Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1691/2023 06.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 491.3 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X1 tərəfindən tərtib edilmiş, hüquqi şəxs Şəxs MMCnin Azərbaycan Respublikası İXM-in 491.3 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, 00900-00046/23 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, Gəncə Gömrük İdarəsinin, Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-33-/3-1-006096/2023 nömrəli raportunun araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan yaşıl dəhliz istifadəçisi olan Şəxs (Vöen: **********) MMC-nin ünvanına Rusiya Federasiyasından 1 dartıcı ilə 13 vaqonda Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə gələn 981500 kq “ərzaq buğdası” yükü xx.xx.2023-cü il tarixli **********7714 nömrəli gömrük bəyannaməsi tərtib edilərək təyinatı üzrə Gəncə Gömrük İdarəsində (Gəncə şəhəri) bəyan edilmişdir. Qeyd olunan yükə və MMC-nin fəaliyyət sahəsinə baxış keçirilməsi üçün gömrük əməkdaşları MMC-nin ünvanına getmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin bəyannamənin gömrük orqanında buraxılışı təsdiq edilməmiş Şəxs MMC-nin ünvanına 13 vaqonda gələn yükün plombu gömrük əməkdaşının iştirakı olmadan özbaşına qoparılmış və yük vaqonlardan boşaldılaraq MMCnin anbarına aparılmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixli **********7714 nömrəli gömrük bəyannaməsində göstərilən “ərzaq buğdası” yükü anbarda eyniləşdirilmiş və bu zaman müəyyən edilmişdir ki, yük toxunulmadan və istifadə edilmədən anbarda saxlanılır. Bununlada MMC tərəfindən gömrük qanunvericiliyinin tələbləri pozulmuşdur. Qeyd olunan faktla bağlı Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə, 00900-00046/23 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma ərzində Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 öz izahatında, MMC tərəfindən idxal olunan 13 vaqonda “ərzaq buğdası” yükünün plombunu gömrük əməkdaşının iştirakı olmadan özbaşına qırıb boşaldıb anbara aparılmasının səbəbini vaqonların boş gözləməməsi və əlavə dəmiryolunda vaqonlara görə ödəniş etməməkləri ilə bağlı olduğunu bildirmiş və bununlada gömrük qaydalarının pozulduğunu etiraf edərək, MMC adından qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımağa və tətbiq olunacaq cəriməni ödəməyə hazır olduqlarını qeyd etmişdir. Beləliklə Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan yaşıl dəhliz istifadəçisi olan Şəxs MMC tərəfindən Qanunvericiliyin tələbləri pozularaq gömrük orqanının iştirakı olmadan 13 vaqonun blombunu qıraraq yükü özbaşına boşaldıb anbarına aparmışdır. Nəticədə cəmiyyət tərəfindən, İXM-in 491.3 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Şəxs MMC-yə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş: - Rəsmiləşdirmə Mərkəzinin rəisi Muraz Quliyevin xx.xx.2023-cü il tarixli raportundan görünür ki Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından bir lokomotivdə 13 vaqonda (vaqon nömrələri: ********. 95824587, 95432100, 95824868, 95426680, 95824702 95824579, 95425526,95824744,95822441 ,95432472,95431862 və ********) Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə təyinatı üzrə Gəncə Gömrük İdarəsinə gələn “Ərzaq buğda” yükü xx.xx.2023-cü il tarixli **********7714 nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyəyə buraxılış üçün bəyan edilmişdir. Bundan sonra tərəflərindən yükə açılıb baxış keçirilməsi üçün Şəxs MMC-nin fəaliyyət sahəsinə gedilmiş və bu zaman məlum olmuşdur ki, MMC-nin səlahiyyətli nümayəndəsi yuxarıda qeyd olunan gömrük bəyannamələrinin rəsmiləşdirilməsi başa çatdırılmadan vaqonlara tətbiq edilmiş gömrük təminatı vasitələri olan plombları özbaşına qoparmış və yükün MMC-nin anbarına boşaldılmasını təşkil etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixli **********7714 sorğu nömrəli bəyannaməsi üzrə 95822557, 95824587, 95432100, 95824868, 95426680, 95824702, 95824579, 95425526, 95824744, 95822441, 95432472, 95431862 və 95824553 nömrəli vaqonlarda olan yük eyniləşdirilmiş və mallara müdaxilə edilmədiyi və istifadə olunmadan MMC-nin anbarında saxlanıldığı müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin anbarda olan malların yoxlasnması və yükə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, yaşıl dəhliz iştirakçısı Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından bir lokomotivdə 13 vaqonda (vaqon nömrələri: 95822557, 95824587, 95432100, 95824868, 95426680, 95824702, 95824579, 95425526, 95824744, 95822441, **********, 95431862 və ********) Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə təyinatı üzrə Gəncə Gömrük İdarəsinə gələn “Ərzaq buğda” yükü xx.xx.2023-cü il tarixli **********7714 nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyəyə buraxılış üçün bəyan edilmişdir. Bundan sonra yükə açılıb baxış keçirilməsi üçün Şəxs MMC-nin fəaliyyət sahəsinə gedilmiş və bu zaman məlum olmuşdur ki, MMC-nin səlahiyyətli nümayəndəsi yuxarıda qeyd olunan gömrük bəyənnamələrinin rəsmiləşdirilməsi başa çatdırılmadan vaqonlara tətbiq edilmiş gömrük təminatı vasitələri olan plombları özbaşına qopamış və yükün MMC-nin anbarına boşaldılmasını təşkil etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixli **********7714 sorğu nömrəli bəyannamləri üzrə 95822557, 95824587, 95432100, 95824868, 95426680, 95824702, 95824579, 95425526, 95824744, 95822441, 95432472, 95431862 və 95824553 nömrəli vaqonlarda olan yük eyniləşdirilmiş və mallara müdaxilə edilmədiyi və istifadə olunmadan MMC-nin anbarında saxlanıldığı müəyyən olunmuşdur. - xx.xx.2023-cü il tarixli, **********7714 nömrəli Gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından “Samur” gömrük postundan təyinatı üzrə rəsmləşdirilməsi üçün Gəncə Gömrük İdarəsinə göndərilmiş “ərzaq buğdası” yükə bəyannamə verilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardaddan görünür ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 491.3 və 492.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başalnmışdır. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC-nin inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikası İXM-in 491.3 və 492.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 491.3-cü madəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə - fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 87.1 və 87.2-ci maddələrinə əsasən gömrük nəzarətindən keçirilməli olan malların və nəqliyyat vasitələrinin olduğu və ya ola biləcəyi nəqliyyat vasitələri, binalar və digər yerlər, həmçinin icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş fəaliyyətlərin həyata keçirildiyi yerlər, gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələri gömrük orqanları tərəfindən eyniləşdirilə bilər. Eyniləşdirmə, plombların qoyulması, rəqəmlə, hərflə nişanlama, markalama, eyniləşdirmə işarələri, möhürlərin və ştampların vurulması, prob və nümunələrin götürülməsi, malların və nəqliyyat vasitələrinin təsviri, çertyojların çəkilməsi, miqyaslı təsvirlərin, fotoşəkillərin, illüstrasiyaların hazırlanması, malların müşayiətedici və başqa sənədlərindən və digər eyniləşdirmə vasitələrindən istifadə yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilmiş bütün mallar üzərində gömrük nəzarəti bu Məcəllənin 14-cü fəslində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu Məcəllənin 83.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri baş verənədək mallar gömrük nəzarəti altında saxlanılır. Həmin Məcəllənin 118.4-cü maddəsinə əsasən gömrük nəzarəti altında olan mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri istənilən vaxt malların tarif təsnifatını, gömrük dəyərini və ya gömrük statusunu müəyyənləşdirmək üçün onlardan gömrük orqanının icazəsi ilə prob və ya nümunələr götürə bilərlər. Həmin Məcəllənin 122.6-cı maddəsinə əsasən gömrük orqanlarına təqdim edilmiş mallar gömrük orqanlarının icazəsi olmadan təqdim edildiyi yerdən çıxarıla bilməz. Şəxs MMC İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. Azərbaycan Respublikası İXM-in 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-nin ünvanına vaqonlarda gələn yükə vurulan plomb gömrük əməkdaşının iştirakı olmadan MMC tərəfindən özbaşına qoparılmış və yüklər gömrük orqanının icazəsi olmadan boşaldılaraq MMC-nin anbarına daşınmışdır. Bununla da hüquqi şəxs Şəxs MMC tərəfindən İXM-in 491.3 və 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam şəkildə sübuta yetirilmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxs Şəxs MMCnin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC İXM-in 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində daha ciddi xətaya, yəni İXM-in 492.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs MMC-yə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31-34, və 114, 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) xx.xx.2023-cü il tarixli, 00900-00046/23 nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-1691/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1691/2023
06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver