Məhkəmə qərarları › İş №3(125)-2107/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2107/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2107/2025 21.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 Umud oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında qərar tərtib edilmiş şəxs X5 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X8 Xidməti Gəncə- Daşkəsən regional şöbəsinin nümayəndəsi X10 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X8 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X11 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 500 (beş yüz) manat inzibati cərimə olunması barədə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, bu qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Telekommunikasiya İdarəsinin Nətavan qəsəbəsində yerləşən 252 saylı TAS-nin mühəndisi vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə istismarı dayandırılmış kabel xətlərinin söküntüsü zamanı elektrik montyoru X7 ehtiyatsızlıqdan ayaq barmağından xəsarət almışdır. Bununla bağlı qanunvericiliyin tələbinə əsasən dərhal X8 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə məlumat verilmişdir. Həmçinin onu da bildirir ki, sözügedən inzibati xəta haqqında protokolun tərtib olunması zamanı iştirak etməmiş və barəsində tərtib olunmuş sözügedən protokoldan məlumatsız olmuşdur. Hesab edir ki, onun əməlində inzibati xətanın tərkibi yoxdur və bu əsasla barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən X11 izahatında bildirmişdir ki, istismarı dayandırılmış kabel xətlərinin söküntüsü zamanı elektrik montyoru X1 işə gələrkən ona verilmiş xüsusi ayaqqabıda olmuş, nahar fasiləsindən sonra Eşqin Ələsgərov özbaşına ayaqqbasını çıxartmış, o bunu gördükdə dərhal sonuncuya ona verilmiş xüsusi ayaqqabını geyinməsini bildirərək onu işdən kənarlaşdırmışdır. Eşqin Ələsgərov ayaqqabısını dəyişməyə gedərkən yolda ondan digər montyorlar kabelin yerini göstərməsini xahiş etmiş, bu zaman Kəmaləddin Cəfərov ling (lom) aləti ilə ehtiyatsızlıqdan onun ayağına xəsarət yetirmişdir. Həmçinin E.Qasımov izahatında qeyd etmişdir ki, o, işçilərin onlara verilmiş xüsusi geyim formasında işləməsinə daimi nəzarət edir. Sözügedən hadisə, onun E.Ələsgərova işdən kənarlaşması üçün verdiyi şifahi göstərişdən sonra olmuşdur və bu onun günahı deyildir. Bu səbəbdən də, barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar ləğv edilməlidir. İnziabti xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X8 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X14 izahatında bildirdi ki, X11 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir onda ötrü ki, o, əməyin mühafizəsi qaydalarını pozmuş, habelə X4 müvafiq şöbəsinin xətt qurğularının istismarı sektorunun vəzifə təlimatlarına riayət etməyərək E.Ələsgərovun xüsusi geyim formasında olmamasına diqqət etməmiş və nəticədə sonuncu ehtiyasızlıqdan xəsarət almışdır. Hesab edir ki, E.Qasımovun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsaslı və qanunidir və ləğv olunması üçün heç bir hüquqi əsas yoxdur. Barəsində inzibati xəta haqqında qərar tərtib edilmiş şəxs X11 tərəfindən məhkəməyə dəvət edilmiş şahid X7 izahatında bildirdi ki, səhər işə gələrkən idarə tərəfindən verilmiş xüsusi geyim formasında olsa da, xüsusi geyim formasına aid olan ayaqqabı ayağını sıxdığına görə nahar fasiləsindən sonra dəyişmişdir. X6 ayaqqabısını gördükdə dərhal onu işdən kənarlaşdıraraq ayabbaqsını dəyişməsini bildirmişdir. O isə ayaqqabısını dəyişməyə gedərkən yolda onunla birlikdə işləyən digər işçiləri görmüş və onların xahişi ilə quyunun yerini iş yoldaşlarına göstərmişdir. Bu zaman Kəmaləddin Cəfərov ling (lom) aləti ilə ehtiyatsızlıqdan onun ayağına xəsarət yetirmişdir. Digər şahid X3 izahatında bildirdi ki, hadisə vaxtı yəni saat 14-15 aralığında Eşqin Ələsgərovla birlikdə işlədikləri zamanı əlində ki, lingi daşa vurmaq istəyərkən ehtiyatsızlıqdan onun ayağına xəsarət yetirmişdir. Kəmaləddin Cəfərov məhkəmənin sualına cavab olaraq bildirdi ki, E.Ələsgərov səhər saatlarından hadisə baş verən vaxta kimi onunla birlikdə işləmiş və onu yoldan onlara köməklik göstərməsi üçün çağırmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X8 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. İş materiallarında olan X4 müvafiq şöbəsinin xətt qurğularının istismarı sektorunun vəzifə təlimatlarının 6-cı bəndinə əsasən mühəndis (hazırkı vəziyyətdə X11) əməyin mühafizəsi qaydalarının pozulmasına görə məzuliyyət daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2-ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, Gəncə Telekommunikasiya İdarəsinin elektrik montyoru X7 işə xüsusi geyim formasında başlamalı və idarə tərəfindən verilən ayaqqabıda işləməli olmasına baxmayaraq buna riayət etməmiş və nəticədə 10 dekabr 2024-cü il tarixdə X2 ehtiyatsızlığı ucbatından ayağından xəsarət almışdır. X7 işə xüsusi geyim formasında başlamalı olmasına nəzarət etməli olan məsul şəxs mühəndis X11 isə vəzifə öhdəliklərini lazımınca yerinə yetirməyərək bütün bunlara nəzarət etməmiş və nəticədə sözügedən bədbəxt hadisə baş vermişdir. O cümlədən məhkəmə onu da qeyd edir ki, şahid ifadələri arasında uyğunzusluq var, xəsarət almış şəxs Eyvaz Qasımovun mühəndis tərəfindən ayağında ona verilmiş xüsusi ayaqqabı olmadığına görə işdən kənarlaşdırıldığını və yoldan gedərkən digər iş yoldaşlarının onu köməyə çağırmasını bildirsə də, X3 bunu təkzib etmiş E.Ələsgərovun səhər saatlarında hadisə baş verən vaxta kimi onlarla birlikdə çalışdığını bildirmişdir. Məhkəmə hesab edir ki, hər iki şahid Eyvaz Qasımovla birlikdə işləyir onların bu cür fərqli ifadələr verməsi mühhəndis E.Qasımovu müdafiə xarakterlidir. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi həm iş materiaları həm də, barəsində inzibati xəta haqqında qərar tərtib edilmiş şəxs X5 özünün məhkəməyə təqdim etdiyi şahid ifadələri ilə tam təsdiq olunur. Barəsində inzibati xəta haqqında qərar tərtib edilmiş şəxs X5 barəsində tərtib edilmiş inzibati xəta haqqında qərardan xəbərsiz olması barəsində dedikləri isə həm özünün izahatı həm də iş materialları ilə təkzib olunur. X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X8 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin olunmamlı və sözügedən qərar dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X8 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və bu qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar