Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2070/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* saylı qərardan verdiyi şikayətin təmin edilmədən həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən etdi : Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər X1 İdarəsinin ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarına əsasən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* saylı qərardan verdiyi şikayət təmin edilmədən həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə barəsində Bakı şəhər X1 İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə tətbiq olunmuş 400 AZN məbləğində cərimə qərarı qüvvədə saxlanılmışdır. Qərar tamamilə qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilsə də, bu maddənin tətbiqi üçün zəruri olan "hüququ məhdudlaşdırılmış şəxs" şərtini fərdi qaydada araşdırmamışdır. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş ## ### 2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qərarı ilə rəsmi olaraq müəyyən edilmişdir ki, barəsində tətbiq olunan İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinin sanksiyasında nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri nəzərdə tutulmamışdır. Yuxarı instansiyanın qanuni qüvvəyə minmiş bu qərarı ilə sürücülük hüququnun qanunən heç vaxt məhdudlaşdırılmadığı təsdiq olunduğu halda, rayon məhkəməsinin maddəni yanlış şərh edərək onu hüququsuz elan etməsi maddi hüquq normasının kobud pozuntusudur. Məhkəmə mübahisələndirilən ## ###### 2026-cı il tarixli qərarın çıxarıldığı tarixdə əvvəlki qərardan şikayət verilmədiyini bəhanə gətirmişdir. Lakin elə həmin məhkəmə iclası zamanı mənim şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatəti təmin edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsinə əsasən, şikayət müddətinin bərpası və şikayətin verilməsi ilkin qərarın icrasını və hüquqi qüvvəsini geriyə doğru dayandırır. Müddəti bərpa edilmiş qərar qüvvəyə minmiş sayıla bilməz. Birinci instansiya məhkəməsi barəmdə 20 yanavr 2026-cı il tarixdə cərimə qərarı çıxarılan zaman əvvəlki qərardan rəsmi şikayət verilmədiyini əsas götürmüşdür. Lakin məhkəmə eyni iş üzrə onun şikayət vermə müddətini üzrlü səbəbdən bərpa etmişdir. Müddətin bərpası faktı ilkin qərarın qanuni qüvvəyə minməsini geriyə doğru tamamilə istisna edir və İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsinə əsasən qərarın icrasını dayandırır. Məhkəmə bu hüquqi halların ziddiyyətini araşdırmamış və təqsirsizlik prezumpsiyası prinsipini kobud şəkildə pozmuşdur. Məhkəmə məni İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilsə də, barəmdə sürücülük hüququnun məhdudlaşdırılması növündə hər hansı qanuni tənbehin olub-olmamasını obyektiv araşdırmamışdır. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş ## ### 2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qərarında rəsmi olaraq müəyyən edilmişdir ki, ona tətbiq olunan İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinin sanksiyasında nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri nəzərdə tutulmamışdır. Yuxarı instansiyanın bu qəti qərarı ilə sürücülük hüququmun qanunən heç vaxt məhdudlaşdırılmadığı rəsmən təsdiq olunduğu halda, birinci instansiya məhkəməsi bu mühüm faktiki halı iş materialları üzrə tamamilə diqqətdən kənarda saxlamışdır. İş materiallarında onun "400 cerime.pdf" sənədi ilə təsdiq olunan ikinci dərəcəli müddətsiz əlilliyim (sağ aşağı ətrafın qısalığı və pəncə amputasiyası) barədə rəsmi arayışlar olsa da, məhkəmə nəqliyyat vasitəsinin onun üçün fərdi sərbəst hərəkət və həyat təminatı vasitəsi olması faktını, habelə subyektiv təqsirlilik məsələsini fərdi qaydada araşdırmaqdan tamamilə yayınmışdır. Barəsində çıxarılan qərarın rəsmi elektron kabinetimə yerləşdirilməməsi, məlumat sisteminin boş saxlanılması və daxili sistemdə müdafiə hüququmu məhdudlaşdıran qərəzli kodlaşdırmaların aparılması faktiki halları məhkəmə tərəfindən araşdırılmamış, DYP-nin qeyri-qanuni icraatına rəsmi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi ## ###### 2026-cı il tarixdə mənim nəqliyyat vasitəsini idarə etmək hüququmun məhdudlaşdırıldığı halda sükan arxasına əyləşdiyimi müəyyən etmişdir. Lakin iş materiallarında onun sürücülük hüququmun qanunən məhdudlaşdırılmasını təsdiq edən heç bir mötəbaər sübut yoxdur. Əksinə, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş ## ### 2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qərarı ilə rəsmi olaraq sübut edilmişdir ki, ona tətbiq olunan İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinin sanksiyasında hüququn məhdudlaşdırılması tənbehi ümumiyyətlə mövjud deyil. Sübut olunmamış və apellyasiya qərarı ilə təkzib edilən bir statusa əsasən onun İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddə ilə təqsirli bilinməyi tamamilə əsassızdır. Birinci instansiya məhkəməsi barəmdə İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddə (nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən idarə edilməsi) ilə 400 AZN cərimə qərarını qüvvədə saxlayarkən mənim statusumu "hüququ məhdudlaşdırılmış şəxs" kimi qəbul etmişdir. Lakin yeni təqdim edilən bu rəsmi Apellyasiya Məhkəməsi qərarında açıq və birmənalı şəkildə müəyyən edilmişdir ki, ona tətbiq olunan İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinin sanksiyasında nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri nəzərdə tutulmamışdır. Yuxarı instansiya məhkəməsinin bu qəti qərarı rəsmən sübut edir ki, onun sürücülük hüququ qanunən heç vaxt məhdudlaşdırılmamışdır. Hüququ məhdudlaşdırılmayan, sürücülük vəsiqəsi qüvvədə olan bir vətəndaşa isə İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinin tətbiq olunması qanunən qeyri-mümkündür. Bu sənəd birinci instansiya məhkəməsinin qərarından sonra mənim üçün tam hüquqi qüvvəyə mindiyi və rayon məhkəməsi tərəfindən məzmunu obyektiv qiymətləndirilmədiyi üçün yeni sübut qismində apellyasiya instansiyasına təqdim edilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında polis idarəsinin nümayəndəsi iştirak etmədiyindən məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsi mümkün hesab edilmişdir. İşin halları və hüquqi məslələr: Təqdim olunmuş materialları nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq və proses iştirakçısının çıxışını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə verilmiş şikayəti təmin edilməli, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* saylı qərardan verdiyi şikayətin təmin edilmədən həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlər: - Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, ## ###### 2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən ## ###### 2026-cı il tarixdə, saat 10:30-da “Hyundai Elantra” minik markalı, 99-XJ818 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Qərardan şikayət verən orqan (şəxs) nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığı halda nəqliyyat vasitəsini idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs kimi barəsində 400 manat cərimə tənbeh növü tətbiq edilmişdir; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Bakı şəhər Baş Polis İdarəsinin ## ###### 2025-ci il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti təmin edilməmiş, həmin qərar dəyişdirilmədən saxlanılmışdır; - Bakı Apellyasiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Belə ki, ## ###### 2025-ci il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospektində ## ###### 2025ci il tarixdə, saat 10:00-da nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə, “Hyundai Elantra” minik markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə edilmiş, ona törətdiyi inzibati xətaya görə 2 bal təyin edilmiş, nəticədə İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə, onun tərəfindən bir il ərzində 21 bal toplanıldığından İnzibati Xətalar Məcəlləsinin 27.4-cü maddəsinin tələbinə əsasən onun barəsində inzibati cərimə tətbiq edilmədən nəqliyyat vasitəsini idarə etmək hüququ 06 ay müddətinə məhdudlaşdırılmışdır. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ## ###### 2026-cı il tarixdə, yəni hazırki mübahisələndirdiyi qərar qəbul olunduğu tarixdən sonra, məhkəməyə şikayət verilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı şikayət təmin edilməmiş, qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan şikayət verən orqan (şəxs) məhkəmənin qərarından apellyasiya qaydasında şikayət versə də, Bakı Apellyasiya Məhkəməsinin 15 may 2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qərarı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığı halda nəqliyyat vasitəsi idarə etməklə inzibati xəta hadisəsi törətmişdir. Şikayətçi həmin qərarın məhkəmə qaydasında mübahisələndirildiyini, işin məhkəmə icraatında olduğu üçün qərarın icrasını dayandırdığını, ilkin məhkəmə qərarı qanuni qüvvəyə minmədiyi üçün onun idarəetmə hüququnun məhdudlaşdırılmış hesab edilə bilmədiyini bildirsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda mübahisələndirdiyi 20 yanvar 2026-cı il tarixli qərar qəbul olunarkən şikayətçi tərəfindən əvvəlki ## ###### 2025-ci il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan hələ şikayət verilməmiş, həmin qərar qüvvədə olmuş, şikayətçi tərəfindən həmin qərardan ## ###### 2026-cı il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş şikayət vermə müddəti ötürülməklə şikayət verilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən hallara düzgün qiymət verilməyərək qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1. və 138.1.1 -ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərar, əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1 -ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 94.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərardan bu Məcəllə ilə müəyyən edilmiş qaydada şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddət qurtaranadək, yaxud şikayət üzrə qərar qəbul edilənədək, nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənədin qüvvədə olma müddəti uzadılır. Həmin Məcəllənin 332.2. nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə- iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.3. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir. Məhkəmə "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli Qərarına istinadən qeyd edir ki, inzibati xətalar qanunvericiliyi şəxsin inzibati xətanın törədilməsində təqsirli bilinməsi üçün hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarının olmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş ## #### 2026-cı il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarı ləğv edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) barəsində İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ikinci dərəcəli əlillik statusuna malikdir. İnzibati Xətalar Məcəlləsinin 27.3-cü maddəsinə əsasən bu məcəllənin 327.8, 327-1.2, 327-1.3, 333, 333-1, 342.8, 343 və 343- 1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, nəqliyyat vasitələrindən əlilliyi ilə əlaqədar istifadə edən şəxslərin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən hesab edirəm ki, verilmiş apellyasiya şikayəti təmin edilməli, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* saylı qərardan verdiyi şikayətin təmin edilmədən həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarlar qəbul edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* saylı qərardan verdiyi şikayətin təmin edilmədən həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilsin və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-2070/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2070/2026
13.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver