Məhkəmə qərarları › İş №3(067)-1056/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1056/2021

04.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1056/2021 04.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Şikayət verən şəxs X2 iştirakı ilə, X2 inzibati xəta haqqında qərarların və borcların silinməsinə dair verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X3 məhkəməyə müraciət edərək bildirmişdir ki, ərizəsində gostərdiyi inzibati xəta haqqında qərarların və borcların silinməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, barəsində 01 oktyabr 2021-ci il tarixdə ona Azərbaycan Respublikasının DİN BDYPİ-nin İİ tağım yol patrul xidmət İnspektoru polis serjantı X4 tərəfindən AR İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən guya o, əks istiqamətə çıxaraq manevr etmiş və qanunvericiliyin tələblərini pozmuşdur. Halbuki, o, həmin tarixdə əks istiqamətə çıxmamışdır. O, Gəndob Yalama yolu ilə hərəkət etdiyi zaman onun eyni istiqamətdə çox aşağı surətlə hərəkət edən nəqliyyat vasitəsini digər nəqliyyat vasitələrinə təhlükə yaratmadan sağdan manevr edərək keçmişdir. Ancaq Post patrul xidmətinin əməkdaşı buna fikir verməyərək onun barəsində inzibati qərar qəbul etmişdir. Bu baxımdan qərar ləğv edilməlidir.Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilən inzibati qərarın surəti ona 07 oktyabr 2021-ci il tarixində verilmişdir. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə tərəfin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarından göründüyü kimi şikayətçi İnzibati xəta haqqında qərarların ləğv edilməsi barədə heç bir sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, qərarın əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar