Məhkəmə qərarları › İş №3(3-10)-311/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-311/2026

18.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-311/2026 18.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi İskəndərov Sərvər Cavad oğlunun, inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim N.Qoşqarova) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş ## ##### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İnzibai Xətalar Məcəlləsinin bundan sonra mətndə İXM-in) 239-cu maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İşin halları: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş Məcəllənin 239-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında ## ##### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, İsmayıllı rayonu Aşağıbaş kəndində qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ekoloji ekspertizanın müsbət rəyi və 2- TG illik statistik hesabatları idarəyə təqdim edilmədiyi müəyyən edilmiş və həmin MMC tərəfindən İXM-in 239-cu maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Birinci instasniya məhkəməsinin məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin 2025-ci il ərzində fəaliyyətinə dair ekoloji ekspertizanın müsbət rəyi və 2-TG illik statistik hesabatları idarəyə təqdim olunmamışdır. Bu səbəbdən MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. MMC-yə bununla bağlı hər hansı rəsmi xəbərdarlıq olunmamışdır. MMC-nin fəaliyyətdə olduğu yerə baxış keçirilməmiş, protokol və akt idarədə tərtib edilmişdir. Buna baxmayaraq MMC fəaliyyət göstərdiyi halda qeyd olunan hesabatları təqdim etməli idi. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Birinci instasniya məhkəməsinin məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İskəndərov Sərvər Cavad oğlu izahat verərək bildirmişdir ki, MMC 2007-ci ilin dekabr ayından fəaliyyət göstərir və bütün sənədlər həmişə qaydasında olmuşdur. 2026-cı ilin fevral ayının 25-dən qış mövsümü ilə əlaqədar MMC-nin fəaliyyəti dayandırılmışdır. Halbuki ekologiya əməkdaşları MMC-nin fəaliyyətdə olduğu yerə baxış keçirməmiş, akt və protokol idarədə tərtib edilmişdir. Ona hər hansı xəbərdarlıq olunmamışdır. MMC-nin fəaliyyəti dövründə həmin sənədlər ondan tələb olunmamışdır. Sadəcə ekologiyanın müdiri onu şifahi olaraq idarəyə dəvət etmiş, idarədə ona yuxarıdan xahiş olunarsa həmin işi bağlaya biləcəyini bildirmişdir. Göründüyü kimi protokol qərəzli olaraq qəbul edilmişdir. Həmçinin o, eyni əmələ görə vəzifəli şəxs qismində də cərimə edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir Birinci instasniya məhkəməsinin məhkəmə iclasında şahid qismində izahat vermiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı X1 bildirdi ki, “* №-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti ekoloji normativ sənədləri tam olaraq ekoloji ekspertiza rəyində göstərilmiş tələbləri yerinə yetirməmiş və həmin normativ sənədləri tam olaraq əldə etməmişdir. Bütün hesabatlar il bitdikdən sonra təqdim edilir. Həmin icazə sənədi 2026-cı il tarixdən tələb olunmuşdur və əvvəllər MMC tərəfindən hesabat verilərkən həmin sənəd tələb olunmamışdır. Həmin sənədin hansı səbəbdən bu ildən tələb olunması ilə bağlı məlumatı yoxdur. Çünki ötən illərdə həmin hesabatları o qəbul etməmişdir. MMC tərəfindən hesabat təqdim olunarkən çatışmayan sənədlər onlara şifahi qaydada bildirilmişdir. Lakin bununla bağlı hər hansı rəsmi cavab verilməmişdir. Həmçinin sənədlərin hazırlanması üçün kifayət qədər vaxtları da olmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Qərardan narazı qalan inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi şikayətini onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin *(*- ***)-***/**** saylı qərarının qanunsuz və əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını və düzgün tətbiq edilməməsini, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasını, məhkəmə qərarında göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsini bildirmiş və bu səbəbdən qərarın ləğv edilməli olduğunu qeyd etmişdir. Şikayətçi İsmayıllı Rayon Məhkəməsinin qərarında qeyd olunduğunu bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən müvafiq ekoloji normativ sənədlər əlavə edilməklə 2TG statistik hesabatların * saylı RETSİ-ə təqdim edildiyi, lakin guya İdarə tərəfindən süni maneələr əsasında həmin sənədlər və statistik hesabatların qəbul edilmədiyi və razılaşdırılmadığı, bu səbəblərlə də tərtib edilmiş inzibati xəta haqqında protokolun hüquqi nəticəsinin hüquqi şəxsin əməlində inzibati xətanı istisna etdiyi qeyd edilmişdir. Şikayətçi qeyd etmişdir ki, * saylı RETSİ tərəfindən edilmiş xəbərdarlıqlara və dəfələrlə aparılmış müzakirələrə baxmayaraq, MMC rəhbərliyi tərəfindən müvafiq tədbirlər görülməmişdir. Apellyator yuxarıda qeyd edilmiş bütün məsələlərin Məhkəmə tərəfindən (hakim Nərmin Qoşqarova) tam şəkildə nəzərə alınmadığını, müvafiq və detallı araşdırma aparılmadan, əsassız və qərəzli şəkildə * saylı RETSİ-in inzibati protokolunun ləğv edilərək icraata xitam verildiyini bildirmişdir. Həmçinin məhkəmə qərarında MMC rəhbərliyinin məlumatsız olduğu, bu sahə üzrə mövcud qanunvericiliyi bilmədiyi, ona xəbərdarlıqların göndərilmədiyi əsas tutulmuş və İdarənin müvafiq protokolu ləğv edilmişdir. Hansı ki, yuxarıda da qeyd edildiyi kimi, MMC-in rəhbəri ilə dəfələrlə rəsmi müraciətlər və eləcə də maarifləndirici söhbətlər nəticəsində bu barədə məlumatlar verilmişdir, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin 3-cü bəndində “qanunu bilməmək məsuliyyətdən azad etmir” qeyd edilmişdir. Bütün bunlara baxmayaraq, məhkəmə hakiminin qeyd edilən məsələləri tam və ətraflı analiz etmədən, qanunvericiliyin və Konstitusiyanın tələblərini nəzərə almadan qərar qəbul etdiyi bildirilmişdir. Şikayətçi qeyd etmişdir ki, bu kimi qərarın qəbul edilməsi gələcəkdə MMC tərəfindən ekoloji qanunvericiliyin tələblərinə əməl edilməməsinə, ekoloji monitorinqlərin və hesabatların vaxtında xxxxnə, ətraf mühitin çirkləndirilməsinə, təbiətə vurulan zərərin artmasına və digər mənfi nəticələrə səbəb olacaqdır. Şikayət müəllifi hüquqi əsas olaraq İXM-in 239-cu maddəsinə (ətraf mühitin müəssisə monitorinqinin və hesabatın aparılmamasına görə məsuliyyət), “Atmosfer havasına atılan zərərli maddələrin və ona zərərli fiziki təsirlərin dövlət uçotu” qaydasının 8-ci bəndinə (hüquqi və fiziki şəxslərin atmosfer havasına zərərli təsirin uçotu sahəsindəki vəzifələri), “Atmosfer havasına zərərli kimyəvi, bioloji və fiziki təsir göstərən mənbələri olan hüquqi şəxslərin atmosfer havasının mühafizəsini həyata keçirmə” qaydasına (istehsalat nəzarətinin həyata keçirilməsində vəzifələr), “Ətraf mühitin çirklənməsinə görə ödənişlərin tətbiqi qaydaları”na (çirklənməyə görə ödənişlər), Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinə (ədalət mühakiməsinin əsas prinsipləri), İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə (ədalətli məhkəmə araşdırması hüququ), Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ######## 2018-ci il tarixli Plenum Qərarına (inzibati tənbehin ədalətlilik prinsipi), İXM-in 60-cı maddəsinə (bildiriş), 128-ci maddəsinə (şikayət vermək hüququ), 134-cü maddəsinə (şikayətə baxılarkən qəbul edilən qərarlar) və 135-ci maddəsinə (qərarın ləğv edilməsi üçün əsaslar) istinad etmişdir Odur ki, İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində İXM-in 239-cu maddəsinə əsasən inzibati tənbeh verməyə dair yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi İskəndərov Sərvər Cavad oğlu apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi və bildirdi ki, 2026-cı ilin fevral ayından etibarın müəsissə fəaliyyətini dayandırıb və işləmir. Əvəllər heç kim ondan həmin hesabatı tələb etməyib. Ümumiyyətcə o heç bir zaman elə bir hesabat tərtib etməmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. ## ##### 2026-cı il tarixli, ****** nömrəli aktdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət göstərdiyi İsmayıllı rayonu Aşağıbaş kəndi ərazisində tikinti materiallarının satışı sahəsində beton dirəklərinin hazırlanması faktı aşkar olunmuş, araşdırma zamanı İskəndərov Sərvər Cavad oğlu beton dirəklərinin hazırlanmasına dair dövlət ekspertizasının müsbət rəyi və 2 TG illik statistik hesabatları təqdim etməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ##### 2026-cı il tarixli, Ç-BM/****/*** nömrəli məktubundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə barəsində İXM-in 239-cu maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı protokolun surəti göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ##.##.2026-cı il tarixli. ** saylı iclas protokolunun surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də fəaliyyət göstərən beton nişan dirəklərinin sexinin fəaliyyəti ##.##.2026- cı il tarixdən müvəqqəti dayandırılmışdır. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini və proses iştirakçılarının çıxışlarını tam həcmdə araşdıraraq hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, habelə işin faktiki hallarının natamam araşdırılması səbəbindən yekun olaraq gəlinənn nəticə qanuni əsaslara söykənmir. Bu səbəbdən, həmin qərar ləğv edilməli və iş üzrə materiallar hərtərəfli, tam və obyektiv yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi İXM-in 84.1-ci maddəsinin tələbinə zidd olaraq, sübutları öz daxili inamı ilə qiymətləndirərkən işin bütün hallarının məcmusuna əsaslanmamışdır. Belə ki, məhkəmə hüquqi şəxsin nümayəndəsinin müəssisənin 2026-cı ilin fevral ayından fəaliyyətini dayandırması və heç bir zaman ekoloji monitorinq hesabatı tərtib etməməsi barədə izahatlarını səhvən bəraətverici hal kimi qiymətləndirmişdir. Halbuki, bu izahatlar faktiki olaraq xətanın obyektiv cəhətini təsdiq edən elementlər kimi dəyərləndirilməli idi. Məhkəmə vurğulayır ki, birinci instansiya məhkəməsi inzibati xətanın obyektiv cəhətini müəyyən edərkən hesabat dövrünün spesifikasını tamamilə nəzərdən qaçırmışdır. İnzibati xətaya dair protokolda hüquqi şəxsə yönəlmiş ittiham onun məhz ötən hesabat dövrü olan 2025-ci il üzrə qanunla müəyyən edilmiş öhdəlikləri yerinə yetirməməsi ilə bağlıdır. Müəssisənin 2026-cı ilin fevral ayından fəaliyyətini dayandırması faktı, onun 2025-ci il ərzində həyata keçirdiyi aktiv təsərrüfat fəaliyyətinə görə qanunvericilikdən irəli gələn hesabatlılıq subyektliyini və məsuliyyətini geriyə qüvvə ilə ortadan qaldırmır. Bu, məsuliyyətin yaranması üçün əsas olan zaman kəsiyinin səhv müəyyən edilməsidir. İş materiallarında mövcud olan ## ##### 2026-cı il tarixli, ****** nömrəli aktdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin fəaliyyət göstərdiyi İsmayıllı rayonu Aşağıbaş kəndi ərazisində tikinti materiallarının satışı sahəsində beton dirəklərinin hazırlanması faktı aşkar olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən hüquqi şəxsin 2025-ci il üzrə bütöv hesabat dövründə aktiv fəaliyyətdə olub-olmaması, o cümlədən ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyəti meyarlarına cavab veribvermədiyi obyektiv araşdırılmamışdır. Hesabat dövrünün əhatə etdiyi zaman kəsiyi ilə müəssisənin fəaliyyətini dayandırdığı iddia olunan dövr tam analiz edilmədən, xətanın maddi elementinin mövcudluğu barədə vaxtından əvvəl qənaətə gəlinmişdir ki, bu da qərarın əsaslılığını şübhə altına qoyur. Digər tərəfdən, hüquqi şəxsin nümayəndəsinin “əvvəllər heç kim ondan həmin hesabatı tələb etməyib” və “heç bir zaman elə bir hesabat tərtib etməmişdir” şəklindəki ifadələri, əslində, İXM-in 239-cu maddəsində nəzərdə tutulan xətanın maddi elementinin (obyektiv cəhətinin) mövcudluğunu birbaşa təsdiq edən elementlərdir. Bu bəyanatlar, müəssisədə ekoloji monitorinq sisteminin ümumiyyətlə mövcud olmadığını və aparılmadığını sübut edir ki, bu da inzibati xəta tərkibinin obyektiv cəhətini tamamilə formalaşdırır. Həmçinin, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci hissəsinə əsasən, ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin müəssisə monitorinqini aparmaq, onun uçotunu və hesabatını rəsmiləşdirmək vəzifəsi imperativ xarakter daşıyır. Bu öhdəlik birbaşa qanundan irəli gəlir və heç bir dövlət orqanının fərdi tələbindən və ya xəbərdarlığından asılı deyildir. Birinci instansiya məhkəməsi isə subyektin bu qanuni öhdəliyi icra etməməsini etiraf etməsini qanunsuz olaraq bəraətverici hal kimi qəbul etmiş və qanunvericiliyin ümumməcburi xarakterini sarsıdan səhv nəticəyə gəlmişdir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi öz qərarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə qanunvericiliyin tələbləri barədə inzibati orqan tərəfindən rəsmi xəbərdarlıq və ya bildiriş göndərilməməsini hüquqi şəxsin pozitiv öhdəliklərini istisna edən bir hal kimi qiymətləndirmişdir. Lakin bu yanaşma Konstitusiyanın 72-ci maddəsinin 3-cü hissəsində təsbit olunmuş “qanunu bilməmək məsuliyyətdən azad etmir” fundamental hüquq prinsipinə birbaşa ziddir. İnzibati orqanın qanunvericilikdə birbaşa təsbit olunmuş ümumi məcburi qaydalar barədə hüquqi şəxsə təkrarən fərdi bildiriş və ya xəbərdarlıq göndərmək vəzifəsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə bu halı inzibati tərkibi aradan qaldıran əsas kimi qanunsuz olaraq tətbiq etmişdir. Məhkəmə İXM-in 239-cu maddəsinin hüquqi mənasını aydınlaşdıraraq qeyd etməyi zəruri hesab edir ki, maddənin mətni və mahiyyəti birbaşa olaraq ətraf mühitin müəssisə monitorinqinin və hesabatının ümumiyyətlə “aparılmamasına” görə məsuliyyət müəyyən edir. Qanunverici subyektin məsuliyyətini sənədin sadəcə texniki olaraq “xxxx” fəaliyyəti ilə deyil, müəssisə daxilində ekoloji uçotun, ölçmələrin və sistematik monitorinqin “aparılmaması” faktı ilə əlaqələndirir. Hüquqi şəxsin nümayəndəsinin “heç bir zaman elə bir hesabat tərtib etməmişdir” bəyanatı, bu qanuni monitorinq sisteminin ümumiyyətlə mövcud olmadığını təsdiq edir və xətanın obyektiv cəhətini tam formalaşdırır. Həmçinin işin materiallarından görünür ki, eyni xəta faktı üzrə həm fiziki (vəzifəli) şəxs, həm də hüquqi şəxs barəsində ayrıca protokollar tərtib edilmiş və birinci instansiya məhkəməsində tamamilə fərqli icraatlarda müstəqil işlər kimi baxılmışdır. Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2026-cı il tarixli Qərarında qəti olaraq təsbit edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 18.3, 18.6 və 18.7-ci maddələrinin mənasına görə, eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxslə yanaşı onun vəzifəli şəxsinin də əməllərində xəta tərkibi müəyyən edildikdə, hər iki subyekt barədə protokollar mütləq şəkildə eyni vaxtda baxılması üçün birbaşa məhkəməyə göndərilməlidir. Vəzifəli şəxs barəsində inzibati orqan tərəfindən qərar qəbul edildikdən sonra, eyni xəta hadisəsi üzrə hüquqi şəxs barəsində ayrıca protokol tərtib edilərək müstəqil icraat qismində məhkəməyə göndərilməsi İXM-də nəzərdə tutulmayan, qeyri-legitim bir prosessual mexanizmdir. Birinci instansiya məhkəməsi bu aidiyyət və icraat qaydalarının pozulmasını vaxtında müəyyən etməmişdir. Eyni faktiki vəziyyətlə bağlı fərqli subyektlər barəsində fərqli icraatların aparılması məhkəmə qərarlarının preyudisiallığı və hüquqi müəyyənlik prinsipləri kontekstində ciddi ziddiyyətlər yaratmışdır. Konstitusiya Məhkəməsinin sözügedən Qərarında göstərildiyi kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş sübutetmə predmetinə aid hallar yalnız eyni subyektlərə münasibətdə preyudisial (bağlayıcı) əhəmiyyət daşıyır. Subyekt tərkibi fərqli olduqda (bir işdə vəzifəli şəxs, digər işdə isə hüquqi şəxs), əvvəlki məhkəmə aktı ilə müəyyən edilmiş hallar yeni icraat üçün avtomatik olaraq eyni hüquqi məna və məcburilik kəsb etmir. Birinci instansiya məhkəməsi isə bu müstəqil araşdırmanı aparmaq əvəzinə, fərqli subyektlərin statusunu qarışdırmış və obyektiv təqsirləndirməyə yol açan qeyri-müəyyən nəticəyə gəlmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. İXM-nin 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmamasını həll edilir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə bu qənaətdədir ki, birinci instansiya məhkəməsi işə baxarkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırmamış, iş materiallarına əlavə edilmiş sübutları tam şəkildə tədqiq etməmiş, nəticədə obyektiv və ədalətli məhkəmə araşdırması prinsipi birinci instansiya məhkəməsi tərəfindən pozulmuşdur. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Məhkəmə qeyd olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar