Məhkəmə qərarları › İş №3(3-6)-1917/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1917/2026

10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1917/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Feyzullzadə Əli Elşən oğlunun katibliyi, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası DİN-in Bakı şəhər BPİ X1 İdarəsi tərəfindən verilmiş şikayət üzrə işə apellyasiya icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim X3) *(*-***)-****/**** saylı, ##.##.2026cı il tarixli saylı qərarı ilə, ## ####### 1997-ci ildə Bakı şəhəri, Suraxanı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.2-ci maddəsi ilə Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən qəbul edilmiş İXP ******* saylı, ##.##.2026-cı il tarixli protokol əsasında qəbul edilmiş ## ##### 2026-cı il tarixli qərar ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İşin halları: Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər DYPİ-nin İXP ******* saylı, ##.##.2026cı il tarixli protokol əsasında qəbul edilmiş ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarla İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət edərək Bakı şəhər DYPİ-nin İXP ******* saylı, ##.##.2026-cı il tarixli protokol əsasında qəbul edilmiş ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati icraata xitam verilməsini xahiş edilmişdir İş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Bakı şəhər BPİ X1 İdarəsi şikayət verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026cı il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-in 327.2-ci maddəsinə əsasən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə iclasının yeri və vaxtı barədə idarəyə məlumat verilməmişdir. İnzibati xəta haqqında protokol səlahiyyətli vəzifəli şəxs tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. Protokolda inzibati xətanın vaxtı, yeri, mahiyyəti və hüquqi tövsifi öz əksini tapmışdır. İnzibati xəta haqqında protokol sübut növlərindən biri olmaqla, iş üzrə mühüm sübut əhəmiyyətinə malikdir. Birinci instansiya məhkəməsinin hakim qərarda əsasən foto və video materialların olmamasına istinad etmişdir. Lakin qanunvericilik inzibati xətanın yalnız foto və ya video görüntülərlə sübut edilməsini tələb etmir. İnzibati xəta haqqında iş üzrə təqsirin müəyyən edilməsi digər sübutlarla, o cümlədən səlahiyyətli vəzifəli şəxsin birbaşa müşahidəsi və protokolda əks etdirilmiş məlumatlarla da mümkündür. Hakim inzibati xəta haqqında protokolun mötəbərliyini şübhə altına alan konkret hallar müəyyən etmədən və onun saxtalığı, yaxud etibarsızlığı barədə nəticəyə gəlmədən iş üzrə icraata xitam vermişdir. Halbuki iş materiallarında protokolun qanunsuz tərtib edilməsi və ya vəzifəli şəxsin qeyri-obyektiv davranması barədə hər hansı sübut mövcud deyildir. İnzibati xəta haqqında protokol özünün mahiyyəti etibarı ilə onu tərtib etmiş şəxsdən başlayaraq xəta törətmiş şəxs barəsində məlumatı, bu barədə itihamı, onun izahatını, şahidlər barəsində məlumatları, ilkin sübutlar haqqında məlumatları, inzibati xəta törətmiş şəxsin hüquq və vəzifələrinin izahı və inzibati xəta haqqında protokolla inzibati xəta törətmiş şəxsin tanış edilməsi barədə məlumatları əks etdirir ki, geniş mənada inzibati xəta haqqında protokolun mahiyyəti üzrə izahı verilmiş olunsa, onda inzibati xəta haqqında protokolu cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş ittiham aktı ilə eyniləşdirmək olar. Hakim iş üzrə sübutları tam və obyektiv qiymətləndirməmiş, hadisənin faktiki hallarını düzgün müəyyən etməmişdir. İş materiallarında olan sübutlar sürücünün hərəkətlərində həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əlamətlərin mövcud olduğunu göstərir. Bundan başqa, hakim iş üzrə sübutları qiymətləndirərkən inzibati orqanın qərarının qanuniliyi prezumpsiyasını və inzibati icraat zamanı toplanmış materialları lazımi səviyyədə nəzərə almamışdır. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) törədilmiş inzibati xətaya görə birbaşa məsuliyyət daşıyır və yuxarıda göstərilən hallarla bağlı, hər hansı şübhələr və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud olmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) qəza şəraiti yaratmadığını, yol polisi əməkdaşı barəsində protokol tərtib etdərkən etiraz etdiyini, heç bir xəta törətmədiyini bildirib, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində səlahiyyətli orqanın nümayəndəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində səlahiyyətli orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edilərək tələbi İXM-in 135.1.2 və 135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatı sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək şikayəti təmin etmişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Şikayətdə Qərardan şikayət verən orqan (şəxs) yolayrıcını keçmə qaydalarının pozulması göstərilmişdir. Şikayətçi isə bunu inkar etmiş, inzibati tənbeh vermə haqqında qərarla razılaşmadığını, yolayrıcını keçmə qaydalarının pozmadığını bildirmişdir. İXM-in 75-ci maddəsinin tələblərinə görə inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Təqsirsizlik prezumpsiyası prinsipini özündə ehtiva edən normalara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8-ci maddəsi). Şikayətçinin izahatı, sənədləri işin müəyyən edilmiş sayılan halları və Qərardan şikayət verən orqan (şəxs) təqsirli bilindiyi İXM-in 327.2-ci maddəsinin dispozisiyası, xətanın tərkibinin əlamətləri ilə müqayisə etdikdə, həmin sübutların işin müəyyən edilmiş sayılan, sözügedən xətanın tərkibinin əlamətləri ilə şərtləndirilən hallarla uzlaşmadığı, sübuta yetirilmədiyi aydın olur. Çünki, təqsirsizlik prezumpsiyası prinsipinin tələblərini nəzərə alan məhkəmə səlahiyyətli orqan Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi avtomobillə yolayrıcını keçmə qaydalarını pozmasını təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə olan halda, məhkəmə, şikayətçinin yolayrıcını keçmə qaydalarını pozması halının sübutlarla təsdiq edilmədiyi qənaətindədir. Səlahiyyətli orqanın nümayəndəsinin birinci instansiya məhkəməsində iştirakının təmin edilməməsi ilə bağlı məhkəmə bildirir ki, hazırda baxılan inzibati xəta haqqında iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmiş, mübahisəli məsələyə dair xətanın mövcudluğunu təsdiq edən sübutların məhkəməyə təqdim etmək imkanı təmin olmuşdur. Beləliklə, məhkəmə Qərardan şikayət verən orqan (şəxs) təqsirliliyinə dair səlahiyyətli orqanın sübut təqdim etməməsini nəzərə alaraq hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) xətanı törətməkdə təqsirli bilinməsi inzibati xətalar qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olardı. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq tərəfin şikayətini təmin edərək inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri BPİ-nin X1 İdarəsinin Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinıə dair İXP ******* saylı, ##.##.2026-cı il tarixli protokol əsasında qəbul edilmiş ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar