Məhkəmə qərarları › İş №3(078)-354/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-354/2024

11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-354/2024 11.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı qəbul etmiş şəxs X6 iştirakları ilə, xx xxxx 1994-cü ildə Babək rayon, Nəzərabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN KOD: xxxxxxx), ali təhsilli, evli, 1 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, "xxxx" QSC-də baş redaktor işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikası Prokurorluğu tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 09 sentyabr 2024-cü il tarixdə ünvan 2 ünvanında yaşayan zərərçəkmiş şəxs X7 Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikası Prokurorluğuna ərizə ilə müraciət edərək ərizəsində 2023-cü il dekabr ayının 15-də əvvəl işlədiyi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin baş redaktoru Şəxs tərəfindən hava limanı yolu istiqamətində, Babək rayonu ərazisində fiziki şiddətə məruz qaldığını, adı çəkilən şəxsin sonralar 3 müxtəlif vaxtda ona xəsarət yetirdiyini, sonuncu dəfə 2024-cü il, yanvar ayının 19-da danışmaq adı ilə "**-BH-***" nömrə nişanlı avtomobilinə dəvət edib, o mindiyi anda qapıları kilidləyib, avtomobili işə saldığını, enmək istədiyini dəfələrlə bildirməyinə rəğmən onun dinləmədiyini, Şahbuz rayonu ərazisində, "Şahbuz" məlumatverici-göstərici yol nişanının qarşısındakı döngədə, boş ərazidə mühərriki söndürüb arxa oturacağa keçdiyini və onu döyməyə, çoxsaylı xəsarətlər yetirməyə başladığını, Şəxs bu zaman özünün telefonu ilə başına, qollarına və ayaqlarına vurduğunu, üz nahiyəsinə yumruq zərbələri endirdiyini, başını avtomobilin pəncərələrinə vurduğunu, şiddətin ardından onun şəxsinə qarşı cinsi zorakılıq da etdiyini, maşından çıxıb qaçmaq istədiyini, amma onun buna imkan vermədiyini, yerdə sürüyərək təkrar avtomobilinə mindirdyini, həmin gün orada şəxsi telefonunu da içərisində sübutlar olduğunu bildiyi üçün qırdığını, sonradan telefon alıb versə də, aralarında barışıq baş tutmadığını, həmin telefonun onun telefonu dəyərində olmadığını və illərlə işlədilmiş köhnə cihaz olduğunu, o Şəxs aldığı fiziki xəsarətlərə-döyülməyinə, cinsi istismar edildiyinə və şəxsi əmlakının qəsdən məhv edildiyinə görə şikayətçi olduğunu, bu barədə ciddi tədbir görülməsini və Şəxs qanunla cəzalandırılmasını xahiş etmişdir. Müraciət əsasında Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikası Prokurorluğu tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 11 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Nəzrinin daha çox görüşmək istədiyini, onu narahat etdiyini, özünün Nəzrin barəsində müvafiq qurumlara şikayətlər etdiyini, Nəzrini 2 dəfə vurduğunu, bir dəfə hava limanı yolunda çəkişdiklərini, o zaman vurmadığını, sadəcə olaraq çəkişdiklərini, bir dəfə də Naxçıvandan Şahbuz istiqamətinə dönərkən vurduğunu, Nəzrinin təxminən mart ayı qolunu lezva ilə kəsdiyini, ekspert rəyində göstərilənlərin həmin kəsiklər olduğunu, əməlindən peşman olduğunu, "xxxx" QSC-də baş redaktor işlədiyini, işinin nəzərə alınaraq qərar qəbul edilməsini istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı qəbul etmiş şəxs X9 zərərçəkmiş şəxsin Bakı şəhərində olduğunu, gəlməsini dediklərini, ancaq iş tapdığını, gəlsə işini itirəcəyini dediyini, ərizə göndərərək şəxsdən həm onu döydüyünə görə, həm də əmlakını zədələdiyinə görə şikayətçi olduğunu bildirdiyini, ekspert rəyində göstərilənlərin zərərçəkmiş şəxsin özünün kəsdiyi yaralar olduğunu bildirdi. X1 məhkəmə iclasında verdiyi izahatında dekabr ayında Nəzrinlə Gülməmmədin arasında münasibət olduğunu, həmin vaxt da Gülməmmədin Nəzrini döydüyünü, Nəzrindən soruşduğunu, onun da çox sual verdiyini deyib əlaqəni kəsdiyini, yanvar ayının 19-u Nəzrinin ona zəng etdiyini, təcili görüşməli olduqlarını dediyini, səhəri günü kənddən gəldiyini, görüşdüklərini, Nəzrinin ona “telefonum qırılıb gedək axtaraq tək axtara bilmərəm” dediyini, axtarmağa getdiklərini, telefonu Şıxmahmud restoranına gedən yolda tapdıqlarını, aprel ayından sonra Gülməmmədin Nəzrini döymədiyini, həmin vaxta da döyülmənin izlərinin qalmadığını, ekspertizaya gedəndə Nəzrində heç bir döyülmə izi olmadığını bildirdi. İş materiallarında olan 27 avqust 2024-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, 18C-24 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət işinin başlanması rədd edilmiş və Şəxs X5 vurmaqla və sair zorakılıq hərəkətləri etməklə döyməsi, telefonunu qırmaqla əmlak ziyanı vurması ilə bağlı materiallar ayrılaraq hüquqi qiymət verilməsi üçün Naxçıvan MR Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinə təqdim edilmişdir. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X8 tərəfindən verilmiş 16 may 2024-cü il tarixli, 816 nömrəli canlı şəxsin ekspertizası ekspert rəyində qeyd edilmişdir ki, X3 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: sol said nahiyyəsinin səthi kəsilmiş yaraları iti uca və iti kənara malik əşya (alət) (ola bilsin ki ülgüc) təsirindən törənmişlər, müddəti müayinədən 8- 10 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, xx.xx.1994-cü il tarixdə Babək rayon, Nəzərabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 uşaq atası, "xxxx" QSC-də baş redaktor işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs (FİN: xxxxxxx) barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, inzibati xəta törətmiş şəxsin izahatı ilə, tərtib edilmiş inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını onun inzibati məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. Məhkəmə hesab edir ki, cərimənin məbləği 480 (dörd yüz səksən) manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 480 (dörd yüz səksən) manat məbləğində cərimə edilsin. Qərarın icrası Babək rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar