Məhkəmə qərarları › İş №3(3-10)-244/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-244/2026

14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-244/2026 14.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-nin nümayəndəsi nümayəndə1 iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(5-137)-169/2026 ( sədrlik edən Ü.Qənbərov) saylı qərarı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində İXM-in 266.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş («inzibati xəta haqqında» ##.##.2026-cı il tarixli MN ******* nömrəli protokol) üzrə icraata xitam verilmişdir. işin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində İXM-in 266.2-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında iş üzrə icraat («inzibati xəta haqqında» ##.##.2026-cı il tarixli MN ******* nömrəli protokol üzrə) başlanmışdır ki, cəmiyyət tərəfindən tibbi tullantıların saxlanılma qaydası pozulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə1 izahatında göstərmişdir ki, Qəbələ şəhəri, A.Səhhət küçəsində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tam dörd il bundan qabaq fəaliyyətə başlamış, cəmiyyətin fəaliyyəti nəticəsində formalaşan tibbi tullantılar hər bir halda paketlənərək Mərkəzin yaxınlığındakı açıq məkanda yerləşdirilmiş qapağı bağlı urnalara yığılmış və sonra “Turan İnternasional Logistics Services” şirkəti tərəfindən Ağdaş rayonu ərazisində ayrılmış poliqona daşınaraq zərərsizləşdirilmişdir. AR ETSN * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “ətraf mühitin mühafizəsi sahəsində pozuntunun aradan qaldırılması barədə” ##.##.2026-cı il tarixli Ç-MG/****-*** saylı Ekoloji tələbninə vaxtından qabaq əməl olunmuş və Mərkəzdə tibbi tullantıların müvəqqəti saxlanılması üçün bir otaq ayrılmışdır. Mərkəzinfəaliyyət göstərdiyi binanın texniki göstəriciləri tibbi tullantıların müvəqqəti saxlanılmasından ötrü ümumi sahəsi 60,0 kvm olan bir otağın ayrılmasına imkan vermir və fəaliyyət sahələrinin məhdudluğu belə zərurəti aradan qaldırır. Ona görə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində İXM-in 266.2-ci maddəsi ilə olan «inzibati xəta haqqında» ##.##.2026-cı il tarixli MN ******* nömrəli protokol qanunsuz hesab edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi nümayəndə2 göstərmişdir ki, ##.##.2026-cı il tarixdə xidməti ərazi üzrə ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyinin tələblərinə nəzarət tədbirləri çərçivəsində keçirilən monitorinq zamanı Qəbələ şəhəri, A.Səhhət küçəsində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də tibbi tullantıların müvəqqəti saxlanılma otağının olmadığı və cəmiyyətin fəaliyyəti nəticəsində formalaşan paketlənmiş halda olan tibbi tullantıların Mərkəzin yaxınlığındakı açıq ərazidə, məişət tullantılarının atıldığı məkanda yerləşdirilmiş urnalarda üstü açıq vəziyyətdə saxlandığı aşkar edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCyə ##.##.2026-cı il tarixli Ç-MG/****-*** saylı “ətraf mühitin mühafizəsi sahəsində pozuntunun aradan qaldırılması barədə” Ekoloji tələb göndərilərək ondan 1 ay müddətində tibbi tullantıların müvəqqəti saxlanılma otağının hazırlanması üçün tədbir görülməsi tələb olunmuş və barəsində İXM-in 266.2-ci maddəsi ilə ##.##.2026-cı il tarixli MN ******* nömrəli ” inzibati xəta haqqında” protokol tərtib edilmişdir. Monitorinq zamanı əməkdaşlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ərazisinə cəmiyyəti idarə edən şəxsin icazəsi ilə daxil olmuş, aşkar edilən pozuntunu müvafiq qaydada aktlaşdırmış və fotoşəkillər çəkərək protokola əlavə edilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aşkar edilmiş fakt üzrə (yəni Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən tibbi tullantıların düzgün idarə edilmədiyi) inzibati xəta tərkibinin açıq-aşkar olmasına baxmayaraq hakim tərəfindən bu hala qiymət verilməmişdir. Beləki, İdarənin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də tibbi tullantıların müvəqqəti saxlanma otağının mövcud olmadığı, müəssisədə formalaşan tullantıların paketlənmış halda mərkəzin yaxınlığında, məişət tullantıları ilə birlikdə qalaqlanaraq, üstü açıq şəkildə saxlanıldığı müəyyən edilmişdir. Həta keçirilən nəzarət tədbirləri zamanı İdarənin əməkdaşları MMC-in ərazisinə cəmiyyəti idarə edən şəxsin icazəsi ilə daxil olmuş, aşkar edilmiş qanun pozuntusu müvafiq qaydada aktlaçdırılmış və aktlaçdırlılma zamanı MMC-in nümayəndəsi sənədləri imzalamış və ərazidə fotoşəkillər çəkilərək sənədlərə əlavə edilmişdir. Həmçinin bildiririk ki, mövcud qanunvericiliyin (Tullantılar haqqında qanun) tələblərinə əsasən fəaliyyəti zamanı tullantıların əmələ gəldiyi hər bir fiziki (vəzifəli) və ya hüquqi şəxslər yaranan tullantıların ixtisaslaşdırılmış təşkilatlarla bağlanmış müqavilə əsasında zərəsizləşdirilməsi və emalı yerlərinə daşınaraq zərəsizləşdirilməsini təmin etməlidirlər. Bundan əlavə məhkəmə tərəfindən inzibati xəta törədilməsi, əmədə inzibati xəta tərkibinin olması istisna olunmur, lakin bunun əksinə olaraq iş üzrə icraata xitam verilir. Halbuki, mövcud qanunvericilikdə yalnız İXM-nin 53-cü maddəsində nəzərə tutulan hallarda (yəni inzibati xəta hadisəsi, inzibati xəta tərkibi olmadıqda, şəxs son zərurət və ya müdafiə vəziyyətində hərəkət etdikdə və s.) iş üzrə icraata xitam verilir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 71.3.-cü maddəsində qeyd olunur ki, ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar verilmiş qərarların icrası bütün hüquqi və vəzifəli şəxslər, vətəndaşlar üçün məcburidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən səlahiyyətli dövlət orqanı olaraq keçirdiyi monitorinqlər yalnız öz vəzifə səlahiyyətlərindən irəli gələn tapşırıqların yerinə yetirilməsi ilə bağlı ölkə ərazisində atmosfer havasına nəzarət tədbirlərinin həyata keçirilməsindən və ətraf mühitə zərərli təsir göstərən (atmosfer havasının çirkləndirməsi) halların qarşısının alınması üçün qanunvericiliyin tələblərinə uyğun zəruri tədbirlərin görülməsindən ibarət olmuş, sahibkarlıq sahəsində hər hansı bir yoxlama aparılmamışdır. Lakin işə baxan Qəbələ Rayon Məhkəməsinin hakimi “yoxlamanın reyestrdə qeydiyyata alınmadığını” iddia edərək qərarı ləğv etmişdir ki (işə xitam vermişdir), nəticədə ətraf mühitə zərərli təsir göstərən nzibati məsuliyyətdən kənar qalmasına şərait yaranmışdır Odur ki, Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməsini, * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında protokolu qüvvədə saxlanılmaqla müvafiq cərimə qərarı qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin nümayəndəsi nümayəndə1 çıxış edərək apellyasiya şikayətinin əsassız olduğunu bildirdi və təmin edilməməsini məhkəmədən xahiş etdi. hüquqi məsələlər İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını rəhbər tutaraq, iş materiallarını, apellyasiya qaydasında verilmiş şikayəti, birinci instansiya məhkəməsində inzibati qaydada aparılmış icraatı və tərəflərin dəlillərini təhlil edərək hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli Ç-MG/****-*** saylı “ətraf mühitin mühafizəsi sahəsində pozuntunun aradan qaldırılması barədə” Ekoloji tələbin surətinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-dən 1 ay müddətində tibbi tullantıların müvəqqəti saxlanılma otağının hazırlanmasının təmin olunması tələb olunmuşdur. İşdə olan ##.##.2026-cı il tarixli ****** nömrəli Aktın surətinə əsasən AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026- cı il tarixli **** saylı sərəncamına əsasən xidməti ərazi üzrə ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyinin tələblərinə nəzarət tədbirləri çərçivəsində keçirilən monitorinq zamanı Qəbələ şəhəri, A.Səhhət küçəsində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də tibbi tullantıların müvəqqəti saxlanılma otağının olmadığı və cəmiyyətin fəaliyyəti nəticəsində formalaşan paketlənmiş halda olan tibbi tullantıların Mərkəzin yaxınlığındakı açıq ərazidə, məişət tullantılarının atıldığı məkanda yerləşdirilmiş urnalarda üstü açıq vəziyyətdə saxlanması faktı aşkar edilmişdir. Cəmiyyətin direktoru Mərkəzdə tibbi tullantıların müvəqqəti saxlanılma otağının olmadığını təsdiq etmiş, lakin izahat verməkdən imtina etmişdir. Aşkar edilmiş fakta dair fotoşəkillər çəkilərək materiala əlavə edilmişdir Məhkəmə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını dinləyib, tərəflərin məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-nin hərəkətlərində İXM-in 266.2-ci maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur Öyrənilən işdən görünür ki, , Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli monitorinq aktından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-nin yerləşdiyi ünvana yoxlama aparılmış, lakin müvafiq akt vahid məlumat reyestrində qeydə alınmadan tərtib edilmişdir. Məhkəmə işi araşdıraraq qeyd edir ki, dövlət orqanlarının ətraf mühitin mühafizəsi sahəsində nəzarət və monitorinq funksiyalarını həyata keçirərkən sahibkarlıq subyektinin ərazisinə daxil olması və orada araşdırma aparması qanunla müəyyən edilmiş ciddi prosessual qaydalara və rəsmi icazə mexanizmlərinə əsaslanmalıdır. Qanunvericiliyin imperativ tələblərinə görə, dövlət nəzarətini həyata keçirən orqanlar mülkiyyət formasından asılı olmayaraq hər hansı bir müəssisənin xidməti və istehsalat sahələrinə yalnız xidməti vəsiqələrini, yoxlamanın (və ya monitorinqin) keçirilməsi haqqında rəsmi qərarın surətini və həmin tədbirin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndə qeydiyyata alınmasını təsdiq edən çıxarışı təqdim etdikdən sonra daxil ola bilərlər. Hazırkı işin hallarından isə aydın görünür ki, * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ərazisində keçirilən monitorinq zamanı bu növ rəsmi prosedur qaydalarına riayət edilməmiş, yoxlamanın reyestrdə qeydiyyata alınması barədə çıxarış və müvafiq icazə sənədləri qarşı tərəfə təqdim olunmamışdır. Məhkəmə xüsusi olaraq vurğulayır ki, hüquqi dövlətdə qanunla tənzimlənən xüsusi icazə və reyestr qeydiyyatı olmadan sahibkarlıq subyektinin daxili ərazisinə keçid edilməsi və orada birtərəfli qaydada yoxlama aparılması fəaliyyət azadlığına və mülkiyyət toxunulmazlığına qanunsuz müdaxilə xarakteri daşıyır. İnzibati orqanın nümayəndəsinin cəmiyyəti idarə edən şəxsin şifahi razılığı ilə əraziyə daxil olduqlarına dair iddiası hüquqi baxımdan əsassızdır, çünki dövlət idarəçiliyi prinsiplərinə görə rəsmi icraat formaları şəxsi və ya şifahi razılıqlarla deyil, yalnız qanunun tələb etdiyi yazılı, rəsmi və qeydiyyata alınmış icazə sənədləri ilə leqallaşdırıla bilər. Müvafiq hüquqi əsas (reyestr çıxarışı və rəsmi yoxlama qərarı) olmadan, faktiki olaraq icazəsiz şəkildə keçirilmiş monitorinqin özü qanunsuz olduğu üçün onun gedişində aşkar edildiyi iddia olunan hallar, tərtib edilmiş akt və fotoşəkillər də qanunsuz yolla əldə edilmiş materiallar qrupuna daxil olur. İXM-in 53.2-ci maddəsinin birbaşa və imperativ tələbinə əsasən, inzibati xətalar haqqında işlər üzrə şəxsin təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq, yəni prosessual qaydalar pozulmaqla əldə edilmiş sübutlardan istifadə edilməsi qətiyyən yolverilməzdir və bu hal iş üzrə icraata mütləq qaydada xitam verilməsini tələb edir. İdarə tərəfindən qanunun tələb etdiyi rəsmi icazə və qeydiyyat prosedurları yan keçilməklə reallaşdırılan bu nəzarət tədbirinin heç bir hüquqi nəticəsi ola bilməz və onun əsasında sahibkarın inzibati məsuliyyətə cəlb edilməsi qeyri-qanunidir. Bu səbəbdən, birinci instansiya məhkəməsi icazəsiz və reyestrdən kənar aparılmış yoxlama materiallarını hüquqi qüvvəsi olmayan sübutlar kimi qiymətləndirib iş üzrə icraata xitam verməklə tam qanuni və ədalətli nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri isə rəsmi icazə prosedurunun pozulması faktını təkzib etmədiyi üçün təmin edilməməlidir. Səlahiyyətli orqanın qanunla sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasına baxmayaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsdəmonitorinq keçirdiyinə, lakin orada aparılacaq yoxlama ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə heç bir məlumat göndərmədiyinə, keçirilmiş yoxlamanın nəticəsində monitorinq aktı və protokol tərtib edilsə də, araşdırmanın qanunvericiliklə müəyyən edilmiş imperativ tələblər (sahibkarlıq fəaliyyəti subyektində yoxlamanının aparılması haqqında qərar qəbul edilmədən və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan) nəzərə alınmadan aparılmışdır. “Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu” 71-ci maddəsinə əsasən Ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) bu Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirirlər. Ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının qanunvericilikdə müəyyən edilmiş qaydada mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, müəssisə, idarə, təşkilatlara və digər obyektlərə, o cümlədən hərbi və müdafiə obyektlərinə maneəsiz (xidməti vəsiqələri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə daxil olarkən, həmçinin yoxlamanın həyata keçirilməsi haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməklə) daxil olmaq hüququ vardır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikasının Qanunu” 2.1-1. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət (2026-cı il ######ın #-dək) başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz. 2.3. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı digər məsələlər bu Qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların müddəaları nəzərə alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu” Maddə 1.1.11. yoxlamaların vahid məlumat reyestri - bu Qanunun 13-cü maddəsində nəzərdə tutulan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri; Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 4-2. Yoxlayıcının vəzifələri 4-2.1.6. yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın (onun səlahiyyətli nümayəndəsinin) yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara (onun səlahiyyətli nümayəndəsinə) bu sənədlərlə tanış olmaq imkanı yaratmaq; Maddə 4-3. Yoxlama zamanı sahibkarın hüquqları 4-3.1.2. yoxlama başlamazdan əvvəl yoxlayıcıdan onun xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı tələb etmək, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat almaq və bu sənədlərlə tanış olmaq imkanının yaradılmasını tələb etmək. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Maddə 13.3. yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq Ədliyyə Nazirliyinə verməyə borcludurlar. Maddə 16.11. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır. Hazırki iş üzrə məhkəmə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-nin fəaliyyəti ilə əlaqədar AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən keçirilən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyinin tələblərinə nəzarət tədbirləri yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığından hüquqi nəticəsi yoxdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi). İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində inzibati qanunvericiliyin prinsiplərindən bəhs olunur. Belə ki, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6-cı maddəsində bəhs olunan qanunçuluq prinsipinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Bu prinsipə əsasən, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirməlidirlər. İnzibati Xətalar Məcəlləsinin qanunçuluq prinsipinin əsasını təşkil edən Konstitusiyanın 12-ci maddəsinin İ hissəsinə, 71-ci maddəsinin İ və X hissələrinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Konstitusiyanın qeyd olunan normaları insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Beləliklə, inzibati xətalar qanunvericiliyi səlahiyyətli orqanla fiziki və hüquqi şəxslər arasında inzibati xətalarla bağlı yaranan münasibətləri tənzimləyir. Bu münasibətlərdə tərəflərdən biri kimi dövlət orqanı və ya qanunvericiliklə səlahiyyətlərinə aid edilmiş hər hansı bir publik subyekt çıxış edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il # #### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, yuxarıda sadalanmış normaların məzmunundan da göründüyü kimi qanunvericilikdə yoxlamanın iki növü (plan üzrə və plandankənar yoxlama) nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə inzibati orqan tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında yox, monitorinq formasında həyata keçirildiyindən plandankənar yoxlama olmuşdur. İnzibati orqan tərəfindən qeyd olunan yoxlamanın keçirilməsi nəticələrini o zaman qanuni hesab etmək olar ki, inzibati orqanın əməkdaşları sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə daxil olmadan inzibati pozuntunu aşkar etsin və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.3-cü maddəsinə əsasən aşkar olunmuş pozuntu üzrə dövlət orqanına məlumat versin. Yalnız qeyd olunan məlumatdan sonra və plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilərək və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alındıqdan sonra aparılmış yoxlama qanuni hesab edilə və sahibkar barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün əsas ola bilər. Hazırkı halda isə plandankənar yoxlamanın aparılması qaydalarına riayət edilmədən yoxlama aparıldığından, qeyd olunan hal sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə hesab edilir və aparılmış yoxlamanın nəticələrinin qanunsuz hesab olunmasına gətirib çıxarır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı olan İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. İnzibati Xətalar Məcəllləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəllləsinin 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar