Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2591/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, İbrahimova İlahə Arif qızının katibliyi ilə, Şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) vəkili və nümayəndəsi X2 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin ## ##### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarına əsasən şikayət təmin edilərək Qərardan şikayət verən orqan (şəxs) hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 198.1.5-ci maddəsinin tərkibi olmadığına görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsi apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Xidmətin Bakı şəhər İdarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları departamentinin rəisi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən DY-nin Sornişin daşımaları departamentinin İstismar xidmətinin Qatar briqadalarının sərnişin vaconunun bələdçisi X3 2026-cı ilin yanvar ayında əmək qanunvericiliyinin tələbləri pozulmaqla iş vaxtından artıq işlərə cəlb edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 198.1.5-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə cərimə cəzası tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 96-cı,100-cü maddələrinin və 215-ci maddəsinin 6-cı yarmbəndinin tələblərinin pozulması aşkar edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 96-cı maddəsinin 1-ci hissəsinə əsasən qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 96-cı maddəsinin 2-ci hissəsinə əsasən iş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 100-cü maddəsinin 1-ci hissəsinə hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsinin 6-ci yarımbəndinə əsasən müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və normal əmək və istirahət rejiminə riayət edilməsini həyata keçirilməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində göstərilir ki, normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə işəgötürən beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları departamentinin rəisi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən irəli sürülmüş mülahizələrə əsaslanaraq inzibati xəta hadisəsinin olmaması barədə əsassız nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 99-cu maddəsinin 1-ci hissəsinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 165-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 165-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 165-ci maddəsinin 3-cü hissəsinə əsasən iş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir. Göründüyü kimi işə baxan hakim bu məsələləri nəzərə almamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsində göstərilir ki, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəlləsinin 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İş materiallarında olan sənədlərə əsasən “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları departamentinin rəisi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcllləsinin 198.1.5ci maddəsinin tələblərinin pozulması faktı və Xidmətin Bakı şəhər İdarəsi tərəfindən qanunvericiliyin tələblərinə tam riayət olunması öz təsdiqini tapır. İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən olması və işin baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) vəkili və nümayəndəsi X2 bildirdi ki, birinci instansiya məhkəməsi düzgün qərara gəlmişdir. Analoji iş olmuşdur. Birinci instansiya məhkəməsi xeyrimizə qərar qəbul etmiş, apellyasiya instansiya məhkəməsi qüvvədə saxlamışdır. Əlavə iş saatı işləyən işçinin ərizəsi alınmış və əlavə ödənişlər edilmişdir. Məhkəmədən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Verilmiş şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin ## ##### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, araşdırma zamanı toplanmış sənədlərə əsasən işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş iş saatlarından artıq iş saatlarına cəlb edildiyi müəyyən edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X1 tərəfindən qəbul edilmiş ## ##### 2026- cı il tarixli, MN ******* saylı inzibati tenbeh vermə haqqında qərardan görünür ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları departamentinin rəisi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 198.1.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Sərnişin daşımaları departamentinin istismar xidmətinin qatar briqadalarının sərnişin vaqonunun bələdçisi X3 2026-cı ilin yanvar ayı üzrə əmək haqqı hesablama cədvəlindən çıxarışdan görünür ki, X3 normadan artıq saata görə əlavə 362.23 manat əmək haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş X3 ##.##.2025-ci il tarixli ərizəsindən görünür ki, 2026- cı ilin yanvar ayı üzrə artıq iş saatlarına cəlb edilməyə və işləməyə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş işçilərin iş vaxtından artıq iş saatlarına cəlb edilmələrinin tənzimlənməsi barədə ##.##.2025-ci il tarixli *** nömrəli əmrdən görünür ki, zərurət yarandıqda Sərnişin daşımaları departamentinin müvafiq işçilərinin 2026-cı ilin yanvar ayı üzrə iş vaxtından artıq işə cəlb edilməsinin təmin edilməsi, yaranmış zərurətlə əlaqədar işçilərin iş vaxtından artıq işə cəlb olunma halları baş verdiyi təqdirdə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ödəniş həyata keçirilməsinin Departamentin İnsan Resursları Şöbəsinə tapşırılması əmr edilmişdir. İş materiallarına əlavə edilmiş X3 notarial qaydada təsdiq edilmiş ##.##.2026-cı il tarixli ərizəsindən görünür ki, o, yaranmış istehsalat zərurəti ilə əlaqədar 2026-cı ilin yanvar ayında "xxxx” Qapalı Səhmdar Cəmiyyətində sərnişin vaqonunun bələdçisi kimi iş vaxtından artıq işləmişdir. Normadan artıq işləməyi onun əvvəlcədən yazılı razılıq ərizəsi və işəgötürənin müvafiq əmri əsasında həyata keçirilmişdir. İşlədiyi artıq iş saatlarına gora ona işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq nəzərdə tutulmuş əlavə ödənişlər tam ödənilmişdir. Bununla bağlı ADY-nın Sərnişin daşımaları departamentinə, ümumilikdə “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı heç bir şikayəti, narazılığı, iş və pul tələbi yoxdur. İş materiallarına əlavə edilmiş X3 ##.##.2026-cı il tarixli ərizəsindən görünür ki, ##.##.2026-cı il tarixdən ##.## 2026-cı il tarixinə keçən gecə təxminən saat 00 15 radələrində Sumqayıt sərnişin stansiyasında mövcud olan istirahət otağında ikən özünü narahat hiss etmişdir. Digər əməkdaşlar təcili tibbi yardım çağırmış və ona ilkin tibbi yardım göstərildikdən sonra ** saylı Sumqayıt Şəhər Xəstəxansına aparılmışdır və orada tibbi yadım göstərilmişdir. Daha sonra özünü yaxşı hiss etmişdir. ##.## 2026-cı il tarixində qeydiyyatda olduğu ərazi üzrə polilklinikaya səhhəti ilə bağlı müraciət edərək xəstəlik vərəqəsi açdırmışdır. Müalicəsi bitdikdən sonra işə qayıtmış və fəaliyyətini davam etdirir. Səhhətində hazırda hər hansı bir problem yoxdur Qeyd edilən hadisə ilə bağlı bağlı ADYnın Sərnişin daşımaları departamentinə, ümumilikdə “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı heç bır şikayəti, narazılığı iş və pul tələbi yoxdur. İş materiallarına əlavə edilmiş «xxxx» QSC-nin ##.##.2026-cı il tarixli arayışından görünür ki, X4 ondan ötrü ki, o, həqiqətən ##.##.2021-ci il tarixində "xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları departamentinə sərnişin vaqonunun bələdçisi vəzifəsinə işə qəbul edilmişdir. 2026-cı ilin yanvar ayı üzrə ümumi əmək haqqı 1109.81 (bir min yüz doqquz manat səksən bir qəpik) AZN hesablanmışdır. İşçinin növbəli iş rejimində işləməsinə görə vəzifə maaşı 458.92 (dörd yüz əlli səkkiz manat doxsan iki qəpik) AZN, gecə növbəsinə görə 33.21 (otuz üç manat iyirmi bir qəpik) AZN, normadan artıq iş saatına görə 362.23 (üç yüz altmış iki manat iyirmi üç qəpik) AZN, əmək qabiliyyətini müvvəqəti itirilməsinə görə 102.19 (bir yüz iki manat on doqquz qəpik) AZN, iş stajına görə əlavə 22.95 (iyirmi iki manat doxsan beş qəpik) AZN, bayram günü işə cəlb edilməsi ilə əlaqədar 130.32 (bir yüz otuz manat otuz iki qəpik) AZN təşkil etmişdir. Məlumat üçün bildirilir ki, bütün ödənişlər əmək qanunvericiliyinə uyğun olaraq ödənilmişdir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarında müəyyən olunmuşdur ki, araşdırma zamanı toplanmış sənədlərə əsasən işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş iş saatlarından artıq iş saatlarına cəlb edildiyi müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X1 tərəfindən qəbul edilmiş ## ##### 2026cı il tarixli, MN ******* saylı inzibati tenbeh vermə haqqında qərar ilə “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları departamentinin rəisi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 198.1.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsə də, lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sərnişin daşımaları departamentinin istismar xidmətinin qatar briqadalarının sərnişin vaqonunun bələdçisi X3 ərizə verərərək 2026-cı ilin yanvar ayı üzrə artıq iş saatlarına cəlb edilməyə və işləməyə etiraz etmədiyini bildirmiş, həmçinin, işçilərin iş vaxtından artıq iş saatlarına cəlb edilmələrinin tənzimlənməsi barədə ##.##.2025-ci il tarixli *** nömrəli əmr ilə zərurət yarandıqda sərnişin daşımaları departamentinin müvafiq işçilərinin 2026-cı ilin yanvar ayı üzrə iş vaxtından artıq işə cəlb edilməsinin təmin edilməsi, yaranmış zərurətlə əlaqədar işçilərin iş vaxtından artıq işə cəlb olunma halları baş verdiyi təqdirdə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ödəniş həyala keçirilməsinin Departamentin İnsan Resursları Şöbəsinə tapşırılması əmr edilmişdir. Bundan əlavə, «xxxx» QSC-nin ##.##.2026-cı il tarixli arayışından görünür ki, X4 ##.##.2021-ci il tarixində "xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları departamentinə sərnişin vaqonunun bələdçisi vəzifəsinə işə qəbul edilmişdir. 2026-cı ilin yanvar ayı üzrə ümumi əmək haqqı 1109.81 (bir min yüz doqquz manat səksən bir qəpik) manat hesablanmışdır. İşçinin növbəli iş rejimində işləməsinə görə vəzifə maaşı 458.92 (dörd yüz əlli səkkiz manat doxsan iki qəpik) manat, gecə növbəsinə görə 33.21 (otuz üç manat iyirmi bir qəpik) manat, normadan artıq iş saatına görə 362.23 (üç yüz altmış iki manat iyirmi üç qəpik) manat, əmək qabiliyyətini müvvəqəti itirilməsinə görə 102.19 (bir yüz iki manat on doqquz qəpik) manat, iş stajına görə əlavə 22.95 (iyirmi iki manat doxsan beş qəpik) manat, bayram günü işə cəlb edilməsi ilə əlaqədar 130.32 (bir yüz otuz manat otuz iki qəpik) manat təşkil etmişdir. Məlumat üçün bildirilir ki, bütün ödənişlər əmək qanunvericiliyinə uyğun olaraq ödənilmişdir. Göründüyü kimi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Qərardan şikayət verən orqan (şəxs) təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş sənədlər ilə Qərardan şikayət verən orqan (şəxs) təqsirliliyi təkzib olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni normal əmək və istirahət rejiminə riayət edilməməsinə, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Apellyasiya instansiya məhkəməsi birinci instanisya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq həmçinin qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. "xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları departamentinə sərnişin vaqonunun bələdçisi X4 bütün ödənişlər əmək qanunvericiliyinə uyğun olaraq ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddəsində deyilir: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin ## ##### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətin təmin edilərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qanuni və düzgün nəticəyə gəlinmişdir. Odur ki, hesab edirəm ki, apellyasiya qaydasında verilmiş şikayət əsasssız olduğundan təmin edilməməli, sözügedən inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq qərara aldım: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin ## ##### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2591/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2591/2026
21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver