Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2530/2026 17.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs (bundan sonra – zərərçəkmiş şəxs) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsi Talıbova (Cəfərova) Nigar Fuad qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 528.1-ci maddəsi ilə tərtib etdiyi inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Həmin protokolda göstərilmişdir ki, Talıbova (Cəfərova) Nigar Fuad qızı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ######## 2023-cü il tarixli, *(***)-****/**** nömrəli icra sənədi (bundan sonra – həmin icra sənədi) ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim X4) Talıbova (Cəfərova) Nigar Fuad qızı barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Zərərçəkmiş şəxs həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və iş üzrə Talıbova (Cəfərova) Nigar Fuad qızının barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında müvafiq inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, Talıbova (Cəfərova) Nigar Fuad qızı həmin icra sənədinin icrasını könüllü olaraq təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Hazırda sonuncu icra sənədinin icrasından boyun qaçırır, onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Birinci instansiya məhkəməsi onun Nigar Talıbova ilə birgə nikahından doğulmuş uşaqları Selinin məhkəmə iclasında verdiyi izahatında Nigar Talıbovanın ona atasını pislədiyini bildirməsinə baxmayaraq, məhkəmə bu halı nəzərə almamışdır. Apellyasiya məhkəməsi iclasına tərəflər vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə şikayətə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin dispozisiyasının hazırki işlə əlaqəli olan hissəsindən aydın görünür ki, həmin maddə üzrə inzibati məsuliyyət icra sənədindəki tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə yalnız üzrsüz səbəbdən icra edilməməsinə görə yaranır. Həmin icra sənədinə əsasən valideynlik hüquqlarının həyata keçirilməsi ilə əlaqədar Zərərçəkmiş şəxs ## ###### 2019-cu il təvəllüdlü övladı X2 ilə hər həftənin çərşənbə günü saat 15:00-dan 21:00-dək, bazar günü saat 10:00-dan 20:00-dək ananın iştirakı olmadan ünsiyyətdə olmaq hüququ verilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iş materialları, xüsusilə, Talıbova (Cəfərova) Nigar Fuad qızı və məhkəmə iclasında şahid qismində dindirilmiş azyaşlı X2 məhkəmə iclasında verdikləri izahatlar əsasında Nigar Talıbovanın həmin icra sənədinin icrası üçün şərait yaratmasına və Selin Talıbovanı vaxtında Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə gətirməsinə baxmayaraq, zərərçəkmiş şəxsin uşaqla ünsiyyətinin Nigar Talıbovanın qərəzli hərəkəti ilə deyil, uşağın buna etiraz etməsinə görə baş tutmaması, beləliklə, Nigar Talıbovanın icra sənədini icra etməkdən qərəzli olaraq, üzrsüz səbəbdən boyun qaçırmasının iş materialları ilə sübut edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Bu nəticə işin faktiki hallarına və müvafiq qanunvericilik normalarının tələblərinə uyğundur. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxsin verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2530/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2530/2026
17.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver