Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2082/2024 02.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novuz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 21617740 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 21617740 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 20 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X3 şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmşdır ki, xx.xx.2024-cü il tarixdə avtomobilini Gəncə şəhəri, X5 küçəsidə park etmişdir.Park etdiyi ərazidə heç bir qadağanedici nişan olmayıb. Buna baxmayaraq onun nəqliyyat vasitəsinə protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixli EQ 21617740 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş X3 izahatında ərizəni müdafiə etdiyini və xx.xx.2024-cü il tarixli EQ 21617740 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, şikayətçinin məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli EQ 21617740 nömrəli inzibati vermə haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı (dayanma və durma qaydalarını pozma) törətdiyinə görə, onun barəsində 20 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, BMW 523 minik markalı **- EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsini idarə edən X3 hərəkət istiqamətinin sol tərəfində durma qaydalarını pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı (dayanma və durma qaydalarını pozma) törətmişdir. Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsinə əsasən Dayanma və ya durma qaydalarını pozmağa görə -iyirmi manat məbləğində cərimə edilir. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarında olan fotoşəkillərdən görünür ki, BMW 523 minik markalı **- EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsini idarə edən X3 yolun sol hissəsində hərəkət istiqamətinin əksinə duraraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı (dayanma və durma qaydalarını pozma) törətmişdir. Şikayətçi şikayətində “dayanmaq qadağandır” işarəsinin olmamasını əsas gətirərək qərarın ləğv edilməsini xahiş etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin İ bəndində göstərilmişdir ki, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, yolun sağ tərəfində-yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin İİ bəndində göstərilmişdir ki, yolun sol tərəfində dayanmağa və durmağa yaşayış məntəqələrində tramvay yolunun olması səbəbindən sağ tərəfdə dayanmaq mümkün olmadıqda və ya birtərəfli hərəkət yollarında (icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinə birtərəfli hərəkət yollarının sol tərəfində dayanmağa yalnız yük götürmək üçün və ya boşaltmaq üçün) icazə verilir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdəm aydın olur ki, inzibati xətanın törədildiyi yolda BMW 523 minik markalı **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsini idarə edən X3 yolun hərəkət istiqamətinin əksinə duraraq dayanma və durma ilə bağlı qanunun tələbini pozmuşdur. Məhkəmə iclası zamanı X3 dayandırmaq qadağandır işarəsinin olmamasını əsas gətirərək qərarın ləğv edilməsini xahiş etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin İİ bəndində göstərilmişdir ki, yolun sol tərəfində dayanmağa və durmağa yaşayış məntəqələrində tramvay yolunun olması səbəbindən sağ tərəfdə dayanmaq mümkün olmadıqda və ya birtərəfli hərəkət yollarında (icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinə birtərəfli hərəkət yollarının sol tərəfində dayanmağa yalnız yük götürmək üçün və ya boşaltmaq üçün) icazə verilir. Göründüyü kimi X3 ikitərəflli hərəkət yolalrında yolun hərəkət istiqamətinin əksinə duraraq dayanma və durma ilə bağlı qanunun tələbini pozmuşdur. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın vəzifəli şəxsi haqlı olaraq X2 inzibati məsuliyyətə cəlb etmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 21617740 nömrəli inzibati tənbeh vermə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 21617740 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-2082/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2082/2024
02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver