Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3-1(3-6)-7/2026 08.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Müdafiəçi – “Alyans” Vəkil Bürosunun vəkili Rüstəmov İlqar Sahib oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Bakı Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin müdafiəçisi Rüstəmov İlqar Sahib oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin rəisi R X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə MN seriyalı, 2427462 №- li, ## ### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, kursant Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2026-cı il tarixdə saat 20:30 radələrində fakültənin ərazisində kursantlar İsgəndərov Hüseyn İsa oğluna və X9 çoxsaylı zərbələr vurmuşdur. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində toplanmış material baxılmaq üçün məhkəməyə göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinərək ona 10 (on) gün müddətinə inzibati həbs təyin edilmiş, inzibati həbsin əvvəlinin ## ### 2026-ci il tarixdən, saat 18:00-dan hesablanması, qərarın icrasının Müdafiə Nazirliyinin 1-ci Hərbi Polis Şöbəsinin Hauptvaxtasına həvalə edilməsi, qərarın dərhal icra olunması qərara alınmışdır. Bakı Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin müdafiəçisi Rüstəmov İlqar Sahib oğlu apellyasiya qaydasında şikayət verərək şikayətin təmin edilməsini, Bakı Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərarının ləğv edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həbsdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi Rüstəmov İlqar Sahib oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda çıxış edərək şikayətin təmin edilməsini, Bakı Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilərək şəxsin həbsdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi və zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdirlər. Apellyasiya instansiyası məhkəməsi onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Hərbi Məhkəməsinin hakiminin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada həbs edilməsinə dair ## ### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 612.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs intizam qaydasında cəzalandırılması üçün materiallar onun xidmət etdiyi Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin rəhbərliyinə göndərilməlidir. Belə ki, iş materiallarında olan 15 aprel *** nömrəli canlı şəxsin məhkəmə - tibbi müayinəsi aktından görünür ki, İsgəndərov Hüseyn İsa oğlunun almış olsuğu xəsarətlər – hər iki baldırın ön səthinin yaraları, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti və şəraiti şəxsin məhkəmə-tibbi müayinəsi zamanı özünün göstərdiklərinə uyğun gələ bilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. İş materiallarında olan 15 aprel *** nömrəli canlı şəxsin məhkəmə - tibbi müayinəsi aktından görünür ki, X9 almış olsuğu xəsarətlər – hər iki baldırın ön səthinin sıyrılmış yaraları, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti və şəraiti şəxsin məhkəmə-tibbi müayinəsi zamanı özünün göstərdiklərinə uyğun gələ bilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. İş materiallarında olan ## ##### 2026-cı il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır. İş materiallarında olan xidməti xasiyyətnamədən görünür ki, xasiyyətnaməsi mənfidir – gündəlik fəaliyyətini Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət nizamnaməsinin tələblərinə uyğun yerinə yetirməkdə çətinlik çəkir, tədris olunan fənnlər üzrə mənimsəməsi qeyri – kafidir, hərbi geyimi forma üzrə daşıyır, şəxsi və ictimai gigiyena qaydalarına riayət etməyə səy göstərir, fiziki hazırlıq üzrə normativləri qeyri – kafi qiymətə ödəyir, fiziki cəhətdən sağlamdır. İş materiallarında olan məlumatlardan və toplanmış sübutlardan görünür ki, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin Feldşer hazırlığı kursunun 2-ci kursunun kursantı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs odlunun barəsində inzibati xəta haqqında məlumat üzrə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, o, Feldşer hazırlığı kursunun 2-ci kursunun kursantı vəzifəsində hərbi xidmətdə olarkən 2026-cı ilin mart ayı ərzində tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 42 və 138-ci maddələrinin hərbi qulluqçuların bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmaları, nalayiq hərəkətlər etməmələri, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi olmalarına dair tələblərini pozaraq, Feldşer hazırlığı kursunun 1-ci kurs kursantları X7, zərərçəkmiş şəxs1, X2, İsgəndərov Hüseyin İsa oğluna, X10, X3, Mirzəyev Cəmil İlkin oğluna və X5 qarşı zor tətbiq edərək heç bir səbəb olmadan sadəcə onların üzərində öz üstünlüyünü nümayiş etdirmək məqsədilə bir neçə dəfə bədən nahiyyələrinin müxtəlif yerlərinə vuraraq xəsarətlər yetirmişdir. İzahatı alınmış, Hərbi Tibb Fakültəsinin Feldşer hazırlığı kursunun 2-ci kursunun kursantı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yuxarıda qeyd olunan xüsusatları təsdiqləyərək, Feldşer hazırlığı kursunun 1-ci kurs kursantları X7, zərərçəkmiş şəxs1, X2, İsgəndərov Hüseyin İsa oğluna, X10, X3, Mirzəyev Cəmil İlkin oğluna və X5 heç bir səbəb olmadan öz üstünlüyünü onların üzərində göstərmək məqsədilə onlara xəsarət yetirdiyini bildirmişdir. İlk olaraq qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək onun İXM-in 612.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib sonuncu barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Lakin işə apellyasiya instansiyası məhkəməsində baxılarkən müəyyən olunmuşdur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs atası Rusiya Federasiyasında yaşadığı üçün ağır xəstəlikdən əziyyət çəkən anasına onun tərəfindən qulluq və qayğı göstərilir. Bundan başqa zərərçəkmiş şəxslərlə barışıq əldə edilmiş və onların Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar ləğv edilməli olsa da, bu şəxsin intizam məsuliyyətindən azad edilməsinə əsas ola bilməz. Belə ki, İXM-nin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi — on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 16.4-cü maddəsinə əsasən nzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. İXM-nin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. İXM-nin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materialların müvafiq icra hakimiyyəti orqanına göndərilməsi barədə qərar çıxarılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, qeyd edilənləri inzibati iş üzrə müəyyən edilmiş hallara tətbiq edərək məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin müdafiəçisi Rüstəmov İlqar Sahib oğlu tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi İXM-in 612.1-ci maddəsi ilə 20 (iyirmi) gün müddətə təyin edilmiş inzibati həbs cəzası ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, onun barəsində tətbiq edilmiş inzibati həbs tənbeh tədbiri ləğv edilməli, o, məhkəmə iclas zalından həbsdən azad edilməli və İXM-in 16.4-cü maddəsi tətbiq edilməklə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs intizam qaydasında cəzalandırılması üçün materiallar onun xidmət etdiyi Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin rəhbərliyinə göndərilməli və intizam qaydasında cəzalandırılması həmin rəhbərliyə həvalə edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-in 134.1.3, 135 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin müdafiəçisi Rüstəmov İlqar Sahib oğlu tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Hərbi Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs edilməsinə dair ## ### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. Həmin qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi İXMin 612.1-ci maddəsi ilə 20 (iyirmi) gün müddətə təyin edilmiş inzibati həbs cəzası ləğv edilsin və İXM-in 16.4-cü maddəsi tətbiq edilməklə inzibati məsuliyyətdən azad edilərək, xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq edilmiş inzibati həbs tənbeh tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs intizam qaydasında cəzalandırılması üçün materiallar onun xidmət etdiyi Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin rəhbərliyinə göndərilsin və intizam qaydasında cəzalandırılması həmin rəhbərliyə həvalə edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həbsdən azad edilməsi hissəsində qərarın icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1-ci Hərbi Polis Şöbəsinin Hauptvaxtasına həvalə edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3-1(3-6)-7/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3-1(3-6)-7/2026
08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver