Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1158/2023 11.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon DYPB-nin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında protokol tətrib edilən Samur-Yalama Milli Parkının nümayəndəsi X1 iştirakları ilə, Samur-Yalama Milli Parkının barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Samur-Yalama Milli Parkının barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati xəta üzrə material tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, “Samur-Yalama Milli Parkı tərəfindən qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsilə inzibati xətalar törətmiş fiziki şəxs barədə bu günədək məlumat təqdim edilməmişdir. Bununla da Samur-Yalama Milli Parkı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərini pozmuşdur. Protokoldan görünür ki, hüquqi şəxs “Samur-Yalama Milli Parkı” mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat 5 gün müddətində verilməmişdir. Məhkəmə iclasında DYPB-nin nümayəndəsi izahat verərək bildirmişdir ki, Samur- Yalama Milli Parkının adına olan cərimələr Aqşin Qurbanov tərəfindən ödənilib. Hazırki protokollar ilə əlaqədar sorğu göndərilsə də yol vərəqələri təqdim olunmayıb, sorğuya 5 gün ərzində cavab verilməlidir.Protokol yol vərəqəsi əsasında tərtib olunur. Vaxtında məlumat təqdim edilməmişdir. Bununla da Samur-Yalama Milli Parkı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Samur-Yalama Milli Parkının nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, onların idarəsi Xırdalan şəhərində yerləşir. O, cərimə ödənişlərini etmişdir. Buna görə də xahiş edir ki, işin icraatına xitam verilsin. Nazirin əmrinə əsasən istifadədə olan nəqliyyat vasitəsi mülkiyyətdən çıxıb. Nəqliyyat İdarəsinin balansına keçmişdir. Xahiş edir işin icraatına xitam verilsin. İş materiallarından görünür ki, Samur-Yalama Milli Parkına məxsus, onun mülkiyyətində olan X8 21214-012-50 minik markalı 77AG423 dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Quba şəhəri, H.Əliyev prospekti ilə Vaqif küçəsinin kəsişməsi istiqamətində Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla bağlı həmin avtomobili idarə etmiş fiziki şəxs barəsində məlumat istənilsə də, Samur-Yalama Milli Parkı tərəfindən Xaçmaz RPŞ-nə məlumat verilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Samur-Yalama Milli Parkı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Samur-Yalama Milli Parkı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə-vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Samur-Yalama Milli Parkı barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128- 130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Samur-Yalama Milli Parkı barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-1158/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1158/2023
11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver