Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-546/2024 04.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi və nümayəndəsi X1, 12 saylı Ərazi Vergilər Baş idarəsinin nümayəndəsi X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş MN ******* nömrəli 21 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, 21 yanvar 2024-cü il tarixdə, saat 21:15-də ünvan 1 ünvanında yerləşən Şəxs istifadəsində olan “Restoran”da 22 saylı ƏVBİ-nin 18 yanvar 2024-cü il tarixli **********8843 saylı qərarına əsasən xronometraj metodu ilə müşahidə aparılmasına mane olunması faktı aşkar edilmişdir. Məhkəmə iclasında 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 protokolun məznununa uyğun çıxış edərək protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi və nümayəndəsi X3 protokola etiraz edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 20 radələrində 12 saylı Ərazi Vergilər Baş İdarəsinin bir neçə əməkdaşı mülki geyimdə Şəxs fəaliyyət göstərdiyi ünvan 2 ünvanındakı restorana daxil olmuş, onlar ilk öncə restoranın ərazisi ilə sərbəst şəkildə tanış olmuş, daha sonra, həmin şəxslərdən iki nəfər restoranın kassa otağın daxil olaraq heç bir vəsiqə təqdim etmədən özlərini vergilər idarəsinin əməkdaşı kimi təqdim etmiş, kassa otağında olan əməkdaşdan özünü təqdim etməyi tələb etmişlər. İşçi özünü təqdim etdikdən sonra vergi orqanının əməkdaşı onun əmək müqaviləsinin olub-olmaması yoxlamış və kassa aparatını ona verməsini tələb etmiş, kassa aparatından çıxarış etdikdən sonra, Şəxs etibarnamə ilə nümayəndəsi olan Elnur Axundov adlı şəxs həmin otağa daxil olmuşdur. Bundan sonra vergi orqanının əməkdaşları ondan işçilərin əmək müqaviləsinin olub-olmamasının yoxlanılacağı haqqında məlumat vermiş, bu yoxlamalar onlar tərəfindən həyata keçirilmiş, yekunda üç nəfər şəxsin əmək müqaviləsinin elektron sistemə daxil edilmədiyi, buna görə də həmin şəxslərin otağa çağılması tələb edilmişlər. Həmin şəxslər otağa çağırılmış, onlardan izahat alınmış, yekunda bu barədə akt tərtib edilmiş və yoxlamanın bitdiyi bildirilmişdir. Bundan sonra yoxlamaya gəlmiş vergi orqanının əməkdaşları ərazini tərk etmişdir. (məhkəməyə müşahidə kamerasının videogörüntülərini təqdim edir) Ümumiliklə, vergi orqanının əməkdaşlarının bu yoxlamaları 2 saata yaxın müddətdə davam etmişdir. Qeyd olunanlarla yanaşı bu yoxlama nəticəsində restoranın iş fəaliyyətində ciddi problemlər yaranmış və nəticədə restoranın iş rejimi pozulmuşdur. Bundan başqa iş o qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli MN1466756 nömrəli protokola əsasən Şəxs protokola imza atmaqdan “imtina etdi” sözləri yazılsa da, belə bir hal baş verməmişdir. O, protokolda qeyd olunan “imza etməkdən imtina etdi” ifadəsinin yalan olmasını və vergi orqanının əməkdaşları tərəfindən tərtib olunmuş protokolun surətinin Şəxs rəsmi qaydada təqdim edilmədiyini bildirmişdir. Daha sonra o, vergi orqanının əməkdaşları tərəfindən protokola qeyd yazaraq Şəxs protokola imza atmaqdan imtina etməsini göstərməsini qanunsuz hesab edərək onun xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında fəaliyyət göstərdiyi restoranda 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşlarının yoxlama aparmasına heç bir menə yaratmadığnı nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 18 yanvar 2024-cü il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, Şəxs məxsus ünvan 1 ünvanında yerləşən Restoranda plandankənar (növbədənkənar) operativ vergi nəzarətinin keçirilməsi yoxlamaların vahid məlumat reyestrində qeydə alınmışdır. - 18 yanvar 2024-cü il tarixli Xronometraj metodu ilə müşahidə aparılması haqqında qərardan görünür ki, Şəxs məxsus restoranda (**********-23001) xx.xx.2024-cü il tarixdən 15 (on beş) günündən çox olmayan müddətdə xronometraj metodu ilə müşahidə aparılması qərara alınmışdır. - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən restoranda 12 saylı ƏVBİ-nin xx.xx.2024-cü il tarixli qərarına əsasən xronometraj müşahidə aparmaq istəyərkən vergi ödəyicisi tərəfindən icazə verilməmiş və təsərrüfat subyektini tərk edilməsi söylənilmişdir. Xronometrajın müşahidənin aparılmasına maneələr törədildiyinə və iş rejimi haqqında arayış verilmədiyinə görə fərdi sahibkar Şəxs barəsində 21 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş, lakin vergi ödəyicisi protokola imza çəkməkdən imtina etmişdir. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisinin və inzibati orqanın nümayəndəsinin izahatını dinləyib, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Vergilər Nazirliyi tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınaraq Şəxs vergi qanunvericiliyinə əməl olunmasının yoxlanılması (operativ vergi nəzarəti istisna olmaqla) məqsədilə yoxlama aparılacağı haqqında barəsində icraat aparılan şəxsə məlumat verilməsi ilə bağlı hər hansı bildiriş iş materiallarına əlavə edilməmişdir. Bu faktı məhkəmə iclasında 12 saylı ərazi vergi orqanının nümayəndəsi X4 etiraf edərək, xx.xx.2024-cü il tarixdə sahibkar Şəxs barəsində inzibati xəta haqqında protokol və restoranda xronometraj üsulu ilə yoxlama aparılmasına icazə verməməsi barədə akt tərtib olunarkən Şəxs orada iştirak etmədiyini, yanlışlıqla protokolda və aktda Şəxs “iştirak etmədi” əvəzinə imzalanmaqdan və izahat verməkdən “imtina etdi” sözləri yazıldığını bildirmişdir. Azərbaycan Respublikası İXM-in 602.4-ci maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, şəxsin barəsində inzibati qaydada tərtib olunmuş inzibati protokoldan xəbərinin olmaması İnzibati Xətalar Məcəlləsinın 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmır. Belə ki, sahibkar tərəfindən nəzarət orqanlarının fəaliyyətinə maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb olunan sənədlərin və məlumatların təqdim edilməməsinə, yanlış məlumatların verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-inn 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-in 78-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.0.1, 105.1-ci maddələrini rəhbər tutaraq qərara aldim: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinın 602.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-546/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-546/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver