Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-81/2024 08.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik-leytenantı X2, Vəkil: X1, Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi: Baş leytenant Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: MAHHX HQ əsgər Şəxs iştirakları ilə xx xxxxxx 2002-ci ildə Şərur rayonunun Mahmudkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, Şərur rayonunun Mahmudkənd kəndində qeydiyyatda olan, N №-li hərbi hissənin atəş dəstək bölüyünün, texniki müşahidə manqasının operatoru vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmətdə olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmətdə olan əsgər Şəxs (şəxsiyyət vəsiqəsi AA*******) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 138-ci maddəsinin tələbinə əsasən dövlət əmlakını qorumalı olduğu halda xx.xx.N4-cü il tarixdə, saat 16 radələrində Naxçıvan MR Babək rayonunun Nehrəm qəsəbə ərazisində keçirilən “Azərbaycan Respublikası və İran İslam Respublikası arasında eynivaxtlı quru hərbi təlimi zamanı N №-li hərbi hissədə uçota alınmış, “Müvəqqəti istifadəyə verilmiş maddi vəsaitlərin uçotu” kitabına imza etməklə xidməti istifadə üçün təhvil aldığı, N №-li hərbi hissədə uçota alınmış, N manat dəyərində olan zirehli dəbilqənin saxlanması qaydalarını pozmaqla itirmişdir. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsində əzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs MAHHXHQ, əsgər Şəxs izahatında N №-li hərbi hissənin atəş dəstək bölüyünün texniki müşahidə manqasının operatoru vəzifəsində xidmət etdiyini, xx.xx.N4-cü ildə Babək rayonu Nehrəm kəndi ərazisində yerləşən poliqonda keçirilən təlimə cəlb olunduğunu, xx.xx.N4-cü il tarixdə poliqonda olarkən havanın isti olması səbəbindən təlimdə istifadə etməsi üçün ona verilmiş zirehli dəbilqəni başından çıxarıb əl-üzünü yuduğunu, sonra onun və xidmət yoldaşının arxalarınca gələn maşına təchizatlarını tələsik yığıb poliqona qayıtdıqlarını, həmin vaxt dəbilqəsinin maşına yükləməsinə diqqət yetirmədiyindən çöllük ərazidə itirdiyini, dəbilqəsinin orada qalıb itdiyini, axtarsa da, tapa bilmədiyini göstərmişdir. Məhkəmə iclasında N №-li hərbi hissənin nümayəndəsi baş leytenant Nümayəndə MAHHXHQ, əsgər Şəxs hərbi əmlakı itirməsinə görə ondan hərbi hissənin şikayəti və ona qarşı hər hansı bir iddialarının olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş MAHHXHQ, əsgər Şahid1 izahatında xx.xx.N4-cü ildə həmin hərbi hissədə xidmətdə olan MAHHX HQ, əsgər Şəxs ilə Babək rayonunun Nehrəm kəndi ərazisində keçirilən təlimə cəlb edildiyini, xx.xx.N4-cü ildə, saat 16:00 radələrində Şəxsla birgə təlim yerindən poliqona qayıdan zaman ərazidə olan körpünü keçərkən hava isti olduğundan tərlədiklərini, buna görə su ilə əl-üzlərini yuduqlarını, arxalarınca gələn maşına təchizatlarını yığıb poliqona qayıtdıqlarını, təchizatları gətirib saxlanca qoyduqlarını, xx.xx.N4-cü il tarixdə, saat 07:30 radələrində təchizatı qəbul edərkən Şəxs zirehli dəbilqəsinin itirməsinin məlum olduğunu, dəbilqəni axtarsalar da tapa bilmədiklərini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş N №-li hərbi hissədə atəş dəstək bölüyünün snayper taqımının komandiri, bölük komandiri vəzifəsini müvəqqəti icra edən baş leytenant Şahid2 izahatında xx.xx.N4-cü il tarixdə “Azərbaycan Respublikası və İran İslam Respublikası arasında eynivaxtlı quru hərbi təlimi” başladığından atəş dəstək bölüyündə xidmət edən MAHHX HQ, əsgər Şəxs və MAHHX HQ, əsgər Şahid1 təlimə cəlb olunduqlarını, təlimin Babək rayonunun Nehrəm kəndi ərazisində yerləşən poliqonda keçirildiyini, xx.xx.N4-cü ildə, saat 21 radələrində MAHHX HQ əsgər Şəxs ona zəng edərək dəbilqəsini itirməsi barədə məruzə etdiyini, axtarış aparsalar da, dəbilqəni tapa bilmədiklərini göstərmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xidməti xasiyyətnamədə MAHHX HQ, əsgər Şəxs mənfi xarakterizə olunduğu göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissənin xx.xx.N4-cü il tarixli, 80 №-li arayışında MAHHX HQ, əsgər Şəxs tərəfindən itirilmiş əmlakın tapılmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissənin xx.xx.N4-cü il tarixli, 83 №-li arayışında MAHHX HQ, əsgər Şəxs əmlakın itirilməsi ilə bağlı yol verdiyi pozuntuya görə onun intizam qaydasında cəzalandırılmadığı qeyd olunmuşdur. İş materialına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N3-cü il tarixli, ƏGU seriyalı, 005367 №-li qaimə-fakturada zirehli dəbilqənin qiymətinin N manat olması qeyd olunduğu göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli, 137 №-li əmrindən çıxarışda MAHHX HQ, əsgər Şəxs həmin hərbi hissənin atəş dəstək bölüyünün texniki müşahidə manqasının operatoru vəzifəsinə təyin edildiyi göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 190 №-li əmrindən çıxarışda Şəxs N4-cü ilin iyun ayının 4-15-də keçirilən “Azərbaycan Respublikası və İran İslam Respublikası arasında eynivaxtlı quru hərbi təlim”ə cəlb edilməsi qeyd olunmuşdur. Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü bəndində “Hərbi qulluqçular tərəfindən dövlətə vurulmuş ziyan onların həmin ziyana səbəb olmuş hərəkətlərinə (hərəkətsizliyinə) görə intizam, inzibati və yaxud cinayət məsuliyyətini cəlb olunub-olunmamasından asılı olmayaraq ödənilməsi göstərilmişdir. Bu, hərbi qulluqçunun maddi məsuliyyətə cəlb olunub-olunmamasından asılı olmayaraq, əməlində mövcud olan inzibati xətaya görə inzibati məsuliyyət cəlb edilməli olduğunu ehtiva edir. «Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyət haqqında; Müdafiə nazirinin xx.xx.N1-ci il tarixli 96 №-li əmrində dəbilqə hərbi əmlak, Azərbaycan Respublikası Silahlı Qüvvələrində Silahların, texnikanın, əmlakın və digər maddi vəsaitlərin uçotu üzrə Əsasnamənin təsdiq edilməsi barədə Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli, 1 №-li qərarının İ fəslinin 1.1 bəndində əşya və əmlakın dövlət əmlakı olduğu göstərilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, MAHHX HQ, əsgər Şəxs əmlakın itirilməsi ilə bağlı yol verdiyi pozuntu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsinə əsasən Hərbi qulluqçulara xidməti istifadə üçün verilmiş silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın və ya sair hərbi əmlakın saxlanması qaydalarını pozmaqla itirilməsi, - on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Belə ki, hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü bəndində “Hərbi qulluqçular tərəfindən dövlətə vurulmuş ziyan onların həmin ziyana səbəb olmuş hərəkətlərinə (hərəkətsizliyinə) görə intizam, inzibati və yaxud cinayət məsuliyyəti daşıyırlar. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, etdiyi əməldən peşman olmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.1-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh İXM-nə uyğun olaraq tətbiq edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral N3-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. MAHHX HQ, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərarın icrası MAHHX HQ əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın.
3. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına həvalə edilsin.
4. MAHHX HQ, əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.
5. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim İlham İbrahimov