Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-4029/2025 21.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Xanməmmədova Liza Əliəşrəf qızı, X2 xx.xx.2025-ci il tarixli EQ 30533449 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayəti məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 30533449 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından Gəncə Şəhər Məhkəməsinə şikayət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati işin baxılmağa hazırlanması zamanı şikayətin aidiyyəti üzrə düzgün verilmədiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. (İXM-nin 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət isə – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir) Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. İş materiallarından görünür ki, X1 qeydiyyat ünvanı “Göygöl rayonu, Qızılqaya Ə.D., Qızılqaya qəsəbəsi” qeyd edilmişdir. Odur ki, işə baxılması üçün Göygöl Rayon Məhkəməsinə müraciət edilməlidir. Beləliklə qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, X2 şikayəti aidiyyəti üzrə düzgün vermədiyi üçün şikayət geri qaytarılmalı və ona xx.xx.2025-ci il tarixli EQ 30533449 nömrəli inzibati tənbeh vermə haqqında qərardan qeydiyyat ünvanı üzrə məhkəməyə şikayət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 110.1 və 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 xx.xx.2025-ci il tarixli EQ 30533449 nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət ərizəsi geri qaytarılsın və ona qeydiyyat ünvanı üzrə məhkəməyə şikayət etmək hüququ izah edilsin. Hakim : Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-4029/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-4029/2025
21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver