Məhkəmə qərarları › İş №3(3-6)-3091/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3091/2026

22.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3091/2026 22.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlu, məhkəmə iclasının katibi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC-nin) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-in) 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib tənbeh edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ######## 2026-cı il tarixli qərarından MMC-nin direktoru X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim X2) *(*-**)-****/**** saylı, ## ######## 2026-cı il tarixli qərarı ilə, hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, X3 ev 21 olan MMC IXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 7.580,15 ABŞ dolları ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Işin halları: Materialdan görünür ki, MMC-nin IXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ##.##.2026-cı il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında protokola əsasən, MMC 37900.77 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ## #### 2024-cü il tarixində avans olaraq xaricə köçürmüş və 2 il keçsə də, 37900.77 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Iş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Həmin qərardan MMC-nin direktoru apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ######## 2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixli 37 900,77 ABŞ dolları məbləğində köçürmənin təyinatında ##.##.2024-cü il tarixli AZ******** nömrəli proforma invoys göstərilmişdir. Həmin proforma invoysun ümumi məbləği 493 563 ABŞ dollarıdır. Buna görə mübahisəli köçürmə ayrıca və müstəqil mal partiyasının tam dəyəri deyil, eyni proforma invoys üzrə aparılmış hissəvi ödənişlərdən biridir. “X5 Limited” tərəfindən verilmiş Commercial Invoice List, Payment List və Invoice & Payment Statement sənədləri ödənişlərin və mal göndərişlərinin vahid cari hesab üzrə uçota alındığını göstərir. ##.##.2024-cü il tarixindən ##.##.2025-ci il tarixinədək rəsmiləşdirilmiş kommersiya invoyslarının ümumi məbləği 530 331,77 ABŞ dolları təşkil edir və AZ******** nömrəli proforma invoysun 493 563 ABŞ dolları məbləğindən artıqdır. Eyni təchizatçıdan və eyni proforma invoys üzrə ödənişlərdən sonra MMCnin adına malların Azərbaycan Respublikasına idxalı aşağıdakı gömrük bəyannamələri ilə təsdiq olunur: ************** nömrəli gömrük bəyannaməsi, ************** nömrəli gömrük bəyannaməsi, ************** nömrəli gömrük bəyannaməsi, ************** nömrəli gömrük bəyannaməsi. Bu bəyannamələr 2024-cü ilin iyul ayından 2025-ci ilin mart ayınadək olan dövrdə, yəni ##.##.2024-cü il tarixli ödənişdən sonra və iki illik müddət başa çatmamış rəsmiləşdirilmişdir. Belə şəraitdə 37 900,77 ABŞ dolları məbləğində hissəvi ödənişi digər ödənişlərdən, kommersiya invoyslarından və sonrakı idxal əməliyyatlarından ayıraraq həmin məbləğ müqabilində heç bir malın idxal edilmədiyi nəticəsinə gəlmək olmazdı. Bunun üçün ödənişlərin, kommersiya invoyslarının və gömrük bəyannamələrinin tarix və məbləğlər üzrə qarşılıqlı tutuşdurulması tələb edilirdi. Iş üzrə belə təhlil aparılmamışdır. Gömrük bəyannamələrinin 20-ci qrafasındakı ödəniş kodu faktiki idxalı aradan qaldırmır. Təqdim edilmiş gömrük bəyannamələrinin 20-ci qrafasında bəzi hallarda “120” kodunun göstərilməsi malların idxal edilmədiyini sübut etmir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ##.##.2014-cü il tarixli, ***/*** nömrəli sərəncamı ilə ödənilməsini, “110" kodu malın dəyərinin bir hissəsinin əvvəlcədən ödənilməsini, “120" kodu isə malın dəyərinin idxaldan sonra ödəniləcəyini ifadə edir. Mübahisəli köçürmə 493 563 ABŞ dolları məbləğində proforma invoys üzrə hissəvi avans olduğundan, Cəmiyyətin izahına görə bəyannamələrdə “110” kodu göstərilməli idi. "120" kodu ödəniş üsulunun faktiki əməliyyata uyğun əks etdirilməməsini göstərən texniki uyğunsuzluqdur. Gömrük rəsmiləşdirilməsi MMC ilə “xxxx" MMC arasında bağlanmış ##.##.2019-cu il tarixli, BCW- **/** nömrəli müqavilə əsasında dolayı gömrük təmsilçisi vasitəsilə aparılmışdır. Buna görə kod uyğunsuzluğu faktiki idxal əməliyyatını yox etmir, ən çoxu həmin əməliyyatın bank nəzarəti sistemində düzgün eyniləşdirilməməsinin səbəbini izah edir. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi X1 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının yeri və vaxtı barəsində qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Səlahiyyətli orqanın nümayəndəsi nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq, təqdim edilmiş bəyannamələrlə malların idxalını təsdiq edildiyindən şikayətin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin direktoru hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edilərək tələbi IXM-in 135.1.2 və 135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi inzibati xəta tərkibinin olması qənaətinə gəlməkdə və bu əsasla inzibati xəta haqqında iş üzrə hüquqi şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq etməkdə haqlı olmamış və düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, MMC tərəfindən 37900.77 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait ## #### 2024-cü il tarixdə “X5 Limited” şirkətinin hesabına köçürülmüşdür. Təqdim edilmiş ************** nömrəli, ************** nömrəli nömrəli gömrük bəyannamələrindən görünür ki, MMC-nin ## #### 2024-cü il tarixli 37900.77 ABŞ dolları məbləğində avans ödənişi müqabilində mallar 2024-cü ilin iyul ayında ölkəyə idxal edilmişdir. IXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X6 ## ###### 2020-ci il tarixli **/* saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi Bankının Idarə Heyətinin 2016-cı il ## ###### tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. IXM-in; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin MMCnin IXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasına dair ## ######## 2026-cı il tarixli qərarı ləğv edilməli, MMC barəsində IXM-in 430.4-cü maddəsi ilə tərtib olunmuş ##.##.2026-cı il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və IXM-in 134.1.2, 135.1.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 tərəfindən verilmiş şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib tənbeh edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ######## 2026-cı il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar