Məhkəmə qərarları › İş №3(3-7)-632/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-632/2026

11.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-632/2026 11.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X2 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan - Azərbaycan Dövlət X7 yanında Suların İstifadəsinə və X10 Xidməti ** saylı Gəncə-X9 nümayəndəsi Əhmədli Elnur İlham oğlunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 264.0.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Göygöl Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Dövlət X7 yanında Suların İstifadəsinə və X10 Xidməti ** saylı Gəncə-X9 rəisi Məhərrəmov İlqar Nəcəf oğlu tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X7 yanında Suların İstifadəsinə və X10 Xidməti ** saylı Gəncə-X9 tərəfindən vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Göygöl rayonu Toğanalı kəndi ərazisindəki Ömər dağı ** saylı yaylaq otlaq sahəsindən keçən Ömərçayın sol mühafizə zonasında qanunsuz olaraq mövsümü heyvandarlıq fermasının (düşərgəsinin) yerləşdirilməsi müəyyən edilmişdir. Göygöl Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim A.E.Səfərova) vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 264.0.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarından Suların İstifadəsinə və X10 Xidməti ** saylı Gəncə-X9 rəisi Məhərrəmov İlqar Nəcəf oğlu Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarının ləğv edilməsini, vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Dövlət X7 yanında Suların İstifadəsinə və X10 Xidmətinin ** saylı Gəncə-Daşkəsən regional bölmə rəisinin *** nömrəli, 2 İyul 2026-cı il tarixli Sərəncamı əsasında xidməti ərazi üzrə su qanunvericiliyinin tələblərinə riayət edilməsi vəziyyətinin müəyyən edilməsi məqsədilə keçirilmiş nəzarət tədbirləri zamanı, ##.##.2026-cı ildə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Göygöl rayonu, Toğanalı kəndi ərazisindəki Ömər dağı ** saylı yaylaq otlaq sahəsindən keçən Ömərçayın sol sahilində su mühafizə zonasında qanunsuz olaraq mövsümi heyvandarlıq fərmasının (düşərgəsinin) yerləşdirilməsi faktı aşkar edilmiş və inzibati araşdırmaya başlanaraq ##.##.2026-cı ildə İXM-nin 264.0.3-cü maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə T.Alışanovun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə İXM-nin 53.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam vermiş və qərarını onunla əsaslandırmışdır ki, iş materiallarında vəzifəli şəxs T.M.Alışanov tərəfindən yerləşdirildiyi iddia edilən heyvandarlıq düşərgəsinin çayın mühafizəsi zonasında (minimum 50 metrədək məsafədə) yerləşməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Aparılmış nəzarət tədbirləri nəticəsində tərtib edilmiş ****** nömrəli, ## #### 2026-cı il tarixli inzibati akt üzrə T.M.Alışanov tərəfindən çayın mühafizə zonasında heyvandarlıq düşərgəsi salındığı qeyd olunsa da, həmin düşərgənin yeri dəqiq təsvir olunmamış, belə olan halda həmin düşərgə ilə çayın arasında hansı məsafənin olmasının məhkəmə tərəfindən hazırki halda müəyyən edilməsi mümkün deyildir. Nəzarət tədbirləri zamanı aşkar edilmiş faktla bağlı fotoşəkillər çəkilərək inzibati xəta materiallarına əlavə edilsə də, lakin videogörüntü qeydə alınmamışdır. Təqdim edilmiş həmin fotoşəkillər əsasında da hər hansı inzibati xəta faktının mövcud olması sübut olunmur. Belə ki, fotoşəkillərdə heyvandarlıq düşərgəsinin olması əksini tapsa da, həmin görüntülər əsasında heyvandarlıq düşərgələrinin T.M.Alışanova məxsus olması, həmçinin çayın mühazifə zonasından hansı məsafədə yerləşməsini dəqiq müəyyən etmək mümkün deyildir. Göygöl Rayon Məhkəməsinin qəbul etdiyi qərarla razı deyildir. Ona görə ki, məhkəmə işin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən halları nəzərə almamış, işə birtərəfli yanaşaraq, qarşı tərəfin məhkəmə iclasında verdiyi özünü müdafiə xarakterli izahatlarını əsas alaraq onun maraqlarından çıxış etmiş, məhkəməyə təqdim olunmuş sübutları düzgün qiymətləndirməmiş, maddi hüquq normalarını düzgün tətbiq və şərh etməmişdir. Belə ki, Su Məcəlləsinin 82-ci maddəsinin 1- 2-ci abzaslarında qeyd edilir ki, su obyektlərinin ekoloji tələblərə uyğun vəziyyətdə saxlanması, yerüstü və yeraltı suların çirklənməsinin, zibillənməsinin və tükənməsinin qarşısının alınması, habelə heyvanlar və bitkilər aləminin məskunlaşdığı mühitin qorunub saxlanması üçün su mühafizə zonaları müəyyən edilir. Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir. Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir. Həmin maddənin 3-cü abzasında konkret göstərilir ki, sahil mühafizə zolaqlarında torpaqların şumlanması və əkilməsi, məşələrin qırılması, ağac və kolların kökündən çıxarılması, heyvandarlıq ferma və düşərgələrinin, qəbiristanlığın, zibilxananın yerləşdirilməsi, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, digər fəaliyyət növləri qadağan edilir. Həmin maddənin IV abzasında qeyd edilir ki, sahil mühafizə zolaqlarında icazə əsasında su təchizatı, istirahət, idman, balıqçılıq və ovçuluq təsərrüfatı obyektlərinin, habelə liman və hidrotexniki qurğuların yerləşdirilməsinə yol verilir. Su Məcəlləsinin 83-cü maddəsinə əsasən Su mühafizə zonalarında yerləşən torpaq sahələri fiziki və hüquqi şəxslərin istifadəsinə, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi və bu Məcəllə ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla verilə bilər. Su mühafizə zonalarında təbii ehtiyatların istifadəsi və mühafizəsi rejiminə riayət edilməsinə, fiziki və hüquqi şəxslərin digər təsərrüfat fəaliyyətinə dövlət nəzarəti öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və İstifadəsinin müəyyən edilməsi"Qaydalarının 2-ci və 3-cü bəndlərinə əsasən su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir. Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir və onların ərazisində təbiətdən istifadəyə əlavə məhdudiyyətlər tətbiq edilir. Qaydaların 22-ci bəndində konkret olaraq göstərilmişdir ki, su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan faydalı qazıntıların, boru, kabel və digər kommunikasiyaların çəkilməsi, ictimai-iaşə və digər xidmət müəssisələrinin yerləşdirilməsi, tikinti, quraşdırma, partlayış, torpaq qazma, buruq qazma və digər işlərinin aparılması su mühafizə zonalarında qadağan edilir. Qaydaların 25-ci bəndində qeyd edilir ki, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri onların torpaq sahələrində yerləşən su mühafizə zonaları və sahil mühafizə zolaqları üçün müəyyən edilmiş istifadə rejiminə riayət etməlidirlər. Qaydaların 27-ci bəndində qeyd edilir ki, su mühafizə zonaları və sahil mühafizə zolaqlarının ərazisində istifadə rejiminin pozulmasında günahkar şəxslər mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar. Su Məcəlləsinin 103cü maddəsinin 20-ci abzasına əsasən su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarının istifadə və mühafizə rejimlərinin tələblərinə riayət edilməməsi su qanunvericiliyinin pozulması hesab edilir ki, buna görə vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, İnzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1998-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarərinin heyata keçirilməsi Qaydalarının 2-ci bəndinə əsasən su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin əsas məqsəd və vəzifələri mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə, təşkilat və digər hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər tərəfindən su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarına, sudan istifadə limitlərinə, su obyektlərinin İstifadəsi və mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji, metroloji standartlara, normalara və qaydalara, su mühafizə zonalarının ərazisindən İstifadə rejiminə və Azərbaycan Respublikasının su qanunvericiliyinin digər tələblərinə riayət olunmasını təmin etməkdir. Yuxarıda göstərilən maddi hüquq normaları rəhbər tutularaq aşkar edilmiş fakta görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. T.M.Alışanovun təqsirli olması tərtib edilmiş baxış aktı, fotoşəkillər, onun özünün bölməyə verdiyi etirafedici izahatı və işdəki digər sənədlər ilə tam sübuta yetirilməsinə baxmayaraq məhkəmə öz mülahizələri əsasında qərar qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin fiziki şəxsin sahibkarlıq uçotu haqqında ********** qeydiyyat nömrəli şəhadətnaməsinin surətindən görünür ki, Göygöl şəhəri, İsrəfil Məmmədov küçəsi, ev 50 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2005-ci il tarixdə ** saylı Ərazi Vergilər Departamentində sahibkar kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan Göygöl Rayon İcra Hakimiyyəti Başçısının ** nömrəli, ## ### 2019-cu il tarixli sərəncamından və ## ###### 2019-cu il tarixli, ** saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Göygöl rayonu dövlət mülkiyyətində olan "Ömər dağı" adlanan ** saylı (359 hektar) yay otlaq sahəsindən 250 hektarı Göygöl şəhər sakini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 1500 davarın otarılması üçün icarəyə verilmişdir. T.M.Alışanov inzibati araşdırma zamanı bölməyə verdiyi izahatında otlaq sahəsini icarəyə götürdüyünü, heyvandarlıq düşərgəsinin su mühafizə zonasında salınmasının qanunla qadağan olunduğundan xəbərsiz olduğunu və həmin nöqsanı aradan qaldıracağını bildirmişdir. Yuxarıda qeyd edilən Qaydaların 8-ci bəndində qeyd edilir ki, çayların başlanğıcından uzunluğu boyu su mühafizə zonalarının minimum eni çayın uzunluğu 10 kmdək olduqda 50 metr təşkil edir. Məhkəmə araşdırması dövründə hakim tərəfindən Azərbaycan Dövlət X7 yanında Suların İstifadəsinə və X10 Xidmətinin ** saylı Gəncə-X9nə ## ###### 2026-cı il tarixdə sorğu ünvanlanaraq, yay dövrü üzrə Ömər çayın mühafizəsi zonasının hansı ölçüdə müəyyən edilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən salınmış mövsümi heyvandarlıq fermasının (düşərgəsinin) sözügedən çaydan hansı məsafədə yerləşməsinin müəyyən edildiyi barədə məlumatların məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Sorğuya cavab olaraq Azərbaycan Dövlət X7 yanında Suların İstifadəsinə və X10 Xidmətinin ** saylı Gəncə-X9 tərəfindən verilmiş *-**-*-**/*- ***/**** nömrəli, ## ###### 2026-cı il tarixli cavab məktubunda göstərilmişdir ki, mövcud məlumatlara əsasən X5 Murovdağ silsiləsinin şimal-şərq hissəsində İlxıdərə, Ömərçay və Bənövşəliçayın qovuşmasından əmələ gəlir. Ömərçayın uzunluğu 7 km, su yığımı hövzəsinin sahəsi 24 kv.km olmaqla, Kürəkçayın 114-cü km-də sol sahilində ona qovuşur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş "Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi" Qaydalarının 8-ci bəndinə əsasən Ömərçayın uzunluğu 10 km-dək olduğundan, yay dövrü üzrə Ömərçayın su mühafizə zonasının eni 50 metr təşkil edir. Regional bölmədə aparılmış araşdırma zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mövsümi heyvandarlıq fermasının (düşərgəsinin) Ömərçaydan 15-40 metr məsafədə yerləşdiyi müəyyən edilmişdir. Mövsümi heyvandarlıq fermasının (düşərgəsinin) Ömərçaya olan məsafəsini və su mühafizə zonasına münasibətdə yerləşmə vəziyyətini əks etdirən situasiya planı tərtib edilərək, sorğuya əlavə edilmişdir. T.M.Alışanov məhkəmə iclasında isə ilkin izahatından tam fərqli izahat verərək düşərgənin çayın mühafizə zonasında yerləşmədiyini, düşərgənin 50 metrədək məsafədə deyil, 300 metr məsafədə yerləşməsini bildirmiş və məhkəmə bu izahatla kifayətlənmişdir. Halbuki məhkəmə qeyd edilən izahatda göstərilən halları digər sübutlarla müqayisəli şəkildə araşdırmalı və onların həqiqiliyinə hüquqi qiymət verməli idi. Belə ki, sözügedən izahatda göstərilən məlumatlar iş üzrə əhəmiyyət kəsb edən faktiki hallara aid olmaqla, digər sübutlarla birlikdə qiymətləndirilməli idi. Məhkəmə yalnız tərəflərin izahatları, verdikləri məlumatlar ilə kifayətlənməməli, həmin məlumatlarda göstərilən, iş üzrə əhəmiyyət kəsb edən faktiki halların mövcud olmasını və ya olmamasını obyektiv sübutlar əsasında müəyyən etməli və əsaslandırılmış qərar qəbul etməlidir. İnzibati xəta haqqında iş üzrə icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün hallar tam, hərtərəfli və obyektiv araşdırılmalı, hər bir sübutun mötəbərliyi və digər sübutlarla qarşılıqlı əlaqəsi qiymətləndirilməlidir. Lakin hazırkı iş üzrə məhkəmə T.Alışanovun izahatında göstərilən halların digər sübutlarla təsdiq olunub-olunmadığını araşdırmamış. həmin izahatın iş materiallarında olan baxış aktı, inzibati xəta haqqında protokol, fotoşəkillər və digər sübutlarla uyğunluğuna lazımi hüquqi qiymət verməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə mövcud olan sübutları ayrı-ayrılıqda deyil, onların məcmusu və qarşılıqlı əlaqəsi baxımından qiymətləndirməmiş, mühüm əhəmiyyət kəsb edən faktiki halların tam və hərtərəfli araşdırılmasını təmin etməmişdir. Nəticə etibarilə, məhkəmənin iş üzrə gəldiyi nəticə mövcud sübutların məcmusuna və işin faktiki hallarına uyğun gəlmir. Bu isə məhkəmə qərarının qanuniliyinə və əsaslılığına təsir edən mühüm prosessual pozuntu kimi qiymətləndirilməlidir. İXM-nin 17-ci maddəsinin qeydində təsbit edilmişdir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Odur ki, Göygöl rayon Məhkəməsinin qərarı əsassız və qanunsuz olduğundan ləğv edilməli, vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməlidir”. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət X7 yanında Suların İstifadəsinə və X10 Xidməti ** saylı Gəncə-X9 nümayəndəsi Əhmədli Elnur İlham oğlu apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun çıxış etdi və Göygöl Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini, vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qanuni və ədalətli qərar qəbul etdiyini bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini, Göygöl Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(*-***)-***/**** saylı qərarının dəyişdirilmədən saxlanılasını məhkəmədən xahiş etdi. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb, işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Göygöl Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv olunmalı və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 264.0.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Apellyasiya instansiya məhkəməsi iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq hesаb edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 264.0.3-cü mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməlində həmin maddənin tərkib əlamətləri vardır, onun barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı protokol qanuni və əsaslıdır. İXM-nin 264.0.3-cü maddəsinə əsasən su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə - fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan: Azərbaycan Dövlət X7 yanında Suların İstifadəsinə və X10 Xidmətinin ** saylı Gəncə- X9 rəisi İlqar Məhərrəmov tərəfindən verilmiş *** nömrəli, ## #### 2026-cı il tarixli sərəncamdan görünür ki, Azərbaycan Dövlət X7nin 2024-cü il ## ###### tarixli FƏ ** nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Dövlət X7 yanında Suların İstifadəsinə və X10 Xidmətinin regional bölmələrinin Əsasnaməsi ilə müəyyən olunmuş hüquq və vəzifələrin həyata keçirilməsi və bununla bağlı nəzarət tədbirləri aparmaq məqsədilə ** saylı Gəncə-X9 əməkdaşları müfəttişlər İlkin Həsənov, Emin Abdullayev, Elnur Əhmədli, Fariz Ələkbərov, Nümayəndə Gəncə və Naftalan şəhəri, Goranboy, Göygöl, Samux və Daşkəsən rayonları ərazisində 10 (on) iş günü ərzində nəzarət tədbirləri keçirilməsi, keçirilmiş nəzarət tədbirləri nəticəsində vəzifə səlahiyyətlərinə uyğun olaraq müvafiq tədbirlər görülməklə sənədləşmə işləri aparılması və bu barədə rəhbərliyə arayış (xidməti məruzə) təqdim edilməsi barədə göstəriş verilmişdir. Azərbaycan Dövlət X7 yanında Suların İstifadəsinə və X10 Xidmətinin ** saylı Gəncə- X9 əməkdaşları – böyük məsləhətçi-müfəttiş Elnur Əhmədli, baş məsləhətçi müfəttiş Emin Abdullayev və məsləhətçi müfəttiş Nümayəndə iştirakı ilə tərtib edilmiş ****** nömrəli, ## #### 2026-cı il tarixli Aktdan görünür ki, ** saylı Gəncə-X9 ##.##.2026-cı il tarixli *** saylı sərəncamı əsasında Su Məcəlləsi və qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə riayət olunması vəziyyəti ilə bağlı Göygöl rayonunda keçirilən nəarət tədbirləri zamanı Göygöl rayonu Toğanalı kəndi ərazisində Ömər dağı yay otlaq sahəsindən Ömər çayın sahil mühafizə zolağında heyvanların mövsümi yay düşərgə yatağının yerləşdirilməsi nəticəsində düşərgədə formalaşan heyvanların ifrazat qalıqlarının çayın suyuna qarışaraq (yağış və digər vasitəsilə) çayı çirkləndirməsi faktı aşkar olunmuşdur. Aşkar olunmuş faktla bağlı aparılan araşdırma zamanı özünü mövsümi yay düşərgəsində saxlanılan heyvanların sahibi kimi təqdim etmiş Ziyəddin adlı şəxs Ömərçayın sahil mühafizə zolağında yerləşdirilmiş heyvanların düşərgə yatağının bir neçə ildir ki, özü tərəfindən istifadə olunduğunu və yaz yay mövsümündə heyvanları həmin düşərgəyə gətirərək otarılmasını təmin etdiyini şifahi olaraq bildirmişdir. Həmin şəxsdən yay otlaq sahəsinin istifadəsi ilə bağlı icarə sənədləri və şəxsiyyətini təsdiq edən sənədlərin təqdim olunması tələb olunsa da o, həmin sənədlərin hal-hazırda araşdırma aparılan yerdə olmadığını bildirmiş və heç bir təsdiqedici sənədi araşdırmaya təqdim etməmişdir. Akta ərazidən çəkilmiş fotoşəkillər əlavə olunmuşdur. Aktın doğruluğu nəzarət tədbirlərinin həyata keçirilməsində iştirak etmiş şəxslərin imzaları ilə təsdiq edilmişdir. Azərbaycan Dövlət X7 yanında Suların İstifadəsinə və X10 Xidmətinin ** saylı Gəncə- X9 rəisi Məhərrəmov İlqar Nəcəf oğlu tərəfindən qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” ## #### 2026-cı il tarixli qərardaddan görünür ki, ** saylı Gəncə-X9 ##.##.2026-cı il tarixli *** nömrəli sərəncamın əsasən aparılan nəzarət tədbirləri zamanı Göygöl rayonu Toğanalı kəndi ərazisində Ömər dağı yay otlaq sahələrindən keçən Ömərçayın sahil mühafizə zolağında Ziyəddin adlı şəxs tərəfindən heyvanların yay düşərgə yatğının yerləşdirilməsi nəticəsində düşərgədə formalaşan heyvanların ifrazat qalıqlarının çayın suyuna qarışaraq çayı çirkləndirməsi faktı ilə bağlı İXM-in 264.0.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq, inzibati araşdırma aparılması qərara alınmışdır. İnzibati araşdırma zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixli izahatında göstərmişdir ki, “Ömər dağı” adlanan ** saylı yay otlaq sahəsini icarəyə götürmüşdür. Hal-hazırda həmin yerdə heyvandarlıq düşərgəsi qardaşı X6 istifadəsindədir. Heyvan düşərgəsinin mühafizə zonasında salınmasının qadağan olunduğundan xəbərsiz olduğunu və həmin halı aradan qaldıracağını bildirmişdir. Fakt üzrə tərtib edilmiş aktı və inzibati xəta haqqında protokolu imzalamaqdan imtina barədə ** saylı Gəncə-X9 əməkdaşları tərəfindən tərtib edilmiş **/** nömrəli, ## #### 2026cı il tarixli aktdan görünür ki, vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta haqqında protokolun tərtib olunması zamanı dəvət olunsa da, iştirak etməmişdir. Aktın doğruluğu iştirakçıların imzaları ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyi fiziki şəxsin sahibkarlıq uçotu haqqında ********** qeydiyyat nömrəli şəhadətnamənin surətindən görünür ki, Göygöl şəhəri, İsrəfil Məmmədov küçəsi, ev 50 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2005-ci il tarixdə ** saylı Ərazi Vergilər Departamentində sahibkar kimi qeydiyyatdan keçmişdir. Göygöl Rayon İcra Hakimiyyəti Başçısının ** nömrəli, ## ### 2019-cu il tarixli sərəncamından və ## ###### 2019-cu il tarixli, ** saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Göygöl rayonu dövlət mülkiyyətində olan “Ömər dağı” adlanan ** saylı (359 hektar) yay otlaq sahəsindən 250 hektarı Göygöl şəhər sakini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 1500 davarlarını otarması üçün icarəyə verilmişdir. Yay dövrü üzrə Ömər çayın mühafizəsi zonasının hansı ölçüdə müəyyən edilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən salınmış mövsümi heyvandarlıq fermasının (düşərgəsinin) sözügedən çaydan hansı məsafədə yerləşməsinin müəyyən edildiyi barədə məlumatların məhkəməyə təqdim edilməsinin tələb edilməsinə dair Azərbaycan Dövlət X7 yanında Suların İstifadəsinə və X10 Xidmətinin ** saylı Gəncə-X9nə ünvanlanmış ## ###### 2026-cı il tarixli sorğuya *-**-*-**/*-***/**** nömrəli, ## ###### 2026cı il tarixli cavab məktubunda göstərilmişdir ki, mövcud məlumatlara əsasən X5 Murovdağ silsiləsinin şimal-şərq hissəsində İlxıdərə, Ömərçay və Bənövşəliçayın qovuşmasından əmələ gəlir. Ömərçayın uzunluğu 7 km, su yığımı hövzəsinin sahəsi 24 kv.km olmaqla, Kürəkçayın 114-cü km-də sol sahilində ona qovuşur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi” Qaydalarının 8-ci bəndinə əsasən Ömərçayın uzunluğu 10 km-dək olduğundan, yay dövrü üzrə Ömərçayın su mühafizə zonasının eni 50 metr təşkil edir. Regional bölmədə aparılmış araşdırma zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mövsümi heyvandarlıq fermasının (düşərgəsinin) Ömərçaydan 15-40 metr məsafədə yerləşdiyi müəyyən edilmişdir. Mövsümi heyvandarlıq fermasının (düşərgəsinin) Ömərçaya olan məsafəsini və su mühafizə zonasına münasibətdə yerləşmə vəziyyətini əks etdirən situasiya planı tərtib edilərək, sorğuya əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Ömərçaydan 41 metr, 22 metr, 17 metr, 98 metr və 2 ədəd 56 metr uzaqlıqda müvafiq tikililər vardır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsinə dair qənaəti ilə razılaşmayaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan mötəbər sübutların məcmusu ilə təsdiq olunur. Belə ki, Su Məcəlləsinin 82-ci maddəsinə əsasən su obyektlərinin ekoloji tələblərə uyğun vəziyyətdə saxlanması, yerüstü və yeraltı suların çirklənməsinin, zibillənməsinin və tükənməsinin qarşısının alınması, habelə heyvanlar və bitkilər aləminin məskunlaşdığı mühitin qorunub saxlanması üçün su mühafizə zonaları müəyyən edilir. Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir. Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir. Həmin maddənin 3-cü abzasında konkret göstərilir ki, sahil mühafizə zolaqlarında torpaqların şumlanması və əkilməsi, məşələrin qırılması, ağac və kolların kökündən çıxarılması, heyvandarlıq ferma və düşərgələrinin, qəbiristanlığın, zibilxananın yerləşdirilməsi, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, digər fəaliyyət növləri qadağan edilir. Həmin maddənin IV abzasında qeyd edilir ki, sahil mühafizə zolaqlarında icazə əsasında su təchizatı, istirahət, idman, balıqçılıq və ovçuluq təsərrüfatı obyektlərinin, habelə liman və hidrotexniki qurğuların yerləşdirilməsinə yol verilir. Su Məcəlləsinin 83-cü maddəsinə əsasən Su mühafizə zonalarında yerləşən torpaq sahələri fiziki və hüquqi şəxslərin istifadəsinə, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi və bu Məcəllə ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla verilə bilər. Su mühafizə zonalarında təbii ehtiyatların istifadəsi və mühafizəsi rejiminə riayət edilməsinə, fiziki və hüquqi şəxslərin digər təsərrüfat fəaliyyətinə dövlət nəzarəti öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və İstifadəsinin müəyyən edilməsi" Qaydalarının 2-ci və 3-cü bəndlərinə əsasən su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir. Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir və onların ərazisində təbiətdən istifadəyə əlavə məhdudiyyətlər tətbiq edilir. Qaydaların 8-ci bəndində qeyd edilir ki, çayların başlanğıcından uzunluğu boyu su mühafizə zonalarının minimum eni çayın uzunluğu 10 km-dək olduqda 50 metr təşkil edir. Qaydaların 22-ci bəndində konkret olaraq göstərilmişdir ki, su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan faydalı qazıntıların, boru, kabel və digər kommunikasiyaların çəkilməsi, ictimai-iaşə və digər xidmət müəssisələrinin yerləşdirilməsi, tikinti, quraşdırma, partlayış, torpaq qazma, buruq qazma və digər işlərinin aparılması su mühafizə zonalarında qadağan edilir. Qaydaların 25-ci bəndində qeyd edilir ki, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri onların torpaq sahələrində yerləşən su mühafizə zonaları və sahil mühafizə zolaqları üçün müəyyən edilmiş istifadə rejiminə riayət etməlidirlər. Qaydaların 27-ci bəndində qeyd edilir ki, su mühafizə zonaları və sahil mühafizə zolaqlarının ərazisində istifadə rejiminin pozulmasında günahkar şəxslər mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar. Su Məcəlləsinin 103-cü maddəsinin 20-ci abzasına əsasən su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarının istifadə və mühafizə rejimlərinin tələblərinə riayət edilməməsi su qanunvericiliyinin pozulması hesab edilir ki, buna görə vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, İnzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1998-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarərinin heyata keçirilməsi Qaydalarının 2-ci bəndinə əsasən su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin əsas məqsəd və vəzifələri mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə, təşkilat və digər hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər tərəfindən su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarına, sudan istifadə limitlərinə, su obyektlərinin İstifadəsi və mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji, metroloji standartlara, normalara və qaydalara, su mühafizə zonalarının ərazisindən İstifadə rejiminə və Azərbaycan Respublikasının su qanunvericiliyinin digər tələblərinə riayət olunmasını təmin etməkdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlar əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması müəyyən olunur. Belə ki, inzibati araşdırma zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixli izahatında göstərmişdir ki, “Ömər dağı” adlanan ** saylı yay otlaq sahəsini icarəyə götürmüşdür. Hal-hazırda həmin yerdə heyvandarlıq düşərgəsi qardaşı X6 istifadəsindədir. Heyvan düşərgəsinin mühafizə zonasında salınmasının qadağan olunduğundan xəbərsiz olduğunu və həmin halı aradan qaldıracağını bildirmişdir. Fakt üzrə tərtib edilmiş aktı və inzibati xəta haqqında protokolu imzalamaqdan imtina barədə ** saylı Gəncə-X9 əməkdaşları tərəfindən tərtib edilmiş **/** nömrəli, ## #### 2026-cı il tarixli aktdan görünür ki, vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta haqqında protokolun tərtib olunması zamanı dəvət olunsa da, iştirak etməmişdir. Aktın doğruluğu iştirakçıların imzaları ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyi fiziki şəxsin sahibkarlıq uçotu haqqında ********** qeydiyyat nömrəli şəhadətnamənin surətindən görünür ki, Göygöl şəhəri, İsrəfil Məmmədov küçəsi, ev 50 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2005-ci il tarixdə ** saylı Ərazi Vergilər Departamentində sahibkar kimi qeydiyyatdan keçmişdir. Göygöl Rayon İcra Hakimiyyəti Başçısının ** nömrəli, ## ### 2019-cu il tarixli sərəncamından və ## ###### 2019-cu il tarixli, ** saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Göygöl rayonu dövlət mülkiyyətində olan “Ömər dağı” adlanan ** saylı (359 hektar) yay otlaq sahəsindən 250 hektarı Göygöl şəhər sakini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 1500 davarlarını otarması üçün icarəyə verilmişdir. Göründüyü kimi X6 tərəfindən Ömərçaydan 41 metr, 22 metr, 17 metr (çaydan 50 metrlik mühafizə zonasında), 98 metr və 2 ədəd 56 metr uzaqlıqda müvafiq tikililər inşa edilmişdir və o, inzibati araşdırma zamanı ifadəsində İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini ifadə etmiş və həmin halı aradan qaldıracağını bildirmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi düzgün qənaətə gəlməyərək iş üzrə icraata xitam verməkdə haqlı olmamışdır. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-nin 134.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması iş üzrə qərarın ləğv edilməsi və yeni qərarın çıxarılması üçün əsasdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə hesab edir ki, apellyasiya şikayət təmin edilməli, Göygöl Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 264.0.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 2500 (iki min beş yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilməli və qərarın icrası Göygöl Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Göygöl Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Dövlət X7 yanında Suların İstifadəsinə və X10 Xidməti ** saylı Gəncə-X9 rəisi Məhərrəmov İlqar Nəcəf oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 2500 (iki min beş yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın icrаsı Göygöl Rayon İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar