Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-410/2026 24.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” MMC-nin direktoru nümayəndə3 və nümayəndəsi nümayəndə2 iştirakları ilə, Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə (sədrlik edən hakim A.Mirzəzadə) “xxxx” MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - IXM) 215.1-ci maddəsi üzrə başlanılmış inzibati icraata inzibati xəta tərkibinin olmaması səbəbindən icraata xitam verilmişdir. Işin halları Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 tərəfindən hüquqi ünvanı Qax şəhəri, H.Əliyev prospekti 29 ünvanında yerləşən hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) barəsində IXM-in 215.1-ci maddəsi ilə ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Qax Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən “xxxx” MMC-nin nümayəndəsi nümayəndə2 izahat verərək bildirmişdir ki, icarəyə verən şahid2 klinika ilə problemi olduğu üçün əsassız şikayətlər vermişdir. Plandankənar yoxlama nəticələrinə əsasən, aşkar edilən pozuntuların aradan qaldırılması məqsədilə sahibkarlıq subyektinə ##.##.2026-cı il tarixindən, ##.##.2026-cı il tarixinədək yəni üç iş günü müddətində vaxt verilməsi barədə qərar qəbul edilmişdir. Bu həmçinin, qeyd olunan Qərarın sifarişlə və qərəzlə qəbul edilməsi “Qərara alıram” hissəsindən açıq aşkar bəlli olur. Belə ki, qeyd edilən hissədə, qərarı tərtib etmiş orqanın özü etiraf edir ki, inzibati xəta əlamətləri aşkar edilmişdir. Halbuki, inzibati xəta əlamətləri, qanunların tələbi ilə, inzibati xəta hesab edilə bilməz. Və yaxud inzibati xəta, əlamətlə təsbit edilmir. Bundan başqa, qeyd edilən plandankənar yoxlama qanunvericiliyə uyğun şəkildə reyestrdə qeyd etdirməmiş, MMC-ni (minimum 24 saat əvvəl) məlumatlandırmamış və bizə təqdim etməmişdir. O kabinetə aid olan cihazdır. Lazer aparatı fərdi sahibkar Zaira xanıma məxsusdur və biz oranı icarəyə götürməmişdən öncə orada qoyulmuşdur, hətta cihazın alınmasına dair faktura sənədini vəsatətə əlavə etdiyini bildirmişdir. Cihazın alınması tarixi “xxxx” MMC-nin fəaliyyətə başlama tarixindən əvvəldir. Həmçinin şahid1 məhkəməyə ünvanladığı izahatında və keçən məhkəmə iclasında şahid qismində izahat verərkən də, qeyd edir ki, həmin otaq ona məxsusdur, həmin cihazı orada yerləşdirmişdir və həmin otaq ona Qax rayonu, H.Əliyev prospekti, 29 ünvanında yerləşən binanın mülkiyyətçisi şahid2 tərəfindən verilmişdir. Həmin otağı, yəni kosmetoloji otaq adlanan otağı Zaira xanıma təqdim edən şahid2dır. “xxxx” MMC-nin əməlində inzibati xətanın tərkibi yoxdur. Inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən “xxxx” MMC-nin direktoru nümayəndə3 nümayəndənin izahatına uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Səhiyyə Nazirliyinin yoxlaması zamanı qeyd olunan rentgen aparatının aşkar edilməməsi, eləcə də xxxx tərəfindən kosmetoloji fəaliyyət göstərməsi ilə bağlı təqdim edilmiş məlumat və şikayətlərin əsassız olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilən hallar nəzərə alınaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş şahid1 bildirmişdir ki, Qax şəhəri, H.Əliyev prospekti, 29 ünvanında yerləşən inzibati binanın mülkiyyətçisi şahid2 tərəfindən ona məxsus epilyasiya cihazının həmin binanın ikinci mərtəbəsində yerləşən otaqda saxlanılması üçün yer verilmiş, gələcəkdə lisenziya aldıqdan sonra fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. Lakin lisenziya olmadığından cihaz istismar edilməmiş, 2024-cü ildən etibarən həmin otaqda qalmış və hər hansı fəaliyyət həyata keçirilməmişdir. O, həmçinin “xxxx” MMC-nin direktoru tərəfindən cihazın götürülməsi barədə dəfələrlə tələb irəli sürülsə də, saxlanılması üçün başqa yerinin olmaması səbəbindən cihazı həmin yerdən götürə bilmədiyini, qeyd olunan otağın və cihazın “xxxx” MMC-yə aid olmadığını göstərmişdir. Bundan əlavə, izahatında otağın və cihazın “xxxx” MMC-yə heç bir aidiyyətinin olmadığını qeyd etmiş və həmin cihazın ona məxsus olmasını təsdiq edən sənədi məhkəməyə təqdim edəcəyini bildirmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 bildirmişdir ki, o “xxxx” MMC-nin lisenziyadan kənar fəaliyyət göstərməsi ilə bağlı aidiyyatı orqanlara şikayətlər ünvanlamışdır. “xxxx” MMC bir neçə dəfə cərimə olunmasına baxmayaraq, qanunsuz fəaliyyətini davam etdirir. Aramızda bağlanmış ##.##.2021-ci il tarixli Icarə müqaviləsinə əsasən özünə məxsus Qax şəhəri, H.Əliyev prospekti 29 ünvanında yerləşən 1 və 2-ci mərtəbədən ibarət 1-ci mərtəbə 170 kv.m, 2-ci mərtəbə isə 202.41 kv.m olan qeyri-yaşayış sahəsini Icarəçi “xxxx” MMC-yə icarəyə vermişdir. “xxxx” MMC tərəfindən icarə obyektində lazer, rentgen, kosmetoloji və.s lisenziyadan nəzərdə tutulmayan fəaliyyət göstərilir. Həmin Lazer cihazı Zaira adlı xanıma məxsusdur. O, lazer cihazının olduğu otağı Zairaya deyil, “xxxx” MMC-yə icarə vermişdir. Həmin otağın ona aidiyyatı yoxdur. şahid1 “xxxx” MMC-nin rəsmi işçisi olmasa da, Sofa adlı xanım var, o, rəsmi işçidir və MMC-də fəaliyyət göstərir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yoxlama Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xxxxnin ##.##.2026-cı il tarixli, *-**-*/*-*-***/**** nömrəli qərarı əsasında aparılmış, həmin yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində КҮ262501163 nömrəsi ilə qeydiyyata alınmışdır. Qax Rayon Məhkəməsi də qərarında yoxlamanın qanunvericiliyin tələblərinə uyğun qaydada təyin edildiyini və keçirildiyini qəbul etmişdir. ##.##.2026-cı il tarixli T-*** nömrəli plandankənar yoxlama aktından görünür ki, yoxlama direktor nümayəndə3 iştirakı və müşayiəti ilə onun tərəfindən təqdim edilmiş sahələrə və sənədlərə baxış keçirilməklə aparılmış, yoxlama zamanı müəssisədə lisenziyadan kənar kosmetoloji/lazer işinə aid cihaz aşkar edilmiş, fotoşəkillər çəkilmiş, direktorun izahatı alınmış və materiallara əlavə edilmişdir. Həmin aktda yoxlamanın beşinci sualı üzrə açıq şəkildə qeyd edilmişdir ki, müəssisədə lisenziyadan kənar “kosmetoloji” və “lazer” işinə aid cihaz aşkar edilmişdir. Qax Rayon Məhkəməsi işə baxaraq “xxxx” MMC-nin əməlində IXM-in 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmadığı qənaətinə gəlmiş və ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarla iş üzrə icraata xitam vermişdir. Hesab edir ki, Qax Rayon Məhkəməsinin qeyd olunan qərarı qanunsuz və əsassızdır. Məhkəmə inzibati xəta haqqında protokolu, T-*** nömrəli yoxlama aktını, əvvəlki yoxlama materialları üzrə qəbul edilmiş qərarı, elektron sistem qeydlərini, icarə müqaviləsini, lisenziya əlavəsini, fotoşəkilləri və digər sübutları düzgün qiymətləndirməmiş, işin faktiki hallarına səthi yanaşmış, yalnız barəsində inzibati icraat aparılan şəxsin və onunla əlaqəli şəxsin şifahi izahatlarını əsas götürməklə qərar qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə əsas hüquqi məsələni yanlış müəyyən etmişdir. Hazırkı işdə əsas məsələ lazer aparatının mülkiyyət hüququ əsasında kimə məxsus olması deyil, həmin cihazın və lisenziyadan kənar fəaliyyət əlamətlərinin hansı obyekt daxilində aşkar edilməsi, həmin obyektin kimin faktiki idarəetmə və nəzarətində olması, eləcə də həmin obyekt üzrə verilmiş lisenziya əlavəsində həmin iş və xidmətlərin nəzərdə tutulub-tutulmamasıdır. Iş materiallarından görünür ki, Qax şəhəri, Heydər Əliyev prospekti 29 ünvanında yerləşən obyekt “xxxx” MMC-nin fəaliyyət göstərdiyi lisenziyalı özəl tibb müəssisəsidir. ##.##.2021-ci il tarixli icarə müqaviləsinə əsasən həmin ünvanda yerləşən 1-ci və 2-ci mərtəbədən ibarət qeyriyaşayış sahəsi “xxxx” MMC-yə icarəyə verilmişdir. Məhkəmə qərarında da bu hal təsdiq edilmiş, həmçinin iş materiallarında olan fotoşəkillərlə “xxxx” MMCyə icarəyə verilmiş binada lazer epilyasiya mərkəzinə dair reklam lövhəsinin mövcud olduğu və ayrıca lazer otağının göründüyü qeyd edilmişdir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş ## #### 2024-cü il tarixli lisenziya əlavəsinə əsasən “xxxx” MMC-nin Qax şəhəri, Heydər Əliyev prospekti 29 ünvanında rentgen və kosmetoloji fəaliyyətlə məşğul olması nəzərdə tutulmamışdır. Başqa sözlə, mübahisəli lazer/kosmetoloji fəaliyyətə aid avadanlıq və həmin fəaliyyətə dair reklam əlamətləri məhz “xxxx” MMC-yə lisenziya verilmiş, onun icarəsində olan və faktiki fəaliyyəti həyata keçirdiyi obyekt daxilində aşkar edilmişdir. Məhkəmə isə bu hallara düzgün hüquqi qiymət verməmiş, yalnız lazer aparatının şahid1 məxsus olması barədə izahata və sifariş orderinə istinad etməklə inzibati xəta tərkibinin olmadığını qəbul etmişdir. Halbuki IXM-in 215.1-ci maddəsinin tətbiqi üçün avadanlığın mütləq hüquqi şəxsin balansında olması və ya həmin hüquqi şəxs tərəfindən alınması tələb edilmir. Maddənin məzmununa görə hüquqi əhəmiyyət daşıyan hal özəl tibb fəaliyyəti sahəsində verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi və ya həmin fəaliyyət üçün müəssisənin lisenziyalı obyekti daxilində şəraitin yaradılmasıdır. Hazırkı iş üzrə “xxxx” MMC-nin lisenziyasında kosmetoloji/lazer fəaliyyəti nəzərdə tutulmadığı halda, həmin fəaliyyətə aid cihazın, ayrıca otağın, reklam lövhəsinin və elektron sistemdə lisenziyadan kənar xidmət qeydlərinin məhz MMC-nin lisenziyalı obyektində aşkar edilməsi IXM-in 215.1-ci maddəsinin tətbiqi üçün mühüm əsasdır. Bu hal sübut edir ki, söhbət yalnız klinika daxilində hər hansı cihazın fiziki olaraq saxlanılmasından deyil, müəssisənin elektron sistemində lisenziyada nəzərdə tutulmayan xidmətlərin aktiv qeydiyyatından və həmin xidmətlərin həyata keçirilməsinə dair izlərdən gedir. Məhkəmə isə bu mühüm hala lazımi hüquqi qiymət verməmişdir. Əksinə, barəsində inzibati icraat aparılan şəxsin “bu qeydlər başqa xəstəxanaya göndərişlə bağlıdır” məzmunlu şifahi izahını hər hansı obyektiv sübut təqdim edilmədən qəbul etmişdir. Halbuki, həmin versiyanın təsdiqi üçün göndəriş sənədləri, pasiyentin başqa tibb müəssisəsində müayinə və ya xidmət almasını təsdiq edən sənədlər, digər tibb müəssisəsi ilə müqavilə, ödənişin məhz başqa müəssisəyə aid olduğunu təsdiq edən maliyyə sənədləri, elektron sistemdəki qeydiyyatın texniki izahı və ya digər mötəbər sübutlar təqdim edilməli idi. Belə sübutlar təqdim edilmədiyi halda məhkəmənin şifahi izahı əsas götürməsi sübutların düzgün qiymətləndirilməsi prinsipi ilə uzlaşmır. Məhkəmə həmçinin şahid1 ilə bağlı müdafiə versiyasını da sübutlarla yoxlamamışdır. “xxxx” MMC əvvəlki yoxlamalar zamanı həmin şəxsin obyekt daxilində müstəqil istifadəçi olması, hər hansı otağın ona verilməsi, həmin sahənin MMC-nin faktiki istifadəsindən çıxarılması və ya onunla binanın mülkiyyətçisi şahid2 arasında ayrıca hüquqi münasibətin olması barədə hər hansı rəsmi məlumat təqdim etməmişdir. şahid1 ilə şahid2 arasında guya razılaşma olması barədə iddia irəli sürülsə də, buna dair yazılı saxlanc müqaviləsi, icarə müqaviləsi, subicarə müqaviləsi, istifadə razılaşması, təhvil-təslim aktı və ya başqa hər hansı hüquqi sənəd məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş üzrə şahid qismində dindirilmiş şahid2 həmin lazer cihazının olduğu otağı şahid1 deyil, “xxxx” MMC-yə icarəyə verdiyini bildirmişdir. Onun bu izahatı ##.##.2021-ci il tarixli icarə müqaviləsinin məzmunu ilə uyğunluq təşkil edir. Belə olan halda məhkəmə şahid1 və “xxxx” MMC direktorunun şifahi izahatları ilə şahid2 izahatı, icarə müqaviləsi, fotoşəkillər və lisenziya əlavəsi arasındakı ziddiyyətləri aradan qaldırmalı idi. Lakin məhkəmə bu ziddiyyətləri araşdırmadan, heç bir yazılı sübutla təsdiqlənməyən şifahi bəyanatları əsas götürmüşdür. şahid1 lazer aparatını sifariş etməsi və ya cihazın alqı-satqısı ilə bağlı hər hansı sənədin mövcudluğu yalnız həmin cihazın formal mülkiyyət mənsubiyyətinə dair məlumat verə bilər. Bu sənəd lazer otağının “xxxx” MMC-nin icarəsində olan sahədən çıxarıldığını, həmin otağın ayrıca idarə olunduğunu, həmin otağa giriş-çıxışın MMC-dən asılı olmadığını, MMC-nin həmin sahəyə nəzarət etmədiyini, reklam lövhəsinin MMC ilə əlaqəli olmadığını və ya həmin ünvanda lisenziyadan kənar fəaliyyətin həyata keçirilmədiyini sübut etmir. “xxxx” MMC sadəcə “həmin otağı mən istifadə etmirəm” deməklə məsuliyyətdən tam kənara çəkilə bilməz. Əgər lazer aparatı MMC-yə lisenziya verilmiş ünvanda, onun icarəsində və faktiki nəzarətində olan obyektin daxilində aşkarlanıbsa, həmin obyekt daxilində lisenziyadan kənar tibbi fəaliyyətə şərait yaradılmamasını təmin etmək məhz lisenziya sahibinin və tibb müəssisəsini idarə edən hüquqi şəxsin öhdəliyidir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən, lisenziyanın sahibi lisenziyadan yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. Həmin maddəyə görə lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçi olduğu hüquqi şəxslərə, habelə lisenziya sahibi ilə birgə fəaliyyət və ya əməkdaşlıq müqaviləsi əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir. Bu norma hazırkı iş üzrə mühüm əhəmiyyət daşıyır. Əgər müdafiə tərəfinin versiyasına görə lisenziyalı obyekt daxilində şahid1 məxsus lazer cihazı yerləşdirilmişdisə və həmin şəxsin gələcəkdə lisenziya aldıqdan sonra orada fəaliyyət göstərməsi nəzərdə tutulmuşdusa, bu fakt belə “xxxx” MMC-ni məsuliyyətdən azad etmir. Əksinə, lisenziyalı tibb müəssisəsinin daxilində başqa şəxsin lisenziyaya aid olmayan fəaliyyətinə şərait yaradılması lisenziya rejiminin pozulması kimi qiymətləndirilməlidir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.14-cü maddəsinə görə, lisenziyada göstərilən fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirildiyi halda lisenziyanın əlavəsi verilir. Həmin Qanunun 19.15-ci maddəsinə əsasən, lisenziyanın əlavəsində fəaliyyətin həyata keçirildiyi obyektin ünvanı və müvafiq iş və xidmətlərin siyahısı göstərilir, fəaliyyətin həyata keçirildiyi hər bir obyekt üçün ayrıca lisenziya əlavəsi təqdim olunur. Həmin Qanunun 19.16-cı maddəsinə əsasən, lisenziya sahibi başqa obyektlərdə və ya lisenziyanın əlavəsində göstərilməyən fəaliyyət növləri, iş və xidmətlər üzrə fəaliyyət göstərmək istədikdə, bunun üçün lisenziya əlavəsinin alınması ilə bağlı lisenziya və icazə verən orqana müraciət etməlidir. Bu normalardan çıxan nəticə odur ki, “xxxx” MMC yalnız lisenziya əlavəsində göstərilən ünvanda və həmin əlavədə göstərilən iş və xidmətlər üzrə fəaliyyət göstərə bilər. Əgər həmin ünvanda lisenziya əlavəsində göstərilməyən kosmetoloji/lazer fəaliyyətə aid otaq, reklam lövhəsi, avadanlıq və elektron sistem qeydləri aşkar edilirsə, bu hal lisenziya rejiminin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə lisenziya əlavəsinin bu hüquqi mahiyyətini nəzərə almamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2017-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda dermatologiya üzrə “kosmetoloji” iş ayrıca göstərilmişdir. Səhiyyə Nazirliyi xxxxnin rəsmi izahlarında da tibbi kosmetologiyaya aparat kosmetologiyası, o cümlədən lazer üsulu ilə epilyasiya daxil edildiyi və bu üsulların “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyəti üçün lisenziya tələb edildiyi qeyd olunur. Bu baxımdan hazırkı işdə aşkar edilmiş lazer/kosmetoloji fəaliyyət əlamətləri sadəcə məişət xidməti kimi deyil, lisenziyalaşdırılan özəl tibb fəaliyyəti kontekstində qiymətləndirilməlidir. Məhkəmə qərarında bir tərəfdən yoxlamanın qanuni aparıldığını, obyektin “xxxx” MMCyə icarəyə verildiyini, binada lazer epilyasiya mərkəzinə dair reklam lövhəsinin və ayrıca lazer otağının mövcud olduğunu, lisenziya əlavəsində kosmetoloji fəaliyyətin nəzərdə tutulmadığını qəbul etmiş, digər tərəfdən isə inzibati xəta tərkibinin olmadığı nəticəsinə gəlmişdir. Bu nəticə iş materialları ilə ziddiyyət təşkil edir. Hazırkı işdə məhkəmə sübutları məcmu şəkildə qiymətləndirməmişdir. Protokol, yoxlama aktı, əvvəlki yoxlama materialları üzrə qərar, elektron sistem qeydləri, lisenziya əlavəsi, icarə müqaviləsi, fotoşəkillər, reklam lövhəsi, lazer otağı və şikayət materialları birlikdə qiymətləndirildikdə “xxxx” MMC-nin lisenziyalı obyektində lisenziyadan kənar kosmetoloji/lazer fəaliyyət əlamətlərinin mövcud olduğu aydın görünür. Inzibati xəta hadisəsinin və ya inzibati xəta tərkibinin olmaması əsası ilə icraata xitam verilməsi yalnız həmin hal sübutlarla birmənalı şəkildə təsdiq edildikdə mümkündür. Hazırkı işdə isə inzibati xəta tərkibinin olmaması deyil, əksinə, lisenziyadan kənar fəaliyyət əlamətlərinin mövcudluğu iş materialları ilə təsdiq edilir. Qərarda xitam üçün istinad olunan hüquqi əsaslandırma da sübutlara yox, şifahi bəyanatlara əsaslanmışdır. Odur ki, Qax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsini və “xxxx” MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” MMC-nin direktoru nümayəndə3 məhkəmə iclasında çıxış edərək bildirdi ki, sözügedən lazer cihazı onlar o tikilini icarəyə götürməmişdən qabaq orda olub. O cihaz onlardan əvvəlki kirayə götürən şəxsə aid olub. O cihazın sahibi olduğu iddia edilən şahid1 dəfələrlə o cihazın ordan götürməsini tələb etsələr də, onun tələbi yerinə yetirilməyib. Lazer cihazın olduğu otaq daim bağlı olmuş, MMC tərəfindən istifadə edilməmiş, eyni zamanda onu istifadə edə biləcək bir mütəxəssisləri də olmamışdır. ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi klinikanı yoxlamağa gəlmişdir. Yoxlama zamanı lazer cihazının olduğu otağın açılmasını tələb etmiş və oranı da yoxlamışdır. Yoxlama nəticəsində nümayəndə də o qənaətə gəlmişdir ki, o cihaz istifadə olunmayacaq qədər çirkli və tozludur. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin olunmamasını, Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” MMC-nin nümayəndəsi nümayəndə2 məhkəmə iclasında nümayəndə2 dediklərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmamasını, Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər IXM-in 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ##.##.2021-ci il tarixli Icarə müqaviləsinə əsasən, Icarəyə verən şahid2 Qax şəhəri, H.Əliyev prospekti 29 ünvanında yerləşən 1 və 2-ci mərtəbədən ibarət 1-ci mərtəbə 170 kv.m, 2-ci mərtəbə isə 202.41 kv.m olan qeyri-yaşayış sahəsini Icarəçi “xxxx” MMC-yə icarəyə vermişdir. - şahid2 tərəfindən ##.##.2026-cı il tarixli e-mail vasitəsilə Səhiyyə Nazirliyinə ünvanlanmış müraciətində Qax şəhərində yerləşən qeyri-sahəsinin 1 və 2-ci mərtəbələrinin tamamını “xxxx” MMC-yə icarəyə verdiyini və ona məxsus yalnız pilləkən qəfəsinin olduğunu və digər bütün otaqların icarəçiyə verdiyini qeyd etmişdir. Icarə müqaviləsinin 6.1-ci bəndini Azərbaycan Respublikasının səhiyyə, lisenziyalaşdırma və radiasiya təhlükəsizliyi sahəsində qüvvədə olan qanunvericilik tələblərini sistemli və kobud şəkildə pozulduğunu qeyd etmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 ##.##.2026-cı il tarixli, *-**-*/*-*- ***/**** saylı Qərarına əsasən Qax şəhəri, H.Əliyev pr., 29 ünvanında fəaliyyət göstərən “xxxx” MMC-də ##.##.2026-##.##.2026-cı il tarixlərində AEM-nin X6 mütəxəssisi X7, AEMnin X6 mütəxəssisi X3, AEM-nin X6 hüquq məsləhətçisi X2 tərəfindən plandankənar (növbədənkənar) yoxlama aparılması qərara alınmışdır. - ##.##.2026-cı il tarixli, KY********* saylı “Sahibkarlıq sahəsində yoxlamaların vahid reyestrindən” Çıxarışdan görünür ki, yoxlama Ədliyyə Nazirliyinin vahid məlumat reyestrində qeydə alınmışdır. - ##.##.2026-cı il tarixli, T-*** nömrəli Aktdan görünür ki, müəssisəyə baxış keçirilən zaman yoxlama materiallarına baxılmasının nəticələri üzrə *-**-*/*-*-***/**** nömrəli Qərarın icrasının yerində yoxlanılması məqsədi ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 10-## #### 2026-cı il tarixlərinə Qax şəhəri, Heydər Əliyev prospekti 29 ünvanında yerləşən “xxxx” MMC-yə məxsus özəl tibb müəssisəsində plandankənar yoxlama keçirilmişdir. Yoxlama zamanı müəssisədə lisenziyadan kənar “kosmetoloji” lazer işə aid cihaz aşkar edilmişdir. Plandankənar yoxlama direktor nümayəndə3 iştirakı müşayiəti təqdim etdiyi sahələr və sənədlər əsasında keçirilmişdir. Fotoşəkillər çəkilmiş, direktor nümayəndə3 izahatı götürülərək yoxlama materiallarında əlavə edilmişdir. Aşkar edilmiş inzibati xəta ilə əlaqədar “xxxx” MMC barəsində inzibati xətalar məcəlləsinin 215.1 maddəsi ilə inzibati xəta haqqında protokol yazılmışdır. - “xxxx” MMC-nin direktoru nümayəndə3 izahatından görünür ki, 2-ci mərtəbədə yoxlamaya təqdim edilmiş otaq şəxsən onun özünə və “xxxx” MMC-yə aid deyil. Həmin otaqda olan avadanlıq şəxsən şahid2 şəxsi saxlanc məqsədilə saxlanılmış və ona təqdim edilməmişdir. Həmin otaqdan olan lazer cihazı şahid1 məxsusdur. Klinikada hazırda hər hansı kosmetoloji fəaliyyət göstərilmir. - Fotoşəkillərlə müəyyən edilir ki, “xxxx” MMC-yə icarəyə verilmiş binada lazer epilyasiya mərkəzinə dair reklam lövhəsi mövcuddur və ayrıca lazer otağının olduğu görünür. - ## #### 2024-cü il tarixli lisenziyaya əlavəsinə əsasən “xxxx” MMC-nin Qax şəhəri, H.Əliyev prospekti 29 ünvanında rentgen və kosmetoloji fəaliyyət ilə məşğul olması nəzərdə tutulmamışdır. - ##.##.2021-ci il tarixli, AP***/**** nömrəli sifariş orderindən görünür ki, sifarişçi şahid1 tərəfindən “Gentlelase PRO U” markalı lazer aparatının alınması üçün sifariş verilmiş, avadanlığın ümumi dəyəri 75 000,00 ABŞ dolları müəyyən edilmişdir. Həmin sənəddə 35 000,00 ABŞ dollarının ödənildiyi, 40 000,00 ABŞ dollarının isə qalıq borc kimi göstərildiyi qeyd olunmuşdur. Sifariş orderində “xxxx” şirkətinin imzası və möhürü mövcuddur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları IXMin 84.1-ci maddəsinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv qiymətləndirməmiş, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Belə ki, iş materiallarından görünür ki, “xxxx” MMC-nin fəaliyyət göstərdiyi obyekt bütövlükdə həmin hüquqi şəxsin icarəsində olmuş, plandankənar yoxlama zamanı isə lisenziyada nəzərdə tutulmayan kosmetoloji (lazer) fəaliyyətinə aid avadanlıq, ayrıca lazer otağı və reklam lövhəsi aşkar edilmişdir. Digər tərəfdən, barəsində inzibati icraat aparılan hüquqi şəxsin direktoru həmin avadanlığın üçüncü şəxsə məxsus olduğunu, istifadə edilmədiyini və otağın faktiki olaraq MMC tərəfindən istismar olunmadığını bildirmişdir. Iş üzrə dindirilmiş şahidlərin ifadələri də bu məsələdə bir-biri ilə ziddiyyət təşkil edir. Birinci instansiya məhkəməsi həmin ziddiyyətləri aradan qaldırmadan, lazer cihazının yerləşdiyi otağın faktiki istifadəçisi, həmin sahəyə kimin nəzarət etdiyi, lazer avadanlığının obyekt daxilində hansı hüquqi əsaslarla saxlanıldığı, reklam lövhəsinin kim tərəfindən yerləşdirildiyi, elektron sistemdə kosmetoloji xidmətlə bağlı qeydlərin mahiyyəti, həmin xidmətlərin faktiki göstərilib-göstərilmədiyi, habelə üçüncü şəxsin həmin sahədən istifadəsinə dair hər hansı hüquqi əsasın mövcud olub-olmaması kimi iş üçün mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamışdır. Eyni zamanda, iş materiallarında mövcud olan icarə müqaviləsi, yoxlama aktı, fotoşəkillər, lisenziya əlavəsi və digər yazılı sübutlar şahid ifadələri ilə birlikdə məcmu qaydada qiymətləndirilməmiş, məhkəmə gəldiyi nəticəni həmin sübutların qarşılıqlı əlaqəsi əsasında əsaslandırmamışdır. Mövcud materiallar əsasında apellyasiya instansiyası məhkəməsinin inzibati xəta hadisəsinin və ya inzibati xəta tərkibinin mövcud olub-olmaması barədə yekun nəticəyə gəlməsi mümkün deyildir. Bunun üçün qeyd olunan ziddiyyətlərin aradan qaldırılması, əlavə sübutların araşdırılması və bütün sübutlara məcmu halında hüquqi qiymət verilməsi zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, iş üzrə natamam məhkəmə araşdırmasına yol verilmiş, nəticədə işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən hallar tam müəyyən edilməmişdir. IXM-in 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. IXM-in 134.1.4-cü maddəsinə görə, bu Məcəllənin 135.1.1 və 135.1.6-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. IXM-nin 135.1.1-cı maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş sübutları tam şəkildə tədqiq etməmiş, nəticədə obyektiv və ədalətli məhkəmə araşdırması prinsipi birinci instansiya məhkəməsi tərəfindən pozulmuşdur. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayət qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsaslanaraq və IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilsin. Inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(3-10)-410/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-410/2026
24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver