Məhkəmə qərarları › İş №3(3-6)-1585/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1585/2026

09.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1585/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X1, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbu edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Hacızadə Reyhan Təvəkkül qızı Bakı şəhəri *** nömrəli tam orta ümumtəhsil məktəbində direktor müavini vəzifəsində çalışmışdır. Onunla bağlanmış əmək müqaviləsinə ## ###### 2024- cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli icrası məcburi göstəriş məktubu göndərilmişdir. X3 Təvəkkül qızı ##.##.2024-cü il tarixində işə bərpa tələbi ilə məhkəməyə müraciət etmiş və iş üzrə birinci instansiya məhkəməsi tərəfindən yalnız ##.##.2025-ci il tarixində qətnamə qəbul edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi tərəfindən ##.##.2025-ci il tarixində qərar qəbul edilmişdir. Daha sonra həmin qərardan kassasiya şikayəti verilmişdir. Beləliklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktub göndərilən zaman məhkəmə mübahisəsi hələ davam etməkdə idi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-***/*** saylı icra sənədi Bakı Şəhəri üzrə Təhsil İdarəsinə rəsmi yalnız ## #### 2026-cı il tarixində daxil olmuşdur. Həmin sənəd tərəflərindən qəbul edildikdən sonra vətəndaş Reyhan Hacızadə işə bərpa edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən tərtib edilmiş məktub icra olunması üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə göndərilsə də, işin halları araşdırılmamışdır. Apellyasiya baxışı zamanı iştirak edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin X1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək və həmçinin X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktub göndərilən zaman Hacızadə Reyhan Təvəkkül qızının məhkəməyə müraciəti ilə əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəmə mübahisəsinin davam etməsi barədə səlahiyyətli orqana məlumat verilməsinə baxmayaraq həmin orqan tərəfindən əsassız olaraq protokolun tərtib olunmasını qeyd edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək icrası məcburi göstərişlə əlaqədar ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubun Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə göndərilməsinə baxmayaraq müvafiq göstərişin icra olunmadığını və həmin vaxt mülki mühakimə icraatı qaydasında məhkəmə mübahisəsinin davam etməsi ilə əlaqədar X5 Xidmətinə hər hansı məlumat verilmədiyini qeyd edərək məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə inzibati işin materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 539.1-1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli məktubda qeyd olunmuşdur ki, vətəndaş Hacızadə Reyhan Təvəkkül qızının əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə Nazirlik yanında X5 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı Hacızadə Reyhan Təvəkkül qızı ilə Bakı şəhəri üzrə Təhsil İdarəsi arasında bağlanmış əmək müqaviləsinin müddəti ##.##.2024-cü il tarixində bitməsinə baxmayaraq əmək qanunvericiliyinin tələbi pozularaq ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasərı (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verildiyi məlum olmuşdur. Nəticədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozulmuşdur. Bildirilir ki, yuxarıda qeyd olunan mövcud xəta Bakı şəhəri üzrə Təhsil İdarəsinin vəzifəli şəxsi olaraq tərəflərindən hələ də aradan qaldırılmamışdır. Qeyd olunanları nəzərə alaraq 10 (on) gün ərzində Hacızadə Reyhan Təvəkkül qızının əmək müqaviləsinə xitam verilməsi barədə əmri ləğv edərək törədilmiş inzibati xəta pozuntusunun aradan qaldırılmasını təmin edib nəticəsi barədə X5 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi zəruridir. Bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinijhəyata keçirən orqanın bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Göstərişdə müəyyən edilmiş müddət ərzində hüquqpozmalar aradan qaldırılmadıqda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi (əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xi amının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ile bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə) ilə müvafiq qaydada inzibati məsuliyyətə cəlb edilə bilərlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə ünvanlanmış ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli bildirişdə qeyd olunmuşdur ki, vətəndaş Hacızadə Reyhan Təvəkkül qızının əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə Nazirlik yanında X5 Xidmətinin Bakı şəhər İdarəsində baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə əsasən X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Bakı şəhəri üzrə Təhsil idarəsinə *-**-*/*-******/**** nömrəli ##.##.2025-ci il tarixli icrası məcburi göstəriş xarakterli məktubla 10 (on) gün ərzində Hacızadə Reyhan Təvəkkül qızının əmək müqaviləsinə xitam verilməsi barədə əmri ləğv edərək törədilmiş inzibati xəta pozuntusunu aradan qaldırılmasını təmin edib X5 Xidmətinin Bakı şəhər idarəsinə məlumat verilməsi bildirilmişdir. Lakin inzibati xəta pozuntusu aradan qaldırılmamış və Xidmətin Bakı şəhər İdarəsinə məlumat verilməmişdir. Bu səbəbdən inzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak etməkləri məqsədi ilə ##.##.2026-cı il tarixdə saat 14:30-da X5 Xidmətinin Bakı şəhər İdarəsinə (AZ1113, Bakı şəhəri, Svetlana Məmmədova küçəsi, 107) və ya video konfrans vasitəsi ilə (ZOOM platforması linki üzərindən) dəvət olunurlar. Onların və ya səlahiyyətli nümayəndələrinin (notarial qaydada təsdiq olunmuş etibarnamə əsasında) iştirakını təmin etməkləri və iş üzrə onlarda olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunur. Nəzərə çatdırılır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmçinin 100.2-ci maddəsinə əsasən Protokol tərtib edilərkən, barəsində inzibati xəta nhaqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2024-cü il tarixli, ** nömrəli əmrdən görünür ki, *** nömrəli tam orta məktəbin təlim-tərbiyə üzrə direktor müavini Hacızadə Reyhan Təvəkkül qızı ilə bağlanılmış əmək müqaviləsinə, «AR ƏM-nin 68-ci maddəsinin 2ci hissəsinin “b" bəndinə əsasən ##.##.2024-cü ildən xitam verilməsi əmr edilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş Hacızadə Reyhan Təvəkkül qızı ilə bağlanılmış əmək müqaviləsinin müddəti ##.##.2024-cü il tarixində bitməsinə baxmayaraq həmin müqaviləyə AR Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbi pozularaq ##.##.2024-cü il tarixində həmin məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən verilmiş xitam əmrininin ləğv edərək törədilmiş inzibati xəta pozuntusunun qaldırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə *-**-*/*-******/**** nömrəli, ##.##.2025- ci il tarixli icrası məcburi göstəriş məktubu verilmiş, lakin ##.##.2026-cı il tarixə kimi məktub icra olunmamış, göstəriş yerinə yetirilməmişdir. Nəticədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1- 1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, hüquqi şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə icrası məcburi olan göstəriş verilsə də, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həmin göstəriş icra edilməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmənin mövqeyi ilə, eləcə də inzibai xəta haqqında protokolla razılaşmayan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlilləri isə X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktub göndərilən zaman Hacızadə Reyhan Təvəkkül qızının məhkəməyə müraciəti ilə əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəmə mübahisəsinin davam etməsi, məhz bu səbəbdən icrası məcburi olan göstərişin onlar tərəfindən icra olunmaması, bu barədə X5 Xidmətinin Bakı şəhər idarəsinə məktublar təqdim olunsa da, əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə protokolun tərtib olunması göstərilmişdir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək, birinci instansiya məhkəməsinin yekun mövqeyi ilə razılaşır və apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, işin faktiki hallarına əsasən X5 Xidməti tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə *-**-*/*-******/**** nömrəli, ##.##.2025- ci il tarixli icrası məcburi göstəriş məktubu verilsə də, həmin göstərişin icra olunmaması işin mübahisəsiz halı kimi sübuta yetirilmiş və məhkəmə araşdırması nəticəsində inzibati məsuliyyəti istisna edən hər hans hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Qanununun qeyd olunan normasına əsasən həmin maddədə nəzərdə tutulmuş inzibati xəta (hazırkı işə münasibətdə) icrası məcburi olan göstərişin vaxtında və tam yerinə yetirilməməsi anından törədilmiş hesab olunur. Belə ki, hazırki halda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın icrası məcburi olan göstərişinin icra olunmaması faktı öz təsdiqini tapmaqla məhkəmə araşdırması nəticəsində apellyasiya şikayətində iddia olunduğu kimi həmin vaxt göstərişdə qeyd olunmuş məsələ ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəmə mübahisəsinin davam etməsi barədə səlahiyyətli orqana məlumat verilməsi dəlili öz təsdiqini tapmamışdır. Buna görə də apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında işin hallarını inzibati xətalar qanunvericiliyinin tələblərinə uyğun şəkildə, tam, hərtərəfli və obyektiv araşdıraraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə qanuni, əsaslı və düzgün nəticəyə gəlmişdir. Məhkəmə həmçinin tətbiq olunmuş inzibati tənbehlə bağlı məsələni də araşdıraraq qeyd edir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirildiyindən onun barəsində həmin maddənin sanskiyası çərçivəsində qanuni tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1- 1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar