Məhkəmə qərarları › İş №3(3-6)-1096/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1096/2026

28.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1096/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Boroyev Əli Əhməd oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X46 Xidmətinin nümayəndəsi – X5 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsi və Qərarından şikayət verilən orqan ## ###### 2025-ci il tarixli, MN ******* saylı qərarının dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan ## ###### 2025-ci il tarixli, MN ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı (hakim Ceyhun Tağıyev) ilə şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan ## ###### 2025-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməmiş, həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi Nümayəndə apellyasiya qaydasında şikayət verərək, Qərarından şikayət verilən orqan ## ###### 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayətin dəlilləri qismində göstərilmişdir ki, məhkəməyə təqdim edilən sığorta müqaviləsində və təqdim edilən hesab fakturalarda işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaya dair sığorta haqqlarının ödənilməsi müəyyən edilmişdir. İnzibati xətanın törədilmiş sayılması üçün işçiyə dair sığortaçı təşkilatla icbari sığorta müqaviləsinin bağlanmaması, işçilərin qeyd edilən hallardan icbari qaydada sığortalanmaması lazımdır. Ancaq təqdim edilən sübutlardan da göründüyü kimi adları siyahıda qeyd edilən işçilərlə müvafiq qaydada əmək müqaviləsi də bağlanmış, qeyd edilən işçilərə dair sığortaçı şirkətlə icbari sığorta müqaviləsi bağlanmaqla sığorta ödənişləri aparılmışdır. Hər kəsə də məlumdur ki, icbari sığorta müqaviləsi sığortaçı şirkətlə sığorta edən təşkilat arasında bir dəfə bağlanır və hər dəfə işə qəbul edilən və işdən azad edilən işçilərlə bağlı əlavə sənəd qaydasında sığorta edən təşkilat tərəfindən sığortaçı şirkətə məlumat verilir və sığorta şirkəti tərəfindən təqdim edilən hesab-faktura əsasında sığorta ödənişləri həyata keçirilir. Əmək müqaviləsi rəsmiləşdirilmiş olan işçi barədə sığorta şirkətinin dərhal məlumatı olur ki, bundan sonra da sığorta edən təşkilata müvafiq qaydada hesab-faktura təqdim edilir. Qeyd edilən həmin hesab-faktura əsasında da sığorta edən təşkilat tərəfindən sığorta ödənişləri aparılır. İcbari sığorta müqaviləsinin bağlanması zamanı icbari sığorta haqqının hissə-hissə və ya tam məbləğdə ödənilməsi razılaşdırıla bilər. Yəni icbari sığorta müqaviləsi bağlanması üçün işçinin adının sığorta təşkilatına göndərilməsi dərhal sığorta ödənişinin aparılması üçün əsas təşkil etmir. Yuxarıda da qeyd edildiyi kimi icbari sığorta müqaviləsi sığortaçı şirkətlə sığorta edən təşkilat arasında bir dəfə bağlanır və hər dəfə işə qəbul edilən və işdən azad edilən işçilərlə bağlı əlavə sənəd qaydasında sığorta edən təşkilat tərəfindən sığortaçı şirkətə məlumat verilir və sığorta şirkəti tərəfindən təqdim edilən hesab-faktura əsasında sığorta ödənişləri həyata keçirilir. Belə olan halda sığorta ödənişinin hissəvi aparılması da X46 tərəfindən aparılan monitorinqlər zamanı icbari sığorta haqqının hissəvi ödənilməsinin və belə olan halda icbari sığortalanmanın aparılmaması kimi tövsif edilməsi mümkün ola bilərdi. Hətta Mülki Məcəllənin tələblərinə nəzər yetirildiyində də görülməkdədir ki, icbari sığorta təminatı icbari sığorta haqqının daha gec ödənilməsi hallarında belə sığorta müqaviləsinin bağlandığı tarixə şamil edilə bilər. Birinci instansiya məhkəməsi isə məsələyə işçinin işə qəbul edildiyi gün mütləq icbari qaydada sığortalanmasının həyata keçirilməli olması kimi yanaşmışdır. Belə olan halda isə icbari sığorta haqqının və tarifinin düzgün qaydada hesablanması mümkün olmamaqdadır. İstər ''İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun, istərsə də Mülki Məcəllənin tələbləri icbari sığorta müqaviləsi üzrə sığorta haqqlarının hissə-hissə ödənilməsini nəzərdə tutur. Belə olan halda işçini hər hansı bir qaydada icbari sığorta müqaviləsinin təminatından kənarda qalması mümkün ola bilmir. Məhkəmə iclasında X46 Xidmətinin nümayəndəsi X5 şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə, şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Qərarından şikayət verilən orqan ## ###### 2025-ci il tarixli, MN ******* saylı qərarına əsasən "İDEAL TM" Qapalı Səhmdar Cəmiyyəti ilə X62, İlqar Nəsirov Arif oğlu, X14, X63, X29, X30, X31, X21, X40, X22, X6, X41, Aykan Bəndəliyev İbrahim oğlu, İsrayıl Bayramov İsa oğlu, X48, X16, Furman Nəbiyev İntiqam oğlu, Ramil İslamov İslam oğlu, X33, İbrahim Həşimov Sadəddin oğlu, X1, X8, X17, X23, X34, X42, X3 Oğlu, X4, X18, Sadıq İdrisov Xalıd oğlu, X10, X24, X35, X25, X11, X36, X19, X26, X50, X51, X37, X52, X12, X13, X20, Eldar İmranzadə Əbülfəz oğlu, X90, X38, X27, X28 arasında işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamış, buna görə Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi üzrə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-in 469-1-ci maddəsinə əsasən "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin İ hissəsinə görə işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Bundan başqa, iş materiallarında olan sənədlərin surətindən görünür ki, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilsikdən sonra, “İDEAL TM” QSC tərəfindən ##.##.2025 tarixdən ##.##.2025-ci il tarix müddətə işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına dair müqavilə bağlanmışdır. Birinci instansiya məhkəməsinin nübahisələndirilən qərarında göstərilmişdir ki, X62 və digərləri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamışdır. Eyni zamanda barəsində inzibati icraat aparılan şəxs tərəfindən bunun əksini sübut edən sənəd təqdim edilməmişdir. Belə olan halda “İDEAL TM” QSC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) əməlində İnzibati Xətalar Məcəlləsinin 469- 1-ci maddəsinin tərkib əlamətləri olduğundan, barəsində düzgün olaraq həmin maddə üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Daha sonra bağlanılmış icbari sığorta müqaviləsinin bağlanılması özü-özlüyündə inzibati xətanın mövcudluğunu aradan qaldırmır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar