Məhkəmə qərarları › İş №3-1(093)-934/2025

Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-934/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-934/2025 29.12.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsən qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafciəçisi “ De Fendo” Vəkil Bürosunun vəkili Vəkil, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi Müdafiə Nazirliyinin 7-ci Təhqiqat Bölməsinin təhqiqatçısı, ədliyyə baş leytenantı X3 iştirakı ilə, xx xxxxx 1995-ci il tarixdə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli,əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Yuxarı Göycəli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Gözətçi gəmiləri divizionunun gözətçi gəmisinin (G121) artilleriya döyüş hissəsinin baş komendoru – operatoru vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Müdafiə Nazirliyinin 7-ci Təhqiqat Bölməsinin təhqiqatçısı, ədliyyə baş leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə MN seriyalı, ******* №-li, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs N nömrəli hərbi hissədə xidmət edən zaman bir neçə dəfə xidmət yerini özbaşına tərk etmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi Müdafiə Nazirliyinin 7-ci Təhqiqat Bölməsinin təhqiqatçısı, ədliyyə baş leytenantı X4 məhkəmədə bildirdi ki, Rəhimli X8 Nazirliyinin N nömrəli hərbi hissədə xidmət edən zaman bir neçə dəfə xidmət yerinə üzrlü səbəb olmadan gəlməmişdir. Beləliklə, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs ailə problemləri olduğuna görə inzibati xəta törətmişdir. Qeyd olunanlara əsasən protokolu müdafiə edərək Şəxs inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi oğlu məhkəmə iclasında bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs əməlindən peşmandır, evi tək dolandıran şəxs olaraq bhimayəsində xəstə anası, həyat yoldaşı və on aylıq övladı var. Həmçinin, 44 günlük Vətən Müharibəsində iştirak etməsini nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, onun xidmətə çıxmamağının səbəbi ailədə olan problemləri olmuşdur. Belə ki, atası vəfat etmişdir, anası xəstədir, on aylıq övladı var və ailəni tək dolandıran şəxs odur. Törətdiyi əməlindən peşmandır və bir daha belə hala yol verməyəcəkdir. Məhkəmədən ağır ailə vəziyyətini, 44 günlük Vətən Müharibəsində iştirak etməsini nəzərə alaraq işə xitam verilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Beləliklə, araşdırma nəticəsində müəyyən edilmişdir ki, N nömrəli hərbi hissənin Gözətçi divizionunun gözətçi gəmisinin (G121) artilleriya döyüş hissəsinin baş komendoru-operatoru vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025ci il tarixədək Hava hücumundan müdafiə və sualtı təxribat leyhinə müdafiə növbəsində olarkən, xx.xx.2025-ci il tarixdə saat 09 radələrində özü-özünə nalayiq ifadə işlətdiyi üçün yan gəmidən leytenant X6 ona irad bildirirək kimə qarşı nalayiq ifadə işlətdiyini soruşmuş, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs da cavabında kimsəni söymədiyini bildirdikdən sonra leytenant X7 onu döyüş hissə komandiri leytenant X1 yanına göndərmiş, o da tabeçiliyində olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs kimə qarşı nalayiq ifadə işlətdiyini soruşduqda, sonuncu da cavabında kimsəni söymədiyini bildirmişdir. Bu zaman gəmi komandiri kapitan-leytenant X5 dəhlizə çıxaraq nə baş verdiyini soruşmuş, əsgər Şəxs da hadisə barədə məlumat verdikdən sonra, sonuncudan kimə qarşı nalayiq ifadə işlətdiyi soruşulmuş, əsgər Şəxs cavabında kimsəni söymədiyi, öz-özünə söyüş söydüyünü bildirmişdir. Daha sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs əsəbləşərək silahını və digər geyimlərini çıxarıb dəhlizdə yerə qoyaraq mülki formasını geyinib xidmət yerini özbaşına tərk etmiş, digər hərbi qulluqçular gəmi komandirinin tapşırığına əsasən ona məxsus silah və geyimləri götürərək yerinə qoymuşdurlar. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs xidmət yerini özbaşına tərk etdikdən sonra yaşadığı ünvan 2 ünvanına getmiş, xx.xx.2025-ci il tarixdə saat 13 radələrində həmin ünvanda əsəblərini sakitləşdirmək üçün mətbəxdə istifadə etmək üçün aldığı bıçaqla sol said nahiyəsinə çoxsaylı kəsiklar ataraq özünə xəsarət yetirmiş, xəsarətini ciddi hesab etmədiyi üçün hər hansısa tibb müəssisəsinə müraciət etməmiş və ev şəraitdə özünə ilkin yardım göstərməklə kifayətlənmişdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs səhərisi gün spirtli içki qəbul edərək xx.xx.2025-ci il tarixdə saat 01:50 radələrində xidmət yerinə qayıtmış və ona bədən baxışı keçirilən zaman sol said nahiyəsində olan xəsarət izləri aşkar olunmuş, ondan həmin xəsarətlər barədə soruşulmuş, sonuncu da hadisəni olduğu kimi danışmışır.Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il tarixədək Hərbi Həkim Komissiyasında tibbi müayinədən keçmək üçün Mərkəzi Hərbi Poliklinikaya göndərilmiş yalnız xx.xx.2025ci il, 29.07 2025-ci il, xx.xx.2025-ci il tarixlərdə müayinələrdə iştirak etmək üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikaya getdiyi üçün xx.xx.2025-ci il tarixdə müayinələrini başa çatdırmalı olduğu halda yalnız xx.xx.2025-ci il tarixdə müayinələrini başa çatdırmış bundan sonra həmin gün xidmət yerinə qayıtmalı olduğu yalnız xx.xx.2025-ci il tarixdə xidmət yerinə qayıtmaqla üç gündən artıq lakin on gündən çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Bundan başqa həmin qərardan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs növbədə olarkən növbətçilik başa çatmadan xx.xx.2025-ci il tarixcdə xidmət yerini özbaşına tərk edərək xx.xx.2025-ci il tarixdə saat 01:50 radələrində xidmət yerinə qayıtması əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3-cü və 338-ci maddələrinin tərkibi yaranmadığından barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs xx.xx.2025-ci il tarixdə müayinədən qayıtmalı olduğu halda, vaxtında müayinədən keçə bilmədiyindən xidmət yerinə xx.xx.2025-ci il tarixdə saat 07:30 radələrində qayıtması əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsinin tərkibi yaranmadığından barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs xx.xx.2025-ci il tarixdə müayinədən qayıtmalı olduğu halda, vaxtında müayinədən keçə bilmədiyindən xidmət yerinə xx.xx.2025-ci il tarixdə saat 07:30 radələrində qayıtması əməlində inzibati xətanın tərkib əlamətləri olub – olmaması məsələsinə baxılması üçün zəruri sənədlər toplanmış materialdan ayrılmışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Şəxs fiziki və mənəvi cəhətdən sağlam, xarici görünüşü səliqəsiz və sıra hazırlığı kafidir. İş materiallarında olan məlumatlardan və toplanmış sübutlardan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Gözətçi gəmiləri divizionunun gözətçi gəmisinin (G121) artilleriya döyüş hissəsinin baş komendoru – operatoru vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il tarixədək Hava hücumundan müdafiə və sualtı təxribat leyhinə növbədə olarkən 22 iyul 2025-ci il tarixdə 09:00 radələrində xidmət yerini özbaşına tərk etmiş, habelə 02 avqust 2025-ci il tarixdə, saat 07:30 radələrində xidməti yerinə gəlməli olduğu halda gəlməməklə üzrlü səbəblər olmadan üç gündən artıq, lakin on gündən çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmə hazırki inzibati xəta haqqında iş üzrə sübutları araşdırıb belə nəticəyə gəlir ki, Şəxs oğlu həqiqətən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Şəxs xidmət yerinə vaxtında qayıtmaması iş materialları ilə təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 16.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Həmin Məcəllənin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Həmin Məcəllənin 613.2-ci maddəsinə əsasən Zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə —iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən hal onun ağır ailə vəziyyəti, on aylıq övladının olması, ailəni tək dolandırması, əvvəllər inzibati məsuliyyətə cəlb olunmaması və etdiyi əmələ görə peşman olmasıdır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, işin hallarını və onun xidmət yerinə gəlməməsinin qısa müddət olmasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi məqsədəuyğun deyildir. Ona görə də, məhkəmə bir daha işin hallarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməməli, törətdiyi əmələ görə o, xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən intizam məsuliyyətinə alınmalıdır. Məhkəmənin qənaəti belədir ki, onun intizam məsuliyyətinə cəlb edilməsi törətdiyi xətadan nəticə çıxarması üçün kifayət edəcəkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs intizam qaydasında cəzalandırılması üçün materiallar xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına göndərilməli və Şəxs intizam qaydasında cəzalandırılması Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına həvalə edilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Bakı Hərbi Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Bakı şəhəri “De Fendo” Vəkil Bürosu həmin qərardadı icra edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 04 (dörd) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4, 40, 43, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsiin. Şəxs intizam qaydasında cəzalandırılması üçün materiallar onun xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına göndərilsin və onun intizam qaydasında cəzalandırılması Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına həvalə edilsin. Müdafiəçi Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 44 (qırx dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar