Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-603/2025 14.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, X1nun iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X5 07 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X6 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, müəyyənetdi: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsi ilə 1000 manat məbləğində cərimə edilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarınınləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi X8 tərəfindən onunla əsaslandırılmışdır ki, o, yaşadığı kənddə xırda və iri buynuzlu heyvanlar saxlayır. Kənddə naxır (nabat) olmadığından mal-qaranı kənd ərazisində otlaması üçün buraxırlar. Bəzi hallarda elə olur ki, başları kənd işlərinə qarışır və mal-qara nəzarətsiz qalır. xx.xx.2025-ci il tarixdə ona məxsus iri buynuzlu heyvanları nəzarətsiz qaldıqlarından itkin düşmüşlər və ona görə də o, Xaçmaz rayonu, Gəncəli kəndi və yaxın ətrafda olan kəndləri və meşə ərazisini gəzib axtardıqdan sonra dəniz sahilinə üz tutmuş, qış fəslində qarlı hava olduğundan çöldə ac canavarlar hökm sürürlər. Ona görə də hər dəfə belə bir hadisə baş verdikdə vəhşi heyvanlardan qorunmaq üçün özü ilə odlu silah sayılan tüfəngini götürür. xx.xx.2025-ci il tarixdə dəniz sahilində inəklərini axtararkən ETSN-nin əməkdaşları ona yaxınlaşaraq ov tüfənginə baxış keçirmişlər və görmüşlər ki, tüfəngindən atəş açılmamışdır. Sonra üzərinə baxış keçirərək hər hansı dolu və yaxud boş patron gilizi olmadığını görmüşlər. O. Ov ovlamağa gəlmədiyini, ova gəlmiş olsa idi özü ilə patron gətirməli olduğunu izah etmişdir. Lakin ETSN-nin əməkdaşları onun sözlərinə məhəl qoymayaraq onu Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsinə əsasən 1000 manat məbləğində inzibati cərimə etmişlər. Bundan sonra o, ETSN-nin əməkdaşlarına onda patron gilizi belə olmadığını, qanunsuz və əsassız qərarın ləğv olunması üçün məhkəməyə müraciət edəcəyini bildirmiş, ETSN-nin əməkdaşları ona hüququnun olduğunu və müraciət edə biləcəyini demişlər. Ona görə də o məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. O, qərarın surətini xx.xx.2025-ci il tarixdə almışdır. X9 Dəmiroğlu şikayət ərizəsinə uyğun izahat verməklə təmin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X2 şikayəti qəbul etməyərək izahatında göstərdi ki, şikayət vermiş şəxsin axşam saatlarında ov etdiyi aşkar olunmuşdur. Həmçinin şikayətçinin saxlanıldığı ərazi ov üçün nəzərdə tutulan ərazi hesab olunur.Həmin vaxt ov etmək üçün münasib zamandır. Hadisə yerində fotoşəkillər çəkilmişdir. Həmin vaxt ərazidə şikayətçidən başqa, ov edən edən iki nəfər şəxs də, olmuşlar. Həmin şəxslərdən Şahid cərimə etmişlər, digər üçüncü şəxsi isə uzaq məsafədən görmüşlər. Lakin həmin şəxs silahı gizlətmişdir. Belə olan halda sübut olmadığından həmin üçüncü şəxsi cərimə edə bilməmişlər. Həmin şəxslərin şikayətçi ilə birlikdə olub-olmadıqlarını isə bilməmişlər. Hadisə zamanı şikayətçinin silahı qatlanmış vəziyyətdə olmamışdır və içərisi dolu vəziyyətdə olmuşdur. Nazirlər Kabinetinin qərarına əsasən çöl heyvanlarını izləmək ov hesab olunur. Həmin ərazi mal-qaranın girməsi üçün əlverişli yer deyil, orada ancaq çöl quşları ola bilər. Binokl vasitəsilə uzaq məsafədən şikayətçini müşahidə etdiklərində çöl quşlarını izlədiklərini görmüşlər. Ekologiya əməkdaşlarının reyd keçirdiklərini gördükdə silahı qatlayıb, içərisini boşaldaraq guya gəzməyə gəldiklərini, əlindəki silahın isə öz şəxsi silahı olduğunu bildirmişdir. Belə ki, şikayətçinin ov etdiyi yerə onlar avtomobili sürə bilmədiklərindən sənədləşməni aparmaq üçün məcbur olub, həmin yerdən bir az aralı məsafəyə getmişlər. Ov etdikləri çöl quşlarını 10 manatdan satdıqlarını digər şəxslər bildirmələrinə baxmayaraq şikayətçi etiraf etməmişdir. Məhkəmə iclasında iştirak etmiş Şahid izahat verərək bildirmişdir ki, hadisə günü Ekologiya İdarəsinin əməkdaşları ov edərkən saxlamışlar və barəsində protokol tərtib edərək 1005 manat məbləğində cərimə etmişlər. O, həmin əməkdaşları ilk dəfədir ki, görmüşdür. Lakin Ekologiya İdarəsinin əməkdaşları onu saxladıqları zaman şikayətçi orada olmamışdır. Belə ki, fotoşəkildə şikayətçinin ayağında olan çəkmələrlə onun ov etdiyi əraziyə daxil olması mümkün deyildir. Onun ov etdiyi ərazidə su dərindir. Bundan əvvəl də həmin ərazidə ov etmiş. lakin şikayətçini görməmişdir. Məhkəmə şikayətçininvə qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 21 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan və 07 mart 2025-ci il tarixli MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Xaçmaz rayonu, Niyazoba kəndi yaxınlığında qamışlıq ərazidə lazımı icazə sənədi olmadan qanunsuz ov ilə məşğul olması nəticəsində X8 Azərbaycan Respublikasının İXM-nin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəməsinə görə barəsində 1000 manat məbləğində inzibati cərimə olunmuşdur. - 21 fevral 2025-ci il tarixli, 90062 nömrəli Aktdan və fotoşəkillərin surətlərindən görünür ki, xx.xx.2025-ci il tarixdə Ekologiya İdarəsi tərəfindən verilmiş növbəti nəzarət tədbirləri zamanı Xaçmaz rayonu, Niyazoba kəndi yaxınlığında Xəzər dənizinin sahilindən təxminən 200-300 metr aralıda sulu ərazidə iki nəfər şəxsin ov tüfəngi ilə çöl quşlarını izlədiyi, atəş açdqları müşahidə edilmişdir. Aparılmış araşdırma zamanı ov ilə məşğul olan şəxsin Xaçmaz rayonu, Nərəcan kənd sakini Şahid və Xaçmaz rayonu, Gəncəli kənd sakini X8 olduqları müəyyən olunmuşdur. - 21 fevral 2025-ci il tarixli izahatdan müəyyən olunur ki, şikayət vermiş şəxs X4 qanunsuz olaraq ov etdiyini etiraf etmişdir. - Fotoşəkillədən şikayət vermiş şəxsin ov silahı ilə müvafiq ərazidə olduğu müəyyən edilir. “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.1-ci maddəsinə əsasən ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. 8.1-ci maddəsinə əsasən ovçuluq fəaliyyətinə və ovçuluq təsərrüfatlarının mühafizəsinə və istifadəsinə dövlət nəzarətinin məqsədi ov yerlərinin və ov obyektlərinin mühafizəsi, qorunub saxlanması, bərpası, artırılması və istifadəsi üzrə tədbirlərin yerinə yetirilməsində qanunvericilikdə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına nəzarəti təmin etməkdir. 12.1-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. 12.2-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. 18.2.3-ci maddəsinə əsasən ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmək ovçuların vəzifəsidir. "Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları"nın və "Ovçuluq təsərrüfatları haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında”” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarının: 2.2-cü bəndində əsasən respublika ərazisində ov mövsümünün başlanmasını və müddətini Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edir və bu barədə media ilə əhaliyə məlumat verilir. 2.4-cü bəndində əsasən ov mövsümündə ov edilməsinə ərazinin epizootik durumundan asılı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilən günlərdə yol verilir. Ovçulara ovun yalnız bu günlər ərzində ov obyektlərinin hər növünə ayrıca verilən ov etmək üçün icazədə göstərilən normaya uyğun ov etməyə icazə verilir. Ov etmək üçün icazədə ov obyektlərinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Ov etmək üçün icazədə göstərilən normada (sayda) əldə edilən ov məhsulları ovçulara məxsusdur. Göstərilən normadan (saydan) artıq əldə edilən ov məhsulları ovçulardan geri alınır və onlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görülür. 2.7-ci bəndinə əsasən hər bir ovçu ova başlayanadək ov yerlərində təşkil edilmiş nəzarət-buraxılış məntəqəsinə gəlir. Burada ovçuluq təsərrüfatının işçiləri onun silahını, ovçuluq biletini, ov silahını saxlamağa daxili işlər orqanlarının icazəsini və ov etmək üçün icazəni yoxlayır və ovçuların qeydiyyat kitabında bu barədə müvafiq qeydiyyat aparılır. Ov başa çatdıqdan sonra ovçu yenidən nəzarət-buraxılış məntəqəsinə gəlməyə və ovladığını yoxlatmaq üçün göstərməyə borcludur. Yoxlamanın nəticələri ovçuların qeydiyyat kitabında, ov etmək üçün icazənin kötüyündə isə ovçunun nəzarət-buraxılış məntəqəsinə gəlməsi qeyd edilir. Nəzarət-buraxılış məntəqəsinə gəlmədən ov yerinə gedən və ya ovdan sonra çıxıb gedən ovçular ov qaydalarını pozmuş hesab edilir və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. Həmin Qərara əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzərdə tutulmamış günlərdə ov etmək və ovçuluq bileti və ov etmək üçün icazə olmadan ov etmək ov etməyə qadağanlar və məhdudiyyətlərə sırasına daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 75-ci maddəsinin İ, İİİ, Vİ və Vİİ bəndlərinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 272-1-ci maddəsinə əsasənbu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X8 qanunvericiliyin tələblərini pozaraq, ov üçün lazımi icazə olmadanov izləmiş, qeyd olunan halEkologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aşkar edilmiş, hadisə yerində şikayətçinin üzərinə baxış keçirilmişdir. X8 öz izahatında qanunsuz ov etdiyini etiraf etmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmiş, onun barəsində müvafiq protokol tərtib edilmiş, həmin protokol əsasında inzibati xəta haqqında qərar qəbul edilmiş və şikayətçi inzibati qaydada 1000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı şikayət üzrə, yəni barəsində qəbul edilmiş qərarın əsaslı olmaması ilə bağlı sübutetmə yükü də məhz şikayətçinin üzərinə düşür. Şikayətçi tərəfindən isə şikayətini təsdiq edən kifayət qədər mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, X1nun şikayətində göstərdikləri özünümüdafiə xarakteri daşımaqla yanaşı gələcəkdə inzibati məsuliyyətdən yayınma məqsədi güdür. Belə ki, şikayətçinin mübahisəli qərarın sübutlar əsasında qəbul edilməməsi ilə bağlı gətirdiyi arqumentlər onun şəxsi mülahizələridir və mötəbər sübut və ya sənədlərə əsaslanmamışdır. O, inzibati xətanı törətməməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, şikayət vermiş şəxsməhkəmə iclasında ona məxsus heyvanın səhər saatlarında itdiyini və ov edilən ərazi ilə yaşadıqları ərazi arasında məsafənin çox olmadığını bildirsə də, təxminən saat 4-5 radələrində onun ov ərazisində olması və itmiş heyvanın əks istiqamətdə yerləşən ərazidən tapılması şikayət vermiş şəxsin şikayətində göstərdiyi dəlilləri şübhə altına alır. Bunun əksinə olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məhkəməyə inzibati xətanın həm də şikayət verən şəxs X8tərəfindən törədilməsi barədə kifayət qədər sübutlar təqdim edilmişdir. Bundan əlavə, məhkəmə şahid qismində ifadə verən şəxsin ifadəsinə tənqidi yanaşaraq, qeyd edir ki, şahid şikayət vermiş şəxsi həmin gün, həmin ərazidə ümumiyyətlə görmədiyini bildirsə də, şikayət vermiş şəxs öz ifadəsində həmin gün orada iki nəfərin də olduğunu və onlara da cərimə yazıldığını bildirmişdir. Həmçinin, 21 fevral 2025-ci il tarixli, 90062 nömrəli Aktdan görünür ki, hər iki şəxs, şikayət verən X8 və Şahid aktı birlikdə imzalamışlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X5 07 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməsi üçün əsas olmadığına və X1nun göstərdiyi xüsusatlar mötəbər sübutlara əsaslanmamaqla öz təsdiqini tapmadığına görə onun şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisiX5 07 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-603/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-603/2025
14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver