Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2955/2025 11.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə şəhər Şəhər Məhkəməsinin hakimi Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinin EQ 28975272 nömrəli, 01 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 onun İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 80 manat inzibati cərimə olunması barədə EQ 28975272 nömrəli, 01 iyul 2025-ci il tarixli qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28975272 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, İXM-nin 346.4.-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 80 manat məbləğində cərimə edilmiş, lakin həmin qərarı əsassız hesab edir. Məlum elektron qərarda onun dayanma və durma qaydalarını pozması məlum olmur. Onun avtomobilinin harada durması məlum deyil, əgər o, dayanma və durmanı pozmuşsa onun maşını görünmür. Bu onu sübut edir ki, barəsində tərtib edilmiş qərarın hüquqi əsası yoxdur. Qərarda olan foto şəkildə yüzlərlə maşın şəkil var. Orada onun avtomobilinin dayanma, durma qaydasını pozumasına dair heç bir əsaslı sübut yoxdur. Ona görə də məlum qərar ləğv edilməli inzibati icraat haqqında işə xitam verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 bildirmişdir ki, o, avtomobilin hərəkətini dayandıraraq cəmi 1dəqiqəlik düşmüş, həmin yerdə saxlamanın qadağan olunması barədə işarə olmadığından dayanmanın qadağan olmasından xəbərsiz olmuşdur. Onun başqa inzibati qərarlar üzrə 2000 manat cəriməsi var və nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə olunmuş DİN-in Baş Dövlət Yol Polis İdarəsinin EQ 28975272 nömrəli, 01 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 İXM-in 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə (yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə-səksən manat məbləğində) cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X2 idarə etdiyi nəqliyyat vasitəsi ilə dayanma və durma qaydasını pozduğuna görə onun hərəkəti düzgün olaraq Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsi ilə tövsif olunmuşdur. İş materiallarına əlavə olunmuş foto-şəkildən və şikayətçinin özünün etirafedici izahatından da bu hal təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinin EQ 28975272 nömrəli, 01 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Orxan Dəmirli
Məhkəmə qərarları › İş №3(125)-2955/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2955/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver