Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2403/2023 07.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin baş müfəttişi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 27 sentybar 2023-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, xx.xx.2023-cü il tarixdə saat 10:00-də Gəncə şəhəri Ş.İ.Xətai Prospektində yerləşən “Arena çay evi” adlı obyekdə yayımlanan açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirilməməsi nəticəsində Şəxs tərəfindən İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndəsi X3 izahat verərək göstərdi ki, Gəncə şəhəri Ş.İ.Xətai Prospektində yerləşən “Arena çay evi” adlı məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam yerinə yetirməmiş, nəticədə İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu əmələ görə Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 27 sentybar 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də Şəxs (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati cərimə təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin baş müfəttişi X3 tərəfindən tərtib edilmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 27 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, o, açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirmədiyinə görə barəsində inzibati protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli yazılı göstərişdən görünür ki, Şəxs ADRA X5 İdarəsi tərəfindən “Arena çay evi” adlı məkanda (açıq məkanda) yayımladığı reklamlarla bağlı yayımın dərhal dayandırılması və yerləşdirilməsi üçün verilmiş 2023-cü il 27 fevral tarixli İ**********0001 nömrəli icazədə nəzərdə tutulan yayım haqqının 5 (beş) gün müddətinə ödənilməsi tələb olunur və nəzərdə tutulmuş tələbləri yerinə yetirmədikdə Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq bxılması üçün aidiyyəti məhkəməyə göndərilməsi xəbərdar edilmişdir. “Poçt göndərişlərinin izlənməsi” barədə çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli göstəriş xx.xx.2023-cü il tarixdə alıcı vətəndaş Şəxs verilmişdir. ADRA X5 İdarəsi tərəfindən Şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “Arena çay evi” adlı məkanda xx.xx.2023-cü il tarixli, 11-3-3/2-1195/2023 nömrəli yazılı göstərişin alınmasından 5 (beş) gün müddət keçməsinə baxmayaraq bu günədək icazə almadığı və qanunla müəyyən edilmiş yayım haqqını ödəmədiyi üçün barəsində İXM-in 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunacağı barədə xəbərdar edilmiş və qeyd olunan protokolun tərtib edilməsində iştirak etmək üçün xx.xx.2023-cü il tarixdə saat 10:00-a Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinə dəvət edilmişdir. “Poçt göndərişlərinin izlənməsi” barədə çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli məktub xx.xx.2023-cü il tarixdə alıcı vətəndaş Şəxs verilmişdir. Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən imzalanmış 27 sentyabr 2023-cü il tarixli, 910 nömrəli aktdan görünür ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs 20 avqust 2023-cü il tarixli 11-3-3/2-1303/2023 saylı məktubla xx.xx.2023-cü il tarixdə saat 10:00-da barəsində İXM-in 428.7.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək üçün X5 İdarəsinə dəvət olunsa da, müvafiq protokolun rəsmiləşdirilməsi prosesində iştirak etməmişdir və reklam yayımlanması davam edir. Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən imzalanmış 18 sentyabr 2023-cü il tarixli, 836 nömrəli aktdan görünür ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Gəncə şəhəri X7 Prospektində yerləşən “Arena çay evi” adlı məkana (Şəxs) “Reklam haqqında Azərbaycan Respublikası qanuna və digər Qanunvericilik aktlarının tələbi pozulmaqla reklam yayımlanır. Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən imzalanmış 07sentyabr 2023-cü il tarixli, 782 nömrəli aktdan görünür ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Gəncə şəhəri X7 Prospektində yerləşən “Arena çay evi” adlı məkana (Şəxs) “Reklam haqqında Azərbaycan Respublikası qanuna və digər Qanunvericilik aktlarının tələbi pozulmaqla reklam yayımlanır. “Foto” şəkildən görünür ki, “Arena çay evi” adlı məkanın üzərində reklam vardır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Yanında Dövlət Vergi Xidmətinin reysterindən görünür ki, Şəxs (VÖEN nömrəsi **********) fiziki şəxs kimi qeydiyyatdadır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla açıq məkanda reklam sahəsində qanunvericiliyin tələblərinin Şəxs tərəfindən pozulması və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və onun təqsiri tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməsi inzibati xəta hesab olunur və bu əmələ görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə , Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs , Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-2403/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2403/2023
07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver