Məhkəmə qərarları › İş №3(078)-234/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-234/2024

10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-234/2024 10.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili və nümayəndəsi X8 və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 iştirakları ilə ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Naxçıvan Şəhər Məhkəməsinə 24 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə təqsirləndirilməsinə dair 22 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Naxçıvan şəhəri, 49-cu məhəllədə tikinti işlərinin (tikiləcək binaların təməl hissəsinin torpaq qazma işlərinin) dayandırılması barədə verilmiş 20 may 2024-cü il tarixli, 18 nömrəli qərara əməl edilməmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 11 iyun 2024-cü il tarixdə Şəxs nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi DTTNİnin tikintiyə dövlət nəzarəti sektorunun müdiri X9 tərəfindən tərtib edilmiş MN № ******* nömrəli inzibati xəta haqqında protokola etiraz göndərilmişdir. Həmin etirazda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi DTTNİ-nin tikintiyə dövlət nəzarəti sektorunun müdiri X9 tərəfindən Azərbaycan Respublikasının qanunlarına zidd olaraq MN № ******* protokol (bundan sonra - Protokol) tərtib edilmişdir. Belə ki, ilk növbədə qeyd etmək lazımdır ki, protokol tələm-tələsik hazırlanıb və reallığı əks etdirmir. Belə ki, Protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC əvəzinə "xxxx" MMC qeyd edilmişdir. Bundan əlavə nə aktın tərtib edilməsində, nə də protokolun tərtib edərkən Şəxs MMC-nin nümayəndələri dəvət edilməmiş və protokola dair Şəxs MMC-nin nümayəndələrinin fikirləri öyrənilməmişdir. İş üzrə inzibati orqan tərəfindən inzibati iş aparılmamış, Şəxs MMC-nin nümayəndələri inzibati işin aparılması üçün dəvət edilməmiş, həmin inzibati işlə bağlı münasibəti öyrənilməmişdir. İnzibati iş haqqında protokolun tərtib edilməsi üçün əsas olan halların Şəxs MMC ilə əlaqəsinin olması inzibati orqan tərəfindən sübut edilməmişdir. Belə ki, iş üzrə protokolda iddia edildiyi kimi tikinti işinin məhz Şəxs MMC-nin nümayəndələri tərəfindən aparılmasını sübut edən Şəxs MMC-nin əmək müqaviləsi və ya xidmət müqaviləsi üzrə işləyən əməkdaşından izahat alınmamış, tikinti işləri aparan şəxslərin (əgər belə tikinti işləri aparılmışdırsa) şəxsiyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinin tələblərinə əsasən: “inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir”, İnzibati xəta haqqında protokolu yazan inzibati orqanın vəzifəli şəxsi tərəfindən Şəxs MMC tərəfindən tikinti işlərinin aparılmasını sübut etməlidir. Şəxs MMC-nin tikinti işlərini aparmadığını sübut etmək vəzifəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinin tələblərinə əsasən: “İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir”. Hazırkı işdə inzibati xətanın tərkibi yoxdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinin tələblərinə əsasən: “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur”. Şəxs MMC tərəfindən tikinti işləri aparılmadığı üçün inzibati xətanın obyektiv tərəfi mövcud deyil. İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinin tələblərinə əsasən: “Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs: 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi DTTNİnin tikintiyə dövlət nəzarəti sektorunun müdiri X9 tərəfindən tərtib edilən protokolda Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi üçün yuxarıda qeyd edilən şəxslərdən hər hansı birinin təqsirli əməli sübut edilməmişdir. İnzibati xəta haqqında Protokolun tərtib edilməsi zamanı Şəxs MMC-nin nümayəndəsinin dəvət edilməmişdir. Belə ki, əgər Şəxs MMC-nin nümayəndəsi Protokol tərtib edilərkən dəvət edilmiş olsaydı, həmin işçilərin şəxsiyyəti müəyyən edilər, bu barədə sübutlar iş materiallarına əlavə edilmiş olardı. Beləliklə inzibati orqan tərəfindən İnzibati Xətalar Məcəlləsinin 78.2-ci maddəsinin və 100.1.7-ci maddəsinin tələbləri pozulmuşdur. Məcəllənin 78.2-ci maddəsinin tələblərinə əsasən “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir”. Həmin məcəllənin 100.1.7-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında protokolda “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları qeyd edilməlidir. İstər tərtib edilən aktda, istərsə də protokolda istinad edilən pozuntuların Şəxs MMC tərəfindən törədilməsini sübut edən materiallar inzibati xəta haqqında işə əlavə edilməmişdir. Qeyd etmək lazımdır ki, Şəxs MMC qeyd edilən ərazidə hər hansı tikinti işləri aparmamışdır. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsində qeyd edilmişdir ki, “Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir". Məlum olduğu kimi hazırki işdə "APF Tikinti” MMC tərəfindən tikinti işlərinin aparılması üçün məsuliyyətə cəlb edilməsi tələb edilsə də hansı tikinti işlərinin aparılması, yaxud həmin tikinti işlərinin məhz Şəxs MMC tərəfindən aparılması sübut edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və İnzibati Xətalar Məcəlləsinin 114.1.4 və 53-cü maddələrini rəhbər tutaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili və nümayəndəsi X15 izahatında protokol tərtib olunarkən inzibati xəta törətmiş şəxsin kimliyinin müəyyən olunmalı olduğunu, lakin protokolu tərtib etmiş orqan tərəfindən heç bir araşdırma aparılmadığını, zəruri olan heç bir sübut toplanmadığını, nümayəndə dəvət edilmədiyini, bu səbəbdən də protokolun tam əsassız olduğunu, həmin ərazinin mülkiyyətçisinin başqa şəxs olduğunu, mülkiyyətçi ilə aralarında şifahi danışıqlar olduğunu, onların texnikalarının da orada olduğunu, lakin xəndək qazılmadığını, hər hansı bir tikinti işi aparılmadığını bildirərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında həmin ərazidə gələcəkdə hər hansı işlərin aparılmasının nəzərdə tutulduğunu, APF tikintinin reklam lövhələri ilə ərazinin hasara alındığını, lakin hər hansı tikinti işi aparılmadığını, sadəcə olaraq orada təmizlik işləri aparıldığını, qeyd edilən ərazinin fiziki şəxsə məxsus olduğunu, APF tikinti ilə həmin mülkiyyətçi arasında şifahi olaraq razılaşmalar olduğunu, lakin hər hansı bir müqavilə olmadığını, gələcəkdə bəzi işlərin aparılması nəzərdə tutulduğunu, təmizlik üçün qazıntı apardıqlarını, sadəcə təmizlik məqsədilə etdiklərini, fotoşəkillərin nə zaman çəkilməsi ilə bağlı hər hansı bir sübut olmadığını, həmin fotoşəkillərin hansı əraziyə adi olmasını göstərən heç bir sübut olmadığını, proses müddəti uzandığı üçün artıq iki fiziki şəxs tərəfindən hüquqi şəxs yaradıldığını, APF construction olduğunu, tikintidə onlarla müqavilə bağlayacaqlarını, 49-cu məhəllənin Sevda xanımın mülkiyyətində olan sahə olduğunu, hal-hazırda onlar tərəfindən işlər aparıldığını, hazırda lazımi qaydada tikintiyə icazə alındığını, əvvəllər orada olan işlərin qazıntı və ya tikinti işləri olduğu ilə bağlı hər hansı bir rəy olmadığını, protokol tərtib edən şəxs tərəfindən daşınmaz Əmlaka sorğu verilərək həmin ünvanın kimin mülkiyyətində olduğunun müəyyən edilməli olduğunu, protokolun əsassız olduğunu, onların təqsirini sübuta yetirə bilmədiklərini bildirərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X9 inzibati xəta haqqında protokolda “APF” İnşaat və “APF” Tikinti yazılmasının texniki səhvlik olduğunu, icra hakimiyyəti tərəfindən göstərilən ünvana gedildiyini, iki dəfə gedildiyini, birinci dəfə gedəndə özünün getdiyini, torpaq-qazıntı işlərinin aparılmasını gördüklərini, şəkilləri özünün çəkdiyini, telefonla çəkildiyini, həmin qazıntının dördbucaq formada olduğunu, dərinliyini bilmədiyini, kənardan həmin əraziyə baxdıqlarını, “APF” tikintiyə müvafiq sənədləşdirilmə işləri aparılması üçün 1 ay müddət verildiyini, lakin heç bir sənədləşdirmə olmadığını və 22 may tarixində akt tərtib edilərək protokol tərtib edildiyini, hər hansı əlavə material olmadığını, bütün sənədlərin məhkəməyə təqdim edildiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X12 Şəxs tərəfindən qanunsuz torpaq-qazıntı işlərinin aparılması ilə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən orqana məktub ünvanlandığını, o məktubun əsasında da həmin qeyd edilən əraziyə gedilərək araşdırılma aparıldığını, rəsmi şəkildə APF tikintiyə özləri tərəfindən məktub ünvanlandığını, lakin onlar tərəfindən hər hansı cavab verilmədiyini, ərazinin fotoşəkillərinin çəkildiyini, NK qərarına əsasən hovuz çıxarılmasının da torpaqqazma işləri olduğunu, şifahi şəkildə razılıq əsasında tikinti işləri aparıldığını, vergidən və inzibati xətadan yayınma məqsədilə edildiyini, Naxçıvan şəhəri 49-cu məhəllə ünvanında olduğunu, vəzifələrinin ünvanı araşdırmaq olduğunu, ünvanı araşdırmaq səlahiyyətinin də yerli icra hakimiyyəti orqanına məxsus olduğunu, bu səbəbdən də sorğu verildiyini, ünvanın 49-cu məhəllə göstərildiyini, onların da o ünvana getdiklərini, Əliağa adlı şəxs olduğunu, oranın işçisi olduğunu, şəxsin izahat verməkdən imtina etdiyini, bununla bağlı akt tərtib olunduğunu bildirmişdir. X1 məhkəmə iclasında verdiyi ifadəsində ünvanın Naxçıvan şəhəri, 49-cu məhəllə olduğunu, “APF” tikintinin lövhələri olduğunu, qazıntı işləri aparıldığını, təmizlik işləri apardıqlarını dediklərini, boş torpaq olduğunu, həmin əraziyə ikinci dəfə gedəndə içəri buraxılmadıqlarını, Mətin və Murad adlı əməkdaşların da orada olduqlarını, birinci dəfə gedəndə Etimad və Əvəzin də orada olduğunu, fotoşəkilləri kimin çəkdiyini bilmədiyini, əraziyə birinci dəfə gedəndə içəri girdiklərini, lakin uzaqdan durub baxdıqlarını, sadəcə qazıntı gördüklərini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən verilmiş 20 may 2024-cü il tarixli, 18 nömrəli tikinti işlərinin dayandırılması barədə qərardan görünür ki, Şəxs tərəfindən Naxçıvan şəhəri, 49-cu məhəllədə tikintiyə icazə olmadan tikiləcək binaların təməl hissəsinin torpaq qazma işləri görülmüş və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən Şəxsnə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinə əsasən (Tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti islərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə) tikinti işlərinin dayandırılması haqqında qərar qəbul edildiyi, tikintinin aparılmasına əsas verən sənədlər tam həcmdə hazırlandıqdan sonra Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinə təqdim olunmalı olduğu qeyd olunmuş və tikinti obyektində aşkar olunmuş pozuntuların sifarişçi (podratçı) tərəfindən aradan qaldırılması üçün 30 (otuz) gün müddət müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən verilmiş 21 may 2024-cü il tarixli, 55 nömrəli texniki baxış aktından görünür ki, Naxçıvan şəhəri, 49-cu məhəllə ünvanında Şəxs tərəfindən tikintiyə icazə olmadan yaşayış binasının bünövrəsinin qoyulması üçün eni 24 metr, uzunluğu 40 metr və dərinliyi 3.10 metr olan torpaq qazma işləri aparılmış və 20 may 2024-cü il tarixli, 18 nömrəli qərarın tələbləri pozularaq torpaq qazma işləri davam etdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən “APF GROUP”a ünvanlanmış 17 may 2024-cü il tarixli, 5-5/2-349/2024 nömrəli məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət tikintidə təhlükəsizliyə nəzarət idarəsinin 30 aprel 2024cü il tarixli, 3-18-88/2-486/2024 nömrəli məktubuna və "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü İl tarixli 375 nömrəli Fərmanının 4.3-cü bəndinə əsasən Naxçıvan şəhəri, 49cu məhəllədə Şəxs tərəfindən aparılan tikinti işlərinin dayandırılması tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən Şəxsnə ünvanlanmış 20 may 2024-cü il tarixli, 3-18-88/2-611/2024 nömrəli məktubdan görünür ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinə ünvanladığı 17 may 2024-cü il tarixli, 5-5/2-351/2024 nömrəli məktuba əsasən Naxçıvan şəhəri, 49-cu məhəllədə Şəxs MMC tərəfindən tikinti işləri aparılan əraziyə baxış keçirilmişdir. Baxış keçirilən zaman, qeyd olunan ünvanda Şəxs MMC tərəfindən tikinti işlərinin (torpaq qazma işlərinin) aparılmasına əsas verən sənədlərin olmadığı müəyyən olunmuşdur. Tikinti işlərinin aparılmasına əsas verən sənədlərin olmadığı nəzərə alınaraq, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci bəndinə (tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə) əsasən tikinti işlərinin dayandırılması haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.20-ci bəndinə əsasən tikinti ərazisinə nəzarətin təmin edilməsi üçün tikinti işlərinin dayandırılması haqqında qərarın surəti Şəxsnə göndərilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin tikintiyə dövlət nəzarəti sektorunun müdiri X9, X22 İdarəsinin normativ əsasları şöbəsinin böyük mühəndis-inspektoru daxili xidmət kapitanı X13 və Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi X16 tərəfindən tərtib olunmuş 22 may 2024-cü il tarixli aktdan görünür ki, Naxçıvan şəhəri, 49-cu məhəllədə Şəxs tərəfindən tikintiyə icazə sənədi və ekspertiza rəyi olmadan tikinti işləri (torpaq qazma işləri) aparıldığı üçün tikinti işlərinin dayandırılması ilə bağlı qərar verilmişdir. Lakin tikinti işlərinin dayandırılması haqqında qərara məhəl qoymadan Şəxs tərəfindən tikinti işləri davam etdirilir. Bunun üçün qanunvericiliyə uyğun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsinə uyğun olaraq inzibati xəta törədən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin Şəxs məsul şəxsi tərtib olunmuş protokolu imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin tikintiyə dövlət nəzarəti sektorunun müdiri X9, həmin sektorun baş məsləhətçiləri X12 və X11 tərəfindən tərtib olunmuş 27 may 2024-cü il tarixli aktdan görünür ki, Naxçıvan şəhəri, 49-cu məhəllədə Şəxs tərəfindən tikintiyə icazə sənədi olmadan tikinti işləri (torpaq qazma işləri) aparıldığından 20 may 2024-cü il tarixdə Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən tikinti işlərinin dayandırılması haqqında qərara əməl olunmadan tikinti işləri davam etdirilir. Onlar tikinti sahəsinə daxil olmaq istəyərkən “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.4-cü bəndinin tələblərinə məhəl qoyulmadan onların tikinti sahəsinə daxil olmalarına maneələr yaradılmış və tikinti sahəsinin mühafizəçiləri tərəfindən deyilmişdir ki, “APF holding yəni, rəhbərliyimiz bizə tapşırıq qoyub ki heç kimi tikinti sahəsinə buraxmayın. Kim tikinti sahəsinə daxil olmaq istəsə holdinq tərəfindən icazə aldıqdan sonra daxil olsun”. Bundan sonra onlar tikinti sahəsindən uzaqlaşmışlar. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin tikintiyə dövlət nəzarəti sektorunun müdiri X9, həmin sektorun baş məsləhətçiləri X12 və X11 tərəfindən tərtib olunmuş 27 may 2024-cü il tarixli aktdan görünür ki, Naxçıvan şəhəri, 49-cu məhəllədə Şəxs tərəfindən tikintiyə icazə sənədi olmadan tikinti işləri (torpaq qazma işləri) aparıldığından 20 may 2024-cü il tarixdə Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən tikinti işlərinin dayandırılması haqqında qərara əməl olunmadan tikinti işləri davam etdirilir. Bunun üçün tərəflərindən obyektin iş icraçısının (özünün verdiyi məlumata əsasən iş icraçısıdır) X4 qanunvericiliyin tələblərinə və tikinti işlərinin dayandırılması haqqında qərara niyə əməl etmədiklərini soruşmuşlar. O isə onlara “APF holdinqdən yəni rəhbərliyimizdən deyiblər ki, sən işini gör”. Ona bir daha qanunvericiliyin tələblərini pozaraq tikinti işləri apardıqlarını demişlər. O yenə “bura şəxsi torpaqdır. Ona görə mənə deyiblər ki, sən öz işinlə məşğul ol. Eyni zamanda təlimat verilib ki, heç kim tikinti sahəsinə buraxılmasın”. Hal-hazırda qanunvericiliyin tələblərini və tərəflərindən verilmiş dayandırma qərarına məhəl qoyulmadan işlər davam etdirilir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin tikintiyə dövlət nəzarəti sektorunun müdiri X9, həmin sektorun baş məsləhətçisi X11 və layihə, mühəndis-axtarış və ekspertiza işləri sektorunun baş məsləhətçisi X10 tərəfindən tərtib olunmuş 27 may 2024-cü il tarixli aktdan görünür ki, Naxçıvan şəhəri, 49-cu məhəllədə Şəxs tərəfindən tikintiyə icazə sənədi olmadan tikinti işləri (torpaq qazma işləri) aparıldığından 20 may 2024-cü il tarixdə Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən tikinti işlərinin dayandırılması haqqında qərara əməl olunmadan tikinti işləri davam etdirilir. Bunun üçün tərəflərindən obyektin iş icraçısının (özünün verdiyi məlumata əsasən iş icraçısıdır) X4 qanunvericiliyin tələblərinə və tikinti işlərinin dayandırılması haqqında qərara niyə əməl etmədiklərini soruşmuşlar. O isə onlara “APF holdinqdən yəni rəhbərliyimizdən deyiblər ki, sən işini gör”. Ona bir daha qanunvericiliyin tələblərini pozaraq tikinti işləri apardıqlarını demişlər. O yenə “bura şəxsi torpaqdır. Ona görə mənə deyiblər ki, sən öz işinlə məşğul ol. Eyni zamanda təlimat verilib ki, heç kim tikinti sahəsinə buraxılmasın”. Həmin vaxt əraziyə Naxçıvan şəhər Polis İdarəsinin əməkdaşını dəvət etmişlər və o da şahid olmuşdur ki, torpaq qazma işləri davam edir. Ondan sonra torpaq qazma işlərini dayandırmış və işləməyəcəklərini demişlər. Sonra onlar tikinti sahəsindən uzaqlaşmışlar. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin tikintiyə dövlət nəzarəti sektorunun baş məsləhətçiləri X11, X12 və layihə, mühəndis-axtarış və ekspertiza işləri sektorunun baş məsləhətçisi X10 tərəfindən tərtib olunmuş 29 may 2024-cü il tarixli aktdan görünür ki, Naxçıvan şəhəri, 49-cu məhəllədə Şəxs tərəfindən tikintiyə icazə sənədi olmadan tikinti işləri (torpaq qazma işləri) aparıldığından 20 may 2024-cü il tarixdə Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən tikinti işlərinin dayandırılması haqqında qərara əməl olunmadan tikinti işləri davam etdirilir. Onlar tikinti sahəsinə daxil olmaq istəyərkən mühafizəçilər onları içəri buraxmamışlar. Onlar iş icraçısı X5 çağırsalar da mühafizəçi onlara “iş icraçısı deyir mən daha o işlərə baxmıram” demiş və tikinti sahəsinə buraxmamışdır. Bundan təqribən 20 dəqiqə sonra mühafizə rəisi (özünün verdiyi məlumata əsasən mühafizə rəisidir) X20 gəlmiş və onlar yaranmış vəziyyəti ona izah etmişlər. Sonra onlar tikinti sahəsinə daxil olmuşlar. Tikinti işləri (torpaq qazma işləri) davam etdirilirdi. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri dövlət xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri” publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, , Naxçıvan şəhəri, 49-cu məhəllə, 1/7 ünvanında yerləşən 6.5763 ha torpaq sahəsi 23 avqust 2023-cü il tarixdə X7 və X6 adına qeydiyyata alınmışdır. Məhkəmə tərəflərin məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 394.0.7-ci maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsinə əsasən tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş yazılı göstərişlərinə və tikinti işlərinin dayandırılması ilə bağlı qərarlarına, habelə tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun həmin Məcəllə ilə müəyyən edilmiş yazılı göstərişlərinə və qərarlarına əməl etməməyə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 394.0.7-ci maddəsinin dispozisiyasından aydın olduğu kimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş yazılı göstərişlərinə və tikinti işlərinin dayandırılması ilə bağlı qərarlarına, habelə tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun həmin Məcəllə ilə müəyyən edilmiş yazılı göstərişlərinə və qərarlarına əməl etmədikdə yaranır. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə təqsirləndirilməsinə dair 22 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə Şəxs tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 394.0.7-ci maddəsinin dispozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib edən orqan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin təqsirini təsdiq edən edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin inzibati xətanın baş verməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin təqsiri sübuta yetirilə bilməmişdir. Belə ki, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən həmin tikinti işlərinin məhz Şəxs tərəfindən həyata keçirilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdən isə ərazinin həqiqətən də Naxçıvan şəhəri, 49-cu məhəllə olması və məhz Şəxs tərəfindən həmin ərazidə tikinti işlərinin aparılması öz təsdiqini tapmamışdır. Şəxs nümayəndəsi və Şəxs MMC-nin vəkili və nümayəndəsi məhkəmə iclasında həmin ərazidə Şəxs ümumiyyətlə tikinti işləri aparmadığını, sadəcə olaraq həmin ərazidə təmizlik işləri apardığını bildirmişlər. Həmçinin məhkəmə onu da qeyd edir ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin adı həm "xxxx" MMC olaraq həm də Şəxs MMC olaraq göstərilmiş, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi isə məhkəmə iclasında ilk olaraq hüquqi şəxsin əvvəlki adını nəzərə alaraq elə yazdıqlarını, sonra isə düzəltdiklərini bildirmiş, daha sonra isə bunun sadəcə olaraq bir texniki səhvlik olduğunu bildirərək ziddiyyətli ifadə vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X14 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar