Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-124/2024 06.12.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin hakimi Orucəliyev Abil Elmar oğlu N №-li hərbi hissədə xidmət etmiş, hal-hazırda isə N №-li hərbi hissədə xidmət edən baş leytenant Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarını məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Naxçıvan Hərbi Prokurorluğunun 29 noyabr 2024-cü il tarixli, 3-3-250/2-043215/2024 №-li məktubu ilə N №-li hərbi hissədə xidmət etmiş, hal-hazırda isə N №-li hərbi hissədə xidmət edən baş leytenant Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə təqsirləndirilməsinə dair 12 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər 06 dekabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İş materiallarında olan 12 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.1996-cı ildə Kürdəmir rayonunun Şilyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali-hərbi təhsilli, Kürdəmir rayonunun Şilyan kəndində daimi qeydiyyatda olan, baş leytenant Şəxs (şəxsi vəsiqə MN № 0056033) N nömrəli hərbi hissənin 4-cü taborunun, N -ci bölüyünün 3-cü taqımının komandiri vəzifəsində, Babək rayonunun Yuxarı Buzqov kəndi istiqamətində yerləşən şərti olaraq “Süsüst” adlanan mövqedə mövqe başçısı kimi xidmət edərkən 2024-cü ilin iyun ayında mövqenin yataqxanasında tabeliyində xidmət edən əsgər Zərərçəkmiş şəxs təmir üçün əlavə pul göndərməsini dedikdə, sonuncu maddi imkanının olmadığını demiş, baş leytenant Şəxs də, ona qarşı nalayiq ifadə işlədərək hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltmışdır. Faktla bağlı Naxçıvan Hərbi Prokurorluğunda araşdırma aparılaraq, baş leytenant Şəxs barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2 və 40.2-ci maddələrinə əsasən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Baş leytenant Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan 12 sentyabr 2024-cü il tarixdə onun barəsində Naxçıvan Hərbi prokuroru tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş materiallarını araşdıraraq hesab edir ki, baş leytenant Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən, onun barəsində başlanmış icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 02 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik-leytenantı X1 tərəfindən baş leytenant Şəxs barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2 və 40.2-ci maddələrinə əsasən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 12 sentyabr 2024-cü il tarixli qərardan müəyyən olunur ki, baş leytenant Şəxs barəsində Naxçıvan Hərbi prokuroru tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 106.0.4-cü maddəsinə əsasən hakimin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı həll etdiyi məsələlərdən biri də işdə işin icraatını rədd edən halların mövcud olub-olmamasını yoxlamaqdan ibarətdir. X2 Məcəlləsinin 109.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd olunanları və qanunvericiliyin müvafiq müddəalarını rəhbər tutaraq hesab edirəm ki, hazırki inzibati xəta haqqında iş üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 02 sentyabr 2024-cü il tarixli qərarın qəbul edildiyi vaxtdan 3 aydan artıq müddət keçdiyindən baş leytenant Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3, 53.1.6, 106, 109, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Baş leytenant Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.3cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə bağlı xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abil Orucəliyev
Məhkəmə qərarları › İş №3-1(092)-124/2024
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-124/2024
06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver