Məhkəmə qərarları › İş №3(3-6)-1183/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1183/2026

27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1183/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X3, müəyyən e t d i m: Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Sabunçu Rayon ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə toplanmış materiallara və sübutlara baxdıqda həmin qərarla razılaşmır və hesab etmişdirlər ki, məhkəmə qeyriobyektiv araşdırma aparmaqla ciddi qanun pozuntularına yol verməklə yalnız inzibati orqanın nümayəndəsinin səsləndirdiyi fikirləri mötəbər sübüt kimi qəbul edərək qərar qəbul etmişdir. Inzibati orqanın inzibati pozuntunu sübuta yetirilməsi hissəsini hüquqi şəxsdən tələb edərək qüvvədə olan qanunvericiliyin tələbini ciddi şəkildə pozmuşdur. Bu halda hüquqi şəxsə öz təqsirsizliyini sübüta yetirməyə məcbur qalmışdır. Həmçinin, aparılan araşdırma zamanı məhkəmə əsaslı şübhələri hüquqi şəxsin xeyrinə deyil, əleyhinə şərh etməklə hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmişdir. Inzibati orqanın inzibati pozuntunu sübuta yetirilməsi hissəsini hüquqi şəxsdən tələb edərək qüvvədə olan qanunvericiliyin tələbini ciddi şəkildə pozmuşdur. Bu halda hüquqi şəxsə öz təqsirsizliyini sübüta yetirməyə məcbur qalmışdır. Həmçinin, aparılan araşdırma zamanı məhkəmə əsaslı şübhələri hüquqi şəxsin xeyrinə deyil, əleyhinə şərh etməklə hüquqi şəxsi inzibati məsuliyyətə cəld etmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar hüquqi baxımdan əsassız olmaqla yanaşı, inzibati icraatın fundamental prinsiplərinin kobud şəkildə pozulması ilə nəticələnmişdir. Belə ki, məhkəmə iş üzrə inzibati məsuliyyətin tətbiqi üçün zəruri olan əsas şərti — qanuni yolla əldə edilmiş, mötəbər və şübhə doğurmayan sübutların mövcudluğunu təmin etməmişdir. Iş materiallarında əsas sübut kimi təqdim edilən aktlar, foto və video materiallar qanunsuz aparılmış yoxlama nəticəsində əldə edilmişdir. Məhkəmə iclasında inzibati orqanın nümayəndəsi tərəfindən də təsdiq olunduğu kimi, yoxlama yalnız daxili sərəncam əsasında həyata keçirilmiş, lakin qanunvericiliyin birbaşa tələb etdiyi qaydada yoxlamaların vahid məlumat reyestrindən çıxarış təqdim edilməmişdir. Buna baxmayaraq, məhkəmə bu açıq və aşkar qanun pozuntusuna ümumiyyətlə hüquqi qiymət verməmiş, qanunsuz yolla əldə edilmiş sübutları əsas götürərək qərar qəbul etmişdir. Bu isə məhkəmənin prosessual öhdəliklərini yerinə yetirmədiyini və işə formal yanaşdığını göstərir. Digər tərəfdən, iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin konkret olaraq qanunsuz qoşulmanı həyata keçirməsi və sudan istifadə etməsi faktı birbaşa və şübhəsiz sübutlarla təsdiq edilməmişdir. Mövcud materiallar yalnız ehtimallara və inzibati orqanın subyektiv qənaətinə əsaslanır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsi mümükün hesab edilmişdir. Işin halları və hüquqi məslələr: Şikayətdə göstərilənlərlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - ## ###### 2026-cı il tarixli ****** nömrəli aktdan görünür ki, Azərbaycan Dövlət X5 yanında Suların Istifadəsinə və X8 Xidməti * saylı Bakı Regional Bölməsi tərəfindən su və su təsərrüfatı obyektlərindən istifadə və onların mühafizəsi qaydalarının, həmçinin Azərbaycan Respublikası Su qanunvericiliyinin digər tələblərinin yoxlanılması məqsədilə bölmənin ## ###### 2026-cı il tarixli, *** nömrəli sərəncamına əsasən Sabunçu rayonu ərazisində monitorinq-nəzarət tədbirləri həyata keçirilmişdir. Monitorinq zamanı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ə məxsus mağaza su təhcizatı şəbəkəsinə qanunsuz qoşulmaqla, lazımi icazə almadan, müqavilə bağlamadan, su sayğacı quraşdırılmadan sudan qeyri-qanuni istifadə halı aşkar olunmuşdur. Aşkarlanan hal ilə əlaqədar mağaza müdirinə qanunvericiliyin tələblərinin pozulması izah olunmuşdur. Tərəfimizdən aparılan inzibati araşdırmada iştirak etmək üçün səlahiyyətli nümayəndəsini təmin etməklə əlaqədar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məktub göndərilmişdir. Məktubu rəsmi qaydada qəbul etsələr də, nümayəndələri inzibati araşdırmada iştirak etməmişlər. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən AR Su Məcəlləsinin 45 və 103-cü maddələrinin, Su Təchizatı və Tullantı Suları haqqında Azərbaycan Respublikası Qanununun 24, 30, 58, 67 və 72-ci maddələrinin, Azərbaycan Respublikası “Nazirlər Kabineti” nin ## #### 2014-cü il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “X6”nın müvafiq maddələrinin tələbləri pozulmuşdur. Ərazidən çəkilmiş fotoşəkillər, videogörüntülər monitorinq aktına əlavə edilmişdir; - akta əlavə olunmuş fotoşəkildən və video çəkilişdən görünür ki, monitorinq zamanı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ə məxsus mağazada su təhcizatı şəbəkəsinə qanunsuz qoşulmaqla sudan qanunsuz istifadə halı müəyyən olunmuşdur. - “xxxx” X1 Sabunçu rayon Sukanal Idarəsinin ## ###### 2026-ci il tarixli qanunsuz istifadə fakturasından görünür ki, Sabunçu rayon sukanal idarəsinin təhlil qrupunun əməkdaşları tərəfindən yuxarıda göstərilən ünvanda yerləşən “xxxxə” baxış keçirilən zaman məlum olmuşdur ki, abonent d=15 mm-lik boru vasitəsilə sudan qeyri-qanuni istifadə etdiyi üçün 182 m³ (182AZN) dəymiş ziyan hesabatı verilmişdir. Birinici instansiya məhkəməsi törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikasının Inizbati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə birinici instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərində qeyd edilən yoxlamanın qanunsuz olaraq aparıldığı fikrinə münasibətdə qeyd edir ki, birinici instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin bu mövqeyi ilə bağlı qanunvericiliyə uyğun izah vermişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında qeyd edilmişdir ki, Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Yenə həmin Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur; Qanunun normalarının təhlili onu deməyə əsas verir ki, Qanunda qeyd edilən vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur müddəası sahibkarlıq sahəsində aparılan yoxlamalara aidddir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 262.3-cü maddəsinə əsasən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 262.3-cü maddəsində “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, törədilmiş inizbati xəta iş materialları ilə kifayət qədər sübuta yetirildiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsi barədə birinci instansiya məhkəməsi qanuni və düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsi barədə qanuni və düzgün nəticəyə gəlinmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-136-ci maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar