlirlər verilmiş kreditlərə görə əldə olunmuş faizlərdən ibarətdir. Fiziki şəxs Şəxs kreditlərin verilməsi fəaliyyəti ilə məşğul olmaqla banklara və ya bank olmayan kredit təşkilatlarına aid olan fəaliyyətlə məşğul olmuşdur. Halbu ki, “Banklar haqqında” xx.xx.2014-cü il tarixli qanunun 6-18-ci madələrində, “Bank olmayan kredit təqşkilatları haqqında” xx.xx.2019-cu il tarixli Qanunun 1-14-cü madələrinə əsasən belə fəaliyyət növü üçün lisenziya tələb olunur. Nəticədə faiz gəlirləri üzrə 3356 manat gəlir hesablanmışdır. Araşdırmanın nəticəsi olaraq vergi ödəyicisi üzrə Şəxs 3356 manat qanunsuz gəlir əldə etməsi barədə rəy verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Maddə 398-ci maddəsinə əsasən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma, yəni Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə-https://e-qanun.az/framework/46960 inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin digər əlamətlərini ehtiva edən (hərəkət və hərəkətsizliyi) törənmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. İnzibati xəta haqqında materiala əlavə olunmuş sübutlarla təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs lisenziya tələb olunduğu halda belə lisenziya almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, nəticədə 3356 manat (4356- 1000=3356 manat) gəlir əldə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq edilmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128-130cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xəta nəticəsində əldə edilmiş 3356 (üç min üç yüz əlli altı) manat gəlirin iki misli, yəni 6712 (altı min yeddi yüz on iki) manat miqdarda cərimə edilsin. Qərardan alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar