Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2356/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-nin 346-1.3-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin ## #### 2026-cı il tarixli, AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməsinə, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin ## #### 2026-cı il tarixli, AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Qərardan şikayət verən orqan (şəxs) ixtisasca müəllim işləyir və Yol hərəkəti haqqında qanunu bilir və qanunlara əməl edən vətəndaşdır. ## #### 2026-cı il tarixində saat 14:40-də Nəsimi rayonu Mərdanov Qardaşları (Qoqol) küçəsində ona məxsus olan **BX*** dövlət qeydiyyat nişanlı Honda CR-V markalı nəqliyyat vasitəsi ilə 5.15 duracaq yeri P11072 saxlamışdır və əlillər üçün olan 7.17 əlavə məlumat nişanı ağacın budaqları altında görsənmədiyi və yerdə əlillər üçün xüsusi yerdə çəkilən nişanı olmadığı üçün adi qaydada parklanma etmişdir. Standartlara görə, yol nişanı və parklanma nişanları həm gündüz, həm də gecə vaxtı sürücü tərəfindən aydın seçilməlidir. Həmin ərazidə yol nişanı funksionallığını itirmiş hesab olunur və yenilənməlidir. Buna görə də nişanlamanın mövcud olması şübhə yaradır. İnzibati Xətalar məcəlləsinin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə şikayət təmin olunaraq, Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-nin 346- 1.3-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin ## #### 2026-cı il tarixli, AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilmiş, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi şikayət verərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və AYNA-nın ## #### 2026-cı il tarixli, AYN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür. “Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsinin 1-ci hissəsinə əsasən dövlət avtomobil yollarında parklanma yerləri Bakı şəhərinin inzibati ərazisində AYNA tərəfindən müəyyən olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən parklanma yerləri bələdiyyə yollarında bələdiyyələr, özəl avtomobil yollarında isə mülkiyyətçi tərəfindən Bakı şəhərinin inzibati ərazisində AYNA ilə razılaşdırılmaqla təşkil edilir. Eyni zamanda “Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsinin XI hissəsinə əsasən Parklanma yerləri ödənişli və ödənişsiz ola bilər. Parklanmaya görə ödəniş SMS və ya xüsusi proqram təminatı vasitəsilə elektron qaydada həyata keçirilir. Bu zaman ödənişə dair məlumatlar dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürülür. Həmin maddənin XXI hissəsinə əsasən Nəqliyyat vasitəsinin istifadəçisi nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmaya görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyət daşıyır. Bu zaman ödəniş parklanma müddətindən asılı olaraq xüsusi proqram təminatı vasitəsilə elektron qaydada həyata keçirilir. İnzibati Xətalar Məcəcləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması üçün səbəbdir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) əlillər üçün təyin olunmuş və 1.24, və 7.17 nişanları ilə mövcud olan parklanma məntəqəsinə daxil olmaq hüququ olmayaraq, İXM 346-1.3 -cü maddəsinin tələblərini pozmuşdur. Əlilliyi olan şəxslər üçün ayrılan parklanma verlərində yalnız “əlilliyi olan şəxs” tanınma nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilərlər. “Yol hərəkəti haqqında" Qanunun 53-cü maddəsinin X hissəsinə əsasən, Parklanma yerlərinin 5 faizi (bir parklanma yerindən az olmayaraq) əlilliyi olan şəxslər üçün ayrılır. Əlilliyi olan şəxslər üçün ayrılmış parklanma yerləri 1.24 nişanlanması ilə işarələnir. Əlilliyi olan şəxslər üçün ayrılan parklanma yerlərində VƏİniZ “ƏİİIIİVİ Oİan ŞƏXS” tanınma nİŞƏni İlə nişanlanmış nəqliyyat vasitələri dura bilərlər. Sürücülər “əlilliyi olan şəxs” tanınma nişanından qanunsuz istifadəyə görə məsuliyyət daşıyırlar. Bildiriri ki, **-BX-*** dövlət qeydiyyat nişanlı “HONDA CRV MİNİK” markalı, nəqliyyat vasitəsinin “əlilliyi olan şəxs” tanınma nişanı nişanlanmamışdır. Qeyd olunması zəruridir ki, sözügedən parklanma məntəqəsi 1.24 nişanlanması ilə işarələnmişdir, həmçinin məntəqəni bildirən 5.15 parklanma yeri, 7.6.5parklanma üsulunu bildirən, 7.8 pullu xidmətlər və 7.17 Əlilliyi olan şəxslər- nişanları ilə təhciz olunmuşdur. ( qoşma əlavə olunan foto şəkillərdə göstərilib) Buda onu Sübut edir ki, Qərardan şikayət verən orqan (şəxs) Sabunçu Rayon Məhkəməsində bildirdiyi, nişanların və xətlərin olmaması və ya görünməməsi həqiqətə uyğun deyil. “Yol hərəkəti haqqında” Qanunda kimlərin bu nişanlardan istifadə etməsi ətraflı olaraq əks olunub. “Əlil” — İ və II qrup əlillər üçün xüsusi avadanlıqlar quraşdırılmış, onlar tərəfindən idarə olunan və qeydiyyat şəhadətnaməsində bu barədə müvafiq qeyd olan nəqliyyat vasitələrinin qabaq və arxasında — tərəfləri 150 mm ölçülü, daxilində 7.17 simvolunun qara boya ilə təsviri olan sarı rəngli kvadrat şəklində, (qoşmaya əlavə olunan səkildə göstərilən kimi) Bildiririk ki, qanunun tələblərinə riayət olunması şərtdir və bu tələbləri pozan şəxslər qanunvericiliyin maddələrinə əsasən məsuliyyətə cəlb olunurlar. “Yol hərəkəti haqqında” Qanunun 72-ci maddəsində Nəqliyyat vasitələrinin tanınma nişanları haqqında ətraflı məlumat qeyd olunub. Nəqliyyat vasitələrində tanınma nişanlarından istifadə olunur. (Qanunun * saylı əlavəsində)“ ƏHHİyİ olan ŞƏXS — orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün xüsusi avadanlıqlar quraşdırılmış, onlar tərəfindən idarə olunan və qeydiyyat şəhadətnaməsində bu barədə müvafiq qeyd olan nəqliyyat vasitələrinin qabaq və arxasında — tərəfləri 150 mm ölçülü, daxilində 7.17 simvolunun qara boya ilə təsviri olan sarı rəngli kvadrat şəklində Beləliklə Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi nəqliyyat vasitəsi “əlilliyi olan SƏXS” üçün olan nəqliyyat vasitəsi kimi qeyd olunmadığınnan və etibarnamə əsasında idarə etdiyi nəqliyyat vasitəsini Əcəmi Naxçıvani küçəsindəki, əlillər üçün təyin olunmuş 28560, nömrəli parklanma məntəqəsində saxlayaraq İXM- nin 346-1.3-cü maddəsinin, tələblərini pozmuşdur. İnzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərar və şikayətə əlavə edilmiş fotoşəkil ilə tam təsdiq olunur və bu hal da şəxsin IXM-nin 346-1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasdır. İXMnin 346-1.3-cü maddəsinə əsasən, Əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə altmış manat (60 manat) məbləğində cərimə nəzərdə tutulmuşdur. AYNA tərəfindən qarar qanuna asasan qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair ## #### 2024-cü il tarixli qərarında əsasən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il # ######## tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsinin” 3.1.2-ci maddəsinə əsasən, müvafiq sahədə inzibati xəta əlaməti aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək Agentliyin vezifəsi kimi müəyyən edilmişdir. İXM-nin 346-1.3-cü maddəsində nəzərdə tutmuş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin səlahiyyətləri çərçivəsində müəyyən olunmuşdur. Eyni zamanda bildiririk ki, Parklanma yerlərinin 5 faizi (bir parklanma yerindən az olmayaraq) əlilliyi olan şəxslər üçün ayrılmasında, 7.17 “əlilliyi olan şəxs” tanınma nişanından istifadə edən şəxslərin parklanma məntəqsindən maniyəsiz istifadə etməsi, həmçinin Azparking əməkdaşlarının “əlilliyi olan şəxs” lərin tanınması üçün məqsədi daşayır. Vətəndaşın 7.17 “əlilliyi olan şəxs” tanınma nişanından istifadə etməməsinə görə, məsuliyyətidə vətəndaş özü daşıyır. Analoji işlərlə (İXM-nin 346-1,3-cü maddəsi) bağlı Yasamal Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-****/**** saylı, Nərimanov Rayon Məhkəməsinin ##.##.2025- ci il tarixli, (***)- ****/**** saylı qərarları mövcuddur. Əlavə olaraq bildirmək istərdik ki, analoji işlərlə (İXM-nin 346- 1.3-cü maddəsi) bağlı İnzibati Xətalar üzrə sonuncu instansiya olan Bakı Apellyasiya məhkəməsinin ##.##.2025- ci il tarixli, 3(103)-3431 /**** saylı qərarına əsasəndə AYNA-nın inzibati xəta haqqında tərtib etdiyi qərar qüvvədə saxlanıldı. Bu da onu sübut edir ki, belə işlər üzrə artıq məhkəmə təcürbəsi yer alıb. İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən olması və işin baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfin razılığı ilə şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd etdi ki, birinci instansiya məhkəməsi qərarı qanunidir. Səlahiyyətli orqan məsuliyyətsiz yanaşmışdır. Yerdə hər hansı nişanlanma görünmürdü. Məhkəmədən verilmiş apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Verilmiş şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında ## #### 2026-cı il tarixli, AYN seriyalı ******* nömrəli elektron qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ## #### 2026-cı il tarixdə saat 14:40- da Mərdanov Qardaşları (Qoqol)-18072 ünvanında “HONDA CRV MİNİK” markalı 99-BX784 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanması nəticəsində Azərbaycan Respublikası İXM-nin 346-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində 60 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; Səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim etdiyi fotoşəkilə baxış keçirilmiş, təqdim edilmiş fotoşəkildə “HONDA CRV MİNİK” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilərkən əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanması halı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə altmış manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun Avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı 10-cu maddəsinin 10-cu bəndinə əsasən avtomobil yollarından yol nişanlarının, svetoforların, hərəkətin təşkilinin digər texniki vasitələrinin çıxarılmasına, görünüşünün müxtəlif maneələrlə məhdudlaşdırılmasına, zədələnməsinə, özbaşına qurulmasına, görmə şəraitini pisləşdirən reklam lövhələrinin və transparantların qurulmasına yol verilməməlidir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun Avtomobil yollarının istismarı zamanı təhlükəsizlik tələbləri ilə bağlı 40-3-cü maddəsinə əsasən Şəhər küçələrində və yaşayış məntəqələrində avtomobil yollarının hərəkət hissəsi, piyada səkilərinin və velosiped yollarının, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq məntəqələrinin örtüyü, habelə taksi minik avtomobillərinin duracaq yerləri və yolun hərəkət hissəsinə bitişik hissədə olan parklanma yerləri, həmçinin ayırıcı zolaqların, çiyin və torpaq yataqlarının yamacı yol hərəkətinin təhlükəsizliyini təmin edəcək vəziyyətdə olmalıdır. Yol hərəkətinin təşkilində istifadə olunan texniki nizamlama vasitələri (nişanlar, işarələr, istiqamətləndirici və çəpərləyici qurğular, işıqlandırma sistemləri, svetoforlar, hərəkəti avtomatik idarəetmə sistemləri) sutkanın istənilən vaxtında aydın görünməlidir. “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsində qeyd edilmişdir ki, Sürücülər üçün nəzərdə tutulmuş nişanlar elə quraşdırılmalıdır ki, sürücülər onları asanlıqla və vaxtında qavraya bilsinlər. Adətən nişanlar yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılır; lakin onlar yolun hərəkət hissəsinin üzərində də yerləşdirilə və ya təkrarlana bilər. Yerli şərait yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılmış nişanın sürücü tərəfindən vaxtında qavranılmamasına səbəb ola bilərsə, nişan hərəkət hissəsinin üzərində və ya yolun əks tərəfində təkrarlanmalıdır. Birinci instansiya məhkəməsinin hakimi yuxarda qeyd olunan nəticəyə gələrkən qeyd etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən təqdim edilmiş fotoşəkillərə baxış zamanı müəyyən edilmişdir ki, P***** nömrəli parklanma yerində nişanın görünüşü ağac vasitəsilə məhdudlaşdığından, sürücü tərəfindən onun qavranması üçün münasib şərait yaradılmamış, həmin nişanın asanlıqla, aydın şəkildə görülməsi və seçilməsi mümkün deyildir. Göründüyü kimi, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə gəldiyi nəticəni materialda olan sənədlərə, habelə qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir. Odur ki, İnzibati xəta haqqında materialı araşdırıb məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaqla, düzgün, qanuni və əsaslıdır. Göstərilənləri nəzərə alaraq şəxsin inzibati xəta törətməsini sübut etmək, qərarı qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, birinci instansiya məhkəməsinin qənaətini düzgün hesab edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-8.3-cü maddəsində deyilir: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-nin 346-1.3-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin ## #### 2026-cı il tarixli, AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməsinə, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2356/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2356/2026
06.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver