Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1332/2026 15.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Akifzadə İlkin Akif oğlunun iştirakı ilə, "İNŞAAT İN" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 264.0.5-ci maddələri ilə təqsirli bilinməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “İNŞAAT İN” MMC-nin nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət X2 yanında Suların istifadəsinə və X4t Xidmətinin * saylı Bakı Regional Bölməsi tərəfindən "İNŞAAT İN" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 264.0.5-ci maddələri ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Böyükşor gölünün yaxınlığı ##.##.2026-cı il tarixdə "İNŞAAT İN" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus beton istehsalı müəssisəsində formalaşan texniki və tullantı suları təyinatsız olaraq ətraf əraziyə axıdılmı, suların dövlət uçotu, yəni 2TG hesabatı aparılmamış, səlahiyyətli orqana təqdim edilməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı ilə "İNŞAAT İN" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 264.0.5-ci maddələri ilə təqsirli bilinib, 7500 (yeddi min beş yüz) manat cərimə edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “İNŞAAT İN” MMC-nin nümayəndəsi (vəkili) Vəkil apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, inzibati orqan tərəfindən qeyd edilən tullantı sularının təyinatsız axıdılması Cəmiyyət tərəfindən həyata keçirilməmişdir, şəkillərdə təqdim edilən su yığını zavodun içindən çıxan su deyil, zavod ərazisində toplanılan yağış suları olmuşdur ki, həmin sular da mütəmadi olaraq su nasosu olan maşınlar vasitəsilə ərazidən çxıarılmaqdadır. Sözügedən pozuntunun mövcud olması üçün ərazidən su kütləsinin arx vasitəsilə gölə axıdılması ancaq müəyyən boru və ya arx vasitəsilə mümkün ola bilərdi ki, protokola əlavə edilən foto şəkillərdən də həmin növ axıdılmanın həyata keçirilməsi aşkar görünür. Digər əsas olan hesabatların təqdim edilməsinə gəldikdə isə, ilk növbədə qeyd etmək istərdik ki, həmin sözügedən hesabatlar həm 2024, həm də 2025 üzrə Ekologiya Nazirliyinin aidiyyəti orqanının tələbi ilə onlara göndərilmişdir. Həmçinin qeyd etmək istəyirik ki, sözügedəın hesabatın göndərilməsi ilə bağlı olan normativ hüquqi akt olan AR Dövlət Statistika Komitəsinir ##.##.2013-cü il tarixli, ***/** nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadəyə dair1” 2-TG (su təsərrüfatı) №-li illik rəsmi statistika hesabat formasının doldurulmasına dair Göstərişin 1-ci maddəsinə əsasən Hesabat Azərbaycan Dövlət X2 tərəfindən siyahıs müəyyən edilən sudan istifadə edən və su axıdan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən yanvarın 25-dək Azərbaycan Dövlət X2 yanında Suların İstifadəsinə və X4 Xidmətinin regional bölmələrinə təqdim edilir. Tərəflərindən məhkəmə iclası zamanı inzibati orqandan Göstərişin tələbinə əsasən tərtib edilmiş hüquqi şəxslərin siyahısı tələb edilsə də, həmin siyahı təqdim edilmədi və belə olan halda “İnşaat İn” MMC-nin həmin siyahıda olub-olmaması aydınlaşdırılmadı. Sözügedən hal məhkəmə tərəfindən nəzərə alınmadı və inzibati orqan tərəfindən haqlı olaraq hüquqi şəxs barəsində protokol tərtib edilib- edilməməsi məsələsi açıq qaldı. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "İNŞAAT İN" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Akifzadə İlkin Akif oğlu apellyasiya şikayətinə münasibətdə qeyd etdi ki, hər iki apellyasiya dəlilləri ilə bağlı birinci instansiya məhkəməsinə fotoşəkil və videogörüntüləri təqdim etmişlər. İkinci məsələ ilə əlaqədar bildirdi ki, hesabat verilməsi ilə bağlı məlumatları olmuşdur. Əgər Ekologiyaya təqdim etsəydilər, ya hesabatı geri qaytarardılar və ya aiddiyyatı üzrə onlara göndərərdilər. Hesabatın təqdim edilməsi ilə bağlı rəsmi sənəddə istədilər, lakin tərəf təqdim etməmişdir. Digər məsələ ilə bağlı videogörüntülər var, ordaki yağış suları deyil, trubalar çəkilmiş, mator quraşdırılmışdır. Məhkəmədən verilmiş apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb və proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət X2 yanında Suların istifadəsinə və X4t Xidmətinin * saylı Bakı Regional Bölməsinin əməkdaşları – A.M.Məmmədov, T.N.Həsənzadə, İ.M.Quliyev və K.E.Abdullayevin iştirakları ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli ****** nömrəli Aktdan görünür ki, Azərbaycan Dövlət X2 yanında Suların istifadəsinə və X5 Xidmətinin * saylı Bakı regional bölməsinin inzibati ərazi dairəsi üzrə su və su təsərrüfatı obyektlərindən istifadə və onların mühafizəsi qaydalarının həmçinin Azərbaycan Respublikası su qanunvericiliyinin digər tələblərinin yoxlanılması məqsədi ilə bölmənin ##.##.2026-ci il tarixli *** nömrəli sərəncamına əsasən Binəqədi rayonu ərazisi üzrə tərəfimizdən monitorinqnəzarət tədbirləri keçirildi. Monitorinq ilə əlaqədar Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi Böyükşor gölünün yaxınlığında fəaliyyət göstərən “İnşaat İn” MMC beton istehsalı müəssisəsində formalaşan tullantı və texniki sularının yaxınlıqda yerləşən açıq kanala axıdıldığı oradan da ətraf əraziyə axıdıldığı müəyyən edildi. Belə ki, ərazidə maşınların yuyulması zamanı əmələ gələn müəssisə ərazisində yaradılmış açıq beton xətt vasitəsilə müəssisənin çöl hissəsində yerləşən axara axıdıldığı, bundan əlavə müəssisə daxilində şamboda formalaşan çirkab suların da motor qoşularaq xətt vasitəsilə həmin açıq kanala yönləndirildiyi müşahidə edildi. Araşdırma müddətində özünü sözü gedən obyektin nümayəndəsi Əliyev Bəxtiyar (077-373-45-45) və Firdovsi İbrahimov (050-350-97-53) şifahi olaraq fəaliyyət göstərən müəssisələrin “İnşaat İn” MMC-yə aid olduğunu bildirsə də, tullantı idarə edilməsi, uçot hesabatı və daşınması ilə bağlı sənədləri təqdim etməkdən imtina etdilər. Tərəflərindən ##.##.2026 tarixli monitorinq aktı tərtib olunmuş və bununla bağlı müvafiq sənədlərin əldə edilməsi və inzibati araşdırma məqsədilə İnzibati Xətalar Məcəlləsinin 99.1.1 və 102.1-ci maddələri əsasında inzibati icraata başlanılmışdır. İş materiallarına əlavə edilmilş Azərbaycan Dövlət X2 yanında Suların İstifadəsinə və X4 Xidməti * saylı Bakı regional bölməsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli monitorinq aktından görünür ki, Azərbaycan Dövlət X2 yanında Suların İstifadəsinə və X4 Xidmətinin * saylı Bakı regional bölməsinin inzibati ərazi üzrə su və su təsərrüfatı obyektlərindən istifadə və onların mühafizəsi gaydalarının, həmçinin Azərbaycan Respublikası su Qanunvericiliyinin digər tələblərinin yoxlanılması məgsədilə Bölmənin ##.##.2026-ci il tarixli *** nömrəli sərəncamına əsasən Binəgədi rayonu ərazisi üzrə tərəflərindən monitorinq-nəzarət tədbirləri keçirildi. Monitorinq ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Böyükşor gölünün yaxınlığında fəaliyyət göstərən beton istehsalı müəssisələrində (koordinatlar: 40°27'26.9"N **°5T01.0"E) formaşalan tullantı və texniki sularının yaxınlığda yerləşən aşıg kanala axıdıldığı müəyyən edildi. Araşdırma müddətində özünü sözügedən obyektin nümayəndəsi Əliyev Bəxtiyar (077- 373-45-45) və Firdovsi İbrahimov (*** *** ** **) şifahi olaraq fəaliyyət göstərən müəssisələrin "İnşaat İn" MMC və "xxxx" Şirkəti olduğunu bildirsə də fəaliyyətə dair sənədləri təqdim etməkdən imtina etdi. Nəticədə Azərbaycan Respublikasının “Su Məcəlləsinin, X1 X3 Azərbaycan Respublikasının Qanunun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## ##### tarixli ** nömrəli gərarı ilə təsdig edilmiş “Şəhərlər və digər yaşayış məntəgələri ərazisinin sanitariya Qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olarag təmizlənməsi, məişət tullantılarının müvəggəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın və “Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə Qeyri-yaşayış binalarından onların istismar təyinatı nəzərə alınmaqla axıdılan çirkab sularının yığılacağı tikili və Qurğulara dair tələblər”in təsdiq edilməsi haggında 2023-cü il ## ###### *** nömrəli qərarının müvafiq maddələrinin tələbləri pozulmuşdur. İş materiallarına əlavə edilmilş Azərbaycan Dövlət X2 yanında Suların İstifadəsinə və X4 Xidməti * saylı Bakı regional bölməsi tərəfindən "İnşaat İn" MMC-yə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubdan görünür ki, Azərbaycan Dövlət X2 yanında Suların İstifadəsinə və X4 Xidmətinin * saylı Bakı regional bölməsi tərəfindən Binəqədi rayonu ərazisində çirkab (tullantı) və texniki sularının idarə edilməsi formasının araşdırılması məqsədilə keçirilən monitorinqlər zamanı müəssisədə (koordinatlar:40°27'26.9"N **°51'01.0"E) formalaşan tullantı və texniki sularının kənəra təyinatsız axıdılması faktı müəyyən edilmişdir. Aşkar edilmiş faktla bağlı Suların İstifadəsinə və X4 Xidmətinin * saylı Bakı regional bölməsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 102.2 və 102.3-cü maddələri rəhbər tutularaq inzibati araşdırılma aparılması barədə qərardad qəbul olunaraq inzibati araşdırma başlanılmışdır. Odur ki, Suların İstifadəsinə və X4 Xidmətinin * saylı Bakı regional bölməsində (ünvan: Bakı şəhəri, Moskva prospekti 67) aparılacaq inzibati araşdırma ilə bağlı şəxsiyyətinizi təsdiq edən sənəd ilə məktubu əldə etdiyiniz tarixdən 5 iş günü müddətində idarəyə gəlməyi və ya səlahiyyətli nümayəndəsinin (etibarnamə ilə birlikdə) göndərilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmilş "İnşaat İn" MMC tərəfindən ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi cənab Qafar Ağayevə ünvanlanmış məktubdan görünür ki, "xxxx" MMC üçün 2024-cü il üzrə tərtib olunmuş 2-TG (su təsərrüfatı) və 2-TG (hava) dövlət statistik hesabatları razılaşdırmaq üçün sonuncuya göndərilmişdir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun: 39.1-ci maddəsinə əsasən ümumi istifadədə olan kanalizasiya sistemlərinə istehlakçılar tərəfindən aşağıdakıların axıdılması (atılması) qadağandır: a) yağış sularının; b) tullantı sularının emalına və ya axmasına mane olan, kanalizasiya borularını sıradan çıxaran hər hansı maddələrin; c) neft məhsullarının və kalsium karbidin; ç) insanların sağlamlığı üçün təhlükəli maddələrin; d) yoluxucu xəstəxanaların zərərsizləşdirilməmiş tullantı sularının; e) kanalizasiya müəssisəsi ilə bağlanmış məişət və istehsalat tullantı sularının axıdılması haqqında müqavilədə nəzərdə tutulan hallar istisna olunmaqla, qadağan olunmuş tullantıların, tullantı sularının və maddələrin. 72-ci maddəsinə görə bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində X1 kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Su Məcəlləsinin: 17-ci maddəsinə əsasən su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində idarəetmə sisteminə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların vəkil etdikləri su obyektlərinin istifadəçiləri və bələdiyyələr daxildir. 18-ci maddəsinə əsasən su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır: ... su obyektlərinin dövlət monitorinqinin, dövlət su kadastrının aparılması, habelə yerüstü və yeraltı suların uçotunun həyata keçirilməsi qaydalarını müəyyən etmək. 103-cü maddəsinə əsasən su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar: ... su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət etmədikdə. Azərbaycan Respublikasının 1997-ci il ## ###### tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.4-cü bəndinə əsasən həmin Məcəllənin 17-ci maddəsində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Dövlət X2 həyata keçirirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən sudan özbaşına istifadə edilməsinə, yəni içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.5-ci maddəsinə əsasən su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət edilməməsinə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, "İNŞAAT İN" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 264.0.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, habelə digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 264.0.5-ci maddələri ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələblərini nəzərə almaqla “xxxx” MMC barəsində törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında hüquqi şəxsə münasibətdə nəzərdə tutulmuş yeganə tənbeh növü olan cəriməni minimum həddə tətbiq etmişdir ki, bu da öz növbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən təhbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmçinin verilmiş apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarında göstərilən dəlillərə kifayət qədər əsaslandırılmış münasibət bildirilmişdir. Belə ki, birinci instasiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, hüquqi şəxsin nümayəndəsi tərəfindən tullantı və çirkab suların açıq kanala axıdılmadığı, həmin kanalda olan suların yağış suları olduğu barədə irəli sürülmüş mövqe məhkəmə tərəfindən inandırıcı hesab edilmir. Belə ki, iş materiallarına əlavə edilmiş videogörüntülərdən açıq şəkildə müəyyən olunur ki, hadisə baş verən vaxt ərazidə hava şəraiti quru olmuş, torpaq səthi və ətraf mühitdə hər hansı rütubət və ya yağıntı izləri müşahidə edilməmişdir. Ümumi həyat təcrübəsinə və məntiqi mühakiməyə görə, uzun müddət quru hava şəraitinin hökm sürdüyü hallarda yağış sularının açıq kanalda yığılması və davamlı axının formalaşması real və ağlabatan hesab edilə bilməz. Bundan əlavə, videogörüntülərdə suyun istiqamətli şəkildə, konkret xətt vasitəsilə kanala yönləndirilməsi, suyun rəng və tərkib xüsusiyyətlərinin adi yağış sularından fərqlənməsi, eləcə də müəssisə ərazisində aparılan istehsal fəaliyyəti ilə funksional əlaqəsinin mövcudluğu həmin suların məhz istehsalat və texniki mənşəli olmasını təsdiq edir. Bu xüsusatlar təsdiq edir ki, söhbət təsadüfi təbii yağıntıdan deyil, idarə olunan və məqsədli şəkildə axıdılan tullantı sularından gedir. Məhkəmə hesab edir ki, hüquqi şəxsin bu arqumenti müdafiə xarakterli olmaqla, obyektiv sübutlarla ziddiyyət təşkil edir və İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi üzrə inzibati xəta tərkibini aradan qaldırmır. Əksinə, təqdim edilmiş sübutlar tullantı sularının təyinatsız olaraq ətraf əraziyə axıdılması faktını şübhəsiz şəkildə təsdiq edir. İkinci arqumentə münasibətdə məhkəmə hesab edir ki, hüquqi şəxs tərəfindən 2-TG (su təsərrüfatı) hesabatlarının təqdim edilməsi barədə istinadın özü-özlüyündə inzibati məsuliyyəti istisna edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, bu kateqoriyadan olan hüquq münasibətlərində əsas məsələ yalnız hesabatın mövcudluğu deyil, onun qanunvericiliklə müəyyən edilmiş qaydada və məhz səlahiyyətli orqana təqdim edilməsidir Azərbaycan Respublikasının Su Məcəlləsinin 18-ci maddəsinə əsasən suların dövlət uçotunun və dövlət monitorinqinin aparılması dövlətin vəzifəsi olmaqla yanaşı, bu sistemin effektiv fəaliyyəti üçün məlumatların mərkəzləşdirilmiş qaydada toplanmasını və aidiyyəti icra hakimiyyəti orqanına təqdim edilməsini zəruri edir. Eyni zamanda, həmin Məcəllənin 103cü maddəsi bu sahədə müəyyən edilmiş qaydalara riayət edilməməsini birbaşa hüquqi məsuliyyət yaradan hal kimi təsbit edir. Prezidentin müvafiq Fərmanının 2.4-cü bəndinə əsasən isə su ehtiyatlarının istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetmə funksiyalarını həyata keçirən orqanlar sırasında Azərbaycan Dövlət X2 xüsusi səlahiyyətli qurum kimi çıxış edir. Bu isə o deməkdir ki, suların dövlət uçotu və monitorinqi ilə bağlı hesabat məhz həmin sistem daxilində və bu orqanın müəyyən etdiyi qaydalar üzrə həyata keçirilməlidir. İş materiallarından müəyyən olunur ki, hüquqi şəxs tərəfindən qeyd edilən hesabatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumuna təqdim edilmişdir. Lakin bu hal, təqdimetmənin səlahiyyətli orqan qarşısında yerinə yetirilməsi kimi qəbul edilə bilməz. Çünki hüquqi öhdəlik konkret orqan qarşısında və konkret qaydada icra edilməlidir, öhdəliyin başqa bir dövlət orqanı qarşısında yerinə yetirilməsi həmin öhdəliyin icrası kimi tanına bilməz. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, hüquqi şəxsin hesabatların təqdim edilməsi ilə bağlı arqumenti hüquqi baxımdan əsaslı deyil. Hesabatların səlahiyyətli orqana təqdim edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.5-ci maddəsində nəzərdə tutulmuş tərkibin obyektiv cəhətini təşkil edir və inzibati məsuliyyəti istisna etmir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə gəldiyi nəticəni materialda olan sənədlərə, habelə qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Verilmiş apellyasiya şikayətində göstərilən dəlilləri təsdiq edəcək sübutlar şikayətə əlavə edilməmiş və ya məhkəməyə təqdim edilməmişdir. Odur ki, göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə qeyd edilənlər qərarın ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Beləliklə, “İNŞAAT İN” MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 264.0.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 264.0.5-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin hakiminin “İNŞAAT İN” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 264.0.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati cərimə edilməsinə dair ## ##### 2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli mübahisələndirilən qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğun, qanuni və əsaslıdır, verilmiş apellyasiya şikayətində göstərilənlər qərarın ləğv edilib, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsas deyil və hazırda işə baxılarkən də belə bir əsas müəyyən edilmədiyindən apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “İNŞAAT İN” MMC-nin nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. "İNŞAAT İN" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 264.0.5-ci maddələri ilə təqsirli bilinməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-1332/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1332/2026
15.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver