Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1825/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 Oruc qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq MÜƏYYƏN EDİLDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC) Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidməti tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. Qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı əsassızıdır və qanunvericiliyin tələblərinin pozulmasına səbəb olmuşdur. İşə baxan məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətini hansı sübut əsasında təqsirli hesab etdiyini əsaslandırmamışdır. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan protokol tərtib etmiş X1 izahatından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, A.Əliyev və C.Səlimov küçələrinin kəsişməsində yerləşən və inşaatı davam etdirilən hündürmərtəbəli tikilməkdə olan yaşayış binası ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməmiş və mövcud olan ilkin yanğınsöndürmə vasitələrinin istismar müddəti bitmiş lakin yeniləri ilə əvəz edilməməsi, tikilməkdə olan yaşayış binasında çalışan işçilərin yanğına qarşı təlimatlandırılması barədə "Təlimat Jurnalı" tərtib edilməməsi, tikilməkdə olan yaşayış binasının ərazisində və tikinti sahəsində olan taxta konstruksiyalara yanğına qarşı məhlul hopdurulmaması, tikilməkdə olan yaşayış binasının gözlə görünən yerlərində yanğın təhlükəsizliyi xidmətinin çağırış telefon nömrələrini bildirən göstərici lövhələr asılmaması, tikilməkdə olan yaşayış binası qadağanedici və bildirici nişanlarla təmin edilməməsi, tikilməkdə olan yaşayış binasının mərtəbələrində baş verə biləcək yanğınların söndürlməsi üçün müvəqqəti su ehtiyatı yaradılmaması, tikilməkdə olan yaşayış binasına cəkilmiş elektrik xətləri elektrik qurğularının quraşdırılması qaydalarına uyğun çəkilməməsi faktı aşkar edilmişdir. Bundan sonra yoxlamanın nəticələrinə dair eyni tarixli yanğın-texniki müayinə aktı tərtib edilmiş və müvafiq qərarla inzibati iş üzrə icraata başlanılması qərara alınmışdır. Bununla da, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsinin tərkib əlamətləri aşkar edildiyindən onun barəsində ## ##### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin ## ##### 2026-cı il tarixli “Yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə” qərardan müəyyən edilir ki, ## ##### 2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, A.Əliyev və C.Səlimov küçələrinin kəsişməsində yerləşən və inşaatı davam etdirilən hündürmərtəbəli yaşayış binasında qanunvericiliyə əsasən yanğın təhlükəsizlik qaydalarına riayət edilməsi vəziyyətinin yoxlanışdan keçirilməsi zamanı tikilməkdə olan yaşayış binası ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməmiş və mövcud olan ilkin yanğınsöndürmə vasitələrinin istismar müddəti bitmiş lakin yeniləri ilə əvəz edilməməsi, tikilməkdə olan yaşayış binasında çalışan işçilərin yanğına qarşı təlimatlandırılması barədə “Təlimat Jurnalı” tərtib edilməməsi, tikilməkdə olan yaşayış binasının ərazisində və tikinti sahəsində olan taxta konstruksiyalara yanğına qarşı məhlul hopdurulmaması, tikilməkdə olan yaşayış binasının gözlə görünən yerlərində yanğın təhlükəsizliyi xidmətinin çağırış telefon nömrələrini bildirən göstərici lövhələr asılmaması, tikilməkdə olan yaşayış binası qadağanedici və bildirici nişanlarla təmin edilməməsi, tikilməkdə olan yaşayış binasının mərtəbələrində baş verə biləcək yanğınların söndürülməsi üçün müvəqqəti su ehtiyatı yaradılmaması, tikilməkdə olan yaşayış binasına cəkilmiş elektrik xətləri elektrik qurğularının quraşdırılması qaydalarına uyğun çəkilməməsi faktı aşkar edilmişdir. Beləliklə, göstərilən qaydaların pozulması aşkar edilmişdir Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 135-ci maddələri rəhbər tutularaq QƏRARA ALINDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Ramin Qaraqurbanlı
Məhkəmə qərarları › İş №3(3-6)-1825/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1825/2026
22.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver