Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2792/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, Osmanov Vahab Bəhram oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X7 nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X7 Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 324-1.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X7 barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 324-1.1ci maddəsi ilə MN seriyalı ******* nömrəli, ## #### 2026-cı il tarixli “Inzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X7 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 324-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməsi qərara alınmışdır. Həmin qərardan inzibati xəta üzrə icraatı aparan orqan Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 324-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində maddənin sanksiyasına uyğun olaraq 3.000 (üç min) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin sözügedən Qərarı tamamilə əsassız, hüquq normalarının yanlış şərh edilməsi və xətanın xarakterinin, habelə qanunvericilikdə nəzərdə tutulmuş iddia/məsuliyyət müddətlərinin səhv tətbiqi nəticəsində qəbul edilmişdir. Birinci instansiya məhkəməsi nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 324-1.1-ci maddəsi Məcəllənin 28-ci fəslinə ("Nəqliyyatda olan qaydalar əleyhinə olan inzibati xətalar") daxildir və bu sahə üzrə Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində xüsusi 1 illik müddət göstərilmədiyi üçün ümumi 4 aylıq müddət tətbiq edilməlidir. Lakin bu nəticə kəskin hüquqi xəta təşkil edir: a) Beynəlxalq daşımalar və icazə sistemi gömrük və sərhəd keçid qaydalarının tərkib hissəsidir: "Avtomobil nəqliyyatı haqqında" AR Qanununun 50.4 və 50.6-cı maddələrinə əsasən, beynəlxalq icazə blankları xarici dövlətlərlə kvota üzrə mübadilə edilən, dövlət sərhədindən maneəsiz keçidi və beynəlxalq yükdaşımanı tənzimləyən xüsusi dövlət sənədləridir. Bu sənədlərin başqa şəxsə ötürülməsi bilavasitə GÖMRÜK QAYDALARININ, dövlət rüsumu və tənzimləmə rejiminin pozulması ilə nəticələnir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin mətninə görə, gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə tənbeh inzibati xətanın törədildiyi gündən ən geci BIR IL keçənədək verilə bilər. b) Davam edən xəta xarakteri: Icazə blankının qanunsuz olaraq digər hüquqi/fıziki şəxsin istifadəsinə verilməsi və bu blankla beynəlxalq reyslərin həyata keçirilməsi birdəfəlik akt deyil, sənəd qanunsuz dövriyyədə olduğu və istifadə edildiyi bütün müddət ərzində davam edən xəta xarakteri taşıyır. c) Müddətin hesablanması: Xəta faktı ##.##.2026-cı il tarixdə aşkar edilmiş, protokol ##.##.2026-cı il tarixdə tərtib olunmuş, məhkəmə qərarı isə ##.##.2026-cı il tarixdə çıxarılmışdır. Hətta məhkəmənin istinad etdiyi 4 aylıq müddət götürülsə daxil, xətanın baş verdiyi ##.##.2026-cı il tarixindən məhkəmə qərarının çıxarıldığı ##.##.2026-cı il tarixinədək cəmi 1 ay 19 gün (50 gün) keçmişdir! Əgər protokolun tərtib edildiyi ##.##.2026-cı il tarixi götürülsə, qərarın çıxarılmasına qədər cəmi 1 ay 6 gün geçmişdir. Məhkəmənin müddətin keçməsi barədə nəticəsinin riyazi və məntiqi cəhətdən tamamilə yanlış olması: Məhkəmə qərarının təsviriəsaslandırma hissəsində xətanın törədildiyi aşkar edildiyi tarix kimi ## ### 2026-cı il göstərilir. Qərarın qəbul edildiyi tarix isə ## #### 2026-cı il tarixidir. Məhkəmə hüquqi baxımdan ziddiyyətli şəkildə qeyd etmişdir ki, "işə məhkəmədə baxılan zaman artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir". ## ### 2026-cı ildən ## #### 2026-cı il tarixinədək olan müddət cəmi 50 gün (1 ay 19 gün) edir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş ən qısa müddət olan 4 (dörd) ay (120 gün) belə ötüb keçməmişdir. Məhkəmə 4 aylıq müddətin necə və hansı hesabla bitdiyini əsaslandırmamış, aşkar riyazi xətaya və hüquqi yanlışlığa yol vermişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli №-SY177 təhvil-təslim aktı, ##.##.2026-cı il tarixli ödəniş tapşırığı, buraxılış kartı reyestr çıxarışları və ##.##.2026-cı il tarixli MN № ******* nömrəli protokol subyektiv və obyektiv tərəfdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X7 təqsirini tam subuta yetirir. Dövlət tərəfindən sırf cavabdeh şirkətin fəaliyyəti üçün verilmiş xüsusi blankın digər şirkətin ("Həsənoğlu Logistics" X7) istifadəsində olan nəqliyyat vasitəsinə verilərək qanunsuz dövriyyəyə buraxılması "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun 50.6-cı maddəsinin birbaşa pozulmasıdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X7 nümayəndəsi X1 şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlər əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X7 verilmiş ****** nömrəli Gürcüstan “ikitərəfli/tranzit icazə Blankı ##.##.2026-cı il tarixdə, “Həsənoğlu Logistics” X7 məxsus **BQ*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ötürülməsi aşkar edilmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X7 tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 324-1.1-ci maddəsidə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Işdə olan ## ###### 2026-cı il tarixli №-SY*** nömrəli təhvil-təslim aktından görünür ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X7 Gürcüstan ikitərəfli/tranzit daşımaları üçün 26269078 və ******** nömrəli "Icazə" blankları (cəmi 110 ədəd) rəsmi qaydada təhvil verilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 324-1.1-ci maddəsində “Icazə” blankının (jurnalının) doldurulması zamanı məlumatların təhrif olunmasına, pozulmasına və yenidən yazılmasına, habelə “Icazə” blankının (jurnalının) başqa şəxsə ötürülməsinə görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X7 verilmiş ****** nömrəli Gürcüstan “ikitərəfli/tranzit icazə Blankı ##.##.2026-cı il tarixdə, “Həsənoğlu Logistics” X7 məxsus **-BQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ötürülmüş, işə məhkəmədə baxılan zaman artıq 4 aylıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 324-1.1-ci maddəsi həmin Məcəllənin 28-ci fəslinə, yəni hava, dəniz, çay, avtomobil, dəmir yolu nəqliyyatında və metropolitendə olan qaydalar əleyhinə inzibati xətalara daxil edilir. Göründüyü kimi, inzibati xətalar qanunvericiliyinə görə hava, dəniz, çay, avtomobil, dəmir yolu nəqliyyatında və metropolitendə olan qaydalar əleyhinə inzibati xətalara görə inzibati məsuliyyətə cəlb etmə müddəti ilə bağlı xüsusi norma göstərilmədiyindən, bu müddət 04 (dörd) ay müəyyən edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31– 34cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X7 tərəfindən Inzibati Xətalar Məcəlləsinin 324-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapır. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 324-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam vermişdir. Bu səbəbdən məhkəmə, birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşır və hesab edir ki, işə baxan hakim Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X7 tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 324-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini müəyyən etmiş və inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-2792/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2792/2026
04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver