Məhkəmə qərarları › İş №3(3-6)-1039/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1039/2026

15.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1039/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X2, Dövlət Gömrük Komitəsi Dəniz Məqliyyatı və Enerji Resursları Baş Gömrük Idarəsinin nümayəndəsi X3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqiliyyatı və Enerji Resursları Baş Gömrük Idarəsi tərəfindən tərtib olunmuş olmuş *****-*****/** nömrəli, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Dövlət Gömrük Komitəsinin Dəniz Məqliyyatı və Enerji Resursları Baş Gömrük Idarəsinin rəis müavini tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Dövlət Gömrük Komitəsi Dəniz Məqliyyatı və Enerji Resursları Baş Gömrük Idarəsi tərəfindən Inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qapalı Səhmdar Cəmiyyətinin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqiliyyatı və Enerji Resursları Baş Gömrük Idarəsi tərəfindən tərtib olunmuş olmuş *****-*****/** nömrəli, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Dövlət Gömrük Komitəsi Dəniz Məqliyyatı və Enerji Resursları Baş Gömrük Idarəsinin rəis müavini apellyasiya şikayəti verərək Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati cərimə məbləğinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük Idarəsi qeyd olunan əsaslara görə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə razı deyil. Belə ki, məhkəmə qərar qəbul edərkən iş üzrə sübutlara qiymət vermədən yalnız hüquqi şəxsin izahatına əsaslanmışdır. “X1" QSC-nın nümayəndəsinin verdiyi izahata əsasən “X4 PTE.,LTD” şirkəti ilə ## ####### 2025-ci il tarixdə müqavilə bağlanmış, “konteynerlər" adlı mal isə ölkəyə iyul ayında daxil olmuşdur. Yəni, cəmiyyət həmin malları ölkə ərazisində olarkən almışdır. Konteynerlərin içində başqa mallar gəlmişdir. Birinici instansiya məhkəməsi qeyd edilən izahatı əsas götürərək müqavilənin ## ####### 2025-ci il tarixdə imzalandığı və konteynerlərin müqavilə imzalanmadan əvvəl ölkəyə idxal olunduğu üçün həmin konteynerlərə qısa idxal bəyannaməsinin verilməsini mümkünsüz saymış və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC barəsində tərtib edilmiş *****- *****/**** nömrəli inzibatı xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük idarəsi tərəfindən tərtib edilən 13000- *****/**** nömrəli inzibati xəta haqqında protokolda qeyd edildiyi kimi ‘X1” QSC-nin ünvanına göndərilən mal ## ###### 2026-cı il tarixdə saat 15,16 radələrındə ölkə ərazisinə daxil olmuşdur. Mallar ## ###### 2026-cı ıl tarixdə 01261000031032 sorğu nömrəli gömrük bəyannaməsi ilə Baş idarədə rəsmiləşdirilmişdir. Lakin sözügedən “konteynerlər” adlı mallar barəsində gömrük orqanına qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Iş üzrə Dövlət Gömrük Komitəsi Vahid Avtomatlaşdırılmış idarəetmə Sisteminə (bundan sonra DGK VAIS) baxış keçirən zaman 01261000031032 sorğu nömrəli gömrük bəyannaməsi printer vasitəsi ilə çap edilərək iş materialına əlavə edilmişdir Həmin bəyannamənin qoşma vərəqində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin adına gələn konteynerlərin nömrələri və həmin konteynerlərə verilən qeydiyyat kodları (513005260102757, 513005260102778) göstərilmişdir Malın qeydiyyat kodlarını və ayrıca konteynerlərin nömrələri ilə DGK VAIS-nə baxış keçirən zaman həmin konteynerlərin içərisində başqa mallar olmaqla ölkəyə müxtəlif tarixlərdə gəldiklərini, lakin konteynerlərin mal kimi ölkə ərazisində ## ###### 2026-cı ıl tarixdə qeydiyyata alındığının şahidi oluruq. Bəyannamənin qoşmasında göstərilən və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC tərəfindən gömrük orqanına bəyan edilən konteynerlərə məxsus nəqliyyat qaimələrindən (CMR sənədi) görünür ki, konteynerlər içərisində mal olmaqla ölkə ərazisinə gətirilmiş, həının mallar (CMR sənədinin 4-cü qrafası) “xxxx” şirkətinə, lakin həmin konteynerlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-yə məxsusdur (CMR sənədinin 3-cü qrafası). Həmin nəqliyyat qaimələri (CMR sənədləri) həm mallar, həm də konteynerlər üçün tərtib edilən sənəddir və konteynerlər içərisində mal olmaqla ilkin ölkə ərazisinə gətirilən vaxtdan gömrük orqanına təqdim edilmişdir. Yəni, konteynerlər içərisində mal olmaqla “xxxx” şirkətinin və ya digər şirkətin ünvanına idxal olunan zaman nəqliyyat qaimlərindən göründüyü kimi konteynerlərin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-yə məxsusluğu bilinirdi. Konteynerlərin bağlanmış müqavilənin tarixindən də əvvəl tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-yə göndərilməsi həmin nəqliyyat qaimələrindən görünür. Eyni zamanda gömrük bəyannaməsinin qoşmasında göstərilən Şirkət tərəfindən bəyan edilən konteynerlərin nömrələrini Dövllət Gömrük Komitəsinin VAIS-nə qeyd etməklə görünür ki, həmin konteynerlər müxtəlif vaxtlarda, eyni zamanda müqavilə bağlandıqdan sonra da ölkə ərazisinə gətirilmişdir (Nümunə olaraq ZGLU8013541, GESU6620702, TGHU******* nömrəli konteynerlərin olkə ərazisinə gəlmə vaxtları sistemdən çıxarılaraq apellyasıya şikayətinə əlavə edilir). 513005260102757, *************** nömrəli mal qeydiyyat kodunda bəyan edilən və 01261000031032 sorğu nömrəli gömrük bəyannaməsinin qoşma vərəqində qeyd edilən konteynerlərin bəziləri müqavilə tarixindən əvvəl gətirilsə də, bəziləri müqavilə tarixindən sonra ölkə ərazisinə gətirilmişdir və bu konteynerlərin heç biri üçün qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilməmişdir. Sənədlərdən aydın görünür ki, konteynerlər ölkə ərazisinə müqavilə bağlandıqdan sonra da idxal edilmişdir. Nəqliyyat qaimələrinə əsasən görünür ki, konteynerlərdəkı mallar “xxxx” şirkətinə göndərilən zaman konteynerlərin özləri 'X1” QSC-nə göndərilmişdir. Iş üzrə sübutlara qiymət verərkən 'X1" QSC-nın əməlində hüquqpozma faktı aşkar surətdə təsdiqlənir və sonuncunun Inizbati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta faktı törətdiyi müəyyən olunur. Məhkəmə iclasında Dövlət Gömrük Komitəsi Dəniz Məqliyyatı və Enerji Resursları Baş Gömrük Idarəsinin nümayəndəsi apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi iştirak etmədiyindən sədrlik edən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Işin halları və hüquqi məslələr: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəfin çıxışını dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqiliyyatı və Enerji Resursları Baş Gömrük Idarəsi tərəfindən tərtib olunmuş olmuş *****- *****/** nömrəli, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - ## ####### 2025-ci il tarixli müqavilədən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsxxxx“NEPTUN GLOBAL LOGISTICS PTE., LTD şirkəti ilə istismardan çıxmış konteynerlərin alışı ilə bağlı müqavilə imzalanmışdır. -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqiliyyatı və Enerji Resursları Baş Gömrük Idarəsindən daxil olmuş *****-*****/** nömrəli, ## ###### 2026- cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük Idarəsi Rəsmiləşdirmə mərkəzi 1-ci şöbəsindən daxil olmuş ## ###### 2026cı il tarixli *-**-****/***/****** nömrəli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin ünvanına göndərilən mal ## ###### 2026-cı il tarixdə saat 15, 16 radələrində ölkə ərazisinə daxil olmuşdur. Mallar ##.##.2026-cı il tarixdə 01261000031032 sorğu nömrəli gömrük bəyannaməsi ilə Baş Idarədə rəsmiləşdirilmişdir. Rəsmiləşdirmə zamanı müəyyən edilmişdir ki, şirkət tərəfindən gömrük orqanına mallar gömrük ərazisinə gəlməmişdən əvvəl risk analizi edilməsi üçün qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi iş materiallarını tədqiq edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qapalı Səhmdar Cəmiyyətinin hərəkətlərində Inzibati Xətalar Məcəlləsini 485.2-ci maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Hesab edirəm ki, birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməsi barədə qənaəti əsaslıdır. Belə ki, iş materiallarının tədqiqi zamanı məlum olmuşdur ki, “NEPTUN GLOBAL LOGISTICS PTE., LTD şirkəti ilə müqavilə ## ####### 2025-ci il tarixdə konteynerlərin alışı ilə bağlı müqavilə imzalanmışdır. Konteynerlərin içində olan mallar isə ölkəyə iyul ayında ixrac olunmuşdur. Bu o deməkdir ki, cəmiyyət malları onlar ölkə ərazisində olarkən almışdır. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qapalı Səhmdar Cəmiyyətinin hərəkətlərində Inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tərkibinin olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Dövlət Gömrük Komitəsi Dəniz Məqliyyatı və Enerji Resursları Baş Gömrük Idarəsinin rəis müavini tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqiliyyatı və Enerji Resursları Baş Gömrük Idarəsi tərəfindən tərtib olunmuş olmuş *****-*****/** nömrəli, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar