Məhkəmə qərarları › İş №3(076)-1158/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1158/2024

31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1158/2024 31.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Barəsində qərar çıxarılmış: X2 iştirakı ilə Azərbaycan Respublikası DİN–in BDYPİ–nin fiziki şəxs X2 barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsi ilə xx.xx.2024–cü il tarixli EQ 22717125 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN–in BDYPİ–nin fiziki şəxs X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsi ilə xx.xx.2024–cü il tarixli EQ 22717125 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarı ilə fiziki şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X4 Azərbaycan Respublikası DİN–in BDYPİ–nin xx.xx.2024–cü il tarixli EQ 22717125 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X4 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı-Qazax yolunun 80.5-ci kilometrliyində Hacıqabul rayonu Atbulaq ərazisində “Kia Forte” markalı **-DQ-*** dövlət qeydiyyat nişanlı maşını ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən müşahidə kamerası vasitəsi ilə ona İXM-in 327.1-ci maddəsi ilə 40 manat məbləğində EQ22717125 nömrəli elektron protokol tərtib edilmişdir. Protokol materiallarına baxarkən sarı xətti (1.4 üfüqi nişanlanma xətti) kəsib keçdiyi açıq-aşkar görünür. Yolun nişanlanmasına nəzər yetirdikdə və 1.4 nişanının açıqlamasında sarı bütov xətti kəsib keçməklə bağlı heç bir qadağa yoxdur. Belə ki, bu nişanlanma "Dayanmaq qadağandır" nişanından başlayan, dayanmaq qadağan olunan sahənin uzunluğunu bildirir. Yəni, bu nişanla birlikdə tətbiq edildikdə sarı bütöv xətt boyunca dayanmaq və durmaq qadağandır. "Dayanmaq qadağandır" nişanı vurulmadıqda sarı bütöv xətt dayanmanı qadağan etmir. Azərbaycanda sarı bütöv xətti "Dayanmaq qadağandır" nişanını vurmadan hərəkət hissəsinin kənarının yaxşı görünməsi üçün də çəkirlər. Bütün yazılanlara baxmayaraq elektron protokoldan şikayət versə də BDYPİ-nin rəis müavini, Yol-patrul Xidməti Alayının komandiri Fuad Mayılov şikayətin əsassız olduğunu iddia edərək ünvanına yazılı cavab göndərmişdir. O isə haqlı olduğunu düşünüb və heç bir qayda pozmadığını üçün qərarın ləğv edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış fiziki şəxs X4 şikayət ərizəsinin dəlillərini müdafiə edib göstərdi ki, ondan sol tərəfdə yerləşən düz bütöv xətti kəsib keçsə də, həmin yerdə sarı xətti (1.4 üfüqi nişanlanma xətti) kəsib keçmənin qadağan olduğunu göstərən nişan olmamışdır. Yolun nişanlanmasına nəzər yetirdikdə və 1.4 nişanının açıqlamasında sarı bütov xətti kəsib keçməklə bağlı heç bir qadağa yoxdur. Belə ki, bu nişanlanma "Dayanmaq qadağandır" nişanından başlayan, dayanmaq qadağan olunan sahənin uzunluğunu bildirir. Yəni, bu nişanla birlikdə tətbiq edildikdə sarı bütöv xətt boyunca dayanmaq və durmaq qadağandır. Ona görə hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkibi yoxdur və onun tərəfindən hər hansı inzibati xəta hadisəsi törədilməmişdir. Belə olan halda, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu və inzibati xəta haqqında iş üzrə qərarı əsassız hesab edir. Bu səbəbdən şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, Azərbaycan Respublikası DİN–in BDYPİ–nin YPXAnın xx.xx.2024–cü il tarixli EQ 22717125 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarının ləğv edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası DİN–in BDYPİ–yə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN–in BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasın mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan xx.xx.2024–cü il tarixli EQ 22717125 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə Bakı-Qazax yolunun 80.5-ci kilometrliyində Hacıqabul rayonu Atbulaq ərazisində “Kia Forte” markalı **- DQ-*** dövlət qeydiyyat nişanlı maşını ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, özündən sol tərəfdə yerləşən, yolun hərəkət hissəsinin kənarını göstərən enli bütöv xətti kəsib keçmiş və yol hərəkəti nişanının tələblərini pozmaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli EQ 22717125 nömrəli inzibati xəta haqqında elektron qərara əlavə edilmiş və inzibati xəta hadisəsinə dair fotoçəkilişdən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə Bakı-Qazax yolunun 80.5-ci kilometrliyində Hacıqabul rayonu Atbulaq ərazisində “Kia Forte” markalı **-DQ-*** dövlət qeydiyyat nişanlı maşını ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, özündən sol tərəfdə yerləşən, yolun hərəkət hissəsinin kənarını göstərən enli bütöv xətti kəsib keçmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-xx-xx/128719/2024 nömrəli məktubdan görünür ki, X4 tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ22717125 nömrəli qərardan verilmiş şikayətə Baş X5 idarəsində baxılmış və inzibati tənbeh vermə haqqında qərar qüvvədə saxlanılmışdır. İşdə olan X4 tərəfindən verilmiş vəsatətdən görünür ki, barəsində elektron qərar çıxarılmış şəxs inzibati xəta haqqında qərardan şikayətə onun yaşadığı yer üzrə məhkəmə tərəfindən baxılmasını xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X2 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, şikayətin dəlillərini araşdırarkən, həmçinin müəyyən etdi ki, qərar qəbul edən orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Belə ki, “X3” Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinin İ bəndində göstərilmişdir ki, yolun nişanlanması (5 saylı Əlavə) yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Həmin Qanunun İİ bəndinə əsasən yol nişanlanmasına hərəkət təhlükəsizliyini artırmaq məqsədi ilə yol hərəkəti qaydalarını müəyyənləşdirən, yol qurğularının ölçülərini və ya yolun istiqamətini bildirən, yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlərinə çəkilən xətlər, yazılar və digər qeydlər aiddir. Yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və svetoforlarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında tətbiq olunur. Müvəqqəti nişanlama xətləri rənginə görə digər nişanlama xətlərindən fərqlənməlidir. Həmin Qanunun Vİ bəndinin 2-ci hissəsində göstərilmişdir ki, 1.2avtomagistrallarda hərəkət hissəsinin kənarını göstərir. (enli bütöv xətlər) Həmin Qanunun Vİ bəndinin 4-cü hissəsində göstərilmişdir ki, 1.4 — 3.27 nişanı ilə birlikdə tətbiq edildikdə dayanma qadağan olunan yerləri bildirir və hərəkət hissəsinin kənarına və ya bordürün üst hissəsində çəkilir. Həmin Qanunun Vİİ bəndinin 2-ci hissəsində göstərilmişdir ki, nəqliyyat vasitəsini yolun çiynində dayandırmaq üçün hərəkət hissəsinin kənarını göstərən və sürücüdən sağda yerləşən 1.1 və 1.2 xətlərini kəsib keçməyə yol verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsinə əsasən, Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X3” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. X1 yuxarıda sadalanan normalarından görünür ki, tək bütöv xətti hərəkət hissəsinin kənarı sürücüdən sağda yerləşməsi halından başqa qalan yerlərdə kəsib keçmək qadağandır. X4 isə idarə etdiyi nəqliyyat vasitəsilə Bakı-Qazax yolunda hərəkətdə olan zaman yolun hərəkət hissəsinin kənarını göstərən və sürücüdən sol tərəfdə olan düz xətti kəsib keçmişdir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN–in BDYPİ-nin X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024–cü il tarixli EQ 22717125 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X2 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X2 Azərbaycan Respublikası DİN–in BDYPİ-nin xx.xx.2024–cü il tarixli EQ 22717125 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN–in BDYPİ-nin, fiziki şəxs X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2024–cü il tarixli EQ 22717125 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar