Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1724/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Boroyev Əli Əhməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin nümayəndəsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 iştirakı ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «xxxx» MMC barəsində tərtib etdiyi ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim Afət Quliyeva) barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6000 (altı min) manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Qərardan, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 215.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, məhkəmənin sübut kimi qiymətləndirdiyi dəlillər yalnız işə aidiyyəti olmayan mütəxəssis kimi şahid ifadəsindən ibarətdir. Həmçinin məhkəmə qərarının əsaslandırıcı hissəsindən görünür ki, işə baxan hakim yalnız şahid ifadələrinə əsaslanmaqla belə bir nəticəyə gəlmişdir. Yəni hazırki qərarın qəbul edilməsi üçün məhkəmənin əsaslandığı digər heç bir sübut mövcud olmamışdır. Bundan başqa. Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzi tərəfindən ##.##.2026-cı il tarixdə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-də keçirilmiş yoxlama zamanı həmin klinikada ümumi cərrah ixtisası üzrə çalışan həkim-cərrah X2 və X3 müvafiq sertifikasiya olmadan “ürək damar cərrahiyyəsi” işi üzrə (filebologiya) praktik tibb fəaliyyətinə buraxılması faktı göstərilmişdir. Qeyd etmək lazımdır ki, aşağı ətraf venalarının varikoz xəstəliyinin diaqnostikası və cərrahi müalicəsi Ümumi Cərrahiyyə ixtisasının tərkib hissəsinə daxildir. Varikoz xəstəliyinin müalicəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Ümumi Cərrahiyyə üzrə rezidentura təhsil proqramına daxil edilmiş və həmin proqramda varikoz vena əməliyyatları ayrıca mövzu kimi öz əksini tapmışdır ( “Ümumi Cərrahiyyə üzrə rezidentura proqrammı”, səhifə 26). Bu hal birbaşa olaraq göstərir ki, venoz patologiyaların cərrahi müalicəsi ümumi cərrahın nəzəri və praktik hazırlıq sahəsinə daxildir. Bundan əlavə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ##### 2013-cü il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Aşağı ətraf venalarının xroniki pozğunluqlarının diaqnostikası və müalicəsi üzrə Klinik Protokol”da venoz əməliyyatların həm damar cərrahı, həm də ümumi cərrah tərəfindən icra oluna bilməsi birbaşa göstərilmişdir (səhifə 28, 2-ci abzas). Azərbaycan Respublikasının “Əhalinin sağlamlığının qorunması haqqında” Qanununa, həmçinin tibbi fəaliyyətin təşkili ilə bağlı normativ hüquqi aktlara əsasən, ümumi cərrahın fəaliyyəti insan orqanizminə cərrahi müdaxilələrin həyata keçirilməsini, o cümlədən damar və venoz patologiyalar üzrə tibbi müdaxilələri əhatə edir. Bundan əlavə, Azərbaycan Respublikasında klinik protokolların tətbiqi və hazırlanması Səhiyyə Nazirliyinin müvafiq normativ qaydaları əsasında həyata keçirilir. Tibbi praktikada aşağı ətraf venalarının varikoz xəstəliyinin cərrahi müalicəsi damar və ümumi cərrahiyyənin istiqamətlərindən biri kimi qəbul edilir. Eyni zamanda, varikoz xəstəliyinin cərrahi müalicəsi ilə bağlı mövzuların Ümumi Cərrahiyyə üzrə sertifikasiya imtahanlarının test proqramına daxil edilməsi də həmin fəaliyyət sahəsinin ümumi cərrahiyyənin ayrılmaz hissəsi olduğunu təsdiq edir. Azərbaycan Tibb Universitetinin Cərrahi Xəstəliklər kafedrası tərəfindən hazırlanmış “X1 X8” adlı metodik vəsaitdə də venoz xəstəliklərin müalicəsinin ümumi cərrahların fəaliyyət sahəsinə aid olduğu göstərilmişdir. Eyni zamanda, ümumi cərrahiyyə üzrə təhsil və rezidentura proqramlarında damar patologiyaları və venoz xəstəliklərin cərrahi müalicəsi üzrə nəzəri və praktik hazırlıq nəzərdə tutulur. Bu səbəbdən varikoz əməliyyatlarının həyata keçirilməsi ümumi cərrahın peşə faəliyyətinin hüdudlarından kənar hesab edilə bilməz. Varikoz xəstəliyi ilə bağlı aparılan əməliyyat və tibbi müdaxilələr tibbi praktikada ümumi cərrahiyyənin istiqamətlərindən biri hesab olunur və qanunvericilikdə belə müdaxilələrin həyata keçirilməsi üçün ayrıca “varikoz cərrahı” və ya ayrıca fərdi lisenziya tələbini müəyyən edən imperativ norma mövcud deyildir. Azərbaycan Respublikası İXM 215.4-cü maddəsinin dispozisiyasında sadalanan xüsusatlara nəzər yetirək: Həmin maddəyə əsasən Ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Deməli burada biz 2 məsləyə xüsusi diqqət yetirməliyik: 1. Ali və ya orta tibb təhsili olan şəxsin sertfikasiyadan keçib-keçməməsinə; 2. həmin şəxsin praktiki tibb əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malik olub-olmamasına. Konkret halda hazırkı protokolun tərtib edilməsi üçün əsas göstərilən həkim cərrahların hər ikisi ali tibb təhsilinə malik olmaqla onların ümumi cərrah kimi sertifikasiyadan keçmələrinə və həmin sertifikatların yoxlama aparılan dövrdə və hazırda da qüvvədə olması işin mübahisəsiz halıdır. Məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 şikayətin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin şəxsin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri əsasında inzibati iş üzrə toplanmış icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını nəzərə alaraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslı hesab edir. Belə ki, hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi, məhkəmədə tədqiq olunmuş inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi toplanmış sübutlara məcmu halında düzgün hüquqi qiymət vermiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir ki, bu məsələyə dair məhkəmənin gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur. Apellyasiya qaydasında araşdırılmış iş materiallarına əsasən, hüquqi şəxsə münasibətdə inzibati xəta faktının olmaması haqqında şikayətin dəlilləri əsassızdır və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanunla istisna edən hallar iş üzrə müəyyən olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarının mübahisələndirilməsi ilə bağlı şikayətdə qeyd olunan dəlillər, iş materialları və məhkəmədə tədqiq olunmuş mümkün sübutların məcmusu, habelə qanunvericiliyinin tələbləri ilə müqayisədə təkzib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Apellyasiya qaydasında aparılmış araşdırmanın nəticələrinə əsasən, birinci instansiya məhkəməsi, məhkəmədə araşdırılmış sübutlara və iş materiallarına düzgün hüquqi qiymət vermiş, xətanın müəyyən edilməsi məqsədilə işin hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin inzibati məsuliyyətə cəlb edilərək, tənbeh edilməsinin əsaslarını düzgün müəyyənləşdirmişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan mümkün sübutları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Odur ki, şikayətin dəlillərinin iş materialları ilə təkzib olunduğunu və inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi ilə bağlı kifayət qədər dəlillərin mövcudluğunu nəzərə alır. İnzibati iş üzrə, inzibati orqan və birinci instansiya məhkəməsi tərəfindən prosessual qaydalara əməl olunmuş, qanun pozuntularına yol verilməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi “X5” MMC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 4, 6, 8, 9.1, 12.1, 21, 22, 31.3, 32 və 33-cü maddələrinin tələblərini və inzibati tənbehin həddini qanunvericiliyin tələbləri baxımından düzgün nəzərə almışdır. Qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarının müqayisəli təhlili göstərir ki, birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, şikayət təmin edilməməli və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinərək 6000 (altı min) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinərək 6.000 (altı min) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1724/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1724/2026
19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver