Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-1894/2025 15.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlu, Cəfərova Firəngiz Elçin qızının katibliyi Gəncə Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xətalar haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Gömrük İdarəsində 00900- 00159/25 nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün material ilə birlikdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 51-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yer hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyanın qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. Məhkəmə iclası zamanı Gəncə Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 inzibati xəta haqqında işin Şəxs QSC-nin qeydiyyatda olduğu ünvan üzrə, aidiyyəti üzrə göndərilməsinə heç bir etirazı olmadığını bildirmişdir. İş materiallarında olan vergi ödəyicilərinin məlumatlarının çıxarışından görünür ki, Şəxs QSC ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 14 iyul 2025-ci il tarixli qərarından görünür ki, Şəxs QSC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialın baxılması üçün aidiyyəti üzrə Şəmkir Rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və digər materialı araşdıraraq hesab edir ki, hazırki inzibati xəta haqqında iş materialları işin baxılması qaydalarına və ərazi aidiyyəti qaydalarına uyğun olaraq Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xətalar haqqında iş materialları aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci, 110.1-ci, 112.4-cü və və 114.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xətalar haqqında iş materialları baxılması üçün aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-1894/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-1894/2025
15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver