Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1667/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin nümayəndəsi nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin nümayəndəsi X3, vəkili və nümayəndəsi “Alyans” vəkil bürosunun vəkili Vəkil iştirakları ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında inzibati iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-****/**** saylı qərarından “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı apellyasiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfındən tərtib olunmuş ## ####### 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ## ####### 2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “xxxx” MMC-yə məxsus yaşayış binasında keçirilən plandankənar yoxlama zamanı YTQ №*-2001 bəndinin 1.9.1 tələbləri pozulduğu müəyyən edilmiş və nəticədə “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. “xxxx” MMC-nin barəsində tərtib olunmuş ## ####### 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqından protokol və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim G.İ.Məmmədova) ## ##### 2026-cı il tarixli qərarından görünür ki, “xxxx” MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə təqsirli bilinərək 2.000 (iki min) manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Qərardan hüquqi şəxsin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, inzibati iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətə əlavə vermiş “xxxx” MMC-nin vəkili və nümayəndəsi Vəkil, “xxxx” MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə əsassız olmaqla bərabər Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin, X1 və Azadlıqları haqqında Konvensiyanın, Avropa Insan Hüquqları Məhkəməsinin qərarlarının pozulmasına səbəb olmuş və Sabunçu Rayon Məhkəməsi tərəfindən məhkəmə prosesi zamanı kifayət qədər araşdırma aparılmamış, inzibati tənbeh ədalətli təyin olunmamışdır. Ilk növbədə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin qərarı kifayət qədər əsaslandırılmamış, işin halları tam, hərtərəfli və obyektiv araşdırılmadan nəticəyə gəlinmişdir. Məhkəmə tərəfindən iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması məqsədilə aidiyyəti dövlət qurumuna sorğu ünvanlansa da, həmin sorğuya verilmiş cavab məhkəmənin təqdim etdiyi sualların mahiyyəti ilə uyğunluq təşkil etməmiş, işin nəticəsinə təsir göstərə biləcək mühüm suallar faktiki olaraq cavabsız saxlanılmışdır. Belə ki, sorğuda tikinti layihələrinin ekspertizası zamanı verilmiş rəyin hüquqi qüvvəsi, əlavə olaraq X4 Xidmətindən ayrıca rəy alınmasının zəruriliyi və bu tələbin hansı normativ hüquqi aktla nəzərdə tutulması, habelə X4 Xidmətinin rəyinin tikintinin hansı mərhələsində tələb olunması kimi iş üçün mühüm əhəmiyyət daşıyan məsələlər qaldırılsa da, təqdim edilən cavablar həmin sualları konkret, hüquqi əsaslandırılmış və normativ istinadlarla cavablandırmamışdır. Beləliklə, hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iş yenidən araşdırılıb baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilərək qərarda inzibati xəta haqqında materialdan və birinci instansiya məhkəməsinin qərarından yanğın təhlükəsizlik qaydalarının pozulması ilə bağlı müvafiq rəyin verilməsi səlahiyyətinin müstəsna olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hansı qurumuna aid olmasını söyləmək mümkün deyildir” qeyd edilsə də, hazırkı məhkəmə qərarı ilə həmin sual yenə cavabsız qalmışdır. Məhkəmə tərəfindən cavabsız saxlanılmış əsas məsələ Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X4 Xidmətinin konkret olaraq hansı normativ hüquqi akt əsasında müvafiq rəy vermək səlahiyyətinə malik olması məsələsidir. Belə ki, iş materiallarında və sorğuya verilmiş cavabda həmin qurumun hansı normativ hüquqi aktla layihəyə dair ayrıca rəy verməyə səlahiyyətli olduğu, habelə belə rəy alınmadığı halda inzibati məsuliyyətin tətbiq edilməsinin hüquqi əsası aydın şəkildə göstərilməmişdir. Halbuki, inzibati məsuliyyət tədbirinin tətbiqi üçün həmin öhdəliyin birbaşa qanunvericilikdə nəzərdə tutulması zəruridir. Yəni, şəxsin hansı konkret normativ hüquqi aktın tələbini pozduğu, həmin aktla hansı öhdəliyin müəyyən edildiyi və bu öhdəliyin icra edilməməsinə görə məsuliyyətin necə yarandığı dəqiq müəyyən olunmalıdır. Müvafiq rəyin alınmasının məcburi xarakter daşıdığı və bunun məhz X4 Xidməti tərəfindən verilməli olduğu normativ əsaslarla təsdiq edilmədiyi halda, həmin rəyin alınmamasına görə inzibati xəta tərkibinin mövcudluğu barədə nəticəyə gəlmək hüquqi müəyyənlik prinsipinə ziddir. Məhkəmə isə bu mühüm halı araşdırmadan, aidiyyəti qurumun cavabındakı qeyri-müəyyən və ümumi xarakterli məlumatlara istinad etməklə qərar qəbul etmiş, həmin səlahiyyətin hüquqi əsasını və inzibati məsuliyyətin normativ əsasını müəyyən etməmişdir. Iş materiallarına əsasən, bir daha qeyd edirik ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı, H.Ərəblinski və M.Fətəliyev küçələrinin kəsişməsində yaşayış binalarına dair (Blok A1, tikili D, blok B1) Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş Idarəsi tərəfindən müvafiq olaraq ##.##.2024-cü il tarixli ***** nömrəli və ##.##.2024-cü il tarixli ***** nömrəli ekspertiza rəyləri verilmişdir. Həmin rəylərdə yanğın təhlükəsizliyi üzrə iradlar göstərilmiş, daha sonra rəyin nəticə hissəsindən əvvəl “iradlar işçi qaydada aradan qaldırılmışdır” qeydi əks olunmuş və nəticə olaraq həmin Baş idarənin 15 nəfərdən ibarət məhsul şəxslərinin imzası ilə rəy verilmişdir. X4 Xidməti və Tikintidə X10 Agentliyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 2006-cı il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan qurumlar siyahısında müəyyən edilmişdir. Lakin yanğın təhlükəsizliyi sahəsində rəy verilməsi ilə bağlı hər hansı normativ hüquqi aktda mütləq şəkildə yalnız X4 Xidmətinin rəy verməli olması barədə tələb mövcud deyil. Qanunvericilik bu sahədə rəy vermə səlahiyyətini ayrıca və konkret şəkildə yalnız bir qurumun üzərinə həvalə etmir. Beləliklə, hər hansı qanunvericilik aktında konkret olaraq rəyin X4 Xidməti və Tikintidə X10 Agentliyindən alınması qeyd edilmədiyindən “xxxx” MMC tərəfindən rəyin Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan qurum olan Tikintidə X10 Agentliyindən alması bu sahədə üzərində düşən vəzifəni icra etməsi kimi qiymətləndirilməlidir. Həmçinin qeyd edək ki, rəy vermək səlahiyyəti X4 Xidmətində olmuş olsa belə, Tikintidə X10 Agentliyi tərəfindən ##.##.2024-cü il və ##.##.2024-cü il tarixində rəylər təqdim edilmişdir. Əgər “xxxx” MMC tərəfindən yanğına qarşı standartları, normaları və qaydaları tələbləri yerinə yetirilməyibsə, niyə təqdim edilən rəydə rəyin nəticə hissəsindən əvvəl irad yoxdur, “iradlar işçi qaydada aradan qaldırılmışdır barədə qeyd edilmişdir? X5 Nazirliyinin 2 bərabər hüquqlu struktur qurumundan gedir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il ## ###### tarixli Fərmanı ilə təsdiq edilmişdir “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları” Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Agentliyinin nəzdində fəaliyyət göstərən Təsisatdankənar Dövlət Ekspertiza Baş Idarəs itərəfindən müəyyən obyektin tikintisi (inşası, əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əsasən hazırlanmış tikinti layihəsinin ekspertizadan keçirilməsi mexanizmini müəyyən edir. Qaydaların 2.1.1-ci maddəsinə əsasən, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, o cümlədən yanğın təhlükəsizliyi tələblərinə uyğunluğunun yoxlanılması baxımından ekspertizanın keçirilməsi zəruridir. Beləliklə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Agentliyinin nəzdində fəaliyyət göstərən Təsisatdankənar Dövlət Ekspertiza Baş Idarəsinin yanğın təhlükəsizliyi tələblərinə uyğunluğunun yoxlanılması baxımından ekspertizanın aparılması səlahiyyəti qanunvericiliklə müəyyən edilsə də, əlavə olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X4 Xidmətindən ayrıca rəy alınmasının hansı normativ hüquqi aktla məcburi müəyyən edildiyi iş materialları ilə sübuta yetirilməmişdir. Həm aidiyyəti qurumun cavabında, həm də məhkəmə qərarında belə öhdəliyi birbaşa nəzərdə tutan konkret norma göstərilməmişdir. Inzibati məsuliyyətin tətbiqi isə yalnız qanunla açıq şəkildə müəyyən edilmiş öhdəliyin pozulması halında mümkündür. Müvafiq rəyin alınmasının məcburi olması və həmin rəyin məhz X4 Xidməti tərəfindən verilməli olduğu normativ qaydada müəyyən edilmədiyi halda, belə rəyin alınmamasına görə inzibati məsuliyyət tədbirinin tətbiqi hüquqi müəyyənlik və qanunçuluq prinsiplərinə ziddir. Beləliklə, məhkəmə tərəfindən AR FHNinTikintidə X10 AgentliyininTəsisatdankənar Dövlət Ekspertiza Baş Idarəsinin verdiyi ekspertiza rəylərində yanğın təhlükəsizliyi üzrə iradların aradan qaldırılması, həmin rəylərin səlahiyyətli şəxslər tərəfindən imzalanması, layihənin ekspertizadan keçirilməsi zamanı sahibkarın qanuni prosedurlara əməl etməsi nəzərə alınmamış və ayrıca X4 Xidmətindən rəy alınmasının sahibkar üçün məcburi öhdəlik kimi hansı normativ aktda birbaşa göstərilməsi dəqiqləşdirilməmişdir. Bu hallar araşdırılmadan yalnız protokol və yoxlama aktı əsasında inzibati məsuliyyətin tətbiq edilməsi işin hərtərəfli, tam və obyektiv araşdırılması prinsipinə uyğun deyildir. Bu səbəbdən də “xxxx” MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur. Şikayətə əlavə onunla əsaslandırılmışdır ki, 1. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qanuni qüvvəyə minmiş qərarı ilə iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılarkən aşağıdakı məcburi göstərişlər verilmişdir:, “...müvafiq rəyin verilməsi səlahiyyətinin müstəsna olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hansı qurumuna aid olmasını söylemək mümkün deyildir.”,“... Tikintidə X10 Agentliyi tərəfindən verilmiş rəyə və rəyin mötəbərliyi məsələsinə də birinci instansiya məhkəməsi tərəfindən hər hansı münasibət bildirilməmiş və qiymət verilməmişdir.”,“...inzibati xəta haqqında iş yenidən mütəxəsislərin iştirakı ilə araşdırılıb baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.” Birinci instansiya məhkəməsi yuxarı instansiyanın bu qəti və məcburi göstərişlərinə tabe olmamışdır. Məhkəmə işi mütəxəssislərin iştirakı ilə araşdırmamış, rəyə qol çəkən ekspertləri dindirməmiş və müəssisənin əldə etdiyiyi rəsmi dövlət ekspertizası rəyinin hüquqi mötəbərliyinə qiymət verməmişdir. Hakim yuxarı instansiyanın qərarının ruhunu və prinsiplərini heçə sayaraq, yalnız Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) göndərdiyi ümimi ifadələri əks etdirən məktubunu əsas götürməklə kifayətlənmişdir. FHN-in məhkəməni yanıltması və aktiv yanğın sistemlərinin ekspertizası faktı-FHN X4 Xidmətinin (DYNX) məhkəməyə təqdim etdiyi sənədlərdə və ilk instansiya məhkəməsinin qərarında iddia olunur ki, FHN Tikintidə X10 Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş Idarəsi yanğın təhlükəsizliyinə dair“yalnız tikinti norma və qaydalarına” (pilləkən, qapı ölçüləri və s.) baxır, sırf aktiv yanğın sistemlərinə isə guya yalnız DYNX nəzarət edir. Lakin,bu iddia tamamilə əsassızdır və iş materialları ilə ziddiyətlik təşkil edir. “xxxx” MMC-in təqdim etdiyi layihə sənədlərinin “Yanğın təhlükəsizliyi” (YT) bölməsi tam əhatəli mühəndis sistemlərindənsprinkler (avtomatik yanğınsöndürmə), tüstüsovurma, yanğın su çənləri və nasosxana mühəndis qurğularından ibarətdir. FHN-in rəsmi Ekspertiza Baş Idarəsi məhz bu aktiv yanğın sistemlərini incələmiş, layihə üzrə iradlar irəli sürmüş və sonda 15 nəfər rəsmi dövlət ekspertinin imzası ilə “iradlar işçi qaydada aradan qaldırılmışdır” qeydini yazaraq ## ###### 2024-cü il tarixli 37764 nəmriəli və ## ###### 2024-cü il tarixli ***** nömrəli müsbət ekspertiza rəylərini vermişdir.Əgər iddia edildiyi kimi Ekspertiza Baş Idarəsinin bu mühəndis sistemlərinə baxmaq səlahiyyəti yox idisə, layihədəki mürəkkəb yanğın sistemlərinə hansı hüquqi əsasla baxılmış və dövlət adından müsbət rəy formalaşdırılmışdır. Sənəddə "DYNX-dən əlavə razılıq alınmalıdır" kimi heç bir məhdudlaşdırıcı qeyd yazılmadığı üçün, sahibkar bu rəyi tam, kafi və bitkin hüquqi sənəd qəbul etməkdə 100% haqlıdır. Birinci Instansiya Məhkəməsinin öz sorğusuna, suallarına qarşı laqeyd yanaşması və cavabda qanunun təhrif olunması faktı- Sabunçu Rayon Məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması məqsədilə AR Fövqəladə Hallar Nazirliyinə ## #### 2026-cı il tarixli rəsmi sorğu ünvanlamışdır. Həmin sorğuda:1. Ekspertiza rəyinin yanğın təhlükəsizliyi baxımından hüquqi qüvvəsi;2.Ekspertiza rəyi olduqda, əlavə olaraq DYNX-dən ayrıca rəy almaq öhdəliyinin hansı konkret normativ hüquqi aktla nəzərdə tutulması;3. DYNX rəyinin tikintinin məhz hansı mərhələsində tələb olunması kimi həlledici suallar qaldırılmışdır.Sorğuya cavabda qanunun birbaşa təhrif olunması: FHN X4 Xidməti özünün ## #### 2026-cı il tarixli, *-**-*/*-***/**** nömrəli rəsmi cavab məktubunda Azərbaycan Respublikası Prezidentinin ## ###### 2014-cü il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları"nın 2.1.1-ci bəndinin mətnini və mahiyyətini birbaşa təhrif etmişdir. Nazirlik iddia etmişdir ki, Ekspertiza Baş Idarəsi yanğın təhlükəsizliyinə dair yalnız tikinti norma və qaydalarına baxır. Halbuki, adıçəkilən normativ aktın 2.1.1-ci bəndinin hərfi mətnində “...o cümlədən yanğın təhlükəsizliyi tələblərinə uyğunluğunun yoxlanılması baxımından” ifadəsi işlədilmiş və hər hansı daraldıcı məhdudiyyət qoyulmamışdır. Nazirlik qanunun hərfi mənasını təhrif edərək, layihədəki mühəndis-yanğın sistemlərinin ekspertizadan keçməsi faktını gizlətməyə çalışmışdır.Prosessual pozuntu və məhkəmənin laqeydliyi: FHN-in cavab məktubunda məhkəmənin irəli sürdüyü həlledici suallara (DYNX rəyinin məhz hansı konkret normativ aktla tələb olunması) heç bir birbaşa, konkret və sanksiyası olan maddə göstərilməmiş, məsələnin ətrafından yan keçilmişdir. Birinci instansiya məhkəməsi isə dövlət adından göndərdiyi sualların cavabsız qalmasına və qanunvericilik mətninin nazirlik tərəfindən açıq şəkildə təhrif edilməsinə tamamilə laqeyd yanaşmışdır. Hakimin FHN-in heç bir hüquqi bazası olmayan ümumi mülahizələri ilə kifayətlənməsi, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması barədə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinin tələblərini birbaşa pozmuşdur. Azərbaycan Respublikası Prezidentinin **** nömrəli Fərmanının ("Vahid Pəncərə" Dövlət Siyasəti) kobud şəkildə pozulması FHN öz cavabında “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 1997-ci ilə aid köhnə müddəalarına istinad edərək sahibkarın təkrarən qapı-qapı düşüb ayrıca sənəd almalı olduğunu iddia edir, ilk instansiya məhkəməsi də bu əsassız yanaşmanı dəstəkləyir. Lakin hakim ən son və xüsusi normativ aktı görməzdən gəlmişdir. Hüquqi əsas: Azərbaycan Respublikası Prezidentinin ## ###### 2023-cü il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi”nin 1.1ci və 3.1-ci bəndlərinə görə, tikintiyə icazə icraatı çərçivəsində bütün rəylərin elektron formada X6 (VITS) vasitəsilə vahid məkandan idarə olunması imperativ prinsip kimi bəyan edilmişdir.Həmin Əsasnamənin 6.1.13-cü bəndində açıq şəkildə göstərilir ki, Fövqəladə Hallar Nazirliyinin (tikinti layihəsinin yanğın təhlükəsizliyi tələblərinə uyğunluğu baxımından) rəylərinə dair məlumatlar vahid sistemdə əks olunmalıdır.Qanunverici rəy verən tərəf kimi FHN-in daxili şöbələrini (DYNX və ya Ekspertiza) müstəqil subyekt kimi deyil, bütövlükdə Fövqəladə Hallar Nazirliyini (vahid dövlət orqanı kimi) tanıyır. Layihə sistemə yüklənmiş və FHN-in səlahiyyətli qurumu tərəfindən yanğın təhlükəsizliyi baxımından hüquqi qüvvəyə malik müsbət rəy verilmişdir. FHN-in öz daxili strukturları arasında elektron inteqrasiyanın və məlumat mübadiləsinin qurulmaması sahibkarın üzərinə hüquqi məsuliyyət və cərimə riskləri qoya bilməz. Bu yanaşma "Vahid Pəncərə" dövlət siyasətinin birbaşa sındırılmasıdır.. "Öz hərəkətinə zidd çıxma qadağası" (Venire contra factum proprium) və etibarın müdafiəsi prinsipi- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarlarında dəfələrlə vurğulanmış "hüquqi müəyyənlik" və "vətəndaşın dövlət orqanının aktına olan etibarının müdafiəsi" prinsipləri mövcuddur.Dövlət özünün səlahiyyətli mərkəzi strukturu (FHN Ekspertiza Baş Idarəsi) vasitəsilə sahibkara hüquqi qüvvəyə malik rəsmi sənəd təqdim edibsə və bu sənəddə yanğın təhlükəsizliyi məsələlərinin tam həll olunduğunu rəsmən bəyan edibsə, sonradan eyni dövlət qurumu (FHN DYNX) özünün digər strukturunun verdiyi hüquqi sənədi yox sayaraq sahibkarı cəzalandıra bilməz.FHN-in bir idarəsinin "müsbət və qanuni" dediyi əmələ digər idarəsinin "inzibati xəta" predmeti kimi baxması sahibkarın dövlət sənədinə olan etibarını kökündən sarsıdır. Dövlət daxili ziddiyyətlərin hüquqi bədəlini sahibkar cərimə ilə ödəməməlidir.Inzibati Xətanın subyektiv tərəfinin (Təqsirin) və maddi tərkibinin olmaması- Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü (Inzibati xətaların qarşısının alınması prinsipləri) və 5-ci (Təqsir prinsipi) maddələrinə əsasən, şəxs yalnız o zaman inzibati məsuliyyətə cəlb edilə bilər ki, onun əməlində təqsir (qəsd və ya ehtiyatsızlıq) elementi qanuni qaydada sübuta yetirilsin.Inzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinin maddi dispozisiyası “yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsini” cəzalandırır. Iş materiallarında olan müsbət ekspertiza rəyi və layihənin YT bölməsi sübut edir ki, MMC yanğına qarşı bütün standartları tam yerinə yetirmiş, layihəsində sprinkler və tüstüsovurma sistemlərini tam qanuni layihələndirərək dövlət təsdiqindən keçirmişdir.Dövlətin rəsmi sənədinə və onun gətirdiyi hüquqi nəticəyə tam güvənən sahibkarın hərəkətlərində qanun pozuntusu törətmək niyyəti (subyektiv təqsir) ümumiyyətlə mövcud olmamışdır. Ortada bir inzibati xəta tərkibi deyil, dövlət orqanının daxili idarəetmə və koordinasiya boşluğu mövcuddur. FHN rəhbərliyinin rəsmi tədbirdəki bəyanatı və təqsirsizlik sübutu-2026-cı ilin “Şəhərsalma və Memarlıq Ili” elan edilməsi və Bakıda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumuna (WUF13) hazırlıq çərçivəsində, ## ### 2026-cı il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN)inzibati binasında genişmiqyaslı rəsmi maarifləndirmə və müzakirə tədbiri keçirilmişdir. Bütün səlahiyyətli qurumların iştirakı: Həmin rəsmi görüşdə ölkədə tikinti fəaliyyətinə birbaşa aidiyyəti olan, layihələri yoxlayan və rəy bildirən bütün müvafiq dövlət qurumlarının ən yüksək səlahiyyətli rəhbər heyəti tam tərkibdə iştirak etmişdir. Tədbirdə FHN-in Tikintidə X10 Agentliyi (TTNDA), X4 Xidməti (DYNX), Dövlət Ekspertiza Baş Idarəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də şəhərsalma işçiləri və Azərbaycan Memarlar Ittifaqının rəhbər şəxsləri hazır bulunmuşlar.Həmin rəsmi görüşdə “xxxx” MMC-nin direktoru X8 tərəfindən hazırda məhkəmə mübahisəsi predmeti olan "Ekspertiza rəyi olduğu halda DYNX-dən ayrıca layihə razılaşdırılmasının tələb edilməsi" ziddiyyəti barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin müavini Cavanşir Xanlarova və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Nərmin Hümbətovaya birbaşa sual ünvanlanmışdır. Dövlət Səviyyəsində rəsmi etiraf və ziddiyyət: Iş materiallarında olan ## #### 2026-cı il tarixli, *-**-*/*-***/**** nömrəli rəsmi məktubla məhkəməyə iddia olunan prosedurları əsaslandırmağa çalışan DYNX-nin rəis müavini Ramil Abbasov, tikinti sektoruna rəy verən bütün dövlət orqanlarının rəhbər heyətin və nazirlik rəhbərliyinin önündə tamam fərqli mövqe nümayiş etdirərək rəsmən və qəti olaraq bəyan etmişdir ki: “Biz bu layihə razılaşdırmalarını sahibkarlardan tələb etmirik, bu, yəqin ki, sahə müfəttişlərinin səhvidir”.Tikintiyə rəy bildirən bütün dövlət təsisatlarının rəhbərlərinin şahidliyi ilə Xidmətin rəis müavini tərəfindən bu tələbin qanunsuz bürokratik maneə və "müfəttişlərin fərdi səhvi" adlandırılması, sahibkarın əməlində heç bir inzibati xəta tərkibinin və subyektiv təqsirin olmadığını dövlət səviyyəsində rəsmən sübüta yetirir. Inzibati orqanın ziddiyyətli davranışının və "Hüquqi Müəyyənlik" prinsipinin pozulması- "Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü (Qanunçuluq prinsipi) və 13- cü (Etimadın müdafiəsi prinsipi) maddələrinə əsasən, inzibati orqanların fəaliyyəti fiziki və hüquqi şəxslər üçün aydın, proqnozlaşdırıla bilən, ədalətli və ziddiyyətsiz olmalıdır.Hazırkı işdə FHNin rəsmi məktubunda layihənin DYNX ilə "hökmən razılaşdırılmalı" olduğu iddia edildiyi halda, eyni xidmətin rəis müavini Ramil Abbasov genişmiqyaslı rəsmi dövlət tədbirində bunun tamam əksini bəyan etmişdir. Inzibati orqanın eyni məsələyə dair iki fərqli, bir-birini təkzib edən rəsmi mövqe nümayiş ettirməsi "Hüquqi müəyyənlik" prinsipini kökündən pozur.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarlarında təsbit olunmuş hüquq prinsiplərinə görə, dövlət orqanlarının aktları və rəsmi mövqeləri arasındakı ziddiyyətlər, eləcə də qanunvericilikdəki qeyri-müəyyənliklər sahibkarın (vətəndaşın) əleyhinə şərh edilə və ona məsuliyyət yarada bilməz. Dövlət qurumunun öz daxilində vahid mövqe formalaşdıra bilməməsinin hüquqi nəticəsi cərimə növündə sahibkara yüklənə bilməz. Bu hal IXM-nin 518.3cü maddəsi ilə icraatın aparılmasını istisna edir və xitam üçün mütləq əsasdır. Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci Maddəsi və Tikintiyə Icazə Icraatının "Vahidlik" prinsipi-Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci və 75.6-cı maddələrinə əsasən, tikintiyə icazə verən orqan layihə sənədlərini rəy bildirilməsi üçün aidiyyəti qurumlara, o cümlədən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə göndərir. Məcəllənin 75.7-ci maddəsinə görə, rəy bildirməli olan müvafiq icra hakimiyyəti orqanları layihə barədə bütöv və vahid rəy təqdim etməlidirlər. Qanunvericilik rəy sorğusu ünvanlanan mərkəzi icra hakimiyyəti orqanının (FHN) daxili strukturlarını (DYNX və ya Ekspertiza Baş Idarəsini) ayrı-ayrılıqda müstəqil hüquqi subyekt kimi tanımır."xxxx" MMC-nin layihə sənədlərinə FHN-in Tikintidə X10 Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş Idarəsi tərəfindən ##.##.2024-cü il tarixli ***** nömrəli və ##.##.2024-cü il tarixli ***** nömrəli rəsmi müsbət rəylər verilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə, FHN-in bir strukturu tərəfindən verilən rəy bütövlükdə nazirliyin rəsmi və yekun mövqeyi hesab olunur. Nazirliyin daxili qurumlarının öz aralarında səlahiyyət bölgüsü apara bilməməsi və qanunvericilikdə nəzərdə tutulmuş "vahid rəy" prinsipini daxildə təmin etməməsi, sahibkarın üzərinə əlavə qapı-qapı düşmək öhdəliyi qoya bilməz. Məcəllənin imperativ normaları qarşısında DYNX-nin ayrıca razılaşdırma tələb etməsi və buna görə IXm-nin 518.3-cü maddəsi ilə cərimə tətbiq olunması birbaşa Şəhərsalma və Tikinti Məcəlləsinin sistemli prinsiplərinə kökündən ziddir.Köhnə ümumi qanunvericilik normalarının yeni və xüsusi normativ aktlarla əvəzlənməsi faktı (Xronoloji və Hüquqi Üstünlük)AR FHN X4 Xidməti özünün ## #### 2026-cı il tarixli, *-**-*/*-***/**** nömrəli rəsmi cavab məktubunda sahibkarın məsuliyyətini 1997-ci ildə qəbul olunmuş “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun ümumi müddəalarına istinadən əsaslandırmağa çalışır. Lakin birinci instansiya məhkəməsi hüququn “Lexposterior derogat legi priori” (Sonrakı qanun əvvəlki qanunu üstələyir) və “Lex specialis derogat legi generali” (Xüsusi normativ akt ümumi aktdan üstündür) kimi fundamental prinsiplərini kobud şəkildə heçə saymışdır. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2014-cü il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları” sırf tikinti sahəsində layihələrin təhlükəsizlik mexanizmini tənzimləyən daha yeni və xüsusi (spesifik) dövlət aktıdır. Həmin Qaydaların 2.1.1-ci bəndinə əsasən tikintisinə icazə tələb olunan obyektlərin layihələrinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin, o cümlədən yanğın təhlükəsizliyi tələblərinə uyğunluğunun yoxlanılması məcburi instansiya kimi məhz FHN-in Tikintidə X10 Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş Idarəsinə həvalə olunmuşdur.Sahibkar dövlətin ən son qanunvericilik prinsiplərinə tam əməl edərək, layihəsini 2014-cü il tarixli *** saylı Prezident Fərmanının mexanizminə uyğun olaraq rəsmi ekspertizadan keçirmişdir. Sahibkarın 2014-cü ilin xüsusi fərmanı ilə müəyyən edilmiş vəzifələri tam icra etdiyi halda, 1997-ci ilin köhnə və ümumi xarakterli qanun maddələrinə istinad edilərək "ayrıca daxili sənəd almayıb" bəhanəsi ilə cərimələnməsi hüququn xronoloji ardıcıllıq prinsiplərinə tamamilə ziddir və qərarın ləğvini tələb edir. FHN X4 Xidmətinin öz əsasnaməsinə görə layihə Incələmə səlahiyyətinin "seçmə" xarakter daşıması- Azərbaycan Respublikası Prezidentinin ## ###### 2006-cı il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X4 Xidməti haqqında Əsasnamə”nin 8.25-ci bəndinə əsasən, xidmətin birbaşa vəzifəsi: “layihə və layihə-axtarış işlərini aparan müəssisələrdə hazırlanan layihə-smeta sənədlərinə yanğın təhlükəsizliyi baxımından seçmə yolu ilə nəzarət etməkdir”. Dövlət başçısının fərmanı ilə təsdiq edilmiş bu rəsmi əsasnamə açıq şəkildə bəyan edir ki, DYNX ölkədəki bütün layihələri mütləq şəkildə qəbul edib tək-tək möhürləməli deyil, onun funksiyası sadəcə "seçmə yolu ilə" (random) ümumi nəzarəti həyata keçirməkdir. Qanunvericilik hər bir sahibkarın üzərinə mütləq qaydada gedib DYNX-dən təkrarən daxili rəy almaq öhdəliyi qoymur. "xxxx" MMC-in layihəsi isə artıq dövlətin rəsmi ekspertizasından keçmişdir. DYNX-nin öz daxili "seçmə nəzarət" funksiyasını icra etməməsini və ya öz daxili strukturları ilə koordinasiya qura bilməməsini sahibkarın üzərinə "qanun pozuntusu" kimi yıxaraq IXM-nin 518.3-cü maddəsi ilə cərimə tətbiq etmək tamamilə əsassızdır. Tikintinin dayandırılması səlahiyyəti ilə "cərimə" səlahiyyətinin qarışdırılması -Azərbaycan Respublikası Prezidentinin ## ###### 2006-cı il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X4 Xidməti haqqında Əsasnamə”nin 9.7-ci maddəsində DYNX-yə tikinti zamanı normalar pozulduqda “binaların tikintisini, istismarını tamamilə və ya qismən dayandırmaq barədə qərar qəbul etmək” hüququ verilir. DYNX-nin əsasnaməsi onlara "bəhanə tapıb birbaşa cərimə yazmaq" hüququ vermir. Onların əsas vəzifəsi tikintidə real yanğın təhlükəsi gördükdə "tikintini dayandırmaq" və ya "yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi haqqında rəsmi göstəriş verməkdir" (Əsasnamənin 8.10cu bəndi). Hazırkı işdə isə müfəttişlər gəlib tikintini dayandırmayıblar (çünki layihədə sprinkler və tüstüsovurma var, real təhlükə yoxdur), heç bir rəsmi icrası məcburi olan "göstəriş" də verməyiblər. Onlar birbaşa IXM-nin 518.3-cü maddəsi ilə cərimə protokolu tərtib ediblər. "Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları"nın 1.2 və 1.9.12-ci bəndlərinin tələblərinin təhlili-qaydaların 1.2-ci bəndinin hərfi mətni: “1.2. Yanğın Təhlükəsizliyi təmin edilərkən qaydalarla bərabər, standartlar, tikinti norma və qaydaları, texnoloji layihələşdirmə normaları, həmçinin müəyyən edilmiş qaydada təsdiq olunmuş digər normativ sənədlər rəhbər tutulmalıdır.” (Azərbaycan Respublikası Ədliyyə Nazirliyində ## ### 2001-ci il tarixdə 2693 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış "Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları"). FHN X4 Xidmətinin təsdiq etdiyi bu Qaydaların 1.2-ci bəndi birbaşa imperativ olaraq tələb edir ki, yanğın təhlükəsizliyi məsələsində Tikinti Norma və Qaydaları (TNQ) və digər normativ sənədlər əsas götürülməlidir. "xxxx" MMC də məhz bu tələbə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları" əsasında FHN-in öz Ekspertiza Baş Idarəsinden rəsmi müsbət rəy almışdır. Bu o deməkdir ki, tikinti və layihə qanunvericiliyinə əməl etməklə elə bu Qaydaların 1.2-ci bəndinin tələbini tam yerinə yetirilmişdir. Qaydaların 1.9.12-ci bəndinin hərfi mətni: “1.9.12. Hüquqi şəxsin (müəssisənin) əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədlərini X4 Orqanları ilə razılaşdırmaq...” FHN-in bu rəsmi Qaydalarının 1.9.12-ci bəndi layihənin DYNX ilə ayrıca razılaşdırılması öhdəliyini yalnız və yalnız mövcud binanın "əsaslı təmiri, yenidən qurulması (rekonstruksiyası) və genişləndirilməsi" halları üçün tələb edir. Layihə isə yeni tikilən (inşa olunan) yaşayış binasıdır. Qanunverici yeni tikinti üçün bu bənddə təkrar və ayrıca razılaşdırma öhdəliyi qoymayıb. “FHN DYNX-nin hüquqlarını təsbit edən 25-ci maddə açıqaşkar sübut edir ki, yanğın nəzarəti orqanı tikinti layihələrini məcburi və bütöv şəkildə deyil, yalnızca "seçmə yolu ilə" yoxlamaq hüququna malikdir. Əgər qanunvericilik hər bir sahibkarın layihəsinin mütləq şəkildə DYNX ilə ayrıca razılaşdırılmasını tələb etsəydi, bu maddədə "seçmə yolu ilə yoxlama" deyil, "bütün layihələrin məcburi daxili razılaşdırılması" ifadəsi işlədilərdi. Dövlət Ekspertizasından (TTNDA) müsbət rəy almış sahibkarın layihəsinin təkrar DYNX-yə göndərilməməsi heç bir halda IXM-nin 518.3-cü maddəsinin dispozisiyası çərçivəsində yanğın təhlükəsizliyi qaydalarının "yerinə yetirilməməsi" və ya "pozulması" kimi tövsif oluna bilməz. Apellyasiya baxışı zamanı protokolu tərtib edən şəxs X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, hazırki iş üzrə inzibati protokol tərtib edilərkən həmin tikilidə yaşayışın olmadığını, işçi qüvvəsinin fəaliyyət göstərdiyini və binanın ikinci mərtəbəsinin tikintisi mərhələsində olduğunu bildirmişdir. Məhkəmə iclasında hüquqi şəxsin nümayəndələri Vəkil və X3 şikayətin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında inzibati orqanın nümayəndəsi nümayəndə1, şikayətin dəlillərinin əsassız olduğunu qeyd edərək, təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayəti inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, tərəflərin çıxışını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, ilk növbədə verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Odur ki, apellyasiya instansiyası məhkəməsi inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi ilə bağlı kifayət qədər dəlillərin mövcudluğunu nəzərə alır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə- fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən X4 dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. X4 tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır. Sahibkarlara münasibətdə X4 “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumu X4nin aparılması ilə bağlı digər hüquqlarla yanaşı aşağıdakı hüquqlara malikdir: 1) dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq; 2) dövlət orqanlarına, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlara və onların vəzifəli şəxslərinə, eləcə də vətəndaşlara yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi haqqında göstərişlər vermək; 3) yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müayinələr aparmaq; 4) tikinti meydançalarını (trasları) seçən komissiyaların, habelə tikintisi (yenidən qurulması) başa çatmış obyektləri qəbul edən komissiyaların işində həlledici səs hüquqi ilə iştirak etmək; 5) yanğınların törənməsi və insanların təhlükəsizliyi üçün qorxu yaradan yanğın təhlükəsizliyi tələblərinin pozulması haqqında məlumat olduqda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada vətəndaşların yaşayış yerlərinə və başqa tikililərinə, torpaq sahələrinə daxil olmaq; 6) müəssisələrin, binaların, qurğuların və başqa obyektlərin tikintisinə, əsaslı təmirinə, yenidən qurulmasına, genişləndirilməsinə və yeni texnika ilə təchiz edilməsinə dair layihəsmeta və şəhərsalma sənədlərini yanğın təhlükəsizliyi tələblərinə əməl olunması baxımından nəzərdən keçirmək və razılaşdırmaq. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X4 Xidməti haqqında” Əsasnamənin 8.15-ci və 8.16-cı bəndlərinə əsasən müəssisələrin, binaların, qurğuların və digər obyektlərin tikintisinə, əsaslı təmirinə, yenidən qurulmasına, genişləndirilməsinə və texniki cəhətdən dəyişdirilməsinə dair şəhərsalma və layihə-smeta sənədlərini yanğın təhlükəsizliyi tələblərinə əməl olunması baxımından razılaşdırmaq, həmçinin tikinti meydançalarının (trasların) seçilməsi və tikintisi başa çatmış obyektlərin istismara qəbulu üzrə yaradılmış komissiyaların tərkibində Nazirlik adından həlledici səs hüququ ilə iştirak etmək, torpaq sahələrinin tikinti məqsədləri üçün ayrılması mərhələsində yanğın təhlükəsizliyi baxımından həmin sahələrin ayrılmasının mümkünlüyü barədə rəy vermək Xidmətin vəzifələrinə aiddir. Inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən “xxxx” MMC-yə münasibətdə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi “xxxx” MMC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.3, 32 və 33-cü maddələrinin tələblərini nəzərə almışdır. Qeyd olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun sayır və qeyd edir ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarının müqayisəli şəkildə təhlilinə, həmçinin maddi və prosessual hüquq normalarına əsaslanaraq qanuni və əsaslı qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, qanunvericiliyin tələblərini və işin həqiqi hallarını nəzərə alan apellyasiya instansiyası məhkəməsi hesab edir ki, “xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olmaqla, təyin edilmiş inzibati tənbehin həddinə münasibətdə ədalətlidir. Bu səbəbdən qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-134.1.1ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. “xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə təqsirli bilinərək, 2.000 (iki min) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1667/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1667/2026
25.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver