Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1474/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlu, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati həbslə tənbeh edilməsi haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinin 20-ci Polis Şöbəsinin polis sahə inspektoru, R Sanil Abdullayev tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, “Whatsapp” mobil tətbiqində qeyri-etik foto və videolar paylaşmaqla, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş ## ### 2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış sənədlər baxılması üçün aidiyyət üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərimişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim E.M.Hüseynov) ## ### 2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə təqsirli bilinərək 30 (otuz) gün müddətində inzibati həbslə tənbeh tətbiq edilmişdir. Qərardan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, inzibati iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini, barəsində inzibati xətalara dair iş üzrə icraata xitam verilməsini, yaxud işin hallarının hərtərəfli qiymətləndirilməsi nəticəsində cərimə şəklində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətinin onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı ilə razı deyil, onu hüquqi baxımdan əsassız, faktiki baxımdan qeyri-dəqiq, tətbiq edilmiş tənbeh baxımından isə qeyri-mütənasib ağır hesab edir. Polis şöbəsində razılığı ilə mobil telefonuna baxış keçirilmiş, "WhatsApp" tətbiqinin "status" bölməsindəki müəyyən materiallara rast gəlinmişdir. Polis şöbəsindəki ilkin izahatında, həm də məhkəmə iclasında bildirmişdir ki, həmin görüntülərin telefonun statusunda mövcudluğundan xəbəri olmamış, telefon ekranının sınması səbəbindən cihazın idarə olunmasında texniki çətinliklər yaşanmışdır. Həmin görüntülərin kimin tərəfindən oraya yerləşdirildiyindən məlumatsız olmuş və əgər bu görüntülərin orada olduğunu bilsəydi, dərhal silərək ortadan qaldırardı. Məhkəmə onun izahatlarını rədd etmiş, lakin onları konkret maddi sübutla, ekspert rəyi ilə yaxud başqa etibarlı sübutla da təkzib etməmişdir. Barəsində əvvəllər heç bir inzibati tənbeh qərarı çıxarılmamış, ilk dəfə məsuliyyətə cəlb olunmuşdur. Məhkəmənin qərarında məsuliyyəti ağırlaşdıran heç bir halın müəyyən edilmədiyi qeyd edilmişdir. Işləyən, ailəsini dolandıran, iki yetkinlik yaşına çatmamış uşağın atası kimi 30 günlük inzibati həbsdə olması birbaşa uşaqların maddi rifahına, gündəlik baxımına, ailənin davamlı gəlir əldə etməsinə mənfi təsir göstərir. Məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə, iclasın vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş inzibati orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi verilmiş şikayəti inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışını dinləyərək hesab edir ki, şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, toplanmış və məhkəmədə tədqiq edilmiş sənədlər, inzibati xəta haqqında protokolla və inzibati işin digər halları ilə tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində toplanmış sübutlara məcmu halında düzgün hüquqi qiymət vermiş və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair qanuni və əsaslı qərar qəbul etmişdir ki, bu məsələyə dair məhkəmənin gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur. Apellyasiya qaydasında araşdırılmış iş materiallarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində inzibati xəta tərkibinin olmaması haqqında yürütdüyü mülahizələr əsassızdır, barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanunla istisna edən hallar iş üzrə müəyyən olunmamış və tətbiq edilmiş inzibati tənbehin növü və həddi törədilmiş xətanın xarakterinə, inzibati xəta törətmiş şəxsin şəxsiyyətinə və təqsirlilik dərəcəsinə uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 8-ci maddəsinə əsasən, İ. Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir. II. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. III. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır. Konstitusiyasının 72-ci maddəsinə əsasən, İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. III. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Konstitusiyasının 80-ci maddəsinə əsasən, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Apellyasiya instansiyası məhkəməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, istifadəsində olmuş mobil telefonun “Whatsapp” tətbiqi bölməsində, dövlət başçısı barədə paylaşılmış qeyri-etik foto və videoların, telefonun “Whatsapp” tətbiqi bölməsinə kimsə tərəfindən yerləşdirilməsi barədə məlumatsız olması haqqında iddia və mülahizələrini əsassız hesab edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinin dispozisiyasına görə, internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, maddənin dispozisiyası iki növ, cərimə və ya inzibati həbs tənbeh tədbirlərinin tətbiqini özündə ehtiva edir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 21ci maddəsinin tələbləri baxımından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində cərimə tənbeh növünün tətbiq edilməməsini inzibati tənbeh tətbiq etmənin ümumi prinsipləri və qanunun tələbləri baxımından düzgün müəyyənləşdirmiş və inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.2, 32, 33 və 34.3-cü maddələrinin tələblərini nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi, şikayətin dəlillərinə münasibətdə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində cərimə tənbeh tədbirinin tətbiq edilməsini işin məlum halları baxımından mümkün hesab etmir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Qanunvericiliyin qeyd olunan müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, şikayət təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə təqsirli bilinərək 30 (otuz) gün müddətinə inzibati həbslə tənbeh edilməsi haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə təqsirli bilinərək 30 (otuz) gün müddətinə inzibati həbslə tənbeh edilməsi haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1474/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1474/2026
19.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver