Məhkəmə qərarları › İş №3-1(096)-23/2024

Cəlilabad Hərbi Məhkəməsi Qərardad — İş №3-1(096)-23/2024

27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3-1(096)-23/2024 27.08.2024 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlu, Masallı rayon Polis Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair material 27 avqust 2024-cü il tarixdə Cəlilabad Hərbi Məhkəməsinə daxil olmuşdur. Masallı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs 28 iyun 2024-cü il tarixdə Masallı şəhəri ərazisində BMW 530 markalı AZ ** CM *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla hərəkətdə olarkən Masallı RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmış və yoxlama zamanı sürücü Şəxs avtomobili təkrar sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunmuşdur. Şəxs törətdiyi qayda pozuntusuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.2-ci maddələrinə əsasən “İXP 6373013” saylı inzibati protokol tərtib olunmuşdur. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından və məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan inzibati xəta haqqında material ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 100.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İXM-nin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı göstərilməlidir. Lakin, iş materiallarına əlavə edilmiş, “İXP 6373013” saylı inzibati protokolda fiziki şəxsə bu Məcəllədə nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı qeydlər aparılmamış və izahatları materiala əlavə edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 43.4-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işə hərbi məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası İXM-nin 106.0 və 106.0.1-ci maddələrinin tələblərinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. Azərbaycan Respublikası İXM-nin 61.5-ci maddəsinə əsasən “inzibati həbs” nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Yuxarıda qeyd olunan çatışmamazlıqların aradan qaldırılması üçün Cəlilabad Hərbi Məhkəməsinin 16 iyul 2024-cü il tarixli qərarı ilə inzibati xəta haqqında material geri qaytarılmasına baxmayaraq material təkrarən Cəlilabad Hərbi Məhkəməsinin icraatına daxil olarkən İnzibati Xətalar Məcəlləsinin 100.2 və 100.1.7-ci maddələrinin tələblərinə əsasən çatışmamazlıqların aradan qaldırılması ilə bağlı tədbirlərin görülməməsi müəyyən olunmuşdur. Belə ki, iş materiallarına əlavə olunan Masallı RPŞ-nin əməkdaşları tərəfindən tərtib olunmuş 13 avqust 2024-cü il tarixli aktda Cəlilabad Hərbi Məhkəməsi tərəfindən müəyyən olunan noqsanların bir qisminin aradan qaldırılması qeyd edilsə də, həmin aktda hansı noqsanların aradan qaldırılması qeyd edilməmiş və materiallar nəzərdən keçirilərkən noqsanların aradan qaldırılmadığı müəyyən olunmuşdur. Həmçinin tərtib olunmuş aktda hərbi hissədən hansı rəhbərlə əlaqə saxlanılması göstərilməmiş və akt rəsmi şəkildə möhürlə təsdiq edilməmişdir. Polis Haqqında Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 2-ci bəndinin tələblərinə əsasən cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq polis əməkdaşının ümumi hüquqlarıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol və təqdim edilmiş materiallar natamam olduğundan, həmçinin məhkəmənin 16 iyul 2024-cü il tarixli qərardadında göstərilən noqsanlar aradan qaldırılmadığından, materiallar geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 100, 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında materiallar natamam olduğundan, noqsanlar aradan qaldırılmadığından Masallı rayon Polis Şöbəsinə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar