Məhkəmə qərarları › İş №3(3-6)-2578/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2578/2026

21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2578/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və onun müdafiəçisi - Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK-nın rəhbəri Vəzifəli şəxs (bundan sonra - Vəzifəli şəxs) müdafiəçisi Vəkil (bundan sonra – müdafiəçi) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi Vəzifəli şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 528.1-ci maddəsi ilə tərtib etdiyi ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X2) Vəzifəli şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1200,00 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Müdafiəçi həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-in: - 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. - 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. - 127-4.1-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 127-3.2-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış fiziki şəxs və ya vəzifəli şəxs qərarla razılaşmadığı hallarda həmin qərar ona bu Məcəllənin 57-ci maddəsi ilə müəyyən olunmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə bilər. Qeyd edilən qanunvericilik normalarından aydın olur ki, iş üzrə müdafiəçi hüquqlarını müdafiə etdiyi Vəzifəli şəxs barəsində inzibati xəta haqqında protokolun Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə tərtib edilməsinə, beləliklə də, göstərilən məhkəmə qərarından şikayət vermə müddətinin həmin Məcəllənin 126.1 və ya 127-4.1-ci maddəsi ilə deyil, 130.1-ci maddəsi ilə tənzimlənməli olmasına görə rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində şikayət verə bilərdi. Azərbaycan Respublikası İXM-də “Elektron Məhkəmə İnformasiya Sistemi”nin tətbiq edildiyi məhkəmələrdə cinayət prosesinin iştirakçılarına verilməsi nəzərdə tutulmuş prosessual sənədlərin həmin sistem vasitəsilə elektron qaydada çatdırılmasına dair prosessual münasibətləri tənzimləyən norma yoxdur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun: - 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. - 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. - 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası İXM-in 6.3cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası CPM-in: - 51-1.6-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə cinayət prosesinin iştirakçıları və cinayət prosesində iştirak edən digər şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə bu Məcəlləyə əsasən həmin şəxslərə verilməsi nəzərdə tutulmuş prosessual sənədləri və digər məlumatları onların elektron kabinetlərində yerləşdirir. Bu barədə həmin şəxslərə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron qaydada (elektron poçt və SMS vasitəsilə) məlumat verilir. - 54-1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə prosessual sənədlərin çatdırılması bu Məcəllənin 51-1-ci maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası İXM-də yuxarıda göstərilən prosessual münasibətləri tənzimləyən normanın olmamasına görə Azərbaycan Respublikası CPM-in 51-1.6 və 54-1.5-ci maddələrini hazırki işin müvafiq prosessual halına qanunun analogiyası qaydasında tətbiq etməklə hesab edir ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş məlumat əsasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının Vəzifəli şəxs rəhbəri olduğu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK-nın elektron kabinetinə ## #### 2026-cı il tarixdə yerləşdirilməklə elektron qaydada çatdırılması müəyyən edildiyinə görə bu hal göstərilən məhkəmə qərarının Vəzifəli şəxs həmin tarixdə rəsmi qaydada verilməsi kimi qəbul edilməlidir. Azərbaycan Respublikası İXM-in 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, müdafiəçi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarından şikayəti ## ###### 2026-cı il tarixdə verərkən Azərbaycan Respublikası İXM-in 130.1-ci maddəsində müəyyən edilmiş prosessual müddəti 21 gün ötürdüyü halda, onun bərpa edilməsi barədə birinci instansiya məhkəməsinə vəsatət vermədiyinə, həmin şikayətə onun verilməsi ilə əlaqədar buraxılmış prosessual müddət bərpa edilmədən apellyasiya instansiyası məhkəməsində baxılması mümkün olmadığına görə iş üzrə inzibati xəta haqqında icraat materialları həmin şikayətə baxılmadan birinci instansiya məhkəməsinə qaytarılmalı, müdafiə tərəfinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından şikayət verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə şərh olunalara əsasən, Azərbaycan Respublikası İXM-in 130-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İş üzrə inzibati xəta haqqında icraat materialları Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK-nın rəhbəri Vəzifəli şəxs müdafiəçisi Vəkil verdiyi şikayət baxılmadan birinci instansiya məhkəməsinə qaytarılsın. Müdafiə tərəfinə izah edilir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından şikayət verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar