Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2841/2026 11.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra – Qərardan şikayət verən orqan (şəxs)) iştirakları ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Qərardan şikayət verən orqan (şəxs) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə verdiyi şikayətində göstərmişdir ki, ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) tərtib edilmiş ## ######## 2025-ci il tarixli, EQ ******** nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul etdiyi ## ###### 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə 10 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Onun həmin qərarla inzibati məsuliyyətə cəlb edilməsi guya “Ford Cargo” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərkən yol hərəkəti qaydasını pozması ilə bağlı olsa da, o, hər hansı avtomobili, o cümlədən “Ford Cargo” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə etməmişdir. Buna görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Qərardan şikayət verən orqan (şəxs) həmin şikayətinə əlavə etdiyi vəsatətində iş üzrə səlahiyyətli orqanın mübahisələndirdiyi qərarından şikayət verərkən ötürdüyü prosessual müddətin bərpa edilməsini xahiş etmiş, vəsatətini onunla əsaslandırmışdır ki, iş üzrə səlahiyyətli orqan ona mübahisələndirdiyi qərar barədə hər hansı formada məlumat verməmiş, o, həmin qərardan məlumatı təsadüfən “E-polis” tətbiqinə baxarkən əldə etdikdən sonra səlahiyyətli orqan və Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət etmiş, lakin bunun müsbət nəticəsi olmamışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə (hakim X5) Qərardan şikayət verən orqan (şəxs) verdiyi həmin vəsatət təmin edilməmişdir. Qərardan şikayət verən orqan (şəxs) həmin məhkəmə qərardadından şikayət verib, onun ləğv edilməsini, vəsatətin təmin edilməsini və iş üzrə səlahiyyətli orqanın onun barəsində qəbul etdiyi inzibati tənbeh vermə haqqında qərarından şikayət verməsi üçün ötürdüyü prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, o, barəsində səlahiyyətli orqanın tərtib edilmiş ## ######## 2025-ci il tarixli, EQ ******** nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul etdiyi ## ###### 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar və buna oxşar daha 15 ədəd qərarları barədə məlumatları təxminən 3 ay əvvəl “E-polis” tətbiqinə baxarkən əldə etmişdir. Bundan sonra o, həmin qərarla bağlı səlahiyyətli orqana və Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət etmiş, şikayətlərinin nəticəsini 45 gün ərzində gözləsə də, bunun müsbət nəticəsi olmadığına görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə verdiyi bir müraciətinin mətnində həmin qərarlardan şikayət vermiş, birinci instansiya məhkəməsi onun şikayətini həmin qərarlardan ayrı-ayrılıqda şikayət verməli olması barədə qanunvericiliyin tələblərinə əməl etməsi üçün özünə qaytarmışdır. O, qanunvericiliyin müvafiq tələblərinə riayət etdikdən sonra yenidən səlahiyyətli orqanın onun barəsində qanunsuz olaraq qəbul etdiyi 16 ədəd inzibati tənbeh vermə haqqında qərarlarından həmin məhkəməyə şikayət etmişdir. Apellyasiya məhkəməsi iclasında Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərinə uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına səlahiyyətli orqanın nümayəndəsi vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq gəlməmiş, bunun üzrlü səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə verilmiş şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş üzrə birinci instansiya məhkəməsi gəldiyi müvafiq nəticəni onunla əsaslandırmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə səlahiyyətli orqanın onun barəsində tərtib edilmiş ## ######## 2025-ci il tarixli, EQ ******** nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul etdiyi ## ###### 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətini üzrlü səbəbdən ötürməsini təsdiq edən sübutu təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-in 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Göstərilən qanunvericilik normasından aydın olur ki, barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qəbul edildiyi şəxsin həmin qərardan şikayət verməsi üçün müəyyən edilmiş 20 günlük prosessual müddət qərarın elan edildiyi deyil, sonuncuya rəsmi qaydada verildiyi vaxtdan hesablanır. İş materiallarında səlahiyyətli orqanın Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş ## ######## 2025-ci il tarixli, EQ ******** nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul etdiyi ## ###### 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı hər hansı formada təqdim etməsini təsdiq edən sübut mövcud deyildir. Həmçinin, səlahiyyətli orqan bu barədə sübutu birinci və apellyasiya instansiyası məhkəmələrinə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, iş üzrə Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqanın mübahisələndirdiyi qərarı barədə məlumatı “E-polis” tətbiqinə baxarkən əldə etməsi həmin qərarın ona səlahiyyətli orqan tərəfindən təqdim edilməsi kimi qəbul edilə bilməz. Əks yanaşma hüquqi müəyyənlik prinsipinə ziddir. Azərbaycan Respublikası İXM-in 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə bilər. İş materialları ilə müəyyən edilmişdir ki,: - Qərardan şikayət verən orqan (şəxs) iş üzrə mübahisələndirdiyi qərar barədə məlumatı təsadüfən “E-polis” tətbiqinə baxarkən əldə etdikdən sonra həmin qərardan əvvəlcə səlahiyyətli orqana və Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət etmişdir. - Qərardan şikayət verən orqan (şəxs) ünvanlanmış səlahiyyətli orqanın ## #### 2026-cı il tarixli, *-**-***-Q-***** nömrəli məktubunda ““Ford Cargo” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə olunması zamanı törədilmiş yol hərəkəti qayda pozuntularına görə xüsusi texniki vasitənin Daxili İşlər Nazirliyinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatlar əsasında çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarlardan narazılığınıza dair müraciətinizə baxılmışdır. Müraciətlə bağlı Sizinlə telefon əlaqəsi saxlanılaraq X1 xidməti fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələbləri barədə ətraflı məlumat verilməklə qaldırdığınız məsələyə aydınlıq gətirilmişdir”, Azərbaycan Respublikasının Baş Prokurorluğunun ## #### 2026-cı il tarixli məktubunda isə “Ford Cargo” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmədiyi halda, həmin nəqliyyat vasitəsilə bağlı adına inzibati xəta haqqında protokolların tərtib edilməsi barədə müraciətinin baxılması üçün səlahiyyətli orqana göndərildiyi göstərilmişdir. - Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqana göndərdiyi müraciəti ilə bağlı müsbət nəticənin olmamasını bildikdən sonra Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə verdiyi bir müraciətinin mətnində səlahiyyətli orqanın onun barəsində qəbul etdiyi 16 ədəd inzibati tənbeh vermə haqqında qərarlarından şikayət vermiş, buna görə də Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə Qərardan şikayət verən orqan (şəxs) verdiyi həmin şikayət geri qaytarılmışdır. - Bundan sonra sonuncu iş üzrə səlahiyyətli orqanın mübahisələndirdiyi qərarından ## ###### 2026-cı il tarixdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət vermişdir. Birinci instansiya məhkəməsinin işin yuxarıda göstərilən müəyyən edilmiş prosessual hallarını nəzərə almaması iş üzrə düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur. Apellyasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən prosessual halları əsasında Qərardan şikayət verən orqan (şəxs) iş üzrə səlahiyyətli orqanın mübahisələndirdiyi qərarı barədə məlumatı “E-polis” tətbiqinə baxarkən əldə etdikdən sonra həmin qərardan əvvəlcə səlahiyyətli orqana və Azərbaycan Respublikasının Baş Prokurorluğuna, bunun müsbət nəticəsinin olmamasından sonra isə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayətlər etməsini müəyyən etdiyinə görə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqanın iş üzrə mübahisələndirdiyi qərarından şikayət verməsi üçün prosessual müddəti üzrlü səbəbdən ötürmüşdür. Azərbaycan Respublikası İXM-in: - 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. - 135.1.2-ci maddəsinə əsasən hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət əsaslı olduğuna görə təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı işin faktiki hallarına uyğun olmamasına görə verilmiş şikayətə münasibətdə ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) verdiyi vəsatət təmin edilməli, onun səlahiyyətli orqanın barəsində tərtib edilmiş ## ######## 2025-ci il tarixli, EQ ******** nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul etdiyi ## ###### 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verməsi üçün ötürdüyü prosessual müddət bərpa edilməli və inzibati xəta haqqında iş üzrə icraat materialları Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayətə baxılmasına hazırlıq mərhələsinə qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı verilmiş şikayətə münasibətdə ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) verdiyi vəsatət təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin onun barəsində tərtib edilmiş ## ######## 2025-ci il tarixli, EQ ******** nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul etdiyi ## ###### 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verməsi üçün ötürdüyü prosessual müddət bərpa edilsin. İş üzrə inzibati xəta haqqında icraat materialları Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayətə baxılmasına hazırlıq mərhələsinə qaytarılsın. Qərardad qətidir, ondan şikayət verilə bilməz. Qərardad elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(3-6)-2841/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2841/2026
11.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver