Məhkəmə qərarları › İş №3(076)-1154/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1154/2024

21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1154/2024 21.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs xx.xx.1992-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2711/2022 saylı icra sənədi üzrə borcu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2711/2022 saylı icra sənədinə əsasən Şəxs ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanan xx.xx.2021-ci il tarixli, 65/21 saylı və xx.xx.2021-ci il tarixli, 58/21 saylı daxili sublizinq müqavilələri vaxtından əvvəl ləğv edilməsi, cavabdeh Şəxs xx.xx.2021-ci il tarixli, 65/21 saylı daxili maliyyə sublizinq müqaviləsi üzrə 2875 manat lizinq ödənişi borcu, 20 manat cərimə, 1350 manat dəymiş zərər, cəmi 4245 manat və xx.xx.2021-ci il tarixli, 58/21 nömrəli daxili maliyyə sublizinq müqaviləsi üzrə 2750 manat lizinq ödənişi borcu, 10 manat cərimə, 1200 manat dəymiş zərər, cəmi 3960 manat olmaqla, ümumilikdə 8205 (səkkiz min iki yüz beş) manat pul və 86.30 (səksən altı manat otuz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMCnə ödənilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq o, icra sənədi üzrə borcunu ödəməkdən yayınmışdır. Şəxs bir neçə dəfə icra şöbəsinə dəvət edilərək izahatı alınmış, lakin hazırkı vaxtadək icra məmurunun göstərişlərini tam yerinə yetirmir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İcra məmuru məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2711/2022 saylı icra sənədinə əsasən, cavabdeh onun ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanan xx.xx.2021-ci il tarixli, 65/21 saylı və xx.xx.2021-ci il tarixli, 58/21 saylı daxili sublizinq müqavilələri vaxtından əvvəl ləğv edilməsi, ondan xx.xx.2021-ci il tarixli, 65/21 saylı daxili maliyyə sublizinq müqaviləsi üzrə 2875 manat lizinq ödənişi borcu, 20 manat cərimə, 1350 manat dəymiş zərər, cəmi 4245 manat və xx.xx.2021-ci il tarixli, 58/21 nömrəli daxili maliyyə sublizinq müqaviləsi üzrə 2750 manat lizinq ödənişi borcu, 10 manat cərimə, 1200 manat dəymiş zərər, cəmi 3960 manat olmaqla, ümumilikdə 8205 (səkkiz min iki yüz beş) manat pul və 86.30 (səksən altı manat otuz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs MMC-nə ödənilməsi qət edilmişdir. Hazırda həmin icra sənədindəki hərəkətləri yerinə yetirməkdən boyun qaçırmır. Belə ki, tələbkara olan borcundan xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə isə 120 manat ödəniş etmişdir. Qalan borcunu isə qısa müddət ərzində ödəyəcəkdir.Odur ki, göstərilənləri nəzərə alaraq barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2711/2022 saylı icra sənədinə əsasən, Şəxs ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanan xx.xx.2021-ci il tarixli, 65/21 saylı və xx.xx.2021-ci il tarixli, 58/21 saylı daxili sublizinq müqavilələri vaxtından əvvəl ləğv edilməsi, cavabdeh Şəxs xx.xx.2021-ci il tarixli, 65/21 saylı daxili maliyyə sublizinq müqaviləsi üzrə 2875 manat lizinq ödənişi borcu, 20 manat cərimə, 1350 manat dəymiş zərər, cəmi 4245 manat və xx.xx.2021-ci il tarixli, 58/21 nömrəli daxili maliyyə sublizinq müqaviləsi üzrə 2750 manat lizinq ödənişi borcu, 10 manat cərimə, 1200 manat dəymiş zərər, cəmi 3960 manat olmaqla, ümumilikdə 8205 (səkkiz min iki yüz beş) manat pul və 86.30 (səksən altı manat otuz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2711/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, borclu tərəfindən tələb edilən məbləğdən 300 manat ödənilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, borclu tərəfindən tələb edilən məbləğdən 120 manat ödənilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatları, ilə müəyyən edilir ki, Şəxs icra sənədində göstərilən tələbləri yerinə yetirməkdən qəsdən boyun qaçırmamış, tələbkara olan borcundan bir qismini ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırkı inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar