Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1969/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə iştirakları ilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin iş üzrə toplanmış material baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 3000 manat məbləğində inzibati qaydada cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışır ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti 2022-ci il tarixdən fəaliyyətini dayandırmışdır. Müəssisədə heç bir işçi fəaliyyət göstərmir, özü də heç bir əmək haqqı almır. Hər ay bu barədə vergi orqanına məlumat verirlər. Bütün bunlar onların heç bir qazanc və gəlir əldə etməmələrini göstərir.Hüquqi şəxs kimi artıq mövcud deyillər. Bu halda hüquqi şəxs cərimələnə bilməz. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə apellyasiya şikayətinin təmin olunmasını və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək, icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə gəlməyən tərəfin iştirakı ilə işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları və hüquqi məsələlər: İnzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ##.##.2025-ci il tarixli, MN ******* nömrəli “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında” elektron qərardan görünür ki, Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsilə təqsirli bilinərək 1500 manat məbləğində inzibati cərimə edilmişdir. ##.##.2026-cı il tarixli *-**-*/*-****/**** nömrəli məktubdan görünür ki, ##.##.2025-ci il tarixli, MN ******* nömrəli “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərarın icrası ilə əlaqədar “Nümayəndə əmək haqqından hər ay 25 faiz tutulmaqla 1500 manat məbləğində inzibati cərimənin ödənilməsinin təmin edilməsini və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 3 (üç) iş gün ərzində Xidmətə yazılı formada məlumat verilməsi xahiş edilmişdir. Eyni zamanda ödəmə mümkünsüz olduqda qərarın surətinin 3 (üç) iş gün müddətində Xidmətə qaytarılması xahiş olunmuşdur. SS*********AZ nömrəli poçt göndərişinin izlənməsi barədə çıxarışdan görünür ki, ##.##.2026-cı il tarixli *-**-*/*-****/**** nömrəli məktub ##.##.2026-cı il tarixdə hüquqi şəxsin ünvanına çatdırılmışdır. ##.##.2026-cı il tarixli “Sənədin elektron kabinetə yerləşdirilməsi haqqında” arayışdan görünür ki, ##.##.2026-cı il tarixli *-**-*/*-****/**** nömrəli məktub ##.##.2025-ci il tarixdə cəmiyyətin elektron kabinetinə yerləşdirilmişdir. X1 Xidmətinin ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı məktubundan görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə müraciət göndərilərək ##.##.2026-cı il tarixli *-**-*/*-****/**** nömrəli məktubda göstərilən tutulma həyata keçirilmədiyi üçün inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak etmək üçün ##.##.2026-cı il tarixdə, saat 11:00-da videokonfransa dəvət edilmişdir. SS**********AZ nömrəli poçt göndərişinin izlənməsi barədə çıxarışdan görünür ki, ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı məktub ##.##.2026-cı il tarixdə hüquqi şəxsin ünvanına çatdırılmışdır. Məhkəmə verilmiş şikayətlə razılaşmayaraq qeyd edir ki, Nümayəndə barəsində ##.##.2025-ci il tarixli, MN ******* nömrəli “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında” elektron qərarla tətbiq olunmuş 1500 manat məbləğində cərimənin qanunla müəyyən edilmiş müddətdə könüllü qaydada ödənilməməsi səbəbindən Azərbaycan Respublikası İXM-in 150.5.1-ci maddəsinin tələblənə uyğun olaraq həmin cərimənin əməkhaqqından tutulması məqsədilə onun rəhbərlik etdiyi müəssisəyə ##.##.2026-cı il tarixli *-**-*/*-****/**** nömrəli məktub göndərilmişdir. Həmin məktub ##.##.2025-ci il tarixdə cəmiyyətin elektron kabinetinə yerləşdirilmiş, ##.##.2026-cı il tarixdə isə poçt vasitəsilə hüquqi şəxsin ünvanına çatdırılmışdır. Buna baxmayaraq nə tutulma həyata keçirilmiş, nə də qanunvericiliyin tələb etdiyi kimi səlahiyyətli orqana hər hansı əsaslandırılmış məlumat təqdim olunmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, direktorun müəssisənin fəaliyyətini dayandırması barədə arqumentlər əsassızdır, çünki qüvvədə olan inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə minmiş və müvafiq qaydada mübahisələndirilməmişdir. Məhkəmə tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsilə cəmiyyətin fəaliyyətinin aktiv olması müəyyən edilmiş, direktor da rəsmi olaraq fəaliyyət aktiv görünsə də, işləmədiklərini və hər il bu barədə bəyannamə verdiklərini bildirmişdir. Əgər Nümayəndə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən əmək haqqı almırsa, bu barədə səlahiyyətli orqana məlumat verilməli idi. Nəzərə alınmalıdır ki, ##.##.2026-cı il tarixli *-**-*/*-****/**** nömrəli məktubda da ödəmənin mümkünsüz olduğu halda qərarın surətinin 3 (üç) iş gün müddətində Xidmətə qaytarılması xahiş olunmuşdur. Məhkəmə mübahisələndirilən qərarla razılaşaraq qeyd edir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətsizliyi, yəni icra sənədinin daxil olmasına baxmayaraq qanuni tədbirlərin görülməməsi İXM-in 529.1-1-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunur və inzibati məsuliyyəti şərtləndirən hüquqi və faktiki əsaslar tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.5-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən:150.5.1. fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana; 150.5.2. hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatlarına göndərilir. Bank və ya digər kredit təşkilatı qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı, onun icra edilməməsinin səbəbini göstərməklə, qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) dərhal qaytarmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Apellyasiya şikayətinin əsas dəlili hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin dayandırılması və buna görə də hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunmasının yolverilməzliyi ilə bağlıdır. Məhkəmə apellyasiya şikayətinin bu dəlilini qəbul etmir və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri və əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsnin 43.1-ci maddəsinə əsaən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd olunan qanunvericilik aktı normalarını əsas götürən məhkəmə hesab edir ki, apellyasiya şikayətinin həmin dəlili qəbul edilə bilməz, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinini fəaliyyətinin dayandırılması hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunmasını istisna etmir. Odur ki, apellyasiya şikayətinin dəlilləri özünü müdafiə xarakteri daşımaqla əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIR: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1969/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1969/2026
10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver