Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3-1(098)-304/2025 12.11.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Şəfiyeva Könül Səməd qızının sədrliyi X3 məhkəmə iclas katibliyi, Tərtər hərbi prokurorunun köməkçisi X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1990-cı il tarixdə Goranboy rayonunun Səfikürd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Goranboy rayonunun Səfikürd kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs Azərbaycan Respublikası İXM-in N06-cı maddəsi ilə barəsində Tərtər Hərbi Prokurorluğu tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş qərara inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs narkotik maddə istifadə etməsinə əsaslı şübhələr olduğu üçün 07 iyul N0N5-ci il tarixdə xidmət etdiyi N nömrəli hərbi hissədən onunla əlaqə saxlanılaraq həmin tarixdə N nömrəli hərbi hissədə olması tapşırılmış, o, həmin tarixdə N nömrəli hərbi hissədə olmuşdur. N nömrəli hərbi hissədə Şəxs narkotik və ya psixotrop maddə qəbul etməsindən şübhələnildiyi üçün sidik nümunəsi götürülərək Müdafiə Nazirliyinin məhkəmə-Tibbi Ekspertiza və XN göndəriləcəyi bildirilmişdir. N nömrəli hərbi hissədən dəvət olunmuş həkimlər həmin sidik nümunələrini götürərək Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Eskpertiza və XN göndərmişlər. Şəxs sidik nümunəsindən 9-Tetra-hidro kannabinolun metoboliti 0,845 mq/l hidrokannabinol turşusu (THC-COOH) aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-in N06-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş qərar qəbul edilərək ona əlavə edilmiş materiallarla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, 09 iyul N0N5-ci il tarixdə baş Klinik Hospitalda narkoloji dispanserdə ondan sidik analizi götürmüşlər. O, narkotik vasitəni müayinədən qabaq istifadə etmiş, yəni nəşə çəkmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş Tərtər Hərbi Prokurorluğunun nümayəndəsi göstərdi ki, Şəxs qanunsuz olaraq narkotik vasitəni istehlak etməklə Azərbaycan Respublikası İXM-in N06-cı maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətmişdir. Tərtər Hərbi Prokurorluğunun xx.xx.N0N5-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı ilə onun barəsində İXM-in N06-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Tərtər Hərbi Prokurorluğunun 1N noyabr N0N5-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarından görünür ki, N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs barəsində İXM-in N06–cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında NN oktyabr N0N5-ci il tarixli qərardan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər Şəxs şəxsi istehlak miqdarında narkotik vasitədən istifadə etməsi əməlində Azərbaycan Respublikası CM-nin N34.1-ci maddəsinin tərkib əlaməti mövcud olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.N-ci maddəsinə əsasən cinayət təqibininin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Şəxs xidmət yeri üzrə mənfi cəhətdən xarakterizə olunur. İş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N1-ci il tarixli N88 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N1-ci il tarixli 055 əç nömrləi əmri ilə N nömrəli hərbi hissənin N-ci haubitsalı artilleriya divizionunun 6-cı haubitsalı artilleriya batareyasının 1-ci haubitsalı artilleriya tağımının 1-ci topun sürücüsü vəzifəsinə təyin olunduğu üçün N nömrəli hərbi hissədən gəlmiş hesab edilərək N oktyabr N0N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməklə bütün növ təminata qoyulmuşdur. İş materiallarına əlavə edilmiş xidməti vərəqədən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Şəxs xidmət müddəti ərzində bir dəfə həvəsləndirilmiş və altı dəfə intizam qaydasında cəzalandırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya mərkəzinin 09-30 iyul N0N5-ci il tarixli N7N9/K nömrəli maddi sübutların müayinəsi aktından görünür ki, Məhkəmə-kimyəvi tədqiqat nəticəsində Şəxs götürülmüş sidik nümunəsinin tərkibində 0,376 mq/l metronidazol adlı dərman maddəsi və 9-Tetra-hidro kannabinolun metaboliti olan 0,845 mq/l tetra hidro kannabinol turşusu (THC-COOH) aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya mərkəzi tərəfindən verilmiş 10-14 oktyabr N0N5-ci il tarixli 689N/K nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X1 PHŞ-nin Məhkəmə-kimya şöbəsinin N637 Ü/K nömrəli aktına əsasən Şəxs məxsus sidik nümunəsində 0,376 mq/l metronidazol adlı dərman maddəsi və 9-Tetra-hidro kannabinoun metaboliti olan 0,845 mq/l tetra hidro kannabinol turşusu (THC-COOH) aşkar edilmişdir. İşə materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N avqust N0N5-ci il tarixli N39 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs «hərbi vəzifə və hərbi xidlmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edilərək) və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 50-ci maddəsinin «z» bəndinə (xidmət vaxtı başa çatmamış) müvafiq olaraq N0N5-ci ilin məzuniyyət hesabından 15 (on beş) gün məzuniyyət verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilərək N6 avqust N0N5-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılıb qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinə göndərilməsi nəzərə alınmışdır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərara inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs qanunsuz olaraq narkotik vasitə istehlak etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin N06–cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici ifadəsi və işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 1N-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən N1-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs əməlini etiraf etməsi və əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in N06cı maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 1N8- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin N06-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Goranboy rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Könül Şəfiyeva
Məhkəmə qərarları › İş №3-1(098)-304/2025
Tərtər Hərbi Məhkəməsi Qərar — İş №3-1(098)-304/2025
12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver