Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2063/2026 17.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Feyzullzadə Əli Elşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, AR DİN Bakı şəhər X1 İdarəsinin ##.##.2026-cı il tarixli, TP******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası DİN-in Bakı şəhər BPİ X1 İdarəsi tərəfindən verilmiş şikayət üzrə işə apellyasiya icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim X4) *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə, ## ####### 1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.2-ci maddəsi ilə Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İşin halları: Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər DYPİ-nin İXP ******* saylı, ##.##.2026cı il tarixli protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət edərək Bakı şəhər DYPİ-nin İXP ******* saylı, ##.##.2026-cı il tarixli protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati icraata xitam verilməsini xahiş edilmişdir İş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Bakı şəhər BPİ X1 İdarəsi şikayət verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-in 327.2ci maddəsinə əsasən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP******* nömrəli tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə iclasının yeri və vaxtı barədə idarəyə hər hansı formada bildiriş göndərilməmiş və ya göndərilmiş bildirişin aidiyyatı üzrə təqdim edilməsi təsdiq edilməmişdir. İnzibati tənbehvermə haqqında qərarın qəbul edilməsinə səbəb Qərardan şikayət verən orqan (şəxs) svetoforun və nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirməsi olmuşdur. Bu fakt həmin vaxt xidmətdə olan yol polis xidməti inspektoru tərəfindən aşkar edilmiş, sürücü saxlanılaraq törəfilmiş inzibati xətanın mahiyyəti izah edilmişdir. Bundan başqa hakim özü qərarda qeyd etmişdir ki, videogörüntülər sürücünün yaşıl işıq yanıb-sönərkən yolayrıcına daxil olmasını təsdiq edir. Lakin bu hal özlüyündə inzibati xəta hadisəsinin baş vermədiyini təsdiq edən sübut hesab edilə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinə etiraz edərək etirazı inzibati tənbehvermə haqqında qərardan verdiyi şikayətin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) yol polisi əməkdaşı barəsində protokol tərtib etdərkən etiraz etdiyini, heç bir xəta törətmədiyini bildirib, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafi edərək onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində səlahiyyətli orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edilərək tələbi İXM-in 135.1.2 və 135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatı sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək şikayəti təmin etmişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Şikayətdə Qərardan şikayət verən orqan (şəxs) yolayrıcını keçmə qaydalarının pozulması göstərilmişdir. Şikayətçi isə bunu inkar etmiş, inzibati tənbeh vermə haqqında qərarla razılaşmadığını, yolayrıcını keçmə qaydalarının pozmadığını bildirmişdir. İXM-in 75-ci maddəsinin tələblərinə görə inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Təqsirsizlik prezumpsiyası prinsipini özündə ehtiva edən normalara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8-ci maddəsi). Şikayətçinin izahatı, sənədləri işin müəyyən edilmiş sayılan halları və Qərardan şikayət verən orqan (şəxs) təqsirli bilindiyi İXM-in 327.2-ci maddəsinin dispozisiyası, xətanın tərkibinin əlamətləri ilə müqayisə etdikdə, həmin sübutların işin müəyyən edilmiş sayılan, sözügedən xətanın tərkibinin əlamətləri ilə şərtləndirilən hallarla uzlaşmadığı, sübuta yetirilmədiyi aydın olur. Çünki, təqsirsizlik prezumpsiyası prinsipinin tələblərini nəzərə alan məhkəmə səlahiyyətli orqan Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi avtomobillə yolayrıcını keçmə qaydalarını pozmasını təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə olan halda, məhkəmə, şikayətçinin yolayrıcını keçmə qaydalarını pozması halının sübutlarla təsdiq edilmədiyi qənaətindədir. Səlahiyyətli orqanın nümayəndəsinin birinci instansiya məhkəməsində iştirakının təmin edilməməsi ilə bağlı məhkəmə bildirir ki, hazırda baxılan inzibati xəta haqqında iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmiş, mübahisəli məsələyə dair xətanın mövcudluğunu təsdiq edən sübutların məhkəməyə təqdim etmək imkanı təmin olmuşdur. Səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş videogörüntülər məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin videogörüntüyə əsasən Qərardan şikayət verən orqan (şəxs) İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətməsi qənaətinə gəlmək mümkün deyil. Belə ki, təqdim edilmiş videogörüntülər uzaq məsafədən qeydə alınmaqla, svetoforun işıqlarını aydın göstərmir, bununla da barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin inzibati xəta törətməsini təsdiq etmir. Bunun əksinə iş materiallarında yer alan Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi avtomobilin videoregistr görüntülərinə əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yolayrıcından keçərkən svetoforun əlavə bölməsində yaşıl ox işarəsi yanıb-sönməyə davam etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) xətanı törətməkdə təqsirli bilinməsi inzibati xətalar qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olardı. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq tərəfin şikayətini təmin edərək inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. AR DİN Bakı şəhər X1 İdarəsinin ##.##.2026-cı il tarixli, TP******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(3-6)-2063/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2063/2026
17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver